Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə21/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
48 
48 
Dastanlardakı qəhrəmanlar, xüsusilə Dədə Qorqud həddindən artıq idealizə edilir və 
nəticədə  reallıqdan  uzaqlaşır.  Tərcüməçilərin  fikrincə,  fövqəltəbii  ünsürlər  (oğuz 
qəhrəmanları,  eləcə  də  Dədə  Qorqud  haqqında  mübaliğələr)  türk  xalqlarının 
folklorundan gəlir. Dastanlarda verilən düşmənlərin adları da türk adlarıdır, özləri də 
ziddiyyətlidir.  Belə  ki,  Şəklü  Məlik  dörd  döyüşdə  dörd  dəfə  öldürülür.  Bunlar 
boyların  bir  şəxs  (ozan)  tərəfindən  yaradılmadığını  göstərir.  Maraqlı  məqamlardan 
biri də Dədə Qorqudun tarixi şəxsiyyət olması və hansı dövrdə yaşaması ilə bağlıdır. 
Bu  məsələdə  fikirlərin  haçalanması  dastanların  ayrı-ayrı  dövrlərdə  yarandığının 
bariz  nümunəsidir.  Tərcüməçilərin  bəziləri  belə  hesab  edirlər  ki,  Dədə  Qorqud 
oğuzların  X-XI  əsrlərdə  Yenikənddə  (paytaxt)  hökmranlığı  vaxtı  dövlət  xadimi, 
diplomat  olmuşdur.  Kiçik  Asiyada  isə  o,  müqəddəsləşdirilmiş,  övliya  səviyyəsinə 
qaldırılmış əfsanəvi bir adama çevrilmişdir. Burada belə bir fikir də müdafiə olunur 
ki, dastanlar çox ehtimal ki, ilk dövrlərdə şeirlə yazılmış, sonralar isə ozan olmayan 
bir sıra şəxslər tərəfindən yazıya köçürülmüşdür (5, 8-9).  
Təbii  ki,  toxunacağımız  problemin  həllində  bizi  Dədə  Qorqudun  nə  vaxt 
doğulduğu, yaşadığı maraqlandırmır. Bizi maraqlandıran onun doğum tarixinin belə 
müxtəlif dövrlərlə təqdim olunmasıdır. Bəzi tərcüməçilər tərəfindən onun doğulduğu 
və yaşadığı dövr X-XI əsrlər göstərilsə də, dastanın özündə Rəşidəddinin göstərdiyi 
kimi VII əsr  göstərilir: “Məhəmməd (s.a.s) peyğəmbərin zamanına yaxın Bayat (24 
oğuz  tayfasından  biri)  boyunda  Qorqud  ata  deyilən  bir  kişi  vardı.  O  kişi  oğuzların 
kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah 
onun könlünə ilham  verirdi... Qorqud ata dedi:  “Axırda xanlıq geriyə - Qayıya (24 
oğuz tayfasından birinin adı) dönər, heç kim əllərindən almaz...”. Qorqud atanın bu 
dediyi  Osman  nəslidir  (Qiyamət  günü  qopunca,  necə  var,  elə  də  ömür  sürüb 
gedəcək)...  və  daha  buna  bənzər  bir  neçə  söz  söylədi”  (5,  129).  Bizi  də 
maraqlandıran  elə  budur.  Yuxarıda  göstərdiyimiz  kimi,  “Kitabi-Dədə  Qorqud” 
dastanının  yaranma tarixi haqqında fikirlər haçalanır. Bir sıra tədqiqatçılar da qeyd 
edirlər  ki,  boylar  IX-X  əsrlərdə  meydana  çıxmış,  yazıya  alınmış,  lakin  ədəbi 
cəhətdən XV əsrdə tamamilə yenidən işlənmiş, cilalanmışdır. Tədqiqatçılardan V.M. 
Jirmunskiyə görə, bu boylardan bəzisi hətta V-VII əsrlərə gedib çıxır (Domrul və b.) 
(1).  1962-ci  ildə  H.Araslı  tərəfindən  “Kitabi-Dədə  Qorqud  yenidən  nəşr  olunur. 
Girişdə  H.Araslı  həmin  dastanların  XI-XII  əsrlərdə  qələmə  alındığını,  XV-XVI 
əsrlərdə  yenidən  üzünün  köçürüldüyünü  qeyd  edir.  H.Araslıya  görə,  bu  dastanlar 
haqqında çoxlu mübahisələr  var  və hələ bu “mübahisələrə  yekun vuran dərin elmi-
tədqiqat  əsəri  yaranmamışdır”.  Onun  fikrincə,  dastanların  ilk  variantı  -  orijinalda 
Azərbaycanda  yazıya alınmışdır. H.Araslı göstərir ki, Dədə Qorqud  adı və bir çox 
motivlər türk xalqlarının (qazax, qırğız, başqırd, türkmən və b.) şifahı ədəbiyyatında 
qeyd olunur  (5, 7). Bizi də burada daha çox boyların  yenidən üzünün nə  vaxtlarda 
köçürüldüyü  maraqlandırır.  Tədqiqatçıların  çoxu  bunu  XV  əsrə,  daha  doğrusu  XV 
əsrin  II  yarısına  aid  edirlər.  Bu  zaman,  XV  əsrdə  Azərbaycanın  siyasi  səhnəsində 
Qaraqoyunlu,  Ağqoyunlu  dövlətləri,  bir  də  Ərdəbil  şeyxliyi  var  idi.  Kiçik  Asiyada 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
49 
49 
isə Osmanlı dövləti, onun qonşuluğunda, Qara dəniz sahillərində Trabzon imperator-
luğu  var  idi.  Ağqoyunlular  qaraqoyunlularla  və  osmanlılarla  pis  münasibətdə, 
Ərdəbil şeyxliyi ilə isə yaxşı münasibətdə idilər. Ağqoyunlularla Trabzon arasındakı 
əlaqələrə  gəlincə,  Ağqoyunlu  sultanları  tez-tez  ora  səfərlər  edir  və  bol  qənimətlə 
qayıdırdılar. Onlar arasında qız qohumluğu da var idi. Osmanlı dövləti gücləndikdən 
sonra  maraqlar  ağqoyunlularla  Trabzonu  birləşdirdi  və  müttəfiq  oldular.  Daha 
doğrusu, Trabzon sanki ağqoyunluların vassalına çevridi.  
İndi  isə  keçək  bu  xəritəni  çəkməkdə  əsl  məqsədimizə...  Apardığımız 
tədqiqatlar  bizə  imkan  verir  deyək  ki,  “Kitabi-Dədə  Qorqud”  dastanları  məhz  XV 
əsrdə,  ağqoyunlular  və  osmanlılar  tərəfindən  yenidən  işlənmiş  və  cilalanmışdır. 
Dastanlara  ağqoyunlulara  dair  yeniliklər  əlavə  olunmuşdur.  Yuxarıda  kitabın  gi-
rişindən  əbəs  yerə  sitat  gətirmədik.  Bəlli  olur  ki,  Dədə  Qorqud  bir  şəxsiyyət  kimi 
Məhəmməd (s.a.s) peyğəmbərin zamanında  yaşamışdır. O, öncəgörəndir, övliyadır, 
müqəddəs bir şəxsdir. Hər bir şeyi qabaqcadan görür. Baxın, kitabın giriş hissəsində 
VII əsrdə  yaşayan Dədə Qorqud XV əsrə dair  hadisələrdən xəbər  verir. Bildirir ki, 
axırda  xanlıq  geriyə  -  Qayıya  dönər,  heç  kim  əllərindən  hakimiyyəti  ala  bilməz. 
Göründüyü kimi, Qorqud ata Osmanlı nəslinə işarə edir.  
Bəllidir ki, ağqoyunlular da, osmanlılar da 24 oğuz tayfalarından  yaranmışlar. 
Hər  biri  də  özünün  Oğuzun  şəcərəsindən  gəldiyini  qeyd  edir.  Lakin  ağqoyunlular 
bayandurilər, osmanlılar isə Qayı tayfasına  məxsusdurlar. Bəllidir ki, ağqoyunlular 
ilkin  dönəmlərdə  osmanlılardan  güclü  olmaqla,  daha  böyük  ərazidə  məskunlaş-
mışdılar. İstər ağqoyunlular, istərsə də osmanlılar bütün türk elinə rəhbərlikdə iddialı 
idilər.  Bu  məsələdə  ağqoyunlularla  ziddiyyətləri  olan  qaraqoyunlular  (baharlı 
tayfası) osmanlılar ilə müttəfiq idilər. Göründüyü kimi, məsələ aydınlaşır. Yəni, XV 
əsrdə  əlavə  olunan  bu  deyim  Dədə  Qorqudun  adından  verilir  və  osmanlılara  işarə 
olunur.  Ağqoyunlular  hesab  edirdilər  ki,  xanlıq  yalnız  bayandurilərə  məxsusdur. 
Osmanlılar  da  hesab  edirdilər  ki,  xanlıq  Qayı  tayfasına  məxsusdur.  Bu  mənada 
dastanın  yazılmasına  dair  V.V.  Bartoldun  fikirləri  maraqlıdır.  O,  yazır:  “Boyların 
tədqiqi  göstərir  ki,  dastan  Osmanlı  hakimiyyətinin  qəti  şəkildə  Kiçik  Asiyada 
möhkəmlənməsindən  qabaq  yazıla  bilməzdi.  Onun  fikrincə,  dastanda  Osmanın 
adının verilməsi buna sübutdur. Daha doğrusu, dastan Sultan II Murad (1421-1451) 
üçün  tarixçi  Əli  Yazıçıoğlu  tərəfindən  yazıya  alınıb”  (1,  527).  Bu  mənada 
V.A.Qordlevskinin  də  fikirləri  maraqlıdır.  O,  qeyd  edir  ki,  “Əli  Yazıçıoğlu 
tərəfindən dastanın yazılması Osmanlı hakimiyyətinin daimiliyi barədə ideoloji baza 
yaratmaqdan  başqa  bir  şey  deyildir.  Ona  görə  də  dastanda  sapın  ucu  Osmanlı  sul-
tanlarından  başlayaraq  səlcuqlardan  keçməklə  oğuzların  əcdadı  sayılan  Oğuz  xana 
qədər  aparılır”  (7,    10).    Bu  məsələni  Əli  Yazıçıoğlunun  ardınca  XVI-XVII  əsr 
Osmanlı tarixçiləri də qeyd edirlər. Məsələn, Ədirnədən (Adrianopol) olan Osmanlı 
tarixçisi Ruhi XVI əsrin əvvəlində yazırdı: “Qorqud ata söyləmişdir ki, Oğuz xanın 
vəsiyyətinə görə, xanlıq sonuncu Qayı xanın varislərinə keçəcəkdir və bu, dünyanın 
sonuna  qədər  belə  olacaqdır”  (1,  527;  8,  42).  Bunu  Münəccimbaşı  da  özünün 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə