Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

Atanın hədsiz mərhəmətini qəbul etməyə dəvət 
olunmuşdur. Artıq burada yer üzündə Padşahlıq onu 
həlim ürəklə qəbul edən hər kəsə məxsusdur. 
Padşahlığın sirləri məhz onlara aşkardır.
108. İsa Padşahlığı bizə nə üçün əlamətlərin və 
möcüzələrin köməyi ilə aşkar edir?
547-550
567
İsa Öz sözlərini əlamətlər və möcüzələrlə müşayiət edir 
ki, Allah Padşahlığının Onda olduğunu və Özünün Xilaskar
olduğunu təsdiq etsin. Məsih bəzi insanlara şəfa verir, 
amma O bunun üçün gəlmədi ki, dünyadakı bütün 
əzab-əziyyəti ləğv etsin, gəldi ki, hər şeydən əvvəl bizi 
günahın əsarətindən xilas etsin. Cinlərin qovulması Onun
Çarmıxının «bu dünyanın hökmdarına» (Yəh 12:31) 
qələbə çalmasından xəbər verir.
109. İsa Öz həvarilərinə Padşahlıqda hansı 
səlahiyyəti verdi?
551-553 
567
İsa on iki həvarini – Öz dirilməsinin gələcək şahidlərini 
seçir və öyrənmək, günahlardan azad etmək, Kilsə 
yaratmaq və onu idarə etmək işində Öz missiyası və 
səlahiyyətində onlara iştirak etmək imkanı verir. Bu 
toplantıda Peter «Padşahlığın açarlarını» (Mat 16:19) alır 
və iman bütövlüyünü qoruyub saxlamaq və qardaşları 
bunda möhkəmləndirmək vəzifəsini icra edərək birinci 
yeri tutur.
110. Sima Dəyişikliyinin əhəmiyyəti nədir?
554-556 
568
61


Sima Dəyişikliyində hər şeydən əvvəl Üçlük Özünü 
göstərir: «Ata səsi ilə, Oğul insan kimi, Ruh parlayan 
buludda» (müq. Toma Akvinalı) zahir olur. İsa Musa və 
İlyasla «bu dünyadan ayrılması» (Luka 9:31) barədə 
danışarkən Öz izzət yolunun çarmıxdan keçəcəyini 
göstərir, Öz dirilməsinin və izzətli zühurunun nemətindən
dadmağa verir və bu «bizim yazıq bədənimizi dəyişdirib 
Öz izzətli bədəninə bənzər hala gətirəcək» (Fil 3:21).
«Dağda Sən simanı dəyişdin və Sənin şagirdlərin dərk 
etdikləri qədər Sənin izzətini gördülər ki, ya Rəbb Məsih
Sənin çarmıxa çəkildiyini gördükdə könüllü 
əzab-əziyyətini dərk etsinlər və Sənin, həqiqətən də, 
Atanın nuru olduğunu dünyaya vəz etsinlər» (Bizans 
Liturgiyası).
111. Məsihin Yerusəlimə daxil olması necə icra 
olunur?
557-560 
569-570
Müəyyən vaxtda İsa əzab çəkmək, ölüb-dirilmək üçün 
Yerusəlimə daxil olmağı qərara alır. Padşahlığın gəlişini 
göstərən Xilaskar Padşah kimi Öz şəhərinə ulağın 
üstündə daxil olur. Onu uşaqlar qəbul edirlər, onların 
nida səsləri Sanctus Evxaristiya liturgiyasının 
çağırışlarında təkrar edilir: «Rəbbin ismi ilə Gələnə alqış 
olsun! Hosanna (Bizi xilas et)» (Mat 21:9). Rəbbin 
Yerusəlimə daxil olmasının bayram edilməsi ilə Kilsə 
liturgiyası Böyük (Əzablı) Həftəni başlayır.
«İSA MƏSİH PONTİ PİLATIN DÖVRÜNDƏ ƏZAB ÇƏKDİ,
ÇARMIXA ÇƏKİLDİ»
62


112. İsanın Pasxa sirri hansı əhəmiyyətə malikdir?
571-573
İsanın əzab-əziyyətini, ölümünü, dirilməsini və 
izzətlənməsini əhatə edən Pasxa sirri məsihçi imanının 
mərkəzində durur, çünki Allahın xilas niyyəti birdəfəlik və
həmişəlik Onun Oğlu İsa Məsihin fidyə olan ölümündə 
həyata keçdi.
113. İsanı nədə ittiham edirdilər?
574-576
İsrailin bəzi ağsaqqalları İsanı Qanunun, Yerusəlim 
Məbədinin, xüsusilə də vahid Allahın əleyhinə olan 
əməllərdə ittiham edirdilər, çünki O Özünü Allah Oğlu 
adlandırırdı. Buna görə də onlar İsanı Pilata təslim etdilər
ki, Onu ölümə məhkum etsin.
114. İsa İsrailin Qanununa münasibətdə Özünü 
necə aparırdı?
577-582
592
İsa Sina dağında Musaya verilmiş Qanunu ləğv 
etməmişdi, əksinə, ona son şərh verərək onu icra 
etmişdi. O, Qanunu tam icra edən İlahi Qanunvericidir. 
Bundan başqa, O, Sadiq Qul olaraq Öz fidyə olan ölümü 
ilə elə bir qurban gətirir ki, yalnız bu, «birinci əhd zamanı
etdikləri təqsirləri» (İbr 9:15) satın ala bilər.
115. İsa Yerusəlim Məbədinə necə yanaşırdı?
583-586 
593
İsa məbədə düşmənçilikdə ittiham olunmuşdu. Amma O, 
«Atanın evi» (bax: Yəh 2:16) kimi məbədə ehtiram 
göstərirdi və orada insanlara Öz təliminin vacib hissəsini 
aşkar etdi. Lakin O həmçinin Məbədin dağıdılacağını 
qabaqcadan söylədi və bunu Öz ölümü ilə müqayisə 
63


edərək Özünün Allahın insanlar arasında son məskəni 
olduğuna işarə etdi.
116. İsa İsrailin Vahid Xilaskar Allaha olan imanına
zidd çıxırdımı?
587-591
594
İsa heç vaxt Vahid Allaha olan imana zidd çıxmırdı, hətta 
çox halda İlahi işi icra edərək xilaskarlıq vədini yerinə 
yetirib Özünün Allaha bərabər olduğunu göstərərkən də 
bunu etmirdi (burada Onun günahları bağışlaması 
nəzərdə tutulur). İsanın Ona iman etmək və tövbə etmək
çağırışı Onun küfr üstündə ölümə layiq olduğunu qərara 
alan Sinedrionun faciəvi anlamazlığını başa düşməyə 
imkan yaradır.
117. İsanın ölümündə kim günahkardır?
595-598 
İsanın əzab-əziyyəti və ölümü üçün məsuliyyəti fərq 
qoymadan zamanca və məkanca nə o dövrdə və nə də 
ondan sonra doğulan bütün yəhudilərin üzərinə qoymaq 
olmaz. Həqiqətdə isə hər bir günahkar, yəni hər bir insan
Fidyə Olanın əziyyətlərinin səbəbi və alətidir, amma 
məsihçi olduqları halda həmişə günah edən və 
qüsurlarda batıb-qalanlar ən çox təqsirli sayılırlar.
118. Nə üçün İsanın ölümü Allahın niyyətinin bir 
hissəsidir?
599-605
619
Günah üzündən ölümə məhkum olmuş bütün insanları 
Özü ilə barışdırmaq üçün Allah məhəbbət niyyətinə görə 
Öz Oğlunu göndərdi ki, O, günahkarlar naminə Özünü 
ölümə təslim etsin.
Əhdi-Ətiqdə əzab çəkən Qul surətində bəyan edilmiş 
İsanın ölümü «Yazılara görə» həyata keçdi.
64


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə