Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

Beynəlxalq əməkdaşlıq kitabxana işində prioritet təşkil edir. Qeyd etdiyimiz 
kimi, respublika kitabxanalarının beynəlxalq aləmdə  təmsil olunması  və 
onların inteqrasiyası  cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bu təşkilatların 
kitabxana işi sahəsindəki tədbirləri kitabxana işinin hüquqi təminatına 
əhəmiyyətli təsir edir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A.A., Əhmədov, E.Y. Məktəb kitabxanaları 
Azərbaycanın müstəqilliyi  şəraitində // Kitabxanaşünaslıq və 
biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal. - 2004. - № 1. - S. 3-14. 
2.
 
Ümumi kitabxanalar haqqında YUNESKO-nun manifesti // 
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və  təcrübi jurnal. - 
2005. - №1. - S. 124-127. 
3.
 
Baxşəliyev Z.İ. Azərbaycanda Kitabxana İşinin  İnkişafı 
Assosiasiyası Beynəlxalq Təşkilatın – İFLA-nın üzvüdür // 
Kitabxanaşünaslıq  və biblioqrafiya: elmi-nəzəri və  təcrübi jurnal. - 
2000. - №2. - S. 122-126. 
4.
 
İsmayılov X.İ., Məmmədov,  Ə.M. Azərbaycanın kitabxana 
mütəxəssisləri  İFLA-nın konfransında // Kitabxanaşцnaslıq və 
biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal. - 2001. - №2. - S. 133-139. 
 
 
 
АХМЕДОВ Е.Ю. 
АХАДОВА Г.Т. 
 
РОЛЬ МЕЖДУНАРОДНОГО СОТРУДНИЧЕСТВА 
В ЮРИДИЧЕСКОМ ОБЕСПЕЧЕНИИ БИБЛИОТЕЧНОГО ДЕЛА 
РЕЗЮМЕ 
 
В статье анализируется мероприятия по сотрудничеству проводимые 
международными, в том числе непровительственными организациями и 
исследуется  тенденция  их  влияние  на  юридическое  обеспечение 
библиотек Азербайджанской Республики.  
 
 
 
 
45


AHMADOV E.Y. 
    
 
 
 
 
 
 
AHADOVA G.T. 
 
THE ROLE OF INTERNATIONAL COORPERATION 
IN LEGAL PROVISION OF THE LIBRARIES 
SUMMARY 
 
The article reviews the activities carried out by international coorperation, 
including non-governmental organizations and examines the trend of their 
influence on the legal provision of the libraries of Republic of Azerbaijan.  
 
46


 Mehmanəli MƏMMƏDOV 
Pedaqoji elmlər namizədi, dosent 
 
KİTABXANALARIN  İDARƏ EDİLMƏSİNDƏ MARKETİNQİN 
ROLU 
 
Bazar iqtisadiyyatı şəraitində MDB ölkələrində, o cümlədən respublikamızda 
kitabxanaların sosial-iqtisadi fəaliyyəti prinsip etibarı ilə tamamilə dəyişmişdir. 
Belə ki, idarəetmədə  ənənəvi sistemin uğursuzluğu, konstruksiya 
strategiyasının inkişafına olan tələb, “Yeni paradiqm” nəzəriyyəsinin 
mövcudluğu kitabxanaların marketinq sisteminə keçməsinə gətirib çıxarmışdır.  
Kitabxanaçılıq praktikasına marketinqin gətirilməsi,  əcnəbi mütəxəssislər 
tərəfindən hazırlanmışdır. Artıq 1960-cı illərdə ABŞ-da, bir müddət sonra 
AFR-də,  İsveçrədə marketinqin genişləndirilməsi metodları müzakirə 
olunurdu. 1970-ci illərdə  əksər Amerika mütəxəssisləri gəlir gətirməyən 
təşkilatlarda kommersiya marketinqinin tətbiq olunması fikirlərini irəli 
sürürdülər.  
Hal-hazırda ekspertlər marketinqin inkişafını iki əsas hissəyə bölürlər: 
işgüzarlıq və qeyri-kommersiya şəraitində marketinqin inkişafı. Məlum olduğu 
kimi kitabxanalar qeyri-kommersiya sahəsinə aiddir;  
Kitabxanaların  marketinqlə  əlaqəsi haqqında ilk elmi məqalələr 1970-ci 
illərin əvvəllərinə təsadüf edir. İlk olaraq marketinq sisteminə ehtiyacı Şimali 
Amerikanın kütləvi kitabxanalarının  əməkdaşları bildirmişlər.  Əcnəbi 
kitabxanaların marketinq metoduna müraciəti böhran vəziyyəti ilə  əlaqədar 
olmuşdur. Çap məhsullarının qiyməti durmadan artırdı. Kitabxanalara yeni 
texnologiyalar lazım idi, amma dövlət tərəfindən kitabxanaların müasir 
texnologiyalarla təmin etdirilməsi birdən dayandırıldı. Bu illərdə kitabxanalara 
lazım idi ki, özlərini doğrultsunlar və  cəmiyyətə sosial informasiya 
mədəniyyətlərini nümayiş etdirsinlər. Bu cəhətdən marketinq strategiyasının 
kitabxanalarda tətbiqi labüd idi.  
Kitabxana marketinqi - bu müxtəlif görünüşlü idarəetmə  fəaliyyətidir ki, 
kitabxana məhsulunun və xidmətinin istehsalat hərəkətinə təsir edir. Kitabxana 
marketinqində əsas amillərdən biri sistemli yanaşmadır. Bir tərəfdən oxucunun 
sorğularını, maraqlarını  dəqiq və  hərtərəfi öyrənmək, xidməti oxucunun 
ünvanına çatdırmaq, digər tərəfdən mövcud maraqları formalaşdırmaqdır.  
Kitabxana marketinqinin əsas məqsədi aşağıdakılardır:  
1)
 
Kitabxana xidmətində oxucunun maksimum tələbini ödəmək; 
2)
 
Kitabxana xidmətində sorğuları tam cavablandırmaq; 
3)
 
Kitabxana xidmətində  fərdi və kollektiv istifadəçilərin yeni 
kateqoriyalarını genişləndirmək; 
 
47


4)
 
Yerli bölgələrdə  və orqanlarda kitabxanaların müsbət obraz kimi 
(ictimai təşkilatlar və əhali arasında) saxlanılması və formalaşdırılması; 
Marketinq metodu aşağıdakılarla ümumiləşir:   
1)
 
Kitabxana xidmətinin təşkilində məhdudiyyətlərin təhlili; 
2)
 
İstehlakçının potensial və real tələblərini öyrənmək; 
3)
 
Real məhsul və xidmətin yeni konsepsiyasının işlənib hazırlanması; 
4)
 
Məhsul və xidmətin genişləndirilməsi planı; 
5)
 
Reklam yolu ilə  tədbirlərdə maddi marağın yaranması  həvəsinin 
artırılması; 
6)
 
Qiymət siyasətinin təmin olunması; 
7)
 
Cəmiyyətin sosial tələblərinin öyrənilməsi. 
Kitabxana xidmətindən istifadə edən oxucular əsasən: yaxın rayonlarda 
yaşayanlar,  əhali, təşkilat sahəsində çalışan mütəxəssislər və (təhsil ocaqları)  
məktəblərdir.  
Kitabxana marketinqi iki cür olur:  
1)
 
Qeyri-kommersiya marketinqi (pulsuz); 
2)
 
Kommersiya marketinqi (pullu). 
Kütləvi kitabxanalarda əsas yeri qeyri-kommersiya marketinqi tutur. 
Kommersiya marketinqi tətbiq olunanda kitabxanalar oxucunun vəsaiti 
hesabına maliyyələşir (“Fandrayzinq”). Kitabxana marketinqi əsasən iki 
hissəyə bölünür: 1) marketinq xidmətinə, 2) marketinq istehsalına.  
Kütləvi kitabxanalarda oxucunun müxtəlif informasiyaları pullu və pulsuz 
alması aparıcı rol oynayır. Belə kitabxanalarda oxucuya intellektual kitabları, 
metodiki materialları, biblioqrafik vəsaitlərin təqdim olunması əsas amillərdən 
biridir. İntellektual materiallar satış formasında əldə olunur, lakin kitabxanadan 
bunu pulsuz əldə etmək olar. Bu, kitabxananın fəaliyyətinin  əvəzolunmaz 
olduğunu göstərir.  
Kitabxana marketinqi iki strukturda: 1) kitab – kitabxana; 2) kitabxana – 
informasiya formasında olur. Kitabxana informasiya marketinqində oxucunun 
informasiya tələbini ödəmək, informasiya biznesini genişləndirmək ümdə 
məsələdir. Kitabxana marketinqinin əsas spesifik xüsusiyyətlərindən biri də 
odur ki, oxucunu tam mənada razı salsın. Kütləvi kitabxanalarda pullu xidmət 
zamanı oxucu tələb etdiyi materialı  mədəni formada, sanballı  şəkildə 
kitabxanadan ala bilir.  
Şübhəsiz ki, kitabxana da bu işdə maliyyə  xərcləri çəkir, amma bunun 
müqabilində oxucunu razı salmaq kitabxananın  əsas işidir. Buna görə  də, 
kitabxana işində marketinq xidmətinin fəaliyyəti genişlənir. Kitabxana pulsuz 
xidmət zamanı özünün iqtisadi ehtiyaclarını  işləyib hazırlamaq yollarını 
tapmalıdır. Kitabxana ilkin olaraq oxucunun mənəvi maraqlarından marketinq 
fəaliyyətinə başlamalıdır. Bu da özündə aşağıdakıları əks etdirir:  
1) əksər kitabxanalarda pulsuz xidmət göstərilməsi;  
 
48


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə