46
Kartof tullantılarından zülal alınması isə daha perspektivdir. Çünki bu
xammalın zülalı yüksək bioloji dəyərliyə malikdir, baxmayaraq ki, kartofda 2%-ə
qədər zülal olur. Kartofdan zülal istehsalı Hollandiyada təşkil olunmuşdur.
Bütün bunlarla yanaşı, cecə və cmıxdan bitki yağları aldıqdan sonra zülal
alınması bitki toxumlarını daha maraqlı etmişdir. Pambıq çiyidi, kətan toxumu,
günəbaxan, araxis və s. bu qəbildəndir. Onlardan alınan zülalların çatışmayan
cəhəti zəif funksional xassəyə malik olmalarıdır ki, bunun üçün də müxtəlif üsullar
axtarılır.
ABŞ-da, Özbəkistanda yağsızlaşdırılmış pambıq çiyidini, konsentratı və zülal
izolyatı çoxdan istehsal edilsə də, onların tərkibindən qossipol deyilən zəhərli
birləşmənin kənar edilməsi problem məsələlərdən biridir.
ABŞ-da pambıq yağı istehsalı dünya üzrə 26%, Rusiyada 21%, Hindistanda
araxis yağı 37%, Rusiyada günəbaxan yağı isə 6,6%-dən çoxdur.
Hazırda ABŞ-da qossipol piqmenti olmayan pambıq sortu yaradılmışdır.
Günəbaxan toxumundan alınan zülallar yüksək aminturşu tərkibinə görə
qiymətli sayılır və yaxşı funksional xassələrə malikdir.
Noxud, lobya, at paxlası, mərcimək paxlası, acı paxla (lüpin) zülal istehsalı
üçün artıq dünya istehsalına daxil olmuşdur. Onların zülalları tərkibində
tarazlaşdırılmış miqdarda aminturşulara malikdir.
Bütün bunlardan əlavə bitkilərin yaşıl yarpağı və yaşıl kütləsi, xüsusilə
yoncadan zülal əldə edilməsi çoxdan araşdırılır. Yonca zülalının bioloji dəyərliyi
(KEB) əmsalı 2,2-dir. Yaşıl bitkilərdə zülallar çıxarılmaq üçün çox münasib
formada toplanmışdır. Onları xırdalayıb şirə çıxarılmaqla və bu şirədə turşulaş-
dırmaqla yaxud qızdırmaqla ondan zülalları çökdürürlər. Texnoloji çətinliklər
həmin zülalın miqdarca az olması və tərkibində çoxlu miqdar sellüloza, piqmentlər
və digər qarışıqların olmasıdır. Yoncadan zülal konsentratı alınması üçün zavodlar
ilk dəfə ABŞ-da yaradılmışdır. Bu bitkinin tərkibində 20%-ə qədər zülal, 0,5%
47
yağlar və mineral qatışıqlar olur. Onun çıxarı isə xammal kütləsinin 1,9-2,2%-ni
(yoncanın kütləsinin) təşkil edir. Ümumi zülalın 8,7%-ni və həll olan zülalın
26,1%-ni təşkil edir.
Bunların hamısı üçün əsas şərtlər istehsalın ucuz başa gəlməsi, zülalın
funksional xassəsi və bioloji dəyərliyidir.
Zülal istehsalında əsas xüsusiyyətlərdən biri də hər bir bitkiyə xas olan
zülalların izoelektrik nöqtəsinin öyrənilməsidir. Bu da onun hansı pH-da
çökdürülməsidir.
Zülalların funksional xassələrinin öyrənilməsində, onların emulsiya
əmələgətirmə xassələrinin öyrənilməsi xüsusilə vacib sayılır. Bu da sistemdə
kolloid vəziyyətində olan zülalın bitki yağlarını hansı miqdarda emulsiya halına
gətirmələri ilə xarakterizə edilir.
Bunun üçün 10-15 q zülal kimyəvi stəkana (200 ml-lik) tökülür, üzərinə 100
ml distillə suyu əlavə edilərək 20°C temperaturda qarışdırmaqla, üzərinə bitki yağı
əlavə edilərək ən azı 5 ml/saniyə sürəti ilə qarışdırmaqla müəyyənləşdirilir. Sonra
ayrılan yağın miqdarına görə emulsiya əmələgətirmə qabiliyyəti müəyyənləşdirilir.
Əlbəttə, burada zülalın kimyəvi və fiziki xassələri xüsusi rol oynayır. Bu da
dissosiasiya nəticəsində zülal molekullarının özlərinə su birləşdirməsi ilə izah
edilir.
Təcrübədə yoxlamaları mərkəzdənqaçma aparatında aparırlar. Bunun üçün
mərkəzdənqaçma aparatında 30 ml sınaq şüşələrinə 4 q zülal məhlulu töküb
üzərinə 20 ml bitki yağı əlavə edirlər və qarışığı termostatda saxlayırlar (20°C-də)
və suspenziyanı dövri olaraq, 30 dəqiqə ərzində qarışdırırlar. Sonra isə aparatda
onu 15000 dövr/dəq. sürətilə fırladırlar. Ayrılan mayenin miqdarına görə yağ
birləşdirməklə qabiliyyətini təyin edirlər.
Başqa təcrübələrdə quruluş yaradan zülalların su birləşdirmə qabiliyyəti təyin
olunur. Bunun üçün zülal nümunələrini 7:5 nisbətində xüsusi qıfda hidratlaşdırırlar
48
(qıfın aşağısı əvvəlcə bağlı olur). Sonra isə xüsusi sınaq şüşələrində qıfla birlikdə
mayeni yerləşdirir və onu mərkəzdənqaçma aparatında 20 dəqiqə ərzində fırladırlar
(800 dövr/dəq.). Sonra qıfı çıxarır, onun içində olan şüşə filtrin üzərində qalan
qalığı qurudur (4 saat 165°C-də) və çəkirlər. Ayrılan suyun kütləsinə görə zülalın
subirləşdirmə qabiliyyətini müəyyən edirlər.
Zülal məhsullarının (un, izolyat və teksturatların) keyfiyyəti üçün bioloji
dəyərliyi təyin etdikdə onun aminturşu tərkibini müəyyən edirlər. Onu aminturşu
tərkibinə görə aminturşu ........... görə daha çox hesablama üsulu ilə müəyyən
edirlər. Bu üsul zülalda çatışmayan aminturşunu meydana çıxarır.
Zülalların nisbi bioloji dəyərliyi də onları qiymətləndirmək üçün daha
obyektiv sayılır. Bu da çiy zülalda olan miqdara görə, aminturşusu miqdarına və
bioloji dəyərliyə görə müəyyən olunur (%-lə hesablanır).
Adətən bitki zülallarının keyfiyyəti xammalın emala, qurutmaya, saxlanmaya
və isti-nəm emala necə hazırlanmasından asılı olur. Bu da cecə və cmıxın
keyfiyyətinin necə olmasından xüsusilə müəyyən edir.
Bir sıra tədqiqatçılar bitki toxumlarında zülal kompleksinin, onların yetişməsi
dövründə necə formalaşmasını da öyrənmişlər. Bu da imkan vermişdir ki, həmin
toxumları (xammalı) hansı halda emala uğratsınlar. Məsələn, müəyyən olunmuşdur
ki, tam yetişmə mərhələsində azotlu birləşmələr günəbaxan toxumunda 4-6 dəfə
artır. Bu zaman albumin və qlyütelin fraksiyaları, demək olar ki, dəyişmir.
Bundan əlavə, texnoloji emal rejimlərində xammalda olan zülalların
denaturasiya səviyyəsini də nizamlamaq (nəzərə almaq) tələb olunur. Çünki
minimal denaturasiya zülalların bioloji dəyərliyinin saxlanmasını təmin edirsə,
əksinə olduqda bu mənfi əlamət sayılır. Burada istilik-nəmlik rejimlərində
arzuolunmayan fermentlərin və zülal ingibitorlarının inaktivasiyası da tələb olunur.
Bu halda melanoidin əmələgəlmə reaksiyalarının qarşısının alınması da vacibdir
(qaralma, qızarma, parçalanma və s. müşahidə olunmaması üçün).