Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə23/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   19   20   21   22   23   24   25   26   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
52 
52 
dövrüdür.  Məhz  bu  dövrdə  öğuzlar  haqqında  qədim  rəvayətlər  özünün  yüksəliş 
dövrünü yaşayır və “Kitabi-Dədə Qorqud” dastanlarında baza rolunu oynayır. Bu, o 
zaman başa çatdı ki, “Kitabi-Dədə Qorqud” ədəbi dəyişikliklərə məruz qaldı. Bu isə 
XV əsrin II yarısına təsadüf edir (11, 144). Bu dəyişikliklər dastanın bəzi boylarında 
özünü  göstərir.  Bunlardan  biri  də  “Dirsə  xan  oğlu  Buğac  xan  boyu”dur.  Bu  boyda 
Bayandır xanın adından deyilən qara otaq ağqoyunluların rəqibləri qaraqoyunlulara, 
qırmızı otaq ağqoyunluların müttəfiqi Ərdəbil şeyxlərinə, ağ otaq isə ağqoyunluların 
özlərinə işarədir.  
“Kitabi-Dədə  Qorqud”  dastanlarında  diqqəti  çəkən  boylardan  biri  də  “Qanlı 
qoca oğlu Qanturalı boyu”dur. Bu boyda Qanlı qoca oğlu Qanturalını evləndirmək 
istəyir. Boyda çox  maraqlı məqamlar üzə çıxır. Belə  məqamlardan biri o zamanlar 
Trabzon qızlarının gözəlliyinin bütün ətraflara yayılmasıdır. Boyda bu məsələ geniş 
əksini tapıb. Hətta o həddə təsvir olunub ki, o qızlar yerli türkmən qızlarından həm 
gözəllikdə,  həm  də  igidlikdə  üstün  təqdim  olunur.  Elə  bizim  həyatımızın  tarixin 
dərin  qatlarından  gələn  bəyənilməyən  məqamlarından  biri  də  budur.  Türk 
dünyasının  faciəsində  bu  məsələnin  də  rolu  az  olmayıb.  Görün,  boyda  Qanturalı 
atasının “Necə qız istəyirsən?” sualına nə cavab verir: “Elə qız istəyirəm ki, məndən 
daha çevik olsun. Bəs gedəsən, bir cici-mici türkman qızını  alasan, birdən  sürüşüb 
üzərinə  düşsəm,  qarnı  yırtılar?”  (5,  183).  Həmin  boyda  daha  sonra  göstərilir  ki,  İç 
Oğuzu  gəzən  Qanturalı  özünə  layiq  qız  tapa  bilmir.  Atası  özü  ona  qız  axtarmağı 
qərara alır: “Qanlı qoca sevincək fərəhlə ayağa durdu. Ağ saqqallı pirani qocaları da 
yanına saldı. İç Oğuzu axtardı, qız tapmadı. Dolandı Daş Oğuza gəldi, tapa bilmədi. 
Dolandı  Trabzona  gəldi.  Sən  demə,  Trabzon  təkürünün  bir  gözəl-göyçək,  yaraşıqlı 
qızı varmış. Sağına-soluna iki qoşa yay çəkərdi. Atdığı oğ yerə düşməzdi” (5, 183). 
Boyun  təqdimatından  bəlli  olur  ki,  söhbət  XV  əsrdən  –  Ağqoyunlu  -Trabzon 
münasibətlərindən  gedir.  Daha  doğrusu,  bu  boy  tarixən  qədim  dövrlərə  getsə  də, 
özünün qədimliyini qoruyub saxlasa da, ona edilən müəyyən əlavələr bizi bu qənaətə 
gətirib çıxarır. Elə tədqiqatçı V.V. Bartoldu da çaşdıran bu əlavələrdir. Bunları əsas 
tutan tədqiqatçı qeyd edir ki, “Kitabi-Dədə Qorqud” XV əsrdən gec yazıla bilməzdi. 
Onun fikrincə, abxazlar XV əsrin I yarısında islam dinini qəbul etmişdilər. Trabzon 
1461-ci  ildə  Osmanlı  türkləri  tərəfindən  tutulub,  siyasi  müstəqilliyini  itirdi.  Amma 
epos daha əvvələ aid tarixi münasibətləri özündə əks etdirir (1, 530). Təbii ki, V.V. 
Bartoldun dastanların XV əsrdən gec yazılmamasına dair gəldiyi qənaət boyda təsvir 
edilən hadisələrlə bağlıdır. Lakin dövrün və dastanın tədqiqi göstərir ki, boyda təsvir 
olunan  hadisələr  dastana  ağqoyunlular  dövründə  dastan  yenidən  yazıya  alınanda 
əlavə olunmuşdur. Tədqiqatlar sübut edir ki, Qanturalının Trabzon təkürünün qızı ilə 
evlənməsi  tarixi  həqiqətə  söykənir.  Bu,  Turəli  bəyin  tarixi  adıdır.  Bayanduri 
sülaləsinin  yaradıcısı  olan  Turəli  bəy  1348-ci  ildə  Trabzona  yürüş  etmişdir.  Onun 
oğlu  Qutlu  bəy  üç  ildən  sonra  (1351)  Trabzon  imperatoru  Aleksey  III  Komnenin 
bacısına  evlənmişdi  (1,  539).  Tədqiqatçılardan  V.V.  Bartold  və  V.A.  Qordlevski 
belə  bir  nəticəyə  gəlirlər  ki,  Bayandır  xanın  adı  oğuzların  arasında  ağqoyunluların 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
53 
53 
tarix səhnəsində görünməsi  və güclənməsi zamanı məşhurlaşa bilərdi (10, 476; 12, 
581;  13,  64).  Bu,  o  zaman  idi  ki,  ağqoyunlular  bütün  Yaxın  Şərqdə  oğuz  tayfaları 
arasında  hakim  mövqe  tuturdular  (XIV  əsrin  ortalarından  başlayaraq  XV  əsrin 
ortalarına qədər). Beləliklə, Bayandır xan qədim oğuz epos ənənələri üçün süjet ola 
bilməzdi.  Dastanlarda  onun  adına  elə  bir  güclü  süjet  yoxdur.  O,  tayfa  başçısı  kimi 
təqdim  olunur.  Dastanlarda  passiv  rol  oynayır.  Sadəcə  olaraq  oğuz  bəyləri  onun 
sarayına toplaşırlar. Dastanlardan bəlli olur ki, onun tayfası təsvir olunan dövrdə çox 
güclənmişdir. Onlar özlərindən qabaq güclü tayfa olan salurları sıradan çıxarmışlar. 
Salur  tayfasının  rəhbəri  Ulaş  oğlu  Qazan  xan  onun  kürəkəni  olmaqla,  ona  yaxın 
bəylərdən  birinə çevrilmışdir. Bütün bunlardan  sonra aydın olur ki, ağqoyunluların 
siyası hegemonluğu dövründə, təxminən, XIV əsrin ortalarından XV əsrin I yarısına 
qədər olan dövrdə baş verən hadisələr “Kitabi-Dədə Qorqud”un bəzi boylarında öz 
əksini tapmışdır (1, 531). İndi isə  yenidən qayıdaq Qanturalının Trabzon hakiminin 
qızı  ilə  evlənməsi  səhnəsinə...  V.V.  Bartold  bu  məsələnin  tarixi  və  əfsanəvi 
motivlərinə  diqqət  yetirmişdir  (10,  475).  Trabzon  imperiyası  Bizans  imperiyasının 
bir  qalığı  idi  ki,  Kiçik  Asiyada  mövcud  idi  və  səlibçilər  tərəfindən  işğal 
olunmamışdı.  Komnenlərə  məxsus  bu  iri  imperiya  Yaxın  Şərqdə  ticarət  yollarının 
qovuşduğu yer olmaqla, iki əsr yarımdan artıq bir müddətdə (1204-1461-ci illər) öz 
siyasi  müstəqilliyini  saxlamaqla  XIV-XV  əsrlərdə  tipik  feodal  dövləti  idi.  Bir  çox 
yarımmüstəqil subyektlərə bölünmüşdü. Trabzon imperiyasının tarixini tədqiq edən 
J.P. Falmerayera iqtibas edən V.V. Bartold göstərir ki, ətraf  yerlərin şahzadələri və 
rıtsarları  çox  həvəslə  komnenlərin  dağda  olan  qalalarına  və  saraya  səfər  edir  və 
macəralar  axtara-axtara  Trabzon  hakimlərinin  qızlarına  evlənmək  istəyirdilər. 
Bunların  içərisində  türkmən  şahzadələri  də  var  idi.  Trabzon  gözəlləri,  xüsusilə  də 
imperator  evinin  gözəlləri  bütün  Asiyada  məşhur  idilər  və  təxminən  iki  yüz  il 
ərzində  Qərbi  Avropa  roman  müəlliflərinin  və  Şərq  saraylarının  nağıllarının 
qəhrəmanlarına  çevrilmişdilər.  Nəinki  Konstantinopoldan  (İstanbuldan),  eləcə  də 
yaxın  türkmən  ellərindən,  Qafqazdan,  Serbiyadan,  Mitilendən,  uzaq  Mesopotomi-
yadan  və  İran  ərazilərindən  şahzadələr  gəlirdilər  ki,  onlarla  evlənsinlər.  Bizans 
mənbələri  qeyd  edirlər  ki,  XIII  əsrin  sonundan  başlayaraq  döyüşkən  oğuzların 
(türkmənlərin) dəstələri Trabzona və ətraf rayonlarına yürüşlər edirdilər. 1280-1370-
ci  illər  arasında  onlarla  belə  iri  yürüşlər  olmuşdur.  1341-ci  ildə  baş  verən  daxili 
toqquşmalar  nəticəsində  imperator  Vasiliy  Komnen  həyatını  itirir.  Bundan  istifadə 
edən  türkmənlər  Trabzonu  tuturlar,  şəhəri  yandırırlar.  Bunlar  Ağqoyunlu  tayfa 
üzvləri  idilər.  Trabzon  tarixçisi  Mixail  Panareta  yazır  ki,  1348-ci  ildə  türkmənlər 
Ərzincandan  başlayaraq,  Ərzurum  və  Bayburta  qədər  əraziləri  ələ  keçirdilər. 
Trabzona  yenidən  yürüş  etdilər.    Ağqoyunlu  tayfa  ittifaqının  başında  Turəli  bəy 
dayanırdı. Onun ayaması Bozdoğan idi. Bu hadisələr imperator III Komneni məcbur 
edirdi ki, oğuzlarla qohum olsun. 1351-ci ildə  yaxşı münasibətlərdə olmaqdan ötəri 
imperator  III  Komnen  özünün  gənc  bacısı  Mariyanı  Ağqoyunlu  tayfa  ittifaqının 
əmiri Turəlinin oğlu Qutlu bəyə ərə  verdi. E. Rossiyə istinad edən V.M. Jirmunski 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə