Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə25/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
93 
yetişməkdə olan gənc nəslin musiqi zövqünün yüksəlməsinə  həsr etmişdir. 
Dünyasını dəyişəndə onun 61 yaşı vardı. 
Xədicə xanım 1936-cı ildə 132 saylı  məktəbin I sinfinə getmiş  və oranı 
1947-ci ildə bitirmişdir. Məktəbi bir il gec qurtarmasını  səhhəttində yaranan 
problemlə izah edən Xədicə xanım tərcümeyi-halında aşağıdakıları yazır: «Bizim 
Şüvəlanda bağımız var idi, hər yay ora köçərdik. Bir istirahət günü mən avtomobil 
qəzasına düşdüm, odur ki, mən bir dərs ili ötürməli oldum. Bu səbəbdən məktəbi 
1946-cı ildə yox, 1947-ci ildə qurtardım». 
Xədicə xanım 1947-ci ildə Azərbaycan Sənaye institutunun inşaat 
fakültəsinə daxil olmuşdur. Xatirələrində belə bir qeydiyyata rast gəldim: «Qəbul 
imtahanlarını  əla qiymətlərlə vermişdim, bağa istirahətə gedirdik. Şəhərdəki 
evimizə Azİİ-nin rektorunun imzası ilə məktub gəlmişdi və orada mənim rektorun 
qəbuluna gəlməyim xahiş olunurdu. Ertəsi gün mən instituta gəldim.  İnstitutun 
rektoru S.B.Qocayev idi. Onunla görüşəndə  mənə dedi ki, qızım, mən səni 
Moskvaya oxumağa göndərmək istəyirəm. Bu böyük bir imkandır. Get evdə 
valideynlərinlə razılaş  və  mənə  nəticəni söylə.  Əlbəttə ki, evdə  mənə icazə 
vermədilər. Mən təhsilimi Bakıda almalı oldum. Bundan heç də heyfslənmirəm». 
 
Azərbaycan Dövlət Layihə İnstitutunda 


 
İbrahim  Həbibov 
 
94 
Ali məktəbi bitirdikdən sonra Xədicə xanım təyinatla Azərbaycan Dövlət Layihə 
institutunda  əmək fəaliyyətinə başlayır, lakin onda doğma tədris müəssisəsinə 
qayıtmaq, orada dərs demək həvəsi günü-gündən güclənirdi. Hər gün qəzetlərə baxan, 
onun elanlar guşəsini izləyən Xədicə xanım bir gün onların birində «Rəsmxət» 
kafedrasına assistent vəzifəsinə qəbul olmaq üçün müsabiqə elan olunduğunu görür və 
bu vakant vəzifəni tutmaq qərarına gəlir. Müsabiqədə elan olunmuş bir yerə üç nəfər 
ərizə vermişdi. Müsabiqə komissiyası üstünlüyü Xədicə xanıma verərək onun instituta 
qəbul olunması ilə bağlı rektora tövsiyə ilə müraciət edir və bu qərar rəsmiləşdirilir. 
Xədicə xanım xatirələrinə davam edir: «Sənədlərimi oraya verdim, təyin 
olunmuş gündə imtahana gəldim. 3 nəfər idik. Bir də gördüm evə məktub gəlib ki, 
sən qəbul olunmusan». 
Mənim oxuduğum 493 saylı qrup Xədicə xanımın dərs apardığı ilk 
qruplardan biri idi. Yadımdadır, 1968-1969-cu tədris ilinin qış semestrində bizim 
qrupda  «Rəsmxət» fənnini Xalidə Cavadova ilə birlikdə  Xədicə Babayeva 
aparırdı. O vaxt kafedra müdiri Bağırzadə Qasım müəllim idi. 
 
Xədicə xanım  1968-ci ildən 1995-ci ilə kimi kafedrada  çalışmışdır.  O, öz 
peşəsini yaxşı bilməklə yanaşı, biliklərini tələbələrə tam verməyi bacaran müəllim 
olmuşdur. Onun «Neft-mexanika» fakültəsinin professor-müəllim və  tələbə 
kollektivi arasında həmişə xüsusi hörməti olmuşdur. Xədicə xanımın tərtib etdiyi 
metodiki işlər bu gün də tədris prosesində tətbiq olunur.  


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
95 
 
SƏDAQƏTLİ DOST,  MEHRİBAN ANA VƏ SEVİMLİ  NƏNƏ 
 
 
Sadıqova Nailə Səhliyalı qızı 
Kafedrada işlədiyim bütün dövrlərdə  hər bir 
əməkdaşla qarşılıqlı hörmət, dostluq münasibətlərində 
olmağa çalışmışam. Bir rəhbər kimi hər bir kəslə 
bərabər səviyyədə  və  ürəkaçıqlığı ilə  iş qurmaq 
mənim  əmək kredom olub. Lakin Nailə xanımla olan 
münasibətim tamamilə  fərqlidir. Mənim üçün o, 
həmişə  kafedrada yaranan problemlərin həllində 
düzgün seçim etməkdə  məsləhətçi, tapşırılan bütün 
işləri   dəqiqliklə   yerinə   yetirən   əməkdaş   olmaqla 
bərabər, yüzlərlə, minlərlə insana nümunə ola biləcək dost, ana, həyat yoldaşı və 
sevimli nənədir.    
Nailə xanım 1952-ci il mayın 24-də Azərbaycanın dilbər guşələrindən biri 
olan Füzuli rayonunda dünyaya gəlmişdir. Qarabağda tanınmış bir nəslin, soyun, 
kökün sonbeşiyi olan Nailə  nə  qədər  şıltaq və  ərköyün böyüyürdüsə  də, zaman 
ötdükcə o cəfakeş, hamının dərdinə, ağrısına yanan və  əlindən gələn köməkliyi 
edən bir xanım kimi böyük hörmət və ehtiram sahibinə çevrilirdi.   
 
Nailə xanım qızı Ellada və oğlu Zaurla 


 
İbrahim  Həbibov 
 
96 
Nailə xanımın  atası - Sadıqov Səhliyalı Muxtar oğlu Şuşa şəhərində anadan 
olub. O, öz dövrünün tanınmış ziyalılarından biri olmuşdur. Səhliyalı müəllim 
təhsilini Qori seminariyasında aldıqdan sonra öz doğma rayonunda işləməyə 
başlamışdır və burada bir çox müəssisələrdə  məsul vəzifələrdə çalışmışdır. O, 
1953-cü ildə  vəfat etmişdir. Onun anası - Ağayeva Suğra Saleh qızı da zatən 
Qarabağlı olmuşdur. O, 1917-ci ildə Füzuli rayonunda anadan olmuşdur, uşaq 
baxçasında tərbiyəçi işləyirdi. Gənc yaşlarında (35 yaşında) həyat  yoldaşını itirən 
bu xanım  6 (2 oğul və 4 qızı) uşaqla dul qalmışdı. Bu böyük ailənin dərd-səri, 
yemək-içməyi, geyim-keçimi bu zərif qadının çiyinlərinə düşmüşdü. Dərzilik 
peşəsini seçərək Suğra xanım balalarını  təmənnasız, düzgün, yüksək tərbiyədə 
böyütmüş  və hamısına ali təhsil vermişdir. Görünür ki, Peyğənbərimiz  —  Cənnət 
anaların ayaqları altındadır — dedikdə Suğra xanım kimi Anaları nəzərdə tutur.  
Nailə xanım orta təhsilini  Füzuli rayonundakı Bünyad Sərdarov adına 1 
saylı məktəbdə almışdır. Böyük qardaşı Ağa müəllimin məsləhəti ilə 1971-ci ildə 
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun “Neft-mexanika” 
fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ildən də institutun «Mühəndis 
qrafikası» kafedrasında laborant vəzifəsində çalışmağa başlamışdır.  
1977-ci ildə institutu bitirəndən sonra həmin kafedrada baş laborant kimi 
fəaliyyətə başlamışdır. Onun pedaqoji keyfiyyətləri nəzərə alınaraq 1980-cı ildə  
kafedranın assistenti və sonradan baş müəllimi kimi vəzifələrinə keçirilir.  
Nailə xanım kafedrada geniş ictimai fəaliyyətlə məşğuldur. O, uzun illərdir 
ki, kafedranın həmkarlar qrupuna rəhbərlik edir və elmi katibidir.  Bunlardan əlavə 
Nailə xanım kafedrada dərs yükünün paylanması və onun icrasına nəzarət kimi ən 
mühüm tapşırıqları yerinə yetirir. Mən həmişə deyirəm ki, Nailə xanım kafedranın 
icraçı direktorudur.  
Nailə xanım kafedrada tədrisin yaxşılaşdırılması məqsədi ilə həmişə maraqlı 
təklif və tövsiyələrlə çıxış edir.  O,  2 dərs vəsaitinin, 10-dan çox elmi məqalələrin 
müəllifidir. Kafedrada aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edir. 
Nailə xanım 1977-ci ildə  mənim yaxın dostum, düşüncə  tərzi və daxili 
dünyası ilə  əsl azərbaycanlı olan, yaradıcılıq eşqi ilə yaşayan Həsənov  Əbülfət 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə