Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

iradəsini yerinə yetirməyə çalışan şəxs Məsihin və Onun 
Kilsəsinin sayəsində əbədi xilası miras ala bilər.
172. Nə üçün Kilsə dünyaya Müjdəni elan 
etməlidir?
849-851
Çünki Məsih əmr etmişdir: «Beləliklə, gedin, bütün 
millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və 
Müqəddəs Ruh adı ilə vəftiz edin“ (Mat 28:19). Rəbbin bu
missionerlik əmri Öz Oğlunu və Öz Ruhunu göndərən 
Allahın əbədi məhəbbətindən irəli gəlir, çünki Allah 
“bütün insanların xilas olub həqiqəti dərk etməsini 
istəyir” (1Tim 2:4).
173. Kilsə nə mənada missioner Kilsəsidir?
852-856
Müqəddəs Ruhla istiqamətlənən Kilsə tarix boyu Məsihin 
missiyasını davam etdirir. Buna görə də məsihçilər eyni 
yolla gedərək, özlərini qurban verməyə, hətta şəhid 
etməyə hazır olaraq hamıya Məsihin Xoş Xəbərini elan 
etməlidirlər.
174. Nə üçün Kilsə həvari Kilsəsidir?
857
869 
Kilsə öz başlanğıcına görə həvari Kilsəsidir, çünki 
«həvarilərin təməlində» (Ef 2:20) dayanır; təliminə – 
həvarilərin özlərinin təlimininə görə həvari Kilsəsidir; 
strukturuna görə həvari Kilsəsidir, çünki ta Məsihin 
gəlişinə qədər Peterin Varisi ilə ünsiyyətdə olan 
həvarilərin ruhani varisləri -  yepiskoplar  tərəfindən 
maariflənir, təqdis və idarə olunur.
175. Həvarilərin missiyası nədən ibarətdir?
858-861
82


«Həvari» – «elçi» deməkdir. Atanın Elçisi olan İsa 
şagirdləri arasından on iki nəfəri seçdi və onları həvari, 
Dirilməsinin xüsusi şahidi və Kilsənin təməli etdi. Onlara 
Öz missiyasını davam etdirmək əmrini verdi: “Ata Məni 
göndərdiyi kimi Mən də sizi göndərirəm” (Yəh 20:21) və 
zamanın sonuna qədər onlarla olmasını vəd etdi.
176. Həvarilərin vərasəti nədir?
861-865
Həvarilərin vərasəti Keşişlik ayini vasitəsilə həvarilərin 
missiya və səlahiyyətinin onların varislərinə, 
yepiskoplara ötürülməsidir. Belə ötürülmə nəticəsində 
Kilsə yer üzündə Məsihin Padşahlığının yayılması naminə 
həvari fəaliyyətini əsrlər boyu davam etdirdikcə öz 
mənbələri ilə iman və həyat ünsiyyətində qalır.
MƏSİHƏ İMAN EDƏNLƏR. 
İYERARXİYA, DÜNYƏVİLƏR, ALLAHA HƏSR OLUNMUŞ
HƏYAT
177. Məsihə iman edənlər  kimlərdir?
871-872
Məsihə iman edənlər – vəftiz vasitəsilə Məsihlə birləşən 
şəxslər Allah xalqının üzvləri olurlar. Vəziyyətlərinə 
uyğun olaraq Məsihin kahin, peyğəmbər və padşah 
xidmətinin iştirakçısı olandan sonra onlar Allahın Kilsəyə 
tapşırdığı missiyanı həyata keçirməyə çağırılırlar. Onlar 
arasında Allah övladı olmaq şərafətində tam bərabərlik 
var.
178. Allah xalqı necə təşkil olunub?
873
934
Allahın iradəsinə görə Kilsədə din xadimləri var, bunlar 
Keşişlik ayini vasitəsilə Kilsənin iyerarxiyasını təşkil 
edirlər. Digər insanlar dünyəvilər adlanır. Həm bu, həm 
83


də digər kateqoriyaya aid olanlar arasında sadiq adamlar
var, bunlar xüsusi yolla özlərini Allaha həsr edərək 
Müjdənin nikahsızlıq, kasıbçılıq və tabeçilik kimi 
məsləhətlərinə and içirlər.
179. Nə üçün Məsih Kilsədə iyerarxiya təşkil etdi?
874-876 
935
Məsih Kilsədə Özü ilə bərabər Allah xalqını otarmaq 
missiyası üçün iyerarxiya təşkil etdi və buna görə ona bu
səlahiyyəti verdi. İyerarxiya din xadimlərindən – 
yepiskoplar, presviterlər, dyakonlardan ibarətdir. Keşişlik 
ayininə (sirrinə) görə yepiskop və presviterlər Baş olan 
Məsihin Adı və Simasında (in persona Christi Capitis) 
hərəkət edir və öz xidmətlərini həyata keçirirlər; 
dyakonlar Allah Xalqına Kəlam, Liturgiya və mərhəmət 
sahələrində dyakonluq (xidmət) edirlər .
180. Kilsə xidmətinin kollegial ölçüsü necə həyata 
keçirilir?
876-877
Məsihin seçdiyi və birlikdə vəz etməyə göndərdiyi on iki 
həvarinin nümunəsində Kilsə iyerarxiyasının üzvlərinin 
birliyi bütün iman edənlərin qardaşlıq ünsiyyətinə xidmət
etmək üçün təyin edilib. Hər bir yepiskop öz xidmətini 
yepiskop kollegiyası nəzdində Papa ilə ünsiyyətdə yerinə 
yetirir və Ümumdünya Kilsəsi üçün onun qayğısına şərik 
olur. Keşişlər yerli Kilsənin presviterlik vəzifəsini öz 
yepiskopları ilə ünsiyyətdə və onun rəhbərliyi altında icra
edirlər. 
181. Nə üçün Kilsə xidməti şəxsi xarakter daşıyır?
878-879 
Kilsə xidməti şəxsi xarakterə malikdir, çünki Keşişlik 
sirrinə görə hər kəs Məsih qarşısında məsuliyyət daşıyır. 
84


Məsih hər bir xidmətçini şəxsən çağırır və ona missiya 
tapşırır.
182. Papanın missiyası nədən ibarətdir?
880-882
936-937
Roma yepiskopu və müq. Peterin varisi olan Papa – 
Kilsənin daimi və görünən başlanğıcı, birliyinin təməlidir. 
O, yer üzündə Məsihin müavini və vikarisidir, yepiskoplar
kollegiyasının başçısı və bütün Kilsənin rəhbəridir. Allahın
təyinatı ilə həmin Kilsə üzərində Papanın tam, ali, 
bilavasitə və ümumdünya səlahiyyəti var.
183. Yepiskoplar kollegiyasının işi nədən ibarətdir?
883-885
Yepiskoplar kollegiyası Papasız deyil, yalnız Papa ilə 
birlikdə Kilsə üzərində ali və tam səlahiyyəti həyata 
keçirir.
184. Yepiskoplar öyrətmə (munus docendi) 
missiyasını necə həyata keçirirlər?
888-890
939
Papa ilə ünsiyyətdə olan yepiskopların üzərinə 
məsuliyyət qoyulur ki, onlar düzgün və səlahiyyətlə 
hamıya Müjdəni təbliğ etsinlər, çünki onlar həvari 
imanının həqiqi şahidləridir və onlara Məsihdən 
səlahiyyət verilib. Allah xalqı imanı fövqəltəbii yolla dərk 
edərək Kilsənin canlı Müəllimlik rəhbərliyi altında 
dönmədən imandan yapışır.
185. Müəllimliyin nöqsansızlığı nə vaxt həyata 
keçirilir?
890-891
Nöqsansızlıq o zaman həyata keçirilir ki, Roma Pontifiki 
Kilsənin Rəhbəri olaraq ali hakimiyyətinin gücü ilə yaxud 
85


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə