Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   2   3   4   5   6   7   8   9   ...   53

həqiqətlərdən öz inamını aldığı vahid iman əmanətini 
təşkil edirlər.
15. İman əmanəti kimə verilmişdir?
84, 91
94, 99
İman əmanəti həvarilər tərəfindən bütövlükdə bütün 
Kilsəyə verilmişdir. Allah xalqının hamısı Müqəddəs 
Ruhun dəstəyi ilə və Kilsənin Müəllimliyinin 
istiqamətləndirilməsi ilə fövqəltəbii iman hissi vasitəsilə 
İlahi Vəhyi qəbul edir və onu daha da dərindən anlayır, 
öz həyatında daha da kamil şəkildə tətbiq edir.
16.
   İman əmanətini əslində olduğu kimi kim 
şərh etməlidir?
85-90
100
İman əmanətini əslində olduğu kimi yalnız canlı Kilsə 
Müəllimliyi, yəni Petrusun Varisi, Roma Yepiskopu və 
onunla vəhdətdə olan yepiskoplar şərh etməlidir. Allah 
Kəlamına xidmətdə möhkəm həqiqət ruhuna malik olan 
Müəllimlik İlahi Vəhyin tərkibindəki həqiqətlərin ifadəsi 
olan ehkamları müəyyən etməlidir. Bu səlahiyyət 
həmçinin Vəhylə aşkar şəkildə bağlı olan həqiqətlərə də 
aiddir.
17.
   Yazı, Rəvayət və Müəllimlik öz aralarında 
bir-biri ilə necə bağlıdır?
95
Onlar bir-biri ilə elə sıx bağlıdır ki, biri digəri olmadan 
mövcud ola bilməz. Müqəddəs Ruhun fəaliyyəti altında 
onların hamısı birlikdə və hər biri özünə görə insanların 
xilasına təsirli şəkildə xidmət edir.
Müqəddəs Yazı
25


18.
Müqəddəs Yazı nə üçün həqiqəti öyrədir?
105-108
135-136
Allahın Özü Müqəddəs Yazının müəllifidir. Buna görə də o,
Allahdan ilhamlanmış adlanır və xilasımız üçün zəruri 
olan həqiqətləri səhvsiz öyrədir. Müqəddəs Ruh, 
həqiqətən də, insanları – Onun bizə öyrətmək istədiyi hər
şeyi yazıya alan müəllifləri ilhamlandırmışdır. Lakin 
məsihçi imanı «kitab dini» deyil, Allah Kəlamının dinidir 
və «yalnız yazılan və lal söz olmayıb, əksinə, zahir olan 
və canlı Kəlamdır» (müq. Bernard Klervoslu).
19.
Müqəddəs Yazını necə oxumaq lazımdır?
109-119
137
Müqəddəs Yazını Müqəddəs Ruhun yardımı ilə, Kilsə 
Müəllimliyinin rəhbərliyi altında üç meyara görə oxumaq 
və şərh etmək lazımdır: 1) Bütün Yazının məzmununa və 
birliyinə diqqət yetirilməsi; 2) Yazının canlı Kilsə 
Rəvayətində oxunması; 3) İmanın həmahəngliyinə, yəni 
iman həqiqətlərinin öz aralarında əlaqəsinə diqqət 
yetirilməsi.
20.
Yazı kanonu nədir?
120 
138
Yazı kanonu – Həvari Rəvayətinin Kilsəyə tanımağı icazə 
verdiyi müqəddəs kitabların tam siyahısıdır. Kanon 
Əhdi-Ətiqin 46, Əhdi-Cədidin isə 27 kitabını özündə 
birləşdirir.
21.
Əhdi-Ətiq məsihçilər üçün hansı əhəmiyyətə
malikdir?
121-123 
Məsihçilər Əhdi-Ətiqə həqiqi Allah Kəlamı kimi ehtiram 
göstərirlər: onun bütün kitabları Allahdan ilhamlanmışdır 
26


və dəyişməz dəyərini saxlayır. Onlar Allahın xilas edən 
məhəbbətinin tərbiyəvi himayəsinə şəhadət edir. Onlar 
ilk növbədə Kainatın Xilaskarı olan Məsihin zühurunu 
hazırlamaq üçün yazılmışdır.
22.
Əhdi-Cədid məsihçilər üçün hansı 
əhəmiyyətə malikdir?
124-127 
139
Əsas Şəxsiyyəti İsa Məsih olan Əhdi-Cədid bizə İlahi 
Vəhyin son həqiqətini öyrədir. Onda olan dörd İncil – 
Matta, Mark, Luka və Yəhya İncili İsanın həyat və təlimi 
barədə birinci dərəcəli şəhadət olmaqla bütün Müqəddəs
Yazının məğzini təşkil edir və Kilsədə nadir mövqe tutur.
23.
Əhdi-Ətiqin və Əhdi-Cədidin vəhdəti nədən 
ibarətdir?
128-130 
140
Yazı vahidlik təşkil edir, çünki Allah Kəlamı vahiddir. 
Allahın xilas niyyəti birdir, hər iki Əhd eyni dərəcədə 
Allahdan ilhamlanmışdır. Əhdi-Ətiq Əhdi-Cədidə 
hazırlıqdır, Əhdi-Cədid isə Əhdi-Ətiqin həyata keçməsini 
başa çatdırır: onlar bir-birlərinə aydınlıq gətirirlər.
24.
Kilsə həyatında Müqəddəs Yazının rolu 
nədən ibarətdir?
131-133 
141-142
Müqəddəs Yazı Kilsə həyatını ruhlandırır və 
möhkəmləndirir. Onun övladları üçün Yazı – iman qalası, 
ruhani həyatın qidası, mənbəyi, ilahiyyatın və rəhbər 
vəzinin ürəyidir. Zəburçu «Sözün hər addımım üçün 
çıraqdır, yollarıma işıqdır» deyir (Zəb 119:105). Buna 
görə də Kilsə Müqəddəs Yazını tez-tez oxumağa çağırır, 
27


çünki «Yazını bilməmək Məsihi tanımamaq deməkdir» 
(müq. Yeronim). 
Üçüncü fəsil
İNSANIN ALLAHA CAVABI
İman edirəm
25.
İnsan Özünü aşkar edən Allaha necə cavab 
verir?
142-143
İlahi lütflə dəstəklənən insan iman itaəti ilə cavab verir, 
yəni kamil Həqiqət olan Allah tərəfindən dəstəklənərək 
özünü tamamilə Onun ixtiyarına verir və Onun həqiqətini
qəbul edir.
26.
Müqəddəs Yazıda kim iman itaətinin baş 
şahididir?
144-149
Belə şahidlər çoxdur, amma ikisi xüsusilə fərqlənir: 
sınağa məruz qalıb «Allaha iman edən» (Rom 4:3), Onun 
çağırışına həmişə qulaq asan, buna görə də «bütün 
imanlıların atası» olan İbrahim və bütün həyatı boyu 
iman itaətini kamil bir tərzdə həyata keçirən Bakirə  
Məryəm: «Fiat mihi secundum Verbum tuum – qoy mənə 
Sənin dediyin kimi olsun» (Luka 1:38).
28


27.
İnsan üçün Allaha iman nə deməkdir?
150-152 
176-178
Bu, Allaha etibar edərək və Onun aşkar etdiyi bütün 
həqiqətləri mütləq şəkildə qəbul edərək Allahın Özünə 
bağlanmaq deməkdir, çünki Allah Həqiqətin Özüdür. Bu, 
üç Simada Vahid olan Allaha – Ata, Oğul və Müqəddəs 
Ruha iman etmək deməkdir.
28.
İmanın əsas xüsusiyyətləri nədən ibarətdir?
153-165
179-180
183-184 
İman həlimliklə istəyən hər kəsə mümkün olan Allahın 
təmənnasız bəxşişidir; bu, xilas üçün zəruri olan 
fövqəltəbii fəzilətdir. İman aktı insan əməlidir, yəni 
Allahın hərəkətə gətirdiyi insan iradəsinin hökmünə görə 
İlahi həqiqəti azad qəbul edən insan şüurunun əməlidir. 
Bundan əlavə, iman konkretdir, çünki Allah Kəlamına 
əsaslanır və «məhəbbətlə» fəaliyyətdədir; iman daim 
Allah Kəlamına itaət və dua sayəsində artır. Artıq indi o 
bizə səmavi sevinci dadmaq imkanı verir.
29.
Nə üçün iman və bilik bir-birinə zidd deyil?
159
İman dərrakədən yüksəkdə dayansa da, imanla bilik 
arasında heç zaman ziddiyyət ola bilməz, çünki iman da
bilik də öz başlanğıcını Allahdan götürür. Məhz Allah 
insana həm dərrakə ziyasını, həm də imanı bəxş edir. 
«İman et ki, dərk edəsən, dərk et ki, iman edəsən» (müq.
Avqustin).
Biz iman edirik
30.
Nə üçün iman şəxsi əməl olmaqla yanaşı, 
eyni zamanda Kilsə əməlidir?
29


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə