Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

ölümün Qalibi bizim bəraətimizin və dirilməmizin 
başlanğıcıdır: artıq indi O bizə vahid Oğlunun həyatında 
real iştirak olan oğulluğa götürmə lütfünü bəxş edir; 
sonra isə axır zamanda O bizim bədənimizi dirildəcək.
«İSA GÖYLƏRƏ QALXDI VƏ KÜLLİ-İXTİYAR 
ATA ALLAHIN SAĞ TƏRƏFİNDƏ OTURDU»
132. Göyə çəkilmə nəyin əlamətidir?
659-667
Məsih Dirilmə izzətini gizlədən adi insan təbiəti surətində
həvarilərə qırx gün görünəndən sonra göyə qalxır və 
Atanın sağ tərəfində əyləşir. O, Rəbdir və artıq Öz insan 
təbiətində, Allah Oğlunun əbədi izzətində bizim üçün Ata 
qarşısında yorulmadan vəsatətçilik edərək padşahlıq 
edir. O bizə Müqəddəs Ruhu göndərdi və bizə yer 
hazırlayaraq bir vaxt Ona çatmaq üçün ümid verir.
«ORADAN DİRİLƏRİ VƏ ÖLÜLƏRİ MÜHAKİMƏ ETMƏK
ÜÇÜN GƏLƏCƏK»
133. Rəbb İsa indi necə padşahlıq edir?
668-674
680
Kainatın və tarixin Rəbbi, Kilsənin Başçısı izzətli Məsih 
ecazkar şəkildə yer üzündə qalır və burada Onun 
Padşahlığı rüşeym və başlanğıc kimi Kilsədə zahir olur. 
Bir vaxt O, izzət içində gələcək, lakin bunun nə vaxt 
olacağını bilmirik. Buna görə də biz oyaq olaraq yaşayırıq
və dua edirik: «Gəl, ya Rəbb İsa!» (Vəhy 22:20).
69


134. Rəbbin izzət içində zühuru necə həyata 
keçəcək?
675-677
680
Bu keçici dünyanın son ümumdünya sarsıntısından sonra
Məsihin izzətli zühuru Allah Gəlişinin son təntənəsində və
Qiyamət günü ilə həyata keçəcək. Allah Padşahlığı 
beləcə yerinə yetəcək.
135. Məsih diriləri və ölüləri necə mühakimə 
edəcək?
678-679
681-682
Məsih insanları xilas etməyə gələn dünyanın Fidyə olanı 
kimi əldə etdiyi səlahiyyətlə mühakimə edəcək. Ürəklərin
sirri də hər bir insanın Allaha və qonşusuna münasibətdə
əməlləri kimi üzə çıxacaq. Hər kəs əməllərinə görə ya 
həyat alacaq, ya da əbədi lənətlənəcək. Beləcə Allahın 
«hər şeydə hər şey» (1Kor 15:28) olacağı, «Məsihin tam 
yetkinliyi» (müqayisə: Ef 4:13) həyata keçəcək.
Üçüncü fəsil
MÜQƏDDƏS RUHA İMAN EDİRƏM 
«Müqəddəs Ruha iman edirəm»
136. Kilsə «Müqəddəs Ruha iman edirəm» deyə 
şəhadət edərkən nəyi nəzərdə tutur?
683-686
Müqəddəs Ruha iman etmək Atadan və Oğuldan çıxan 
Müqəddəs Üçlüyün Üçüncü Simasına şəhadət etmək 
deməkdir, «Ona Ata və Oğulla birgə səcdə və izzət 
təqdim olunmalıdır». Ruh «ürəklərimizə göndərildi» 
(müqayisə: Qal 4:6) ki, biz Allah övladlarına məxsus yeni 
həyatı alaq.
70


137. Nə üçün Oğulun missiyası ilə Müqəddəs 
Ruhun missiyası ayrılmazdır?
687-690
742-743
Ayrılmaz Üçlükdə Oğula və Ruha fərq qoyulur, lakin onlar
ayrılmazdır. Həqiqətən də, dövrün əvvəlindən axırına 
qədər Ata Oğulu göndərərkən bizi Məsihlə imanda 
birləşdirən Öz Ruhunu da göndərir ki, biz oğulluğa 
götürülərək Allahı «Ata» (bax: Rom 8:15) adlandıra bilək.
Ruh görünməzdir, lakin Onu Öz Kəlamını bizə aşkar 
edərkən və Kilsədə fəaliyyəti zamanı göstərdiyi 
təsirindən tanıyırıq.
138. Müqəddəs Ruhun adları hansıdır?
691-693
«Müqəddəs Ruh» – Müqəddəs Üçlüyün Üçüncü Simasının 
xüsusi adıdır. İsa həmçinin Onu Ruh Paraklit (Təsəlliverici,
Vəsatətçi) və Həqiqət Ruhu adlandırır. Əhdi-Cədid, 
bundan əlavə, Onu Məsih Ruhu, Rəbbin Ruhu, Allahın 
Ruhu, İzzət Ruhu, vəd olunan Ruh adlandırır.
139. Müqəddəs Ruhun rəmzləri nədir?
694-701
Onlar çoxdur: Məsihin yaralanmış Ürəyindən axan və 
vəftiz olunanlara içirilən canlı su; ətirli yağla məsh 
olunma – həsr olunmanın (konfirmasiya) sirrli əlaməti; 
toxunduğu hər şeyin surətini dəyişdirən od; İlahi izzətin 
aşkar olduğu gah tutqun, gah da işıqsaçan bulud; Ruhun 
verilmə vasitəsi olan əlqoyma; Vəftiz zamanı Məsihin 
üzərinə enən və Onda qalan göyərçin.
71


140. «Ruh peyğəmbərlər vasitəsilə danışmışdır» 
sözü nə deməkdir?
687-688
702-716
743
Peyğəmbərlər deyiləndə Müqəddəs Ruhun Allahın adı ilə 
danış-maq üçün ilhamlandırdığı bütün şəxslər nəzərdə 
tutulur. Ruh Əhdi-Ətiq peyğəmbərliyinin Məsihdə tam 
icrasına doğru aparır və bu sirr Əhdi-Cədiddə aşkar olur.
141. Müqəddəs Ruh Vəftizçi Yəhyada nəyi icra 
edir?
717-720
Əhdi-Ətiqin son peyğəmbəri olan Vəftizçi Yəhyanı 
Müqəddəs Ruh doldurur və o, Ruhun təsiri ilə “Rəbbə 
hazırlanmış xalqı yetişdirmək üçün” (Luka 1:17) və Allah 
Oğlu olan Məsihin gəlişini xəbər vermək üçün göndərilir. 
Yəhya Məsihin üzərinə Ruhun endiyini və Onun üzərində 
qaldığını gördü.  Məsih «Müqəddəs Ruhla vəftiz» (Yəh 
1:33) edəcək.
142. Məryəmdə Müqəddəs Ruhun təsiri nədir?
721-726
744
Müqəddəs Ruh Məryəmdə Əhdi-Ətiqin gözlədiklərini 
yerinə yetirdi və Məsihin gəlişini hazırladı. Nadir bir 
şəkildə O, Məryəmi lütflə doldurdu və Onun Bakirəliyini 
səmərəli etdi ki, Allah Oğlu insan kimi dünyaya gəlsin. O,
Məryəmi «bütöv Məsihin», yəni Onun Bədəni olan 
Kilsənin və Başçısı olan Məsihin Anası etdi. Məryəm On 
iki şagirdlə birgə Pentekost günündə Kilsənin yaranması 
vasitəsilə Müqəddəs Ruhun «axır zamanı» aşkar 
etməsində iştirak edir.
72


143. Ruhla İsa Məsih arasında Onun yer üzündəki 
missiyasında hansı əlaqə var?
727-730
745-746 
Allahın təcəssüm etdiyi andan etibarən Allah Oğlu insani 
təbiətində Ruhun məshi ilə Xilaskar kimi məsh edilmişdi. 
O, əcdadlara verilmiş vədləri yerinə yetirərək Öz 
təlimində bunu aşkar edir və dirilməsindən sonra 
həvarilərə «üfürərək» yaranan Kilsəyə bunu xəbər verir.
144. Pentekost günü nə baş verir?
731-732
738
Dirilməsindən əlli gün sonra Pentekost günündə 
izzətlənmiş İsa Məsih səxavətlə Müqəddəs Ruhu endirir 
və Onu İlahi Sima kimi təqdim edir ki, Müqəddəs Üçlük 
tamamilə aydın şəkildə zahir olsun. Məsihin və Ruhun 
missiyası Üçlüyün ünsiyyəti barədə sirri xəbər vermək və
yaymaq üçün göndərilən Kilsənin missiyasına çevrilir.
«Biz həqiqi Nur gördük, Səmavi Ruhu qəbul etdik, həqiqi 
imanı əldə etdik; biz ayrılmaz Üçlüyə ibadət edirik, çünki 
O bizi xilas etdi» (Bizans liturgiyası. Pentekost Axşam 
duasından oxunuş)
145. Müqəddəs Ruh Kilsədə nəyi icra edir?
733-741
747
Ruh Kilsəni təşviq edir, canlandırır və təqdis edir. 
Məhəbbət Ruhu vəftiz olunanlara günahın ucbatından 
itirilmiş Allaha bənzərliyi qaytarır, onları Məsihdə həyata 
və Müqəddəs Üçlüyün həyatına daxil edir. Ruh onları 
Məsih Həqiqəti barədə şahidlik etmək üçün göndərir və 
onların arasında əməkdaşlığı razılaşdırır ki, hami «Ruhun 
səmərəsini» (Qal 5:22) gətirsin.
73


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə