İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20

Əgər belə xəbər təyin edilmiş müddətdə iddiaçı tərəfindən daxil edilməyibsə, onda yoxlama 

düsturda birinci göstərilmiş vahid ixtiraçılıq fikrini təşkil edən ixtira və ya ixtiralar qrupuna nəzərən 

həyata keçirilir. 

(2) İxtiranın düsturu yoxlanıldıqda, ondakı iddia olunan ixtiranın mühüm əlamətlərin mövcudluğu 

təyin edilir və onların məçmusu, iddiaçı tərəfindən göstərilmiş texniki nəticənin alınması üçün 

kifayət olmalıdır. Belə texniki nəticənin alınmasında ictimai tələbatın mövcudluğu yoxlanılmır. 

Əgər, onsuz texniki nəticənin alınması mümkün olmayan mühüm əlamətlər ixtiranın düsturuna 

daxil olmayıbsa, lakin təsvirdə varsa, iddiaçıya onu dustura daxil etməsi təklif olunur. Bu zaman

texniki nəticənin əldə olunması üçün bu əlamətin vacibliyini təsdiq edən dəlillər gətirilir. Belə 

dəlillər təsvirdə açıqlanmış, texniki nəticə və əlamətlər arasındakı səbəbnəticə əlaqəsinə və ya 

ekspertiza tərəfindən keçirilmiş nəzəri analizə əsaslanır. 

İddiaçı tərəfindən təqdim edilmiş düsturda, iddia olunan ixtiranın yerinə yetirilməsi və istifadəsinin 

yalnız xüsusi formaları ilə səciyyələnən əhəmiyyətsiz əlamətlər təyin edildikdə, ixtiranın 

düsturunun belə redaktəsinin saxlanılmasının məqsədə uyğunluğu haqqında iddiaçının fikri soruşula 

bilər. 

(3) Ixtira düsturunun yoxlanılması, onun düsturuna daxil edilmiş əlamətlərin, bu Qaydaların 2.7.1 



bəndinin 4-cü abzasına uyğun olaraq eyniləşdirilməsi imkanını təyin edir.  

Ekspertizada, əlamətlərin eyniləşdirilməsində şübhə yaranarsa, onda ekspertiza, iddiaçıdan belə 

imkanın vacibliyini soruşmaq ixtiyarındadır. 

Əgər əlamətin eyniləşdirilməsi üçün onun xarakteristikalarında ixtiranın təsviri əsasında düzəlişlər 

tələb olunarsa, iddiaçıdan belə düzəliş etmək tələb olunur. 

Əgər əlamətin eyniləşdirilməsi şərti gözlənilərsə, lakin onun xarakteristikası üçün köhnəlmiş və ya 

konkret texnika sahəsində qəbul edilmişlə tam uyğun gəlməyən terminologiya istifadə edilərsə, 

onda iddiaçıya ixtiranın düsturunda müvafiq düzəliş daxil etmək təklif edilir.  

Əgər əlamətin eyniləşdirilməsinin qeyri-mümkünlüyü təyin edilərsə və iddiaçı ixtiranın düsturünda 

düzəliş etməkdən imtina edərsə, onda iddia sənədinin sonrakı baxılmasında belə əlamət nəzərə 

alınmır. 

(4) Əgər ixtiranın düsturuna ümumi anlayışla ifadə olunmuş əlamət daxil edilərsə, onda onun bu 

Qaydaların 2.7.1 bəndinin 5-ci abzasına uyğun olaraq ifadənin olunmasının hüquqi əsası təyin 

edilir. 


Əgər ekspertiza tərəfındən əlamətin həyata keçirilməsinin ümumi anlayışa aid olan, lakin iddiaçı 

tərəfindən göstərilən texniki nəticənin alınmasını təmin etməyən formaları tapıldıqda, iddiaçıya 

müvafiq dəlillər gətirilir və onların iddiaçı tərəfindən təkzib edilməsi və ya ixtiranın təsviri əsasında 

dusturda düzəlişlər etmək təklif edilir.  

(5) Əgər iddia sənədində birbəndli və ya bir müstəqil bəndi olan çoxbəndli düstur verilərsə, onda bu 

düsturda bir ixtiranın səciyyələnməsi yoxlanılır. 

Belə yoxlama, bu Qaydaların 2.7.2.3 və 2.7.2.4 bəndlərinin tələblərinə uyğun olaraq həyata 

keçirilir. Göstərilən tələblərin pozulması təyin edildikdə, iddiaçıya göndərilən sorğuda bu barədə 

xəbər verilir və təyin edilmiş pozuntunun müvafiq rüsum və ya iddia sənədinin ekspertizasının 

keçirilməsi üçün əlavə rüsum ödəməklə aradan qaldırmaq üçün düsturda düzəlişlər etmək təklif 

edilir. Bu zaman həmçinin düzəlişlər edilmiş düsturda vəhdətli şərtinin gözlənilməsinin vacibliyi və 

əvvəllər ayrıca müstəqil bəndlər kimi təqdim edilməmiş ixtiranın yeni müstəqil bəndləri düstura 

daxil edildikdə, ya da düsturda düzəlişlər etməkdən imtina edildikdə, gələcəkdə baxılacaq ixtiranı 

göstərməklə, iddia sənədinin ekspertizası üçün əlavə rüsum verilməlidir. 




Əgər göstərilən nəticəni çıxarmaq üçün əsas iddiaçı tərəfindən, alternativ anlayışlar əlamətinin 

xarakteristikası üçün istifadə olunan şərtlərin gözlənilməməsidirsə, buraxılmış pozuntuların 

xarakteri, konkret alternativ xarakteristikalar göstərilməklə (hamısı və ya iddiaçı tərəfındən 

gətirilmiş bəziləri), göstərilir. 

(6) Əgər iddiaçı tərəfindən, bir neçə müstəqil bəndli olan çoxbəndli ixtira düştüru təklif edilərsə, 

yuxarıda izah olunan (5) yarımbəndinə uyğun olaraq, onlardan hər birinin (onlara tabe olan aşılı 

bəndlərlə birlikdə, əgər belələri varsa) analizi həyata keçirilir. 

Hər bir asılı olmayan bəndi yalnız bir ixtiranı xarakterizə edən çoxbəndli düstura nəzərən, ixtira 

ideyasının vəhdətliyini təşkil edən, ixtiralar qrupuna daxil edən ixtira kimi təsvir olunduğu təyin 

edilir (onlara tabe olan asılı bəndlərlə birlikdə, əgər belələri varsa). 

Ixtiraçılıq ideyasının vəhdətliyi şərti asılı olmayan bəndlərində xarakterizə olunan ixtiralar, bu 

Qaydaların 1.1.7 bəndində göstərildiyi kimi uyğunlaşarsa, gözlənilmiş sayılır. 

Asılı olmayan bəndlərdə xarakterizə olunan ixtiranın variantlara aid olduğunun düzgünlüyünün 

yoxlanılması zamanı, iddiaçı tərəfindən göstərilən ixtiranın təyinatı və texniki nəticələrinin üst-üstə 

düşməsi müəyyənləşdirilir.  

Texniki nəticələrin üst-üstə düşməsi şərti o vaxt pozulmuş sayılmır ki, ixtiralar qrupundan hər biri 

üçün (və ya onlardan biri üçün) bir neçə texniki nəticə göstərilib, ancaq üst-üstə düşmə yalnız 

göstərilmiş nəticələrdən bəziləri üçün müəyyən edilmişdir. 

Texniki nəticələrin üst-üstə düşməsi şərti o vaxt da pozulmuş sayılmır ki, bütün ixtiralar üçün 

ümumi olan texniki nəticələrdən başqa, onlardan birinin izahı, əlavə olaraq, hər hansı xüsusi əlaməti 

də ("sürtünmənin azaldılması" və "yüksək nəmlik şəraitində sürtünmənin azaldılması") daxil etsin. 

İddiaçı tərəfindən ixtiranın vəhdətlik tələbinin gözlənilmədiyi halda, iddiaçı, bu Qaydaların 17.3 

bəndində verilmiş qaydada xəbərdar edilir.  

(7) İddiaçı tərəfindən təqdim edilmiş ixtiranın düsturu yoxlanılan zaman, düsturun strukturuna və ya 

onun ifadə olunmasına aid olan müəyyən olunmuş tələblərə uyğunsuzluğu, hətta bu uyğunsuzluq, 

iddia sənədinin ilkin ekspertizası zamanı təyin edilməmişsə də, iddiaçıya, ixtiranın düsturunda 

düzəlişlər etmək təklif edilir.  

(8) Ekspertizanın sorğusu üzrə və ya şəxsi təşəbbüsü ilə dəyişilmiş düstura əsasən yoxlama bu 

bəndin (2)-(7) yarınribəndlərinə uyğun həyata keçirilir. 

İxtiranın patent qabiliyyətliliyinin yoxlanılması üçün, iddiaçı tərəfindən təsdiq edilmiş 

dəyişikliklərlə birlikdə onun düsturu qəbul edilir. 

(9) Bu bəndin yuxarıda izah olunan (5) yarımbəndinə uyğun olaraq, yoxlama zamanı, birbəndli və 

ya asılı olmayan bəndi olan coxbəndli düstur birdən çox ixtiraya aid olduqda və iddiaçı düsturda 

düzəliş etməkdən imtina etdikdə, iddiaçıya bildirilir ki, patent qabiliyyətliliyinin yoxlanılması üçün 

aşağıdakılar qəbul edilir: 

(9.1) ixtiranın düsturunda göstərilənlərdən birincisi (vahid ixtira ideyasını təşkil edən, rüsumları 

ödənilmiş birinci göstərilən iddia olunan iddialar), müəyyən edilmiş ixtiralar vahid ixtira ideyası 

təşkil etmirsə, həmçinin vəhdətlik tələbi ödənilmiş, lakin ekspertizanın aparılması üçün əlavə rüsum 

ödənilməmişdirsə və mövçud iddia sənədi çərçivəsində hansı ixtiranın (ixtiraların) baxılması 

göstərilməmişsə. 

(9.2) baxılan düstur, əgər ekspertiza tərəfindən müəyyən edilmiş ixtira vahid ixtira ideyası təşkil 

edirsə və müəyyən olunmuş məbləğdə əlavə rüsümun ödənilməsini təsdiqləyən sənəd vaxtında (bu 

Qaydaların 18.2 bəndinin təqdim edilmişsə). 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə