KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   2   3   4   5   6   7   8   9   ...   67

İlkin Sabiroğlu 
torpaqlara gəlib çatması üçün min il, sənaye inqilabı üçün yüz 
il  lazım  gəlmişdisə,  informasiya  inqilabına  on  il  kifayət  elədi. 
Çünki  qloballaşan  dünya  daha  da  “kiçilmişdi”.  Artıq  biz  də 
elektron  hökumətdən,  informasiya  və  kommunikasiya  texno‐
logiyaları üzrə universitetdən bəhs etməyə başladıq. Əgər fikir 
verirsinizsə, hər inqilab bir öncəkindən on qat daha artıq sürət‐
lə yayılaraq bu torpaqlara gəlib çatıb. Bu isə deməyə əsas verir 
ki, əgər dünyada nə vaxtsa dördüncü inqilab baş versə bu eyni 
anda bizim torpaqlarda da baş verəcək. Ya da ola bilər ki, dör‐
düncü  inqilab  dünyada  yazda  baş  versin  bizə  isə  qışda  gəlib 
çatsın. Yəni artıq çox gözləmək lazım gəlməyəcək... 
Edwin Hubble kainatın genişləndiyini sübut etdiyi halda,
10
 
dünyanı “kiçildən” nədir? Qloballaşmamı? Xeyir, qloballaşma 
nəticədir!  Dünyanı  inqilablar  “kiçildir”!  Dünya  aqrar  inqilab‐
dan bu tərəfə “kiçilə‐kiçilə” gəlir. 
Və yeni bir xəbər: ABŞ‐ın WMAP kosmik zondundan alın‐
mış  son  məlumatlar  dünya  elmi  dairələrində  əsil  təşviş  yara‐
dıb.  Qalaktikanın  müxtəlif  hissələrinin  radiasiya  şüalanması 
temperaturunun ölçülməsi üçün nəzərdə tutulan zond kosmik 
fəzalarda qəribə bir xətt aşkarlayıb. Bu xətt kainatın bir tərəfin‐
dən  girib  o  biri  tərəfindən  çıxır  və  onun  məkan  modelini  for‐
malaşdırır.  Alimlər  bu  xətti  “şər  oxu”  adlandırıblar.  Həmin 
oxun  aşkarlanması  kainatın  yaranması  və  inkişafı  haqqında 
bütün müasir təsəvvürləri, o cümlədən Albert Einsteinin nisbi‐
lik nəzəriyyəsini şübhə altına alır. Məhz buna görə də ona belə 
ad verilib.
11
Xatırladaq  ki,  nisbilik  nəzəriyyəsinə  görə,  ilk  “böyük  part‐
layış”dan sonra məkan və zamanın inkişafı xaotik surətdə baş 
vermiş, kainatın özü isə ümumən yekcinsdir və bütün sərhəd‐
ləri  boyunca  genişlənməyə  meyllidir.  Lakin  Amerika  zondu‐
                                                 
10
 David Filkin, Stephen Hawking’in Evreni, BBC Books, Aksoy Yayıncılık, 
Dekabr 1998, səh. 90. 
11
 “The Universe: The new Axis of Evil”, The Independent, 1 fevral 2006. 
 
‐ 10 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
nun məlumatları bu postulatları təkzib edir: relikt radiasiyanın 
temperatur  göstəriciləri  kainatın  müxtəlif  zonalarının  bölgü‐
sündə  xaosa  deyil,  müəyyən  səmt  və  ya  hətta  plan  olduğuna 
sübutdur.  Eyni  zamanda,  xüsusi  bir  nəhəng  xətt  mövcuddur 
ki, kainatın bütün strukturunun səmtlənməsi də onun ətrafın‐
da baş verir... 
Qısacası, hal‐hazırda kainatın da genişləndiyini qəti şəkildə 
söyləmək mümkün deyil... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 11 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 12 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
İqtisadi paradiqmalar 
niyə dəyişir? 
 
Isaac  Newtonun  1687‐ci  ildə  Principia  adlı  kitabının  nəşr 
olunması  fizika  aləminə  dair  düşüncədə  sözün  həqiqi  məna‐
sında  bir  inqilabın  gerçəkləşməsi  ilə  nəticələnmiş,  bunun  ar‐
dından Jhon Lockeun fərdiyyətçiliyi, Adam Smithin mənfəətçi 
iqtisadiyyatı, Karl Marxın determinist tarix qanunu, kor bir tə‐
kamülçü  mübarizəyə  dayanan  Charles  Darwinin  reduksionist 
biologiyası  və  Sigmund  Freudin  qaranlıq  ruhunun  fırtınalı 
qüvvətləri, bunların hamısı, bir ölçüdə Newtonçu fizika nəzə‐
riyyəsindən təsirlənmişdi... 
Newtonçu fizika klassik və neoklassik iqtisadın inkişafında 
çox təsirli olmuş
12
 və alternativ olaraq Keynesçi iqtisad ortaya 
çıxmışdır.  Nəticədə  iqtisad  tarixi  dövlətin  iqtisadi  həyata  mü‐
daxiləsini  lüzumlu  və  yararlı  sayanlarla,  lüzumsuz  və  zərərli 
sayanlar arasındakı mübarizənin tarixinə çevrilmişdir. 
İqtisad  tarixinin  ən  önəmli  mövzularından  biri  də  “Orto‐
doks  İqtisad”  və  “Heterodoks  İqtisad”  bölgüsüdür.
13
  Hetero‐
doks  İqtisad,  iqtisad  elminin  sərhədlərini  genişləndirməyə, 
ona sosiologiya, antropologiya, psixologiya, politologiya və ta‐
rix elmindən transferlər etməyə, cəmiyyətdə və iqtisadiyyatda 
dəyişikliklər yaradan amillərin incələnməsinə yönəldiyi halda, 
Ortodoks  İqtisad  nəzəriyyəsi,  paylaşdırma,  bölgü,  stabillik  və 
artım  mövzuları  ilə  özünü  məhdudlaşdırmışdır.  Bu  səbəbdən 
iqtisad  tarixi,  bu  iki  qrup  arasındakı  konsensusdan  uzaq  zid‐
diyyətlərin nümunələri ilə zəngindir. Ortodoks iqtisadçılar nə‐
yi “verilmiş kəmiyyət” olaraq ələ alıblarsa heterodoks iqtisad‐
                                                 
12
 Y. Sezai Tezel, İktisadi Büyüme, Ankara Yayıncılık, Ankara, 1997, səh.63. 
13
 Vural Fuat Savaş, İktisadın Tarihi, Liberal Düşünce Topluluğu, İstanbul, 1997, 
səh.12. 
 
‐ 13 ‐


İlkin Sabiroğlu 
çılar onları açıqlamağa yönəlmiş, heterodoks yazarların “veril‐
miş  kəmiyyət”  kimi  qəbul  etdiklərini  də  ortodokslar  tədqiqat 
mövzusuna çevirmişlərdir. 
Ortodoks  iqtisadçılar  hər  hansı  bir  hadisəni  təhlil  edərkən 
öncə  o  hadisə  ilə  əlaqədar  bəzi  ünsürlərin  dəyişmədiyini  fərz 
edərlər.  Bu  ünsürlərdəki  dəyişmələrin  təsirini  isə  daha  sonra 
və  tək‐tək  incələməyə  yönəlirlər.  “Digər  şərtlər  sabit  olduğu 
halda” (ceteris paribus) şərti kimi bilinən bu fərz etmə, hetero‐
doks iqtisadçılara görə sadəcə təbiət elmlərinə tətbiq oluna bi‐
lər. Ortodoks iqtisadçıların bu fərz etmələri iqtisad elminin pa‐
radiqmalarının doğmasına səbəb olmuşdur. 
Thomas  Kuhna  görə,  paradiqma  bir  elm  sahəsinə  mənsub 
elm  adamlarının  normal  elmi  dairə  çərçivəsində  aparacaqları 
tədqiqatlarda  istifadə  etdikləri  əsas  prinsipləri  göstərir.
14
  Ara‐
sıra  ortaya  çıxan  paradiqma  xarici  anormallıqlar,  həmin  elm 
sahəsinə  mənsub  elm  adamlarının,  paradiqmada  edəcəkləri 
önəmsiz dəyişikliklər və ya düzəltmələrlə açıqlana bilər. Lakin 
mövcud  paradiqmada  bu  şəkildə  ediləcək  kiçik  dəyişiklik  və 
ya düzəltmə ilə həll edilə bilməyən problemlər də ortaya çıxa 
bilər.  Belə  olan  halda  mövcud  paradiqma  bir  böhranla  qarşı‐
qarşıya  qalır.  Həmin  paradiqmanın  tərk  edilib,  onun  yerinə 
yeni bir paradiqma formalaşdırılması qaçılmaz hala gəlir. Elm 
adamları  bu  yeni  paradiqmanın  həm  formalaşdırılmasına  və 
həm də müdafiəsinə səy göstərirlər... 
Bu  gün  fizika  elmində  yaşanan yeni inqilab yenə  fizika  ilə 
məhdudlaşmamaqda,  kvant  fizikası  bütün  sosial  elmlərdə  də 
kvant  düşünmə  tərzini  zəruri  qılmaqdadır.  Bundan  iqtisad 
elmi də nəsibini almaqdadır.
15
 Nəzərə alsaq ki, günümüzə qə‐
dər iqtisadiyyatın bir elm olub‐olmadığı müzakirələri də para‐
                                                 
14
 Thomas S. Kuhn, Asal Gerilim, Türkcəyə tərcümə: Yakup Şahan, Kabalcı 
Yayınevi, İstanbul, 1994, səh.353. 
15
 Mehmet Altan, “Newton’dan, Quantum’a İktisatta Yeni Açılımlar”, 
www.istanbulrotary.org. (01.03.2006). 
 
‐ 14 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə