Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

Özünü «Atanı tanıyan Oğul» (Mat 11:27) adlandıraraq 
Atası olan Allahla Öz vahid və əbədi əlaqəsini təsdiq edir.
İsa Allahın «Vahid Oğludur» (1Yəh 4:9), Üçlüyün ikinci 
Simasıdır. İsa həvarilərin vəzinin mərkəzi mövzusudur: 
həvarilər «Atadan gələn vahid Oğulun ehtişamını» (Yəh 
1:14) görmüşdülər.
84. «Rəbb» adı nə məna daşıyır?
446-451 
455
Müqəddəs Kitabda bu ad adətən Hökmran Allaha işarə 
edir. İsa Özünü Allah elan edir və Öz İlahi səlahiyyətini ilk
növbədə dirilməsi vasitəsilə təbiət, cinlər, günah və ölüm
üzərində hökmə malik olması ilə göstərir. İlk məsihçi 
iman iqrarları təsdiq edir ki, Ata Allaha məxsus olan 
səlahiyyət, izzət və şərəf İsaya da aiddir: Allah «Ona 
lütflə bütün adlardan ali bir ad verdi» (Fil 2:9). İsa – 
dünyanın və tarixin Rəbbidir, insanın öz şəxsi azad 
iradəsini tabe etməli olduğu yeganə Şəxsdir.
«İSA MƏSİH MÜQƏDDƏS RUHLA DÖLLƏNMİŞ 
BAKİRƏ MƏRYƏMDƏN DOĞULDU»
85. Allah Oğlu nə üçün insan oldu?
456-460 
Allah Oğlu biz insanlara və bizim xilasımıza görə yəni biz 
günahkarları Allahla barışdırmaq üçün Müqəddəs Ruhun 
fəaliyyəti ilə Bakirə Məryəmin bətnində bəşər oldu; bunu 
ona görə etdi ki, bizə Öz sonsuz məhəbbətini dərk etmək
imkanı versin, bizim üçün müqəddəslik nümunəsi olsun 
və bizi «İlahi təbiətə şərik» (2Pet 1:4) etsin.
86. «Allahın bəşər olması» nə deməkdir?
461-463
483
53


Kəlamın Vahid İlahi Şəxsiyyətində İlahi təbiətlə insan 
varlığının ecazkar birliyinin sirrini Kilsə «Allahın bəşər 
olması» adlandırır. Bizi xilas etmək üçün Allah Oğlu 
«bəşər oldu» (Yəh 1:14), həqiqətən də, insan oldu. 
«Allahın bəşər olması» inamı məsihçi imanını 
fərqləndirən xüsusiyyətdir.
87. İsa Məsih nə cür həm həqiqi Allah, həm də 
həqiqi insandır?
464-467
469
İsa Məsih Öz İlahi təbiətinin birliyində qırılmaz şəkildə 
həm həqiqi Allah, həm də həqiqi insandır. «Doğulan, 
yaranmayan, Ata ilə bərabər olan», Allah Oğlu olan İsa 
Allahımız və Rəbbimiz olmaqla yanaşı həqiqi insan və 
bizə qardaş oldu.
88. Xalkidon Məclisi (451-ci il) bu barədə nə 
öyrədir?
467
Xalkidon Məclisi «Kamil Allah və kamil insan olan 
Rəbbimiz İsa Məsihi, həmin Oğulu, həqiqi Allah və həqiqi 
insan, dərrakəli can və bədəndən ibarət olan, ilahilikdə 
Ata ilə eyni təbiətdə olan, insanlıqda bizimlə bərabər 
olan, «günah etməmiş» (İbr 4:15), lakin hər şeydə bizə 
bənzəyən Oğulu, əsrlərdən əvvəl Ata tərəfindən İlahi 
cəhətdən, bu son günlərdə isə bizlərə və bizlərin xilasına 
görə insani cəhətdən Allah Anası Bakirə Məryəmdən 
doğulanı» iqrar etməyi öyrədir.
89. Kilsə «Allahın bəşər olması» sirrini necə ifadə 
edir?
464-470
479-481
Kilsə bu sirri ifadə edəndə təsdiq edir ki, İsa Məsih həqiqi 
Allah və həqiqi insandır, ilahi və insani təbiətə – iki 
54


təbiətə malikdir, bu təbiətlər qarışmır, lakin Kəlam 
Şəxsiyyətində birləşir. Buna görə İsanın insaniyyətində 
hər şey – möcüzələr, əzablar, ölüm Onun qəbul edilmiş 
insan təbiəti vasitəsilə fəaliyyətdə olan İlahi təbiətinə aid
edilməlidir.
«Ey ölməz olduğun halda, bizim xilasımıza görə 
Müqəddəs Allah Anasından Bakirə Məryəmdən 
doğulmağı iltifat edən... Müqəddəs Üçlüyün birliyində 
olan, Ata və Müqəddəs Ruhla izzətlənən Allah Kəlamı 
Vahid Oğul, bizi xilas et!» (müq. İohann Xrizostomun 
Bizans Liturgiyası).
90. Allah Oğlu insan olduqda dərrakəli insan 
canına malik idimi?
470-474
482
Allah Oğlu bədən aldı, dərrakəli insan canı ilə 
canlandırılan bədən aldı. İnsani dərrakəsi vasitəsi ilə İsa 
təcrübədə bir çox şey öyrəndi. Lakin insan olduqda belə, 
Allah Oğlu Ata Allah haqqında dərin və birbaşa biliyə 
malik idi. İnsanların gizli fikirlərinə nüfuz edirdi və aşkar 
etmək üçün gəldiyi əzəli niyyətlərdən tam xəbərdar idi.
91. Bəşər olan Kəlamın iki iradəsi necə üzləşir?
475 
482
İsa İlahi və insani iradəyə malikdir. Yer üzündəki 
həyatında Allah Oğlu Allah olaraq bizim xilasımız naminə 
Ata və Müqəddəs Ruhla birgə müəyyən etdikləri bütün 
şeyləri istəyirdi. Məsihin insani təbiəti müqavimət və 
qarşıdurma göstərmədən İlahi iradəsinin ardınca gedir 
yaxud daha doğrusu, ona tabe olur.
92. Məsih həqiqi insan bədəninə malik idimi?
476-477
55


Məsih həqiqi insan bədənini qəbul etdi və bununla 
görünməz Allah görünən oldu. Bu səbəbdən Məsihi 
müqəddəs surətlərdə, ikonalarda təsvir etmək və  Ona 
sitayiş etmək olar.
93. İsanın Ürəyi nəyin rəmzidir?
478
İsa bizi insani ürəklə sevdi və tanıdı. Onun bizim xilasımız
naminə yaralanmış Ürəyi Ataya və hər bir insana olan 
sonsuz məhəbbətinin rəmzidir.
94. «Müqəddəs Ruhla dölləndi...», bu ifadənin 
mənası nədir?
484-486
Məna budur ki, Bakirə Məryəm Müqəddəs Ruhun 
fəaliyyəti ilə kişi iştirakı olmadan əzəli Oğulu öz bətnində
dölləndirdi. Mələk Xoş Xəbər zamanı Ona dedi: 
«Müqəddəs Ruh sənin üzərinə enəcək» (Luka 1:35).
95. «... Bakirə Məryəmdən doğuldu»: nə üçün 
Məryəm, həqiqətən, Allah Anasıdır?
495
509
Məryəm, həqiqətən, Allah Anasıdır, çünki O, İsanın 
Anasıdır (Yəh 2:19,25). Doğrudan da, Müqəddəs Ruhun 
fəaliyyəti vasitəsilə döllənən və Ona Oğul olduğu Şəxs 
məhz əzəli Ata Allahın Oğludur və Özü Allahdır.
96. «Pak Döllənmə» termininin mənası nədir?
487-492
508
Allah təmənnasız və əzəldən Məryəmi seçdi ki, Öz 
Oğlunun Anası olsun. Bu missiyanı yerinə yetirmək üçün 
Məryəm paklıqla dölləndi. Bunun mənası odur ki, Allahın 
lütfünə görə və İsa Məsihin xidmətləri qabaqcadan 
bilindiyi üçün Məryəm döllənmə anından etibarən ilkin 
günahdan qorunub saxlandı.
56


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə