Katolik Kilsəsinin katexizisi


 Məryəm İlahi xilas niyyəti ilə necə həmkarlıq



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

97. Məryəm İlahi xilas niyyəti ilə necə həmkarlıq 
edir?
493-494
508-511
Allahın lütfü ilə Məryəm ömrü boyu hər cür şəxsi 
günahdan azad olaraq yaşadı. Məryəm – «Lütfə nail 
olmuş qızdır» (Luka 1:28), «Tam müqəddəsdir». Mələk 
Ona «Haqq-Taalanın Oğlunu» (Luka 1:32) doğacağı 
barədə xəbər verəndə O, «imana itaət etməyə» (Rom 
1:5) asanlıqla razılıq verdi. Məryəm Özünü bütünlüklə 
Oğlu İsa Məsihin Şəxsiyyətinə və işinə həsr edir və bütün
qəlbi ilə İlahi xilas niyyəti ilə bağlanır.
98. İsa Bakirədən doğuldu – bu ifadənin mənası 
nədir?
496-498
503
Məna budur ki, İsa yalnız Müqəddəs Ruhun qüdrəti ilə 
Bakirənin bətnində kişi iştirakı olmadan dölləndi. İsa – 
ilahi təbiətinə görə Səmavi Atanın, insani təbiətinə görə 
isə Məryəmin Oğludur. Lakin hər iki təbiətdə Allah 
Oğludur və onda yalnız vahid, İlahi Şəxsiyyət var.
99. Məryəm nə mənada «Həmişə Bakirə» adlanır?
499-507
510-511
Bu o mənanı daşıyır ki, Məryəm «Oğul döllənəndə Bakirə 
olaraq qaldı, Onu doğanda Bakirə olaraq qaldı, Onu 
bətnində daşıyanda Bakirə olaraq qaldı, Ana olanda 
Bakirə olaraq qaldı və həmişə Bakirə olaraq qaldı» (müq. 
Avqustin). Buna görə Müjdələrdə İsanın bacı-qardaşları 
haqqında danışılanda Müqəddəs Yazıların 
57


terminologiyasına uyğun olaraq yaxın qohumlarından 
bəhs olunur.
100. Məryəmin ruhani analığı nə mənada 
ümumdünya xüsusiyyəti daşıyır?
501-507
511
İsa Məryəmin yeganə Oğludur, lakin İsanın simasında 
Onun ruhani analığı İsanın xilas etməyə gəldiyi bütün 
insanlara şamil edilir. Öz itaətkarlığı ilə Bakirə Məryəm 
Yeni Adəm – İsa Məsihlə yanaşı Yeni Həvvadır, insanların 
həqiqi Anasıdır. O, ana məhəbbəti ilə insanların lütfdə 
doğulmasına və tərbiyəsinə yardım edir. Məryəm Bakirə 
və Ana olaraq Kilsənin surətidir, onun ən kamil 
təcəssümüdür.
101. İsanın bütün həyatı hansı mənada bir sirdir?
512-521
561-562
Məsihin bütün həyatı – vəhy hadisəsidir. İsanın yer 
üzündəki həyatında görünən şeylər Onun görünməyən 
sirrinə, ilk növbədə Onun Allah Oğulluğu sirrinə aparıb 
çıxarır: «Məni görmüş kəs Atanı görmüş olur» (Yəh 14:9).
Bundan əlavə, xilas tam şəkildə Çarmıxdan və 
Dirilmədən hasil olsa da, Məsihin bütün həyatı xilas 
sirridir, çünki İsanın etdiyi, dediyi, dözdüyü hər şey 
düşkün insanı xilas etmək və onu Allah övladı vəzifəsində
bərpa etmək məqsədi daşıyırdı.
102. İsanın sirlərinə necə qabaqcadan hazırlıq 
görülmüşdü?
58


522-524
Bu hazırlıq hər şeydən əvvəl bizim yenidən Advent 
dövrünün liturgiyasında duyğulandığımız uzun, çoxəsrlik 
gözləntidən ibarətdir. Bütpərəst xalqların ürəyində 
oyanmış dumanlı gözləntidən başqa Allah Öz Oğlunun 
zühuruna Əhdi-Ətiq vasitəsilə son və ən böyük 
peyğəmbər olan Vəftizçi Yəhyaya qədər qabaqcadan 
hazırlıq görmüşdü.
103. İncil İsanın doğulması və uşaqlıq sirləri 
barədə nə öyrədir?
525-530
563-564
Miladda səmavi izzət körpə zəifliyində üzə çıxır. İsanın 
sünnəti Onun yəhudi xalqına mənsubluğunun və bizim 
Vəftizimizin rəmzidir. Allahın Zühuru – Xilaskarın, İsrail 
Padşahının bütün xalqlara zühurudur; Onun Məbəddə 
Həsr Olunması zamanı Şimeonun və Annanın simasında 
İsrailin bütün intizarda olanları Xilaskarları ilə görüşə 
gəlirlər; Misirə qaçma və körpələrin öldürülməsi Məsihin 
bütün həyatının təqiblər altında keçəcəyi barədə xəbər 
verir; Onun Misirdən qayıdışı Çıxış barədə xatırladır və 
İsanı yeni Musa kimi təqdim edir: O, həqiqi və son 
Nicatverəndir.
104. İsanın Nazaretdəki gizli həyatı bizə nə 
öyrədir?
533-534
564
İsa Nazaretdəki gizli həyatı zamanı gündəlik həyatın 
səssizliyində yaşayır. Bununla da O bizə duadan, 
sadəlikdən, zəhmətdən, ailə məhəbbətindən ibarət olan 
gündəlik həyatın müqəddəsliyində Onunla ünsiyyətdə 
yaşamağa izin verir. Məryəmə və atası adlanan Yusifə 
tabeçiliyi Onun Ataya oğulluq itaətinin rəmzidir. Məryəm 
59


və Yusif İsanın sirrini imanla qəbul edirlər, hərçənd ki heç
də həmişə Onu anlamırlar.
105. Nə üçün İsa Yəhyadan «günahların 
bağışlanması üçün tövbə edib vəftiz olunmanı» 
(Luka 3:3) qəbul edir?
535-537
565
İctimai xidmətin başlanğıcını qoymaq və Öz ölümünün 
«Vəftizini» qabaqcadan bildirmək üçün O bunu edir, 
günahsız olsa da, O, “dünyanın günahını aradan götürən 
Allah Quzusu» (Yəh 1:29) idi və Özünü günahkara tay 
tutmağa icazə verir. Ata Onu Öz «Sevimli Oğlu» (Mat 
3:17) elan edir və Müqəddəs Ruh Onun üzərinə enir. 
İsanın Vəftizi bizim Vəftizimizin rəmzidir.
106. İsanın səhrada sınağa çəkilməsi bizə nəyi 
aşkar edir?
538-540 
566
İsanın səhrada sınağa çəkilməsi Adəmin cənnətdə və 
İsrailin səhrada sınağa çəkilməsini yenidən təkrar edir. 
Şeytan İsanın, Atanın Ona həvalə etdiyi vəzifəyə 
sadiqliyini sınağa çəkir. Yeni Adəm olan Məsih onları əks 
etdirir və Onun qələbəsi əzablarının, oğulluq 
məhəbbətinin ali itaətinin qələbəsindən xəbər verir. Kilsə
xüsusi tərzdə Dörd Ongünlük (Böyük Oruc) liturgiya 
dövründə bu Sirlə birləşir.
107. Məsih tərəfindən elan və təcəssüm olunmuş 
Allah Padşahlığına kim girməyə dəvət 
olunmuşdur?
541-546
567
İsa bütün insanları Allah Padşahlığına girməyə çağırır. 
Hətta ən islahedilməz günahkar da iman gətirmək və 
60


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə