Katolik Kilsəsinin katexizisi


 Məsih və Onun Ruhu imanlıların ürəklərində



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

146. Məsih və Onun Ruhu imanlıların ürəklərində 
necə hərəkət edir?
738-741
Ayinlər (Sirrlər) vasitəsilə Məsih Öz Bədəninin üzvlərinə 
Ruhunu və Allahın lütfünü verir, bu lütf Ruha uyğun 
olaraq yeni həyatın səmərəsini gətirir. Nəhayət, 
Müqəddəs Ruh duada Müəllimlik edir.
«Müqəddəs Ümumdünya Kilsəsinə iman edirəm»
ALLAHIN NİYYƏTİNDƏ OLAN KİLSƏ
147. Kilsə sözünün mənası nədir?
751-752
777, 804
Bu, Allahın övladı, Məsihin üzvləri və Müqəddəs Ruhun 
Məbədi olanların cəmiyyətini yaratmaq üçün Allahın 
dünyanın hər tərəfindən çağırdığı və topladığı xalq 
mənasını verir.
148. Müqəddəs Kitab daha hansı ad və rəmzlərlə 
Kilsəyə işarə edir?
753-757 
Müqəddəs Yazıda biz bir çox simaları aşkar edirik və bu 
simalar  Kilsə sirrinin bir-birini tamamlayan 
nöqteyi-nəzərini aşkar edir. Əhdi-Ətiq əsasən Allahın 
xalqı ideyası ilə bağlı rəmzlərdən istifadə edir; 
Əhdi-Cədid isə xalqın Başçısı olan Məsih, Onun Bədəni 
olan xalq və həmçinin çobanların həyatından (qoyunların
həyəti, sürü, qoyun), əkinçilik (tarla, zeytun ağacı, üzüm 
meynəsi), ailə (gəlin, ana, ailə), tikinti (ev, daş, məbəd) 
mövzularından götürülmüş terminlərdən istifadə edir. 
74


149. Kilsənin mənşəyi və təcəssümü nədən 
ibarətdir?
758-766
778
Kilsə öz başlanğıcını və təcəssümünü Allahın əzəli 
niyyətindən götürür. O, hələ Əhdi-Ətiqdə bütün xalqların 
gələcək toplantısının əlaməti olan İsrailin təsvirində 
qabaqcadan hazırlanmışdı. İsa Məsihin sözləri və əməlləri
ilə əsası qoyulan Kilsə hər şeydən əvvəl Onun fidyə olan 
ölümü və Dirilməsi ilə həyata keçirildi, sonra isə
Pentekost zamanı Müqəddəs Ruhun enməsi ilə xilas sirri 
kimi zahir oldu. Kilsə bütün satın alınmış insanların 
səmavi toplantısı kimi axır zamanda tamamlanacaq.
150. Kilsənin missiyası nədən ibarətdir?
767-769
Kilsənin missiyası – İsa Məsihin aşkar etdiyi Allah 
Padşahlığını bütün xalqlar arasında elan etmək və təşviq 
etməkdir. Burada yer üzündə Kilsə xilas Padşahlığının 
rüşeymi və başlanğıcıdır.
151. Kilsə hansı mənada sirdir?
770-773
779
Kilsə sirdir, çünki onun gözə görünən reallığında yalnız 
iman gözləri ilə görünən ruhani, İlahi reallıq iştirak edir 
və fəaliyyət göstərir.
152. Kilsə – ümumdünya xilas sirridir. Bu ifadənin 
mənası nədir?
774-776
780 
Məna budur ki, Kilsə – barışmanın, bütün bəşəriyyətin 
Allahla ünsiyyətinin və bütün bəşər nəslinin birliyinin 
əlaməti və alətidir.
75


KİLSƏ ALLAHIN XALQI, MƏSİHİN BƏDƏNİ, 
MÜQƏDDƏS RUHUN MƏBƏDİDİR
153. Nə üçün Kilsə Allahın xalqıdır?
781
802-804
Kilsə Allahın xalqıdır, çünki Allah insanları bir-bir deyil, 
onları Ata, Oğul və Müqəddəs Ruhun birliyi ilə birləşdirib 
vahid xalq edərək təqdis və xilas etmək istədi.
154. Allah xalqının hansı fərqləndirən 
xüsusiyyətləri var?
782
804
Bu xalqa «Məsihə iman və Vəftiz vasitəsilə» üzv olmaq 
mümkündür; onun başlanğıcı – Ata Allahdır, Başçısı – İsa 
Məsihdir, onun vəziyyəti – Allah övladlarının ləyaqət və 
azadlığıdır, onun qanunu – məhəbbətin yeni əmridir
missiyası – dünyanın duzu və nuru olmaqdır, təyinatı – 
artıq yer üzündə başlayan Allah Padşahlığıdır.
155. Allahın xalqı nə mənada Məsihin Kahin, 
Peyğəmbər və Padşah kimi üç xidmətində iştirak 
edir?
783-786
Allahın xalqı Məsihin Keşişlik xidmətində iştirak edir, 
çünki vəftiz olunanlar Müqəddəs Ruhla ruhani səmərə 
gətirmək üçün həsr olunurlar; onlar Məsihin 
peyğəmbərlik xidmətində iştirak edirlər, çünki imanın 
fövqəltəbii hissi ilə israrla ondan yapışır, onu daha da 
dərindən anlayır və onun barəsində şəhadət edirlər; İsa 
Məsihi təqlid edərək Onun padşahlıq xidmətində iştirak 
edirlər, Məsih Kainatın Padşahı olduğu halda hamının, ilk 
növbədə isə kasıbların və əzab çəkənlərin Qulu oldu.
76


156. Nə üçün Kilsə Məsihin Bədənidir? 
787-791
805-806
Ölən və dirilən Məsih Ruh vasitəsilə Özü ilə imanlıları sıx 
əlaqədə saxlayır. Beləcə Evxaristiya vasitəsilə birləşən 
Məsih imanlıları bir-biri ilə mərhəmətdə birləşərək vahid 
Bədən, vahid Kilsə olurlar; Kilsənin birliyi onun üzv və 
funksiyalarının müxtəlifliyində təcəssüm olunur.
157. Bu Bədənin Başı kimdir?
792-795
807
Məsih «Bədənin, yəni imanlılar cəmiyyətinin Başıdır» (Kol
1:18). Kilsə Onunla, Onda və Onun üçün yaşayır. Məsih 
və Kilsə «bütöv Məsihi» (müq. Avqustin) təşkil edirlər
«Baş və üzvlər – eyni mistik şəxsdir» (müq. Toma 
Akvinalı).
158. Nə üçün Kilsə Məsihin Gəlini adlanır?
796
808
Çünki Rəbb Özünü Kilsəni sevən və Özü ilə əbədi İttifaqla
birləşdirən «Bəy» (Mark 2:19) adlandırır. Məsih Özünü 
Kilsəyə görə qurban gətirdi ki, Öz qanı ilə onu yuyaraq, 
«təqdis edib» (Ef 5:26) bütün Allah övladlarının səmərəli 
anası etsin. «Bədən» sözü «Baş»la üzvlərin birliyini 
nəzərdə tutduğu kimi, «gəlin» sözü də onların arasında 
olan şəxsiyyət münasibətlərində olan fərqə işarə edir.
159. Nə üçün Kilsə Müqəddəs Ruhun məbədi 
adlanır?
797-798
809-810
Çünki Müqəddəs Ruh Kilsə olan Bədəndə, onun Başında 
və üzvlərində yaşayır; bundan başqa, Allah Kəlamı, 
77


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə