Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin əsas prioritetləri ...
9
də, həmçinin bu və ya digər konkret tədqiqatın müxtəlif mərhələlərində necə olması
aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, hər bir konkret biofi zik,
yaxud biokim-
yaçı özünün fənlərarası sahəsi və obyekti ilə məşğul ola, lakin müxtəlif səbəblərdən
öz obyektinin klassik fi zika, riyaziyyat, yaxud kimya və s. ilə əlaqələrini görməyə
bilər. Amma fi losof onları görməyə borcludur, çünki o, fəlsəfənin spesifi kliyi, elm və
fəlsəfənin inkişafının tarixi əlaqələri səbəbindən, metodologiya və epistemiologiyaya
diqqəti sayəsində onları görə bilər.
Fənlərarası yanaşma fəlsəfəsi fənlərarası qarşılıqlı təsir və əlaqələrin müxtəlif tiplə-
rini üzə çıxarmağa imkan verəcəkdir.
Hal-hazırda biz fənlərarası qarşılıqlı təsirin üç tipini fərqləndirə bilərik.
Birincisi,
biologiya və fi zikanın, fəlsəfə və sosial kommunikasiya nəzəriyyəsinin, sosial linqvis-
tikanın və s. fənlərarası qarşılıqlı təsiri. Bu cür qarşılıqlı təsir çərçivəsində qarşılıqlı tə-
sirdə olan fənlərin predmetləri, metodları və nəticələrinin fərqlənməsini nəzərdə tutan
hüdudların dəqiqliyi saxlanır. İkincisi, fənlər arasında dəqiq sərhədlərin olmadığı fən-
lərarası sistemlərin yaranması. Coğrafi ya, iqtisadiyyat, beynəlxalq münasibətlər, kul-
turologiya, siyasi elm, məsələn, vahid ölkəşünaslıq sistemində birləşir,
yaxud bir çox
fənlərin qovuşuğunda təşəkkül tapan proqnozlaşdırma nəzəriyyəsi. Bu fənlər qarşılıqlı
təsir göstərərək, bir-birini tamamlayaraq, bu və ya digər ölkənin, regionun gerçəkli-
yini, yaxud dünyanın yaxın gələcəyinin bütöv mənzərəsini yaradır. Burada ayrı-ayrı
fənlər fənlərarası tədqiqat üçün ehtiyat bazası təşkil edir. Üçüncüsü, elmin fənlərara-
sı sistemlərində ayrı-ayrı fənlərdə istifadə oluna biləcək universal metodologiyanın
(məsələn, marksizm, yaxud A.Toynbinin çağırışlar nəzəriyyəsi) təklif olunduğu və
əsaslandırıldığı tip. Bunlara elmdə sərhədləri tanımayan
sistemlər nəzəriyyəsi, infor-
masiya nəzəriyyəsi, fəlakətlər nəzəriyyəsi aiddir.
Bizcə, bu da vurğulanmalıdır ki, fənlərarası tədqiqatların təşkili kifayət qədər
mürəkkəb və məsrəf tələb edən işdir. Bir tərəfdən, onların aparılması üçün üç növ, özü
də müxtəlif fəaliyyət sahələri ilə bağlı olan vəzifə yerinə yetirilməlidir: metodoloji və-
zifələr (fənlərarası tədqiqat obyektini müşahidə və təsvir etmək). Dərhal daha bir sual
yaranır: hansı fənn nümayəndəsi və hansı anlayışlar vasitəsilə onu «müşahidə və təsvir
edə» bilər; təşkilati vəzifələr – fənlərarası tədqiqatların yaradılması (o cümlədən ma-
liyyələşdirilməsi); informasiya vəzifələri – nəticələrin digər fənlərin nümayəndələrinə
çatdırılmasının təmin edilməsi.
Digər tərəfdən, belə tədqiqatların təşkili sahəsindəki təcrübəmiz (seminar və konf-
ransların keçirilməsi)
göstərir ki, fənlərarası tədqiqatların prioriteti hansısa mənada bu
və ya digər konkret fənlərdə alimlərin korporativ birliyinə «təhlükə» duyulmasına gə-
tirib çıxarır. Biz hesab edirik ki, elmin ayrı-ayrı sahələri daxilində iyerarxiya pozulur,
bu və ya digər fənnin keçmişinin, onun kateqorial aparatı təşəkkülünün yenidən dərk
olunmasına gözəçarpan tələbat, bəzən isə qeyri-elmi bilik sahələrinin əhəmiyyətini
görmək zərurəti də yaranır.
İlham Məmmədzadə
10
Fənlərarası tədqiqatlar fəlsəfəsi formal və qeyri-formal
məntiq əlaqələrinin aktu-
allığını bərpa edir. Və əgər onlar fundamental elmlərdə riyazi məntiq kimi iştifadə
edilirsə, ictimai elmlər üçün buna diqqət yetirmək zəruridir.
Fənlərarası tədqiqatlar fəlsəfəsi fəlsəfə və tarix, fəlsəfə və siyasət, fəlsəfə və şüur,
təcrübə, fəlsəfə və mədəniyyət və s. arasında əlaqələrə və tədqiqatlara marağı şərtlən-
dirəcək.
Fəlsəfə və tarixdə fənlərarası qarşılıqlı təsirin böyük təcrübəsi toplanıb. Belə ki,
məsələn, Fukididin irsinə həm fəlsəfə, həm tarix, həm də siyasi elm iddia edə bilər.
N.Makiavelli ilə bağlı eyni vəziyyət mövcuddur, bu siyahını artırmaq da olar. Fəl-
səfəni hətta təfəkkür haqqında düşüncə (və ya fi kir haqqında fi kir) tarixi kimi müəy-
yən
etmək olar, hərçənd R.Rorti bu fi kri şübhə altına alırdı. Bu qarşılıqlı təsirin bir
neçə forması mövcuddur: fəlsəfə tarixi, tarix fəlsəfəsi, nəzəri tarix və s. Bu problemə
məqaləmiz kontekstində yanaşsaq, fi krimizcə, iki fundamental yanaşma fərqləndiril-
məlidir: fəlsəfənin fənlərarası qarşılıqlı təsirin keçmişdə necə olduğunun təhlilini ehti-
va etməsindən çıxış edən
tarixi-fəlsəfi
yanaşma
və bu qarşılıqlı təsirlərin hazırda necə
olduğunu nəzərdən keçirən məhz fəlsəfi yanaşmanın özü. Məsələn, XX əsr fəlsəfəsi,
başlıca olaraq, dil fəlsəfəsi olmuşdur (L.Vitgenşteyn). Bu yalnız analitik ingilisdilli
fəlsəfəyə aid deyildir.
Dil problemi elm fəlsəfəsi, fenomenologiya, ekzistensializm və
s. üçün mühüm olmuşdur və olaraq qalmaqdadır. Belə çıxır ki, bu fəlsəfə üçün fənləra-
rası qarşılıqlı təsirin əsasında, ilk növbədə, linqvistika (dilçilik) durur. Amma, əslində,
bu belə deyildir. Bizcə, dillə yanaşı, şüur və təcrübənin fəlsəfəsi aktuallıq kəsb edir.
Problemin bu cür qoyuluşu çoxfənli tədqiqatların yeni dərkini doğurur. Bu tədqiqat-
ların daxili qarşılıqlı əlaqələrinin ən təbii üsulu aşağıdakıdır: təcrübə bizə şüuru dərk
etməyə imkan verir, dil isə onu ifadə etmək imkanını təmin edir. Bu kontekstdə Ame-
rika fi losofu C.Serlin əsərlərini, K.Popperin intellektual təcrübə ideyasını və s. yada
salmaq olar. Məsələn, Serl özünün hələ 1992-ci ildə nəşr olunmuş “Новое открытие
сознания” («Şüurun yeni kəşfi ») kitabında qeyd edir ki, şüur beyində fi ziki proseslərin
doğurduğu real subyektiv təcrübədir (1). Diqqəti
buna yönəltmək istərdik ki, şüur və
təcrübə fəlsəfəsi yalnız sosial və humanitar elmlərin deyil, həm də fi zika, kimya və
biologiyanın qarşılıqlı əlaqəsini nəzərdə tutur. Təsadüfi deyil ki, Serl bu mövqeyini
bioloji naturalizm adlandırır.
İndi isə tarix fəlsəfəsi və fəlsəfə tarixinin bizim üçün xüsusi aktuallığı haqqında
Onlar yalnız fəlsəfənin deyil, həm də vətəndaşlıq mədəni (vətənpərvərlik) şüurunun
identikliyini təmin edərək, onun üçün keçmişi bu gün və gələcəklə bağlayır. Bizim fi k-
rimizcə, tarix fəlsəfəsi, tarixə konseptual metodoloji yanaşmalar olmadan birliyin (cə-
miyyətin) tarixi-mədəni identikliyi formalaşa bilməz. Cəmiyyətin tipləri və formaları
tarixən dəyişkəndir, buna görə də tarix fəlsəfəsi öz aktuallığını onları məntiqi surət-
də birləşdirməklə saxlayır. «О философии: современные подходы, тенденции и
перспективы» («Fəlsəfə haqqında: müasir yanaşmalar, təmayüllər və perspektivlər»)
adlı kitabımızda (2011) bu problemin yalnız bəzi aspektlərinə toxunmuşuq (2). Buna