Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

bu sirr dərkedilməz idi. Bu sirr İsa Məsih tərəfindən aşkar 
edildi və bütün başqa sirlərin mənbəyini təşkil edir.
46. İsa Məsih Atanın sirri haqqında bizə nə aşkar 
edir?
240-242 
İsa Məsih bizə aşkar edir ki, Allah yalnız kainatı və insanı 
yaratdığına görə deyil, həm də ən əvvəl əbədi olaraq 
daxilində Öz Kəlamı, «izzətinin əksi və mahiyyətinin tam 
surəti» (İbr 1:3) olan Oğulu törətdiyinə görə «Atadır».
47. İsa Məsih tərəfindən bizə aşkar edilmiş 
Müqəddəs Ruh Kimdir?
243-248
Müqəddəs Üçlüyün üçüncü Siması olan Allahdır, Ata və 
Oğul ilə vahid və bərabərdir. O, «Atadan çıxır» (Yəh 
15:26), başlanğıcı olmayan bir başlanğıc olduğu halda 
trinitar həyatın mənbəyidir. Ata Onda verdiyi əbədi 
ənama görə Müqəddəs Ruh həmçinin Oğuldan (Filioque) 
gəlir. Ata və təcəssüm etmiş Oğul tərəfindən göndərilən 
Müqəddəs Ruh Kilsə üçün «hər həqiqətə» (Yəh 16:13) yol
göstərir.
48. Kilsə trinitar imanını necə ifadə edir?
249-256
266
Ata, Oğul və Müqəddəs Ruh – bu Üç Simada Vahid olan 
Allahı iqrar edərək Kilsə trinitar imanını ifadə edir. Üç 
İlahi Sima Vahid Allahdır, çünki Onların hər biri vahid və 
bölünməz İlahi təbiətin dolğunluğuna bərabərdir. Bir-biri 
ilə münasibətdə olduqları üçün Onlar bir-birlərindən real 
şəkildə fərqlənir: Ata Oğulu törədir, Oğul Ata tərəfdən 
törəyir, Müqəddəs Ruh Ata və Oğuldan gəlir.
49. Üç İlahi Sima necə hərəkət edir?
41


257-260
267
Onlar Öz varlığında bir-birindən ayrılmazdır, İlahi Simalar 
həmçinin hərəkətlərində də ayrılmazdır: Üçlüyün 
hərəkəti vahid və birdir. Allahın ümumi hərəkətində isə 
hər Şəxs Üçlükdə ona məxsus olanı göstərir.
«Ey Allahım, Sənə səcdə etdiyim Üçlük... mənim qəlbimi 
həlim et: Öz səmalarına bənzər et, sevimli evinə çevir və 
Özünə istirahət yeri et. Qoy Səni heç vaxt tərk etməyim, 
qoy burada olum, bütünlüklə, imanda oyaq olum, ibadət 
edim, bütün varlığımı Sənin həyatverici hərəkətinə 
verim» (müq. Elizabet, rahibə)
50. «Allah hər şeyə qadirdir» ifadəsi nə məna 
daşıyır?
268-278
Allah Özünü «güclü-güdrətli» (Zəb 25(24):8), Onun üçün 
«mümkün olmayan şey» (Luka 1:37) olmayan Kəs kimi 
aşkar etdi. Onun hər şeyə qadir olması ümumdünya 
xasiyyəti daşıyır, əsrarəngizdir və məhəbbət naminə heç 
nədən dünyanı və insanı yaratmasında izhar olunur, lakin
ilk növbədə Onun Oğlunun bədəndə gəlməsində və 
dirilməsində, övladlığa qəbul etmə və günahları 
bağışlama ənamında özünü göstərir. Buna görə də Kilsə 
dua edərək «hər şeyə Qadir və əbədi» («Omnipotens 
Sempiterne Deus...») Allaha müraciət edir.
51. «Başlanğıcda Allah göyləri və yeri yaratdı» 
(Yar 1:1) ifadəsi nə üçün vacibdir?
279-289 
315
Çünki yaradılış – xilas haqqında bütün İlahi niyyətlərin 
əsasıdır; yaradılış Allahın hər şeyə qadir olan və müdrik 
məhəbbətini göstərir. Yaradılış Öz xalqı ilə Vahid Allahın 
əhdinə aparan ilk addımdır; bu, zirvəsi Məsih olan xilas 
42


hekayəsinin başlanğıcıdır. Yaradılış insanın öz mənşəyi və
məqsədi barədə fundamental sualına ilkin cavabdır.
52. Dünyanı kim yaratdı?
290-292
316
Ata, Oğul və Müqəddəs Ruh – dünyanın vahid və 
ayrılmaz başlanğıcı. Lakin yaradılış işini xüsusilə Ata 
Allaha aid edirlər.
53. Dünya nə üçün yaradıldı?
293-294
319
Dünya Allahın izzəti üçün yaradıldı. Allah Öz 
xeyirxahlığını, həqiqətini, gözəlliyini izhar etmək və 
bildirmək istədi. Yaradılışın son məqsədi ondan ibarətdir 
ki, Öz izzəti və bizim bəxtiyarlığımız üçün Allah Məsih 
vasitəsilə «hər şeydə hər şey» (1Kor 15:28) ola bilsin.
«Allahın izzəti canlı insandır, insanın həyatı isə Allahı 
görməkdir» (müq. İriney).
54. Allah kainatı necə yaratdı?
295-301
317-320
Allah kainatı azad olaraq, müdrikliklə və məhəbbətlə 
yaratdı. Dünya bir ehtiyacın, kor taleyin yaxud təsadüfün
səmərəsi deyil. Allah heç nədən (ex nihilo: 2Mak 7:28) 
yaxşı təşkil olunmuş və rifahlı dünya yaratdı. Allah bu 
dünyaya münasibətdə sonsuz dərəcədə transsedentdir, 
yəni O həmişə bu dünyadan üstündür. Allah yaradılışının 
həyatını qoruyur, Öz Oğlu və Müqəddəs Ruh vasitəsilə 
43


həyatı qoruyub saxlayır, hərəkət etmək üçün bacarıq 
verir və əməlləri həyata keçməyə doğru aparır.
55. İlahi Qəzavü-qədər nədir?
302-306
321
İlahi Qəzavü-qədər Allahın məxluqlarını Özünün dəvət 
etdiyi son dərəcədə kamilliyin son həddinə doğru 
apardığı göstərişlərdən ibarətdir. Allah Öz niyyətinin baş 
müəllifidir. Lakin bu niyyətin həyata keçirilməsinə görə O,
yaratdıqlarının əməkdaşlığından istifadə edir. Eyni 
zamanda Allah yaratdıqlarına azad hərəkət etmə və 
bir-biri üçün səbəb olmaq ləyaqətini verir.
56. İnsan Allahın Qəzavü-qədəri ilə necə 
əməkdaşlıq edə bilər?
307-308
323
Allah insana əməllər, dualar və əzablar vasitəsilə 
əməkdaşlıq etmə imkanlarını verir və onun azadlığına 
hörmət edərək bu barədə ondan hətta xahiş edir və 
insanda «Öz xoş məramına istək, həm də bunun üçün 
fəaliyyət göstərəsiniz deyə» (Fil 2:13) hərəkət yaradır.
57. Allah hər şeyə Qadirdirsə və hər şeyi bilirsə, 
nə üçün hələ də şər mövcuddur?
309-310
324, 400
Bu qədər həm acı, həm də sirli suala yalnız bütöv 
məsihçi imanı cavab verə bilər. Allah heç cür – nə dolayı, 
nə də bilavasitə şərin səbəbi deyil. O, şərin sirrini insan 
günahı və bütün digər şərlərin kökü olan böyük mənəvi 
şərə qalib gəlmək üçün ölən və dirilən Oğlu İsa Məsihdə 
açıqlayır.
58. Nə üçün Allah şərə imkan verir?
44


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə