Katolik Kilsəsinin katexizisi


Allahı yalnız şüurun ziyasında dərk etmək



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   2   3   4   5   6   7   8   9   ...   53

3.
Allahı yalnız şüurun ziyasında dərk etmək 
mümkündürmü?
31-36
46-47
Yaradılışı, yəni maddi dünyanı və insan şəxsiyyətini çıxış 
nöqtəsi kimi götürərək insan yalnız təbii şüurun 
ziyasında Allahı müəyyən qədər Kainatın başlanğıcı və 
axırı, ali fəzilət, həqiqət və sonsuz gözəllik kimi dərk edə 
bilər.
4.
Allahın sirrini dərk etmək üçün şüurun ziyası
kifayətdirmi?
37-38
Yalnız şüurun ziyası ilə Allahı dərk etmək istəyən insan 
çoxlu çətinliklə rastlaşır. Bundan əlavə, o öz gücü ilə İlahi
sirrin dərinliklərinə nüfuz edə bilmir. Buna görə də Allah 
məsləhət bildi ki, onu Öz Vəhyi ilə maarifləndirsin; bu 
yalnız insan düşüncəsindən üstün olan həqiqətlərə deyil, 
həm də öz-özlüyündə düşüncəyə açıq olsa da hamı 
tərəfindən asan, tam əminliklə və yanılma ilə 
qarışmadan dərk oluna bilinməyən dini və əxlaqi 
həqiqətlərə aiddir.
5.
Allah barədə necə danışmaq olar?
39-43
48-49
Allah barədə bütün insanlara və bütün insanlarla 
danışmaq olar. İnsanın və başqa məxluqların çoxlu sayda
məziyyətləri, çox məhdud da olsa, Allahın sonsuz 
kamilliyini əks etdirirlər. Amma hər halda biz daim öz 
dilimizi bütün obrazlı, qeyri-kamil ifadələrdən 
təmizləyərək onu mükəmməlləşdirməliyik və bunu yaxşı 
anlamalıyıq ki, biz heç vaxt tam ölçüdə Allahın sonsuz 
sirrini ifadə edə bilməyəcəyik.
21


İkinci fəsil
ALLAH İNSANIN GÖRÜŞÜNƏ GEDİR
İlahi Vəhy
6.
Allah insana nəyi aşkar edir?
50-53
68-69
Allah Öz Xeyirxahlığına və Müdrikliyinə görə Özünü 
insana aşkar edir. O, hadisələrdə və sözlərdə Özünü və 
əvvəlcədən əbədi olaraq Məsihdə insanın xeyri üçün 
müəyyən edilmiş Öz mərhəmətinin Niyyətini aşkar edir. 
Bu niyyət Müqəddəs Ruhun lütfü sayəsində bütün 
insanları Allahın Vahid Oğlunda oğulluğa qəbul edilmiş 
övladlar kimi İlahi həyatın iştirakçısı etməkdən ibarətdir.
7.
İlahi Vəhyin ilk mərhələləri nədən ibarətdir?
54-58
70-71
Allah lap əvvəldən Özünü əcdadlarımız olan Adəm və 
Həvvaya aşkar edir və onları Özü ilə sıx ünsiyyətə dəvət 
edir. Onların günaha batmasından sonra Allah Vəhyi 
kəsmir, əksinə, onların nəsillərinə xilas vəd edir. 
Daşqından sonra O, Nuhun vasitəsilə Özü və bütün canlı 
varlıqlar arasında əhd qoyur.
8.
İlahi Vəhyin sonrakı mərhələləri hansılardır?
59-64
72
Allah İbrahimi «çoxlu millətin atası» (Yar 17:5) etmək 
üçün çağıraraq Yer üzündən onu seçir və onun vasitəsilə 
22


«yer üzünün bütün tayfaları»na (Yar 12:3) xeyir-dua 
verməyi vəd edir. İbrahimin nəsli əcdadlara verilmiş 
əhdin qoruyucuları olacaq. Allah İsraili Öz seçdiyi xalqı 
etdi: onu Misir əsarətindən xilas edərək onunla Sina 
dağında Əhd bağlayır və Musa vasitəsilə ona Öz 
Qanununu verir. Peyğəmbərlər xalqın tam satın alındığını
və yeni, əbədi Əhddə bütün xalqlara şamil ediləcək xilası
bəyan edirlər. İsrail xalqından, padşah Davudun 
qəbiləsindən Xilaskar İsa doğulacaq.
9.
Tam və son İlahi Vəhy nədən ibarətdir?
65-66
73
Bu, Allahın Zahir olmuş Kəlamında, Vəhyin Vasitəçisi və 
Kamilliyi olan İsa Məsihdə həyata keçdi. O – Allahın Vahid
Oğlu, Atanın kamil və son Kəlamıdır. Bu Kəlamın 
Təcəssümü ilə və Müqəddəs Ruh bəxşişinin verilməsi ilə 
Vəhy artıq başa çatdı, lakin əsrlər boyu məsihçi imanı 
hələ də onun məzmununun dərinliklərinə nüfuz etməkdə 
davam edir.
«Allah bizə yeganə və müstəsna Kəlamı olan Öz Oğlunu 
verdi, bununla da hər şeyi birdəfəlik yeganə Kəlamında 
söylədi və artıq daha ətraflı söyləyəcək bir şey qalmadı» 
(Müq. İohann Çarmıxlı).
10.
Fərdi vəhylər hansı əhəmiyyətə malikdir?
67
İman əmanətinə mənsub olmayaraq, onlar bizi sabit 
tərzdə Məsihə doğru apardıqları təqdirdə bizə imanda 
yaşamağa kömək edə bilərlər. Kilsə müəllimliyi bu cür 
fərdi vəhyləri öyrənməlidir; o, sonu Məsih olan Vəhydən 
üstün olmaq yaxud da onu düzəltmək iddiasında olan 
vəhyi qəbul edə bilməz.
İlahi Vəhyin ötürülməsi
23


11.
İlahi Vəhy nə üçün və necə ötürülür?
74
Allah “bütün insanların xilas olub həqiqəti dərk etməsini 
istəyir» (1Tim 2:4), yəni İsa Məsihi dərk etməklərini 
arzulayır. Deməli, Məsihin bütün xalqlara bəyan edilməsi 
zəruridir, necə ki O «gedin, bütün millətləri Mənim 
şagirdim edin» (Mat 28:19) deyə hökm etdi. Həvari 
Rəvayətlərində də elə bu reallaşdırılır.
12.
Həvari Rəvayəti (Ənənə) nədir?
75-79,
83,
96, 98
Həvari Rəvayəti (Ənənə) məsihçiliyin lap əvvəlindən icra 
olunan Məsih müjdəsinin vəz, şəhadət, qərarlar, ayin, 
Allahdan ilhamlanan yazılar vasitəsilə ötürülməsidir. 
Həvarilər Məsihdən aldıqları və Müqəddəs Ruhdan qəbul 
etdikləri şeyləri varislərinə, yepiskoplara, onların vasitəsi 
ilə də dövrün sonuna qədər bütün nəsillərə ötürmüşlər.
13.
Həvari Rəvayəti necə həyata keçirilir?
76
Həvari Rəvayəti iki yolla həyata keçirilir: Allah Kəlamının 
canlı ötürülməsi (həmçinin sadəcə, Rəvayət yaxud 
Ənənə adlandırılır) və yazılı şəkildə xilasın məxsusi 
bəyanı olan Müqəddəs Yazı.
14.
Rəvayət və Müqəddəs Yazı bir-biri ilə necə 
bağlıdır?
80-82
97
Müqəddəs Rəvayət və Müqəddəs Yazı bir-biri ilə qarşılıqlı 
və sıx şəkildə bağlıdır. Hər ikisi Kilsəyə bəhrəli Məsih 
sirrinin hüzurunu bəxş edir və öz başlanğıcını eyni İlahi 
mənbədən götürür: onlar Kilsənin bütün aşkar 
24


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə