Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   2   3   4   5   6   7   8   9   10   ...   53

Diriləri və ölüləri mühakimə
etmək üçün təkrar gələcək
və   Onun   padşahlığı   heç
vaxt sona çatmayacaqdır. 
Peyğəmbərlər   vasitəsi   ilə
danışmış   olan   Ata   və
Oğuldan gələn, Ata və Oğul
ilə birlikdə sitayiş edilən və
ucaldılan,   həyatın   qaynağı
və Rəbb olan,
Müqəddəs Ruha inanıram. 
Və   Bir   olan,   Müqəddəs,
Ümum-dünya   (katolik)   və
Həvari Kilsəsinə inanıram. 
Günahların   əff   edilməsi
üçün   tək   bir   vəftizi   qəbul
edirəm, ölülərin dirilişini və
əbədi   həyatı   gözləyirəm.
Amin.
iudicáre vivos et mórtuos, 
cuius regni non erit finis.
Credo in Spiritum Sanctum,
Dóminum et Vivificántem,
qui ex Patre Filióque 
procédit,
qui cum Patri et Filio simul 
adorátur, et conglorificátur,
qui locútus est per 
Prophétas.
Et unam sanctam 
cathólicam et apostólicam 
Ecclésiam.
Confiteor unum Baptisma
In remissiónem 
peccatórum.
Et exspécto resurrectiónem
mortuórum et vitam 
ventúri sæculi.
Amen.
36


Birinci fəsil
ATA ALLAHA İMAN EDİRƏM
İman rəmzləri
33. İman rəmzləri nədir?
185-188 
192, 197
Həmçinin «iman iqrarları» yaxud «İman edirəm 
(Kredo)»adlanan qısaldılmış ifadələrdir, bunlar vasitəsilə 
Kilsə yaradıldığı dövrdən imanı imanlılar üçün ümumi 
olan normativ dillə ifadə edir və ötürürdü.
34.
Ən qədim iman rəmzləri hansılardır?
189-191
Vəftiz Rəmzləri. Vəftiz «Ata, Oğul və Müqəddəs Ruh adı 
ilə» (Mat 28:19) verildiyinə görə həmin anda iqrar edilən 
iman həqiqətləri onların Müqəddəs Üçlüyün Simalarına 
münasibətinə uyğun ifadə edilir.
35.
Ən vacib iman rəmzləri hansılardır?
193-195
Bu, Roma Kilsəsinin qədim vəftiz rəmzi olan Həvari İman 
Rəmzi və ilk iki Ümumdünya Məclisinin Nikeya (325) və 
Konstantinopol (384) Məclislərinin səmərəsi olan 
Nikeya-Konstantinopol İman Rəmzidir; bu gün də o, Şərq 
və Qərbdəki bütün böyük Kilsələr üçün ümumi olaraq 
qalır.
37


«İMAN EDİRƏM ALLAHA, HƏR ŞEYƏ QADİR ATAYA, 
YERİN VƏ GÖYÜN YARADICISINA».
36. Nə üçün iman iqrarı «İman edirəm Allaha» 
sözləri ilə başlayır?
198-199
Çünki «İman edirəm Allaha» ifadəsi ən vacibdir, insan və 
dünya haqqında, hər Ona iman edən kəsin bütün həyatı 
barədə digər həqiqətlərin hamısının mənbəyidir.
37. Nə üçün biz məhz yeganə Allahı iqrar edirik?
200-202
228
Çünki O, İsrail xalqına Özünü Yeganə olaraq göstərdi və 
dedi: «Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir» 
(Qan 6:4), «başqası yoxdur» (Yeş 45:22). İsa Özü də 
təsdiqlədi: «Allahımız Rəbb yeganə Rəbdir» (Mark 
12:29). İsaya olan iman iqrarı Allaha və Rəbb Müqəddəs 
Ruha olan iman iqrarı kimi yeganə olan Allah anlayışına 
heç bir ayrılıq gətirmir.
38. Allah Özünü bizə hansı adla izhar edir?
203-209 
230-231
Allah Özünü Musaya Canlı Olan Allah kimi izhar edir: 
«Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun 
Allahıyam» (Çıx 3:6). Musaya Allah həmçinin Öz 
əsrarəngiz adını açır: «Var Olan Mənəm (Yaxve – 
YHWH)». Allahın diləgətirilməz adı Əhdi-Ətiq zamanında 
artıq Rəbb adı ilə əvəz olunmuşdu. Əhdi-Cədiddə də 
Rəbb adlanan İsa həqiqi Allah kimi təqdim olunur.
39. «Var olan» yalnız Allahdırmı?
2112-213
Kim olduqlarını və nəyə malik olduqlarını bütün 
məxluqlar Allahdan alıb, buna görə də yalnız Allah 
38


Öz-Özlüyündə varlığın və hər bir kamilliyin tamlığıdır. O, 
«Var olandır», Onun başlanğıcı və sonu yoxdur. İsa aşkar 
edir ki, O da ilahi adı daşıyır: «Var Olan Mənəm» (Yəh 
8:28).
40. Nə üçün Allahın adı barədə vəhy bu qədər 
vacibdir?
206-213
Öz adını aşkar edərək, Allah Onun dilə gətirilməmiş 
sirrində olan sərvətləri bilmək imkanını verir: əzəldən 
əbədi gələcəyədək yalnız O mövcuddur, dünyadan və 
tarixdən üstün olan yalnız Odur. Göyü və yeri məhz O 
yaratdı. O, sadiq Allahdır. Xalqı xilas etmək üçün daim 
Onun yanında olan Odur. Üstün olduğuna görə 
müqəddəsdir, «mərhəməti bol olan Allah» (Ef 2:4), 
həmişə bağışlamağa hazırdır. O, ruhani, transsendent, 
hər şeyə qadir, əbədi, şəxsiyyət olan, kamil Varlıqdır. O – 
həqiqət və məhəbbətdir.
«Allah – Müqəddəs Üçlük olaraq sonsuzluq qədər kamil 
Varlıqdır» (müq. Turibi Monqrovexo).
41. Allah nə mənada həqiqətdir?
214-217 
231
Allah həqiqətin özüdür, buna görə də aldanmır və aldada
bilməz. «Allah nurdur və Onda zərrə qədər də qaranlıq 
yoxdur» (1Yəh 1:5), Əbədi Allah Oğlu, insan bədənində 
gələn Müdriklik, «həqiqət barədə şəhadət etmək üçün 
dünyaya gəldi» (Yəh 18:37).
42. Allah Məhəbbət olduğunu necə göstərir?
218-221
Allah İsrail xalqına Özünü ata yaxud ana övladlarını 
sevdiyindən daha güclü məhəbbətlə sevən yaxud bəy 
gəlini sevdiyindən də çox sevən bir Kəs kimi göstərir. 
39


Allah «Məhəbbətdir» (1Yəh 4:8,16), Özünü tam və 
təmənnasız verir, «Allah dünyanı elə sevdi ki, vahid 
Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edənlərin heç 
biri həlak olmasın, hamısı əbədi həyata malik olsun. Allah
dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə 
xilas etmək üçün Onu dünyaya göndərdi» (Yəh 3:16-17). 
Öz Oğlunu və Müqəddəs Ruhu dünyaya göndərməklə 
Allah aşkar edir ki, O Özü əbədi olan məhəbbət bağıdır.
43. Bir olan Allaha iman nə tələb edir?
222-227 
229
Bir Allaha iman etmək – Onun böyük və qadir olduğunu 
dərk etməkdir; bütün həyatı minnətdarlığa çevirməkdir; 
hətta çətin şəraitlərdə belə, daim Ona etibar etmək, 
Onun surətinə bənzər yaranmış bütün insanların birliyini 
və həqiqi ləyaqətini dərk etmək; yaranan bütün 
şeylərdən düzgün istifadə etmək deməkdir.
44. İmanın və məsihçi həyatının mərkəzi sirri 
nədir?
232-237 
İmanın və məsihçi həyatının mərkəzi sirri – Müqəddəs 
Üçlüyün sirridir. Məsihçilər Ata, Oğul və Müqəddəs Ruh 
naminə vəftiz olunurlar.
45. Yalnız insan ağlı ilə Müqəddəs Üçlüyün sirrini 
dərk etmək olarmı?
237
Allah Öz üçlük olan Varlığının bəzi izlərini yaratdığı 
məxluqlarda və Əhdi-Ətiqdə qoyub, lakin Onun 
Müqəddəs Üçlük olan Varlığının dərinliyi bir sirr təşkil 
edir, bu sirri yalnız ağılla dərk etmək qeyri-mümkündür 
və Allah Oğlunun cisimdə gəlişindən və Müqəddəs Ruhun
enməsindən əvvəl hətta İsrail xalqının imanı üçün belə, 
40


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə