Katolik Kilsəsinin katexizisi


 İsa necə Özünü Ataya qurban gətirdi?



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

119. İsa necə Özünü Ataya qurban gətirdi?
606-609
620
Məsihin bütün həyatı Atanın xilas niyyətinin həyata 
keçməsi naminə Ona verilən könüllü hədiyyədir. O «çox 
insan üçün Öz canını fidyə» (Mark 10:45) verir və beləcə 
bütün bəşəriyyəti Allahla barışdırır, əzab-əziyyət və ölüm
göstərir ki, Onun insan təbiəti bütün insanların xilasını 
arzulayan Allah məhəbbətinin azad və kamil alətinə 
çevrilir.
120. İsanın qurbanı Gizli Şam Yeməyində necə 
ifadə olunur?
610-611
621
İsa həvarilərlə Gizli Şam Yeməyi zamanı, əzab-əziyyətlər 
ərəfəsində Özünü könüllü qurban gətirməyə, yəni 
qabaqcadan bildirməyə və icra etməyə hazırlıq görür: 
«Bu Mənim sizin üçün verilən bədənimdir» (Luka 22:15), 
«Bu, tökülən Mənim qanımdır» (Mat 26:28). O bu anda 
Evxaristiyanı «xatırlama» (1Kor 11:25) kimi müəyyən 
edir. Öz qurbanı ilə də həvariləri Əhdi-Cədidin kahinləri 
təyin edir.
121. Getsemani bağında daxili mübarizə zamanı 
nə baş verir?
612
«Həyat Banisi» (Həv 3:15) olan Allah Oğlunun insan 
təbiətində ölümün oyatdığı dəhşətə baxmayaraq, Onun 
insan iradəsi Atanın iradəsi ilə birləşir. Bizi xilas etmək 
üçün İsa hətta «çarmıx üzərində ölümə qədər itaətkarlıq 
65


göstərərək» (Fil 2:8) günahlarımızı Öz bədənində 
daşımağa razı olur.
122. İsanın Çarmıxdakı qurbanının nəticələri 
nədən ibarətdir?
613-617
622-623
İsa azad şəkildə Öz həyatını rəhmə gətirən qurban olaraq
təqdim etdi, yəni Öz məhəbbətinin hətta ölümə qədər 
apardığı mütləq itaəti ilə bizim təqsirimizin əvəzini ödədi.
Allah Oğlunun məhəbbəti – «axıra qədər» (Yəh 13:1) olan
sevgisi bütün bəşəriyyəti Ata ilə barışdırır. Nəticədə 
Məsihin Pasxa qurbanı nadir, kamil və qəti şəkildə 
insanların satınalınmasını həyata keçirir və onları Allahla 
ünsiyyətə gətirir.
123. Nə üçün İsa Öz şagirdlərini Çarmıx götürməyə
çağırır?
618
Şagirdlərini Çarmıx götürərək Öz ardınca gəlməyə 
çağıran İsa məhz ilk olaraq satın aldığı kəsləri Öz fidyə 
olan qurbanına qoşmaq istəyir.
124. Məsihin bədəni qəbirdə uyuyarkən hansı 
vəziyyətdə qalmışdı?
624-630
Məsih, həqiqətən, öldü və qəbirə qoyuldu. Lakin İlahi 
fəzilət Onun bədənini çürüməkdən qorudu.
«İSA MƏSİH ÖLDÜ VƏ QƏBİRƏ QOYULDU, ÖLÜLƏR
ALƏMİNƏ ENDİ, ÜÇÜNCÜ GÜN ÖLÜLƏR ARASINDAN
DİRİLDİ»
125. İsa hansı «ölülər aləminə» endi?
632-637
66


«Yerin aşağı qatları» olan aləm mühakimə 
cəhənnəmindən fərqli olaraq Məsihə qədər bütün 
ölənlərin – həm salehlərin, həm də şər insanların 
vəziyyətini təsvir edir. Öz İlahi Siması ilə birləşən canı ilə 
İsa ölülər aləmində salehlərə – nəhayət, Allahı görmək 
üçün Satınalıcını gözləyənlərə baş çəkdi. Öz ölümü ilə 
ölümə və «ölüm üzərində hakimiyyət sahibi» (İbr 2:14) 
olan iblisə qalib gələrək O, Satınalıcını gözləyən salehləri 
azad etdi və göyün qapılarını onların üzünə açdı.
126. Məsihin Dirilməsi imanımızda hansı yeri 
tutur?
631, 638
Məsihin Dirilməsi – bizim Məsihə imanımızın ali 
həqiqətidir; Onun Çarmıxı ilə yanaşı bu, Pasxa sirrinin 
vacib hissəsini təşkil edir.
127. Hansı «əlamətlər» Məsihin Dirilməsini sübut 
edir?
639-644 
656-657
Mühüm əlamət olan boş qəbirdən başqa, Məsihin 
Dirilməsi ilk olaraq Ona rast gələn və bunu həvarilərə 
xəbər verən yağçəkən qadınlar tərəfindən təsdiq olunur. 
Sonra İsa «əvvəl Peterə, sonra On İki Şagirdə göründü. 
Bundan sonra eyni vaxtda beş yüzdən çox bacı-qardaşa»
(1Kor 15:5-6) və başqalarına göründü. Həvarilər dirilməni
uydura bilməzdilər, çünki bu onlara qeyri-mümkün 
görünürdü: İsa hətta onları imansızlıqlarına görə 
məzəmmət edirdi.
128. Nə üçün Dirilmə eyni zamanda fövqəltəbii 
hadisə idi?
67


647
656-657
Dirilmə, yəni Məsihin insan təbiətinin Allah izzətinə daxil 
olması qeydə alınmış, əlamətlər və şahidlərlə təsdiq 
olunmuş tarixi hadisə olmaqla yanaşı, həm də 
fövqəltarixidir və iman sirri kimi onun sərhədləri xaricinə 
çıxır. Elə buna görə də dirilmiş İsa dünyaya deyil, Öz 
şagirdlərinə zahir oldu və onları xalqın önündə şahid etdi.
129. İsanın dirilmiş Bədəni nə vəziyyətdə idi?
645-646
Məsihin dirilməsi yer üzündəki həyata qayıtmaq deyildi. 
Onun dirilmiş bədəni elə həmin çarmıxa çəkilmiş bədən 
idi və əzab-əziyyətin izini daşıyırdı, lakin bununla yanaşı, 
O artıq İlahi həyatın şərikidir və izzətlənmiş cismin bütün 
xüsusiyyətlərinə malikdir. Elə buna görə də dirilmiş İsa 
azad şəkildə istədiyi yerdə və surətdə Öz şagirdlərinə 
zahir ola bilir.
130. Nə üçün Dirilmə Müqəddəs Üçlüyün əməlidir?
648-650
Məsihin dirilməsi Allahın fövqəltəbii əməlidir. Üçlüyün Üç 
Siması birgə və Onlardan hər birinə xas cəhətə uyğun 
fəaliyyət göstərir: Ata Öz qüdrətini izhar edir; Oğul 
könüllü verdiyi həyatını «geri alır» (müqayisə: Yəh 
10:17), canı yenidən Müqəddəs Ruhun canlandırdığı və 
izzətləndirdiyi bədənə qovuşdurur.
131. Dirilmənin mənası və xilas əhəmiyyəti nədən 
ibarətdir?
651-655
658
Məsihin dirilməsi Allah təcəssümünün ən yüksək 
nöqtəsidir. Bu, İsanın və Onun etdiyi, öyrətdiyi hər şeyin 
İlahiliyini təsdiq edir. Dirilmə bizə verilmiş bütün İlahi 
vədləri yerinə yetirir. Bundan başqa, Dirilmiş, günahın və
68


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə