Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

olmağa və Allahın xəlifələri kimi yer üzündə hökmranlıq 
etməyə çağırılıblar.
72. Allahın niyyətinə uyğun olaraq, insanın ilkin 
vəziyyəti necə olub?
374-379
384
Kişi ilə qadını yaradandan sonra Allah onlara Öz İlahi 
həyatında, müqəddəsliyində və salehliyində xüsusi 
şəriklik bəxş etdi. Allahın niyyətinə görə insan əzab 
çəkməli və ölməli deyildi. Əksinə, insan şəxsiyyəti 
öz-özlüyündə kamil harmoniyaya malik idi, bu harmoniya
Yaradanla yaradılış, kişi ilə qadın və nəhayət, insan cütü 
ilə bütün məxluqlar arasında hökm sürürdü.
Günaha batma
73. Günahın reallığını necə anlamaq olar?
385-389
Günah bəşər tarixində mövcuddur. Bu reallıq yalnız İlahi 
Vəhyin nurunda və ilk olaraq bütün insanların Xilaskarı 
olan Məsihin nurunda tam aydın olur; Məsih sayəsində 
lütf məhz günahın artdığı zaman çoxaldı.
74. «Mələklərin günaha batması» nədir?
391-395
414
Bu ifadə ona işarə edir ki, Müqəddəs Yazının və Kilsə 
Rəvayətinin bəhs etdiyi kimi, şeytan və digər cinlər 
(demonlar) əvvəlcə Allah tərəfindən xeyirxah mələklər 
kimi yaradılmışdılar, lakin onlar sonra şər qüvvəyə 
çevrildi, çünki azad və dönməz seçimləri nəticəsində 
Allahı və Onun Padşahlığını inkar etdilər və cəhənnəmin 
mövcudluğuna başlanğıc qoydular. Onlar insanları Allaha 
qarşı üsyanlarına cəlb etməyə çalışırlar; lakin Məsihdə 
49


Allah Hiyləgər üzərində Öz şəksiz qələbəsini bərqərar 
edir.
75. İnsanın ilkin günahı nədən ibarətdir?
396-403
415-417
İblis tərəfindən aldadılmış insan icazə verdi ki, onun 
ürəyində Yaradana inam ölsün və Allahın iradəsi ilə 
yaşamaq deyil, Onun sözündən çıxaraq və Allahsız 
olaraq «Allah kimi» olmaq (Yar 3:5) istədi. Beləliklə
Adəm və Həvva özləri və nəsilləri üçün müqəddəsliyin və
salehliyin ilkin yaranmış lütfünü dərhal itirdilər.
76. İlkin günah nədir?
404
419
Bütün insanlar ilkin günahda bu dünyaya gəlirlər və bu 
əzəldə yaranmış müqəddəslikdən və salehlikdən 
məhrum olma vəziyyətidir. Biz bu günahı ”etmirik”, onu 
«alırıq»; artıq bu vəziyyətdə dünyaya gəlirik və bu, şəxsi 
əməl deyil. İnsanlar bir nəsildən yarandıqlarına görə bu 
günah Adəmdən övladlara insan təbiəti ilə birgə 
«bənzəməklə deyil, nəslin davamı ilə» ötürülür. Bu 
ötürülmə bir sirr olaraq qalır və bu sirri biz tam dərk edə 
bilmirik.
77. İlkin günahın nəticələri nədir?
405-409
418
İlkin günah nəticəsində insan təbiəti tam korlanmadığı 
halda, onun təbii qüvvələri korlandı və cəhalətə, 
əzab-əziyyətə, ölümün hökmünə məruz qaldı, günaha 
meylli oldu. Bu meyl ehtiras adlanır.
50


78. İnsan günaha batandan sonra Allah nə etdi?
410-412
420
İlkin günahdan sonra dünya günahla doldu, lakin Allah 
insanı ölümün hökmünə buraxıb tərk etmədi, əksinə, 
əsrarəngiz şəkildə «İlk Müjdədə» (Yar 3:15) peyğəmbərlik
etdi ki, şər məğlub olacaq, insan isə düşkün vəziyyətdən 
çıxarılacaq. Bu, Fidyə olan Məsih barədə ilk xəbərdir. 
Buna görə günaha batma hətta xoşbəxt təqsir 
adlandırılacaq, çünki «bu qədər izzətli Fidyə olanı 
qazandı» (Pasxanın Axşam Liturgiyası).
İkinci fəsil
ALLAHIN VAHİD OĞLU İSA MƏSİHƏ İMAN EDİRƏM
79. İnsanlara verilmiş Xoş Xəbər nədən ibarətdir?
422-424
Bu, «Var olan Allahın Oğlu» (Mat 16:16), ölən və dirilən 
İsa Məsih haqqında xəbərdir. Padşah Hirodun və 
imperator Sezar Avqustun dövründə Allah İbrahimə 
verdiyi vədləri yerinə yetirdi və «Öz Oğlunu göndərdi ki, 
Qanunun tabeçiliyi altında olanları satın alsın və biz 
övladlığa götürülək» (Qal 4:4-5).
80. Xoş Xəbər necə yayılır?
425-429 
İlk şagirdlər İsa Məsih barədə müjdəçilik, hamını Ona 
imana gətirmək arzusu ilə alovlanırdılar. Bu gün də 
məhəbbətlə dolu Məsih dərkindən müjdəçilik və 
katexizisləşdirmə, yəni Onun Simasında Allahın bütün 
51


niyyətini aşkar etmək və bəşəriyyəti Onunla ünsiyyətə 
gətirmək arzusu doğulur.
«VƏ ONUN VAHİD OĞLU, 
RƏBBİMİZ İSA MƏSİHƏ İMAN EDİRƏM»
81. «İsa» adının mənası nədir?
430-435
452
«İsa» adı xoş xəbər zamanı mələk tərəfindən verilmişdir 
və mənası «Allah xilas edir» deməkdir. Bu ad Xilaskarın 
mahiyyətini və missiyasını göstərir, çünki O «Öz xalqını 
günahlarından xilas edəcək» (Mat 1:21). Peter təsdiq edir
ki, «səma altında biz insanlara verilən başqa bir ad 
yoxdur ki, onun vasitəsilə xilas olaq» (Həv 4:12).
82. Nə üçün İsa «Məsih» adlanır?
436-440
453
«Məsih» sözü qədim yəhudi, «Xristos» sözü isə yunan 
dilində «Məsh edilmiş» mənasını daşıyır. İsa Məsihdir, 
çünki Allah tərəfindən həsr edilib, Müqəddəs Ruhla 
satınalınma missiyası üçün məsh edilib. İsa İsrail xalqının
gözlədiyi Xilaskardır; İsa Ata tərəfindən dünyaya 
göndərilmişdir. İsa Məsih adını qəbul etdi və beləcə onun 
mənasını dəqiqləşdirdi: “səmalardan enmiş” (Yəh 3:13); 
çarmıxa çəkilmiş və dirilmiş, O – əzab çəkən Quldur, «çox
insan üçün Öz canını fidyə» verir (Mat 20:28). Bizim də 
adımız Məsih adından yaranıb – «məsihçilər».
83. İsa hansı mənada «Allahın Vahid Oğludur»?
441-445
454
Yeganə və tam mənada. Vəftiz və Görünüşün Dəyişilməsi
zamanı Atanın səsi İsanı «Sevimli Oğul» adlandırır. İsa 
52


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə