Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

ayinlər (sirrlər), xeyirxah işlər və xarizmalar vasitəsilə 
Məsih məhəbbətdə Kilsəsini təşviq edir.
«Ruhumuz nədirsə, üzvlərimiz üçün canımız da odur, 
Məsihin üzvləri və Kilsədən ibarət olan Məsihin Bədəni 
üçün də Müqəddəs Ruh elə həmin şeydir» (müq. 
Avqustin).
160. Xarizmalar nədir?
799-801
Xarizmalar – Müqəddəs Ruhun xüsusi ənamlarıdır. Onlar, 
dünyanın ehtiyacına cavab olaraq və Kilsənin təşviqi 
üçün hamının xeyri naminə ayrı-ayrı adamlara verilir.  
Kilsə Müəllimliyi xarizmaları ayırd edir.
VAHİD, MÜQƏDDƏS, ÜMUMDÜNYA HƏVARİ KİLSƏSİ
161. Nə üçün Kilsə vahiddir?
813-815
866
Kilsə vahiddir, çünki onun vahidliyinin mənbəyi və 
nümunəsi Vahid olan Allahın Üç Simasının birliyidir; 
həmçinin onun Banisi və Başı – bütün xalqların birliyini 
bir Bədəndə bərpa edən İsa Məsihdir; çünki onun canı – 
bütün sadiq imanlıları Məsih Ünsiyyətində birləşdirirən 
Müqəddəs Ruhdur. Kilsənin imanı, əsrarəngiz həyatı, 
həvari varisliyi birdir, ümumi vahid ümidi və mərhəməti 
var.
162. Vahid Məsih Kilsəsi harada yerləşir?
816
870
Dünyada cəmiyyət kimi təsis edilən və qurulan Vahid 
Məsih Kilsəsi Katolik Kilsəsində yerləşir, Peterin Varisi və 
onunla ünsiyyətdə olan yepiskoplar tərəfindən idarə 
olunur. Yalnız Kilsə vasitəsilə xilas üçün bütün vasitələri 
78


əldə etmək olar, çünki Rəbb Əhdi-Cədidin bütün 
nemətlərini yalnız Peterin başda olduğu bir həvarilər 
məclisinə həvalə etmişdir.
163. Qeyri-katolik məsihçilərə hansı münasibət 
bəsləmək gərəkdir?
817-819
870
Katolik Kilsəsi ilə bütöv ünsiyyətdən ayrılan Kilsə və Kilsə
icmalarında bir çox müqəddəslik və həqiqət ünsürləri var.
Bu nemətlərin hamısı Məsihdən gəlir və kafolik 
(ümumdünya) birliyə çağırır. Belə Kilsələrin və İcmaların 
üzvləri vəftiz zamanı Məsihlə birləşirlər, buna görə biz 
onları qardaş hesab edirik.
164. Məsihçilərin birliyinin bərpasına necə yardım 
göstərmək olar?
820-822
866
Bütün məsihçilərin birliyini bərpa etmək arzusu Məsihin 
bəxşişi və Müqəddəs Ruhun çağırışıdır. Bu arzu bütün 
Kilsəyə aiddir və ürəyin Allaha tərəf dönməsi, dua, 
bir-birləri ilə qardaşlıq tanışlığı, ilahiyyat dialoqu 
vasitəsilə həyata keçirilir.
165. Kilsə hansı mənada müqəddəsdir?
823-829 
867
Kilsə müqəddəsdir, çünki onu Müqəddəs olan Allah 
yaradıb; Məsih Kilsəyə görə Özünü qurban verib ki, onu 
təqdis etsin və insanları təqdis etmək üçün ona qüdrət 
versin; Müqəddəs Ruh məhəbbətlə onu canlandırır. 
Kilsədə xilas üçün bütün vasitələr var. Müqəddəslik – 
onun hər bir üzvünün çağırışıdır və onun bütün 
zəhmətinin məqsədidir. Bizim havadarlarımız və bizə 
nümunə olanlar Bakirə Məryəm və saysız müqəddəslər 
Kilsəyə məxsusdur. Kilsənin müqəddəsliyi – onun 
79


övladlarının təqdis mənbəyidir; onlar yer üzündə ikən 
özlərini həmişə Allaha üz tutub təmizlənməyə ehtiyacları 
olan günahkarlar hesab edirlər.
166. Nə üçün Kilsə ümumdünya Kilsəsi adlanır?
830-831
868
Kilsə ümumdünya (katolik, kafolik) xarakteri daşıyır, 
çünki onda Məsihin hüzuru var: «Məsih İsa olan yerdə 
ümumdünya Kilsəsi də var» (müq. İqnati Antioxiyalı). 
Kilsə iman bütövlüyünü və mahiyyətini bəyan edir; xilas 
vasitələrinin hamısını özündə cəmləşdirir və paylayır; 
Kilsə bütün dövrlərdə və mədəniyyətlərdə yaşayan 
xalqların hamısına missiya ilə göndərilib.
167. Ayrı bir Kilsə ümumdünya Kilsəsidirmi?
832-835
Həvarilər vərasətinə uyğun olaraq əlqoyulma ilə təyin 
olunmuş yepiskopu ilə iman və ayinlər ünsiyyətində olan 
məsihçilər cəmiyyətindən ibarət və «məhəbbətdə 
birinci» (müq. İqnati Antioxiyalı) Roma Kilsəsi ilə 
ünsiyyətdə olan hər bir ayrı Kilsə (məsələn, diosez və 
yeparxiya) ümumdünya Kilsəsidir.
168. Ümumdünya Kilsəsinə kim məxsusdur?
836-838
Bütün insanlar müxtəlif yollarla Allah xalqının kafolik 
birliyinə məxsusdurlar yaxud əvvəlcədən təyin olunurlar. 
Məsih Ruhuna malik olanlar, Kilsə ilə iman, ayin, Kilsə 
idarəçiliyi və ünsiyyət bağları ilə əlaqədə olanlar 
Ümumdünya Kilsəsinə tamamilə daxil edilirlər. Vəftiz 
olunmuş, lakin bu kafolik birlikdə tam iştirak 
etməyənlərin isə ümumdünya Kilsəsi ilə qeyri-kamil olsa 
da, müəyyən bir ünsiyyəti var.
80


169. Ümumdünya Kilsəsi yəhudi xalqına hansı 
münasibəti bəsləyir?
839-840 
Ümumdünya Kilsəsi yəhudi xalqı ilə öz əlaqəsini təsdiq 
edir, çünki Allah Öz Kəlamını qəbul etdirmək üçün bütün 
başqa xalqlardan əvvəl bu xalqı seçdi. Məhz yəhudi 
xalqına “övladlığa götürülmə, izzət, əhdlər, Qanunun 
verilməsi, məbəd ibadəti və vədlər məxsusdur. Əcdadlar
 
da onlara məxsusdur, Məsih də cismən onlardandır” 
(Rom 9:4-5). Digər qeyri-məsihçi dinlərdən fərqli olaraq, 
yəhudi imanı artıq Əhdi-Ətiqdə verilən Allahın vəhyinə 
bir cavabdır.
170. Ümumdünya Kilsəsi ilə digər qeyri-məsihçi 
dinlər arasında əlaqə varmı?
841-845 
İlk növbədə bu, bəşər nəsli üçün ümumi olan başlanğıc 
və sonun əlaqəsidir. Katolik Kilsəsi qəbul edir ki, digər 
dinlərdə olan bütün xeyirxah və həqiqi olan şeylər 
Allahdan gəlir və Onun həqiqətini əks etdirir. Bunlar 
Müjdəni qəbul etmək üçün insanları hazırlaşdıra və Məsih
Kilsəsində bəşər nəslinin birliyinə həvəsləndirə bilər.
171. «Kilsədən kənarda xilas yoxdur» ifadəsinin 
mənası nədir?
846-848
Məna odur ki, xilas Onun Bədəni olan Kilsə vasitəsilə 
yalnız Baş olan Məsihdən gəlir. Buna görə də Kilsənin 
Məsih tərəfindən qurulduğunu, xilas üçün zəruri 
olduğunu bilən və ona üzv olmayan yaxud onda 
qalmayan şəxs xilas ola bilməz. Eyni zamanda öz təqsiri 
olmadan Məsih Müjdəsindən və Onun Kilsəsindən 
xəbərsiz olan, lakin səmimi olaraq Allahı axtaran və 
lütfün təsiri altında vicdanın səsi vasitəsilə Onun 
81


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə