Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   65   66   67   68   69   70   71   72   73

192 
 
121
İm Luitqard  (almanca Luitgard Im; rusca Луитгард Им)  – məşhur alman 
kino və teatr aktrisası. 
 
 
 
Şəkil  119.  Luitqard  İm  (Luitgard  Im).  1930-cu  ilin  12  yanvarında  doğulmuş, 
1997-ci ilin 21 fevralında 67 yaşı tamam olandan təxminən ay yarım sonra vəfat etmişdir. 
 
122
Trenajor  (rusca  тренажѐр)  –  müxtəlif  şəraitlərdə  və  yaxud  yüklərə  məruz 
qoyulduqda obyekti idarə etmək və onunla əlaqədar vərdişləri təkmilləşdirmək üçün tədris-
təlim  qurğusudur.  İngiliscə  train  –  məşq  etmək,  öyrənmək,  məşq  etdirmək,  öyrətmək 
deməkdir. Təyinatına görə təlim və idman trenajorları fərqləndirilir. İdman trenajorları çox 
vaxt ayrıca zallarda təşkil edilir. Odur ki, belə yerlərə trenajor zalları deyilir. 
123
Sergey  Sergeyeviç  Korsakov  1854-cü  ilin  22  yanvarında  Qus-Xrustal 
şəhərində  anadan  olmuşdur.  S.  S.  Korsakov  ulu  babalarından  irsən  aldığı  kökəlməyə 
meyllilik ucbatından bədən çəkisinin artıq olmasından və bunun nəticəsində ürək-damar 
sistemi  xəstəliklərindən  əziyyət  çəkmişdir.  1898-ci  ilin  20  iyununda  44  yaşında  ikən 
məzuniyyət götürüb Voloqdaya gedərkən yolda ürək tutması (birinci infarkt) olmuş, yerli 
xəstəxanada beş gün yatdıqdan sonra Moskvaya qayıtmış, burada müalicə həkimləri onda 
«ürəyin  piylənməsini»  müəyyən  etmişlər.  Elə  həmin  ilin  iyul  ayının  ortalarında 
Korsakovda  ikinci  ürək  tutması  olmuşdur.  Kəskinləşən  xəstəlik  universitet  tələbələrilə 
praktik məşğələləri aparmaqdan azad olmaq üçün ərizə verməsinə məcbur etmişdir. 1899-
cu ilin iyununda Sergey Korsakov mütəxəssislərlə məsləhətləşmək üçün Vyana şəhərinə 
yollanmışdır.  Orada  xəstədə  piylənmə  və  miokarditlə  əlaqədar  olan  ürək  hipertrofiyası 
aşkara  çıxarılmışdır.  Vyanadan  Roqas  şəhərinə  gedən  alim  orada  doktor  Bayali 
institutunda vanna qəbul etmiş və gimnastik tapşırıqlar yerinə yetirmişdir. Sərhəd xaricində 
1899-cu  ilin  25  avqustuna  qədəq  qalan  S.  S.  Korsakov  özündə  xeyli  yaxşılaşma  hiss 
etmişdir.  Lakin  1900-cü  il  başlayan  kimi  vəziyyəti  yenidən  pisləşmiş  və  22  yanvarda 


193 
 
özünün  46-cı  ad  gününü  yataqda  keçirmişdir.  S.  S.  Korsakov  1900-cü  ilin  1  mayında 
paytaxt Moskvada dünyasını dəyişmişdir. 
 
 
 
 
Şəkil 120. Sergey Sergeyeviç Korsakov (1854–1900). Müxtəlif illərdə 
çəkdirdiyi şəkillər 
 
124
Seluyko Valentina Mixaylovna (rusca Валентина Михайловна Целуйко) – 
həm  psixoloji,  həm  də  pedaqoji  elmlər  namizədi,  Volqoqrad  Dövlət  Pedaqoji 
Universitetinin təhsil və inkişaf psixologiyası kafedrasının dosenti.  
 
 
Şəkil 121. Valentina Mixaylovna Seluyko 
 
125
Mənbələrin  bəzisində  verilən  məlumata  görə,  Andronik  Birinci  Komnin 
1118-ci ildə doğulmuşdur.  Ancaq başqa  mənbələrdə onun  1123-cü ildə dünyaya  gəldiyi 
göstərilmişdir.  Birinci  İsaak  Komninin  oğlu  olan  Andronik  imperatriça  Mariyaya  qarşı 
üsyan  qaldıraraq  hakimiyyəti  ələ  keçirmiş,  1183-cü  ildən  Komninlər  sülaləsindən 
imperator olmuşdur. Komninlər sülaləsinin Konstantinopol taxt-tacında əyləşən sonuncu 
nümayəndəsi  kimi  tarixə  düşmüşdür.  Konstantinopolun  varlı  dairələrinə  (şəhər 


194 
 
zadəganlarına)  arxalanan  Birinci  Andronik  başlıca  olaraq  demaqoqluq  və  amansız 
terrorçuluq  yolu  ilə  feodal  pərakəndəliyi  meyllərinə  qarşı  mübarizə  aparır,  bürokratik 
aparatın möhkəmlənməsinə çalışır, məmurların vəzifədən sui-istifadə etmələrinin qarşısını 
almaq  və  korrupsiyanı  (rüşvətxorluğu)  ləğv  etmək  məqsədilə  ağır  cəzalar  tətbiq  edir, 
Qərblə ticarət əlaqələrinin qurulması məqsədilə bir sıra tədbirlər həyata keçirirdi. Birinci 
Andronik  Komninin  dövründə  Dalmasiyanı,  Dunay  çayı  boyunca  yerləşən  strateji 
cəhətdən mühüm ərazilər və Kipr adası itirilmiş, Bizans süqut etməyə başlamışdır. Siciliya 
normanları  Fessalonikanı  ələ  keçirərək  qarət  etdilər.  Normanlarla  müharibədə  Birinci 
Andronikin  müvəffəqiyyətsizliyindən  istifadə  edən  Konstantinopol  aristokratiyası  üsyan 
qaldırdı. Nəticədə Birinci Andronik Komnin devrildi (taxtdan salındı) və 1185-ci ilin 12 
sentyabrında edam olundu. 
126
Basilevs (rusca басилевс; yunanca basileus) – Qədim Yunanıstanda Miken 
epoxasında böyük olmayan yaşayış məskəninin idarəedicisi, Homer dövründə hərbi gücü, 
kahini və məhkəmə hökuməti olan tayfa və yaxud tayfa birliklərinin başçısı (bir monarx 
olaraq  ilk  vaxtlar  seçilirdi,  sonralar  irsən  ötürüldü),  orta  əsrlərdə  Bizans  imperatorlarının 
rəsmi  titulu,  həmçinin  Skif  və  Bosfor  çarlığı  hökmdarları.  Onu  həmçinin  «basiley», 
«bazilevs», «vasilevs» də adlandırırdılar. 
 
 
Şəkil  122.  Bizans  imperatoru  Birinci  Andronik  Komnin  (Andronikos  I 
Komnenos).  
 
127
Qalife Qaston Aleksandr Ogüst de (Gaston Alexandre Auguste de Galliffet) – 
markiz,  fransız  kavaleriya  generalı,  Paris  kommunasının  cəlladı,  hərbi  nazir.  Ayrı-ayrı 
ədəbiyyatlarda  Qaliffe,  Qallife,  Qalliffe  kimi  də  yazılır.  1830-cu  ilin  23  yanvarında 
Fransanın  paytaxtı  Paris  şəhərində  anadan  olmuş,  1909-cu  ilin  8  iyulunda  elə  həmin 
şəhərdə vəfat etmişdir.  
 
 


195 
 
 
 
 
 
Şəkil 123. Qaston Aleksandr Ogüst de Qalife (Gaston Alexandre Auguste de 
Galliffet; 1830–1909). Müxtəlif illərdə çəkdirdiyi şəkillər 
 
128
«Tezötən çaxotka» dedikdə vərəm xəstəliyinin çox tez inkişaf edən, qısa vaxt 
ərzində ölümlə nəticələnən forması başa düşülür. 
129
Marks  Karl  Henrix  (almanca  Karl  Heinrich  Marx;  rusca  Карл  Генрих 
Маркс;  1818–1883)  –  məşhur  alman  filosofu,  sosioloq,  iqtisadçı,  yazıçı,  şair,  siyasi 
jurnalist və ictimai xadim. 
 
 
Şəkil 124. Karl Henrix Marks (Karl Heinrich Marx) 1875-ci ildə 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə