İzahli şƏRİƏt hökmləRİ



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə28/223
tarix30.10.2018
ölçüsü3,68 Mb.
#76140
1   ...   24   25   26   27   28   29   30   31   ...   223

76

 

TƏHARƏTİN HÖKMLƏRİ



 .................................................................................... 

 

 ............................................................................................................................................  

əməl etsə, onun namazı batildir. 



M

əsələ: 412. Əgər müstəhazə  qadın  özünü  yoxlaya  bilməsə, 

g

ərək məlum olan vəzifəsinə  əməl etsin; məsələn:  əgər 



istihaz

əsinin qəlilə, yaxud mütəvəssitə  olmasını  bilməsə, gərək 

q

əlilə  istihazəsinin  işlərini yerinə  yetirsin.  Əgər mütəvəssitə 



istihaz

əsinin  işlərini yerinə  yetirsə  daha  yaxşıdır.  Əgər 

müt

əvəssitə  və  ya kəsirə  olduğunu  bilməsə, gərək mütəvəssitə 



istihaz

əsinin  işlərini yerinə  yetirsin.  Əgər kəsirə  istihazəsinin 

işlərini yerinə  yetirsə  daha  yaxşıdır.  Amma  qabaqcadan  bu  üç 

növd


ən  hansının  olduğunu  bilsə, gərək onun vəzifəsinə  uyğun 

əməl etsin.  



M

əsələ: 413. Əgər istihazə qanı fərcin daxilində olsa və ya çölə 

çıxsa, az olmasına baxmayaraq dəstəmaz və qüsl batil olur. Amma 

birincisind

ə ehtiyat-vacibə əsasəndir.  



M

əsələ: 414. Əgər müstəhazə  qadın  namazdan  sonra  özünü 

yoxlayıb qan görməsə, ikinci dəfə qan gələcəyini bilsə də, aldığı 

d

əstəmaz ilə namazı qıla bilər. 



M

əsələ: 415. Əgər müstəhazə  qadın  dəstəmaz, yaxud qüsl 

almağa başladığı vaxtdan etibarən qanın çölə və ya fərcin daxilinə 

g

əlməyəcəyini bilsə, namazı təxirə sala bilər.  



M

əsələ: 416. Əgər müstəhazə  qadın,  namazın  vaxtının 

keçm


əmişdən  əvvəl tamamilə  paklanacağını,  yaxud  namaz 

müdd


ətində  qanın  dayanacağını  bilsə, bu halda gözləməli, 

namazını pak olduğu vaxtda qılmalıdır. 



M

əsələ: 417. Əgər dəstəmaz və  qüsldən sonra zahirdə  qan 

dayanarsa v

ə  müstəhazə  qadın,  namazı  təxirə  salacağı  halda 

d

əstəmaz, qüsl və namazı yerinə yetirə biləcəyi müddətdə tamami 



il

ə  paklanacağını  bilsə, gərək  namazını  təxirə  salsın,  tamamilə 

paklandıqdan sonra yenidən dəstəmaz, qüsl alıb namazını qılsın. 

Amma  namazın  vaxtı  az  olsa,  dəstəmazı  və  qüslü yenidən 

t

əkrarlaması  lazım  deyil,  əvvəlki qüsl və  dəstəmazı  ilə  namazı 



qılsın. 

M

əsələ: 418. Kəsirə  və  mütəvəssitə  istihazəsi  olan  qadın, 


77

 

İSTİHAZƏ



 

................................

................................

................................

...

 

 

 ............................................................................................................................................  

qandan tamamil

ə  paklandıqda,  gərək  qüsl  etsin.  Amma  qabaqkı 

namaz üçün, qüsl etdiyi vaxtdan ondan qan g

əlmədiyini bilsə, 

yenid


ən qüsl alması lazım deyil.  

M

əsələ: 419. Qəlilə istihazəsi olan qadın, dəstəmazdan sonra, 

k

əsirə  və  mütəvəssitə  istihazəsi  olan  qadın  isə  qüsl və 



d

əstəmazdan sonra, gərək dərhal  namaza  başlasın.  Amma,  azanı 

v

ə  iqaməni deməyin və  namazdan  əvvəl  olan  duaları  oxumağın 



eybi yoxdur. Namazda da qunut v

ə s. kimi müstəhəb işləri yerinə 

yetir

ə bilər.  



M

əsələ: 420. Əgər müstəhazə  qadın,  qüsl  və  namaz  arasında 

fasil


ə  salsa, gərək vəzifəsinə  uyğun  olaraq  yenidən qüsl edib 

fasil


əsiz namaza məşğul olsun. 

M

əsələ: 421. Əgər istihazə qadının qanı axsa və dayanmasa, bu 

halda z


ərəri olmazsa, gərək qüsldən qabaq və ondan sonra pambıq 

vasit


əsilə qanın axmasının qarşısını alsın. Amma həmişə axmasa, 

yalnız dəstəmaz və qüsldən sonra qanın qabağını almalıdır. Əgər 

e

tinasızlıq etsə və qan xaric olsa, yenidən qüsl etməli və dəstəmaz 



da almalıdır. Namazı da qılmış olsa gərək yenidən qılsın. 

M

əsələ: 422. Əgər  qüsl  aldığı  vaxtda  qan  dayanmasa,  qüslü 

s

əhihdir. Amma qüsl əsnasında,  mütəvəssitə  istihazə  kəsirəyə 



çevrils

ə, vacibdir ki, qüslü yenidən başlasın. 



M

əsələ: 423. Ehtiyat-vacib budur ki, istihazəsi olan qadın oruc 

olduğu bütün gün ərzində mümkün qədər qanın çölə gəlməsinin 

qarşısını alsın. 

M

əsələ: 424. Qüslün  ona  vacib  olduğu  müstəhazə  qadının 

orucu, o vaxt s

əhihdir ki, gündəlik namazlar üçün vacib olan 

qüsll


əri gün ərzində  yerinə  yetirsin. Həmçinin mütəvəssitə 

istihaz


əsi  olan  qadın  orucu  o  vaxat  səhihdir  ki,  sübh  vaxtının 

qüslünü etsin. H

ər iki surətdə  ehtiyat-vacib budur ki, keçən 

gec


ənin qüsüllərini yerinə yetirmiş olsun. 

M

əsələ: 425. Əgər  əsr  namazından  sonra  müstəhazə  olsa və 

qüruba q


ədər qüsl etməsə, orucu səhihdir. 

M

əsələ: 426. Əgər  qadının  qəlilə  istihazəsi, namazdan əvvəl 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə