Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   2   3   4   5   6   7   8   9   ...   44

Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin əsas prioritetləri ...
11
görə də vurğulayaq ki, birincisi, tarix fəlsəfəsi xalqın tarixinə onun dəyərləri, mənafeyi 
və identikliyinin təşəkkülü prosesi kimi baxmağa imkan verir, çünki əks təqdirdə o, 
dövrlər və hökmdarların fəaliyyəti, dəyərlər, nümunələr və modellərin əvəzlənməsinin 
adicə sadalanması olardı. İkincisi, bu və ya digər dövrü öyrənən tarixçi üçün öz dövrü 
daha maraqlı və əhəmiyyətlidir. Lakin xalqın tarixinin mənası, mahiyyəti bu və ya di-
gər, hətta ən dərin tarixçinin marağı ilə məhdudlaşmır, o, bütün dövrlərdə təzahür edən 
və ötürülən, bütövlük kimi dərk edilməli fenomenlərdə təcəssümünü tapır. Yəqin ki, 
söhbət xalqın keçmiş, bu gün və gələcək kimi gerçəkliyə çevrilən konkret nəsillərdə 
həyatını birləşdirən ruhundan və təcrübəsindən gedir. F.R.Ankersmit «ruh» əvəzinə, 
onun fi krincə, sevgi və itki hisslərinin paradoksal birliyi olan, keçmişə münasibətimizi 
müəyyən edən «yüksək tarixi təcrübə» anlayışından istifadə edir (3, s.30) (Анкерсмит 
Ф.Р. Возвышенный исторический опыт. М., «Европа», 2007, с.30). Fikrimizcə, cə-
miyyət onu digər cəmiyyətlərdən fərqləndirən dəyərlər, ruh, özünün «yüksək tarixi 
təcrübəsi» ilə maraqlanmırsa, yaxud onlara marağını itirirsə, o, tənəzzülə uğrayır. O, 
özünə qapandıqda, dəyərlər, mədəniyyətlər və şüurların qarşılıqlı təsirinə diqqət yetir-
mədikdə, yaxud, əksinə, özəllikləri, fərqləri yox edən mədəni bərabərçilik (sovetləş-
dirmə, radikal qloballaşma və qərbləşmə), yaxud fərdiləşdirmə prosesinə fəal surətdə 
qoşulduqda da tənəzzülə məruz qalır. Bu halda sonrakı dövrün fi losof və tarixçilərinə 
bu və ya digər böyük imperiyaların, dövlətlərin və  mədəniyyətlərin necə dağılması 
müəmması üzərində düşünmək qalır.
Bizim fəlsəfəmizdə bu problemləri sistemli şəkildə akademik Ramiz Mehdiyev araş-
dırmışdır. O bu barədə düşünərkən bilavasitə dünya tarixinin bir hissəsi, müsəlman və 
türk sivilizasiyasının bir hissəsi, fars, Rusiya və sovet imperiyalarının bir hissəsi kimi 
dərk etdiyi Azərbaycan tarixinə müraciət edir. Buna görə də o, xeyli tarixi analogiya və 
paralellər gətirir. Ramiz Mehdiyevin fi krincə, keçmişə bu günün gözü ilə baxan tarix 
fəlsəfəsi olmadan bu analogiya və paralellər dərk edilə bilməz, çünki «köhnə dünya» 
tarixinin təcrübəsini gerçək aləmə, bu günə keçirmək mümkün deyildir. O, müasir dün-
yada fəlsəfə, mədəniyyət və tarixin qovuşuğunda səmərəli tədqiqat aparan, ölkəmizin 
tarixini Azərbaycan mentallığının spesifi kliyinin dərki üçün vasitə olan fəlsəfi -metodo-
loji kontekstdə təhlil edən nadir fi losofl ardan biridir. Tarixə bu cür fəlsəfi  yanaşma ayrı-
ca dövrün tarixinin dərki üzrə müxtəlif variantları aydınlaşdırmaq üçün zəruridir. Tarix 
özü müxtəlif dövrlərin reallıqları arasında qarşılıqlı asılılığı üzə  çıxara, davam edən 
gerçəklik kimi yeni obraz (mənalar) yarada bilməz. Üstəlik, Azərbaycan tarixi olduqca 
mürəkkəb, fəlsəfi  baxımdan lazımi dərkini tapmamış prosesdir. O, bir sıra səbəblərdən 
dərk olunmamışdır, onların arasında ölkənin sivilizasiyalar arasında yerləşməsi də qeyd 
oluna bilər, ictimai elmlərdə belə məkan frontir, həmsərhəd, müxtəlif mədəniyyətlərin 
qarşılıqlı  təsir məkanı adlanır. Təbii ki, ölkə bütün tarixi boyunca müxtəlif mərkəz-
lərə meyil etmişdir. Onun fəlsəfi -tarixi baxımdan öyrənilməməsinin başqa bir səbəbi 
fəlsəfədə marksist, universal yanaşmanın hökmranlığı olmuşdur, üstəlik, uzun müddət 
tarix fəlsəfəsi fi losofl arımızı az maraqlandırmışdır. Və XX əsrin sonu XXI əsrin əv-
vəlində ayrı-ayrı xalqların və ölkələrin, regionların fəlsəfəsinin spesifi kliyinə maraq 


İlham Məmmədzadə
12
yarandığı zaman bu xalqların tarix fəlsəfəsinə marağı da anlaşılandır. Lakin bu marağı 
reallaşdırmaq xeyli çətindir, çünki Azərbaycan ictimai elmində tarixi-fəlsəfi  kontent 
hələ sovet illərində, hətta daha əvvəl formalaşdığı halda, fəlsəfi -tarixi kontent yalnız 
indi aktuallıq kəsb etməkdədir. O, aşağıdakı parametrləri ehtiva edir: Azərbaycan ta-
rixi ölkənin müxtəlif dövrlərdə müxtəlif mərkəzlərə, mədəniyyətlərə meyil etməsi sə-
bəbindən fasiləli proses kimi qiymətləndirilən bütöv prosesdir. Bütövlük dərk və bərpa 
olunmalı, ümumi dəyər varisliyi qeyd və təsbit edilməli, habelə strategiyalar, mənafe 
və məqsədlər, onlarla birlikdə isə tarixi şəxsiyyətlərin rolu fərqləndirilməlidir, bunlar 
olmadan Azərbaycan tarixini bütöv proses kimi anlamaq çətindir. Və  nəhayət, uzun 
müddət, hətta demək olar ki, bütün tarix boyunca imperiyaların bir hissəsi olmuş kiçik 
ölkələr üçün fəlsəfi -tarixi tədqiqatın spesifi kliyi üzə çıxarılmalıdır. Özü də Azərbaycan 
bu baxımdan əlahiddə haldır, çünki onun xalqı müxtəlif dövrlərdə gah hakim etnos kimi 
imperiyanın qurulmasında iştirak etmiş (Şah İsmayıl Səfəvi), gah da bu keyfi yyətini 
itirərək imperiyaların hakimiyyəti altına düşmüşdür. Bu vəzifənin yerinə yetirilməsi 
yalnız ictimai fi krimiz və mədəniyyətimiz üçün önəmli deyil, bunun həm də ümumdün-
ya elmi əhəmiyyəti vardır, çünki bir neçə regionun, mədəni mərkəzin və vahid dünya-
nın ayrılmaz hissəsi olan birlik haqqında informasiyanı açıqlayır.
Azərbaycan tarix fəlsəfəsinin inkişafı azərbaycançılıq ideologiyası sahəsində tə-
dqiqatların inkişafını, vətənpərvərliyin (əxlaq və etikanın) tərbiyəsinə diqqət yetiril-
məsini şərtləndirir.
1. Azərbaycançılıq ideologiyası üçün fəlsəfə, birinci növbədə, dövlətin, cəmiy-
yətin həm xaricində, həm daxilində müasir dövrün əsas çağırışları, təhdidlər və cə-
miyyəti birləşdirən mənafe və dəyərlər haqqında ümumi biliklər verir. Eyni zamanda, 
(iqtisadiyyatda, siyasətdə, humanitar sahələrdə) Azərbaycan milli xarakterini, aparıcı 
idarəetmə prinsiplərini nəzərə alan cavabları şərtləndirən ideoloji prinsiplər dəqiq təs-
bitini tapır. Onlar sonradan elmi araşdırmalarda, ictimai biliklərdə, ictimai elmdə, bö-
yüməkdə olan nəsillərin indi və gələcəkdə azərbaycanlıları birləşdirən vətənpərvərlik 
ruhunda təlim-tərbiyəsi sistemində gerçəkləşərək Azərbaycanın transformasiyasını və 
modernləşməsini təmin etməyə qadir olmalı, zəruri tarixi-mənəvi, dini, sosial-aksiolo-
ji təsəvvür və biliklər verməlidir.
2. Keçmiş haqqında biliklər müasir Azərbaycan cəmiyyətinin birliyinə xidmət et-
məli, identikliyin pozulmasına imkan verməməlidir. Onlar, ölkənin müxtəlif inkişaf 
mərhələlərində, forma və rejimlərdən asılı olmayaraq, dövlətçiliyin bütövlüyünün, 
onun əldə edilməsində gələcək nəsilləri ictimai və mədəni islahatlarda yaradıcılığa, 
kreativliyə can atmaqdan məhrum etməyən tarixi şəxsiyyətlərin rolunun fəlsəfi -tarixi 
və elmi cəhətdən əsaslandırılmış dərki ilə üzvi vəhdət təşkil etməlidir.
3. Müstəqilliyin dövlət əsaslarının sivilizasiyanın tələblərinə cavab, vahid xarakte-
rini qoruyub saxlamağa isə imkan verəcək dərəcədə cəmiyyətin etnik və dini müxtəlif-
liyində konsensusun əldə edilməsinə, tarixi köklərin tanınmasına imkan yaradılmalıdır.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə