52
Sonradan onu zəif qələvi mühitində həll edirlər. Belə məhlulların qurudulması ilə
suda həll ola bilən kazein preparatı – kazeinat əldə olunur.
Kazeinin çökdürülməsindən sonra yaxud pendir istehsalında yerdə qalan
zərdab zülalları laktoza (süd şəkəri) və mineral duzlardan .................süzülmə və
elektrodializ metodu ilə azad edilirlər. Bəzən səpələyici qurutma tətbiq etməklə də
bunu həyata keçirirlər.
Zərdab zülallarının tərkibi əsasən albuminlərdən və qlobulinlərdən ibarət olur
ki, bunları da istilik denaturasiyasından (südün qabaqcadan qızdırılmasından sonra)
sonra turşularla pH 4,6-4,7 mühitində çökdürürlər. Bunlar südün zülallarının
kopresipitatları adlanırlar. Onlar kazein və zərdab zülallarının birgə məhsulları
hesab olunurlar. Kopresipitatlar kalsium ionlarının iştirakı ilə də (südü əvvəlcədən
qızdırdıqdan sonra) alırlar. Bunların həll olan preparatlarının alınması üçün isə,
onları qurutmadan qabaq qarışdırmaqla polifosfat məhlulunda həll edirlər.
Süd zülallarının alınması bir çox alimlərin (N.N.Lipatov və s.) əsərlərində
geniş əhatə olunmuşdur.
Kazein tam dəyərli və ucuz zülal hesab olunur. Onun turşu ilə alınmış
preparatının tərkibi 90-95% zülaldan, 1-2% lipidlərdən, 1%-ə qədər laktozadan
ibarət olur.
Kazeinatlar isə tərkibində 85-88% zülallar, 2%-ə qədər lipidlər və 0,5%-ə
qədər laktoza saxlayırlar. Bununla bərabər, sənaye kazeinin tərkibində çoxlu
miqdar vitaminlər, mineral duzlar və digər vacib qida maddələri olur.
Kazeində olan əvəzolunmaz aminturşular mədə-bağırsaq fermentlərinin təsiri
ilə asanlıqla həzm olunurlar. Bununla belə, hələ də qidalanma üçün kazeinin dünya
üzrə 30%-i istifadə olunur.
Kazein və kazeinatlar zənginləşdirici kimi, emulqator və köpüklər üçün
stabilizator şəklində pəhriz məhsulları, kolbasa-sosiska və unlu qənnadı məhsulları
alınmasında geniş işlədilirlər.
53
Zərdab zülalları pendirlərin tərkibinə daxil olur və uşaq qidalarına əlavə
edilirlər. Onlar dondurma, içkilər, çörək-bulka məmulatları istehsalında, kremlərin
alınmasında resepturalara əlavə olunurlar. Kazeinin dünya üzrə istehsalı
milyonlarla ölçülsə də, onlara tələbat həmişə yüksəkdir.
Buna baxmayaraq, dünya üzrə istehsal olunan kazeinin yarısı kağız
sənayesində, onların (kağızın) yapışdırılmasına və ağarmasına sərf olunur. Eyni
zamanda onu əczaçılıqda və kosmetika və plastmas istehsalında geniş işlədirlər.
Süd zülalları eyni zamanda heyvanlara yem kimi də işlədilirlər.
Bütün bunlara baxmayaraq, süd zülallarının, xüsusilə kazeinin qidalanmada
nisbətən məhdud istifadəsi onların yüksək olmayan funksional xassələrə malik
olmasıdır. Belə ki, onların həlməşikyaratma qabiliyyəti zəif olmaqla, spesifik iyə
və dada malik olurlar, saxlanma zamanı xassələrini dəyişə bilirlər və s.
Hazırda dünya miqyaslı tədqiqatlarda süd zülallarının funksional xassələrinin
tənzimlənməsi məsələləri üstünlük təşkil edir. Hələ ki, kazeinin süni ət
məhsullarının emalında xeyli çətinliklər qalmaqdadır.
Balıq və dəniz məhsullarından zülal preparatlarının alınması azqiymətli balıq
növlərindən qurutmaqla balıq ununun alınması, izolyat və konsentratların istehsalı
ilə əlaqədardır. Bu ən çox ABŞ-da, Skandinaviya ölkələrində, Kanada, Hindistan
və Polşada geniş yayılmışdır.
Bu məqsədlə, file yaxud dondurulmuş balığı həlledicilərlə emal edib,
lipidlərini kənar edir, tərkibdə qalan zülalı məhlula keçirirlər və onu çökdürməklə
təmizləyirlər.
Bu halda, həlledicilər kimi heksan, izopropanol, xlorlu karbohidrogenlərdən
istifadə edilir. Paralel olaraq, sudan, duz məhlulu yaxud qələvilərdən də bu
məqsədlə istifadə edirlər.
Balıqdan alınan zülal konsentratları yüksək bioloji dəyərliyə malik olurlar.
54
Onların saxlanması və yeni formalı qida məhsulları üçün istifadə imkanları
əsasən tərkiblərindən lipidlərin kənar edilməsi və iy verən komponentlərin
çıxarılması ilə əlaqədardır. Bu zülal konsentratları (yəni təmizi) toxum
zülallarından alınan konsentratlardan 2 dəfə baha başa gəlir.
Balıq zülalları da təmizlənmiş halda süni süd, ət məhsullarına, çörəyin
zənginləşdirilməsinə və digər məhsulların alınmasına yönəldilirlər.
Perspektiv zülal mənbələrinə maya göbələkləri, dəniz yosunları və
təkhüceyrəlilər aiddir. Hələ qədim zamanlarda onlardan çörək, turş süd məhsulları,
pendirlər, pivə və şərab, souslar alınmasında istifadə olunmuşdur. Müalicə
məqsədilə isə onların tətbiqinə XX əsrdə başlanmışdır. Mayalar əsasən zülal-
vitamin və dadverən qatqılar kimi ət ekstraktlarının əvəzedicisi və hidrolizatlar
kimi işlədilirlər.
Təkhüceyrəlilərin (bakteriya və təkhüceyrəli yosunların və bir sıra
mikroorqanizmlərin) zülal biosintezində istifadəsi ali orqanizmlərə nisbətən 1000
dəfə artıq sürətlə həyata keçir.
Bu proses onlarda 1-6 saata başa çatırsa, taxıl bitkilərində 1-4 həftəyə,
quşlarda 1 aya, donuzlarda 2-4 aya, süd əmələ gəlməsində 2-4 aya, ət alınmasında
5 ilə başa gəlir. Onlardan alınan zülalda 15%-ə qədər nuklein turşularının olması
mənfi əlamət sayılır və sonra da təmizlənmə tələb edir.
Heterotrof mikroorqanizmlərin ali bitkilərlə və heyvanlarla müqayisəsində
üstünlüyü ondan ibarətdir ki, onların yetişdirilməsi üçün karbon və enerji mənbəyi
kimi ucuz qeyri-qida xammalından (karbohidratlar, spirtdən, karbohidrogenlərdən
(qazşəkilli)), parofinlərdən, xam neftdən istifadə olunması imkanlarıdır. Kənd
təsərrüfatı xammalı tullantıları da (yarpaq, ağac kəpəyi və otlardan alınan)
yetişdirilmə mühiti kimi yararlı sayılır. Onlardan substrat kimi istifadə edilməsi
mayaların yetişdirilməsi və tərkibinə görə bircinsli zülal xammalının alınmasına
geniş imkan yaradır. Xammaldan zülalların ayrılması (ekstraksiyası) da bu halda
asan başa gəlir. Maya və digər mikroorqanizmlərdən alınan biokütlənin tərkibində