Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   2   3   4   5   6   7   8   9   ...   53

etmişlər. Təsvir sənətinə aid müasir mədəniyyətdə 
həmişəkindən daha da artıq görünür ki, müqəddəs surət 
sözdən də artıq şey ifadə edə bilər, çünki ona xas olan 
əlaqə dinamikliyi və İncil xəbərinin ötürülməsi daha 
səmərəlidir.
6.
II Vatikan Məclisinin başa çatmasından qırx il sonra
və Evxaristiya ilində Kompendium hər yaşda və mövqedə
olan Məsih imanlılarının həqiqətə olan ehtiyaclarını, 
həmçinin imanlı olmayan, amma həqiqət və ədalətə 
susayan digərlərinin də tələbatlarını ödəmək üçün yeni 
bir vasitə ola bilər. Kompendium Ümumdünya Kilsəsinin 
sütunları olan və qədim dünyada görkəmli İncil vaizləri 
olan müqəddəs həvarilər Petrus və Pavlosun bayram 
ayinində bəyan ediləcək. Bu həvarilər haqqında 
danışdıqları şeyləri öz gözləri ilə görmüşdülər və Məsih 
həqiqəti barədə öz şəhidliklərinə qədər şəhadət etdilər. 
Gəlin biz də missionerlik həvəsində onlardan nümunə 
götürək və duada Rəbdən xahiş edək ki, qoy Kilsə imanın
ilk müjdəçiliyini qəbul etdiyi həvarilərin təliminə həmişə 
sadiq qalsın.
20 mart 2005-ci il
İsanın Yerusəlimə təntənəli girişi bayram edilən Rəbbin 
günü
Kardinal Yozef Ratsinger
Xüsusi Komissiyanın sədri
12


13


Centile da Fabriano (1423) Müdriklərin səcdə etməsi.
Uffici qalereyası, Florensiya (İtaliya)
14


Bu gözəl sənət əsəri İsanın bütün xalqlara zühur 
etməsinin rəmzi olan müdriklərin səcdə etməsi (bax Mat 
2:1-12) səhnəsini təsvir edir. Allahın təcəssümü yalnız 
Məryəmin,Yusifin, qadınların, çobanların, sadə İsrail 
xalqının deyil, həmçinin yeni doğulmuş Xilaskara səcdə 
etmək və Ona öz hədiyyələrini təqdim etmək üçün 
Şərqdən gələn yadellilərin də imanının hədiyyəsi idi.
“Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və 
yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona 
hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər” (Mat
2:11).
Müdriklər imana dəvət edilmiş xalqların nübarıdır, o 
insanların nümayəndələridirlər ki, İsaya boş əllə deyil, öz 
torpaqlarının və doğma mədəniyyətlərinin nemətləri ilə 
yaxınlaşırlar.
İsanın Müjdəsi bütün bəşəriyyət üçün xilas sözüdür.  
Müq. Böyük Lev deyirdi:
“Üç nəfər müdriklərin təmsil etdiyi bütün xalqlar Kainatı 
Yaradana ibadət etsinlər və Allah təkcə Yəhudeyada 
deyil, bütün yer üzündə tanınsın, çünki bütün İsraildə 
Onun adı təriflidir (müqayisə: Zəb.76:1)” (Allahın zühuru 
– Epifaniya Bayramı günü keçirilən söhbət).
Kompendiumun birinci hissəsi Allahla insanın görüşünü 
və imanının cavabını əks etdirir; bu cavabı Kilsə bütün 
insanların adından Allah Oğlunun fidyə olan (satınalınma)
Təcəssümünün və Onun Allah kimi zühur etməsinin 
əvəzində verir.
15


BİRİNCİ HİSSƏ
İMANIN ŞƏHADƏTİ
16


17


Birinci bölmə
«Mən iman edirəm» – «Biz iman edirik»
Sovinyadan olan Müqəddəs Kitab. Yaradılışın altı günü.
Miniatür, Bələdiyyə kitabxanası, Mulen (Fransa).
18


Bu miniatürdə ulu valideynlərimizin yoldan çıxmasına 
qədər yaradılışın altı günü göstərilir (bax Yar 1-3).
“Ya Rəbb, əməllərin çoxdur!
Hər birini müdrikliklə etmisən,
Yaratdıqların yer üzünü doldurub.
Böyük, dərin dənizlərin var,
Orada da saysız məxluqlar –
Həm kiçik, həm də böyük canlılar qaynaşar.
Oradan gəmilər keçir,
Yaratdığın Livyatan sularda oynayır.
Bunların hamısı gözləyir ki, Sən
Vaxtlı-vaxtında onları yemləyəsən.
Sən yem verərkən onlar yem yığırlar,
Açıq əlinin nemətindən doyurlar...
Günahkarlar yer üzündən silinsinlər,
Pis adamlar yox olsunlar!
Rəbbə alqış et, ey könlüm!
Rəbbə həmd edin!” (Zəb 104:24-28, 35)
Pasxa Axşamı Rəbbi daha böyük iş – bəşəriyyəti və 
kainatı satın aldığına görə izzətləndirir.
“Hər şeyə Qadir, əbədi Allah, 
Bütün işlərində Sən böyüksən
Satın aldığın insanlarına
Dərk etmə qabiliyyətini ver, 
Onlar bilsinlər ki, Məsihin qurbanı
Dünyanın yaranmasından kiçik iş deyil”.
19


1.
Allahın insan barədə niyyəti nədən 
ibarətdir?  
1-25
Allah Özlüyündə sonsuz dərəcədə Kamil və Xeyirxah 
olaraq Öz saf xeyirxah niyyəti və Öz azad iradəsi ilə 
insanı yaratdı ki, o, Allahın bəxtiyarlıqla dolu həyatında 
iştirak etsin. Müvafiq vaxt gələndə Ata Allah Öz Oğlunu 
günaha batmış insanların Satınalanı və Xilaskarı kimi 
göndərdi və onları Öz Kilsəsinə çağırdı, Müqəddəs Ruhun 
təsiri ilə onları oğulluğa qəbul edərək Öz əbədi 
bəxtiyarlığının varisi etdi.
Birinci fəsil
İNSAN ALLAHI QƏBUL ETMƏYƏ QABİLDİR
«Ya Rəbb, Sən əzəmətlisən və hər cəhətdən tərifə 
layiqsən… Sən bizi Özün üçün yaratdın və ürəyimiz 
Səndə rahatlanmayınca sakit olmayacaq» (Müq. 
Avqustin).
2.
Nə üçün insanın ürəyi Allaha təşnədir? 
27-30
44-45
Allahın Özü insanı Öz surətinə görə yaradaraq ürəyinə 
Onu görmək həvəsini həkk etdi. Hərçənd ki insan bu 
arzunu mütəmadi olaraq dərk etmir, Allah onu Özünə 
cəlb etməkdən əl çəkmir; O bunu edir ki, insan yaşasın 
və yorulmadan axtardığı həqiqətin və xoşbəxtliyin 
bütövlüyünü Onda tapsın. Bu səbəbdən də insan 
təbiətinə və vəzifəsinə görə Allahla ünsiyyətə girməyə 
qabil olan ruhani bir varlıqdır. Allahla bu dərin və həyati 
əlaqə insan üçün öz gizli fəzilətlərinə yol açır.
20


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə