«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

Yalçın uca dağlar әtәyinә ova getdin.
Qara donlu kafirlərlә rastlaşdınmı? 
Ala gözlü igidlәrini qırdırdınmı?
Öz dilinlә bir neçә söz söylә mәnә! 
Qara başım qurban olsun, ağam, sәnә! 
 
Bәkil oğluna söyləmiş, görək, xanım, nә söylәmiş, demiş-dir: 
Oğul, ay oğul!
Qalxıb yerimdәn durdum, gәldim.
Uca dağların döşünə ova çıxdım.
Qara donlu kafirlərə uğramadım.
Ala gözlü igidlərimi qırdırmadım.
Sağ-salamatdır, igidlərim, qəmlәnmə!
Üç gündür ki, zavalım yox, xəstəyәm! 
Oğul, at üzərindən götür mәni, yatağa sal!—dedi. 
 
Aslan balası yenә aslandır. Atasını atın üstündən qarma-layıb tutdu, 
yatağına gәtirdi; cübbәsini üzәrinә atdı. Qapını örtdü.
Bu yandan igid bәylər gördülər ki, ov pozulmuşdur; һər bi-ri öz evinә 
gәldi.
Bәkil beş gün öz divanına çıxmadı, Ayağının sındığını kimsәyә demәdi. 
Bir gecә döşәk üstündә bərk-bәrk inlәdi, aһ-vay etdi. Arvadı dedi: «İgid 
bәyim, sürü ilә düşmәn gәlsәydi, qorxmazdın. Atına iti ox dәysəydi, 
әyilmәzdin. Adam öz quca-ğında yatan һalal arvadına da sirrini 
demәzmi? Sәnә nə olub?» Bәkil dedi: «Gözəlim, atdan düşdüm, ayağım 
sındı».Arvad əlini əlinə vurub, qaravaşa xəbәr verdi. Qaravaş da çıxıb 
qapıçıya söylәdi. Otuz iki dişdәn çıxan söz bütün camaat arasında 
yayıldı: «Bəkil atdan yıxılıb, ayağı sınıbdır»...
Deyilәnә görә, kafirin casusu vardı, Bu xәbəri eşidib getdi, tәkürә xәbәr 
verdi. Tәkür dedi; «Qalxıb yerinizdәn durun, yatan yerdә Bәkil bәyi 
tutun! Ağ әllәrini qollarından bağla-yın. Kecikmәdәn gözәl başını kәsin. 
Al qanını yer üzünә tö-kün. Elini-yurdunu çapıb talayın. Qız-gәlinini 
әsir edin!
 
116


Bәkilin dә orada casusu vardı. Bәkilә xәbәr köndәrdi. Dedi: «Başınıza 
çarә eylәyin, üstünuzә düşmәn gәlir». Bәkil yuxarı baxdı; «göy uzaq, 
yerdә bərk!»—deyә düşündü. Oğlunu ya-nına çağırıb söylәmiş, görәk, 
xanım, nə söyləyib demişdir: 
Oğul, oğul, ay oğul!
Qaranlıq çökmuş gözümün işığı oğul!
Güclü belimin qüvvəsi oğul!
Gör axırda nәlәr oldu,
Mənim başıma nәlәr gәldi.
Oğul, qalxaraq yerimdәn durub getdim,
Boynu sınsın, o gözәl Al ayğırı mindim.
Ov ovlayıb quş vurarkәn yoruldu,                        surüşәrәk mәni yerә 
vurdu.
Sağ oyluğum sındı,
Gör, bәlalı başıma nәlәr gәldi.
Uca dağlardan xәbәr aşmışdır,
Aşqın-daşqın sulardan xәbәr keçmişdir.
Dәmir Qanı Dərbənddәn xəbәr getmişdir.
Alca atlı Şöklü Məlik bərk pusqu qurmuşdur.
Pusduğu vaxtdan uca dağlara duman düşmuşdür.
«Yatdığı yerdә Bәkil bәyi tutun!»—demişdir,
«Ağ əllәrini qollarından bağlayın!»—demişdir 
 
«Qan töküb yerini-yurdunu çapın!»—demişdir.
«Ağ üzlü qız-gәlinin әsir tutun!»—demişdir.
Oğul, qalxaraq yerindәn dur gәl!
Qarayallı gözәl Qazlıq atını min!
Yalçın qayalı Ala dağı gecәylә aşıb,
Ağ alınlı Bayındır xanın divanına get!
Әdəb-ərkanla Bayındır xana salam ver!
Bәylər bәyi olan Qazanın әlin öp! 
«Ağ saqqallı atam xәstәdir», söylә,
Qazan bәy mütlәq mәnә yetişsin,—söylә!
Gəlmәsәn, yurdumuz talandı,—söylә,—
Qız-gәlinim әsir getdi özgә elə!
Bu yerdә oğlan atasına söyləmiş, görәk, xanım, nә söylәmiş, demişdir:
117


 Ata, nә söylәyir, nә danışırsan?
Ürәyimi, bağrımı nә dağlayırsan?
Qalxaraq öz yerimdәn çox durmuşam,
Qarayallı Qazlıq atıma çox minmişәm.
Arqubeli, Ala dağı ov xәtrinә aşmamışam.
Ağ alınlı Bayındırın divanına getmәmişәm.
Qazan kimdir? Mən onun әlini öpməmişәm.
Altındakı Al ayğırını mәnә ver,
Elә çapım, bassın onu qoy qan-tər!
Әynindәki dәmir donunu mәnә ver,
Qolçaq, yaxa tikdirim mən sәninçin!
Böyük, iti polad qılıncı mәnә ver,
Bircә anda başlar kәsim sәninçin!
Qarğı budağından olan süngünü ver mәnә,
Sancım onu mən sәninçin düşmәn köksünə Ağ lәlәkli iti oxunu ver 
mәnә, 
Atıb sancım istədiyin düşmәnə! 
Ala gözlü üç yüz igidi qoş mәnә, Mәһәmmәd dini yolunda döyüşüm 
mən
 
 Bәkil dedi: «Ölüm ağzın üçün, oğul! Bәlkә dә mәnim keçmiş günlәrimi 
xatırlatmayacaqsan... Aya, geyimimi gәtirin, oğlum geysin! Al ayğırımı 
gәtirin, oğlum minsin! El vaһimәyə düş-mәmiş oğlum gedib döyüş 
meydanına girsin!»
Oğlanı geyindirib-keçindirdilər. Gәlib ata-anası ilә gö-rüşdu. Әllәrini 
öpdü. Üç yüz igidi yanına salıb, döyüş meyda-nına getdi.
Al ayğır düşmәn qoxusu һiss edәndә ayağını yerә döyәrdi, tozu göyә 
çıxardı.
Kafirlәr dedi: «Bu at Bəkilindir, biz qaçırıq». Tәkür dedi: «Әdә, yaxşı 
baxın. Bu gәlәn Bәkilsә, sizdәn әvvәl mәn qaçıram».  
247-  Gözətçi gözlədi, Gördü ki , at Bəkilindir, ancaq Bəkil üstündə 
deyil. Atın belindəki quş kimi bir oğlandır. Gəlib təkürə xəbər verdi. 
Dedi: “ At , yaraq və işıqlı zireh Bəkilindir, Bəkil içində deyil!” Təkür 
dedi: “ Yüz adam seçin , gurultu qoparıb hay-küy salın, oğlanı 
118


qorxudun. Oğlan quş ürəkli olar , meydanı qoyub qaçaçcaq”. Yüz kafir 
seçilib oğlanın üzərinə gəldi. Kafir oğlana söyləmiş , görək nə 
söyləmişdir: 
Oğlan , oğlan , ay oğlan
                       Haramzada oğlan!
Altında Al ayğırı arıq oğlan. 
Böyük , iti polad qılıncı gödək oğlan!
Əlindəki süngüsü sınıq oğlan!
Dәstәyi ağ tozlu yayı nazik oğlan.
' Bilәyindә doxsan oxu seyrәk oğlan! 
Yanındakı yoldaşları çılpaq oğlan! 
Qaranlıq çökmuş gözlәri çökük oğlan!
Şöklü Mәlik sәni möһkәm pusmuş, Meydandakı o oğlanı tutun, demiş, 
Әllәrini-qollarını bağlayın, demiş. 
Bircә anda gözәl başını kәsin, demiş. 
Al qanını üzünә axıdın, demiş... 
Ağ saqqallı atan varsa, ağlatma! 
Ağ birçәkli anan varsa, inlәtmә! 
Yalqız igid alp1 olmaz, 
Yovşan dibi bәrk olmaz.
Әcәli çatmış әblәһ oğlu әblәһ, 
Qayıdıb, dön burdan geri!
 Oğlan da burada söylәmiş, görәk, nә söylәyib, demişdir: 
  Ey itim kafir, mirzә-һәrzә danışma! 
Altımda Al ayğırımı nә bәyәnmirsәn?
                                   sәni görub oynayır.
Әynimdәki dәmir donum çiynimi qısır, 
Böyük iti polad qılıncım qınını doğrayır. 
Qarğı budağından süngümü nә bәyәnmirsәn? Köksünü dәlәrәk göyә 
fırladar. 
Dәstәyi ağ tozlu bәrk yayım zar-zar inlәyir, Oxlarım öz qabının kişini 
dәlir. 
Yanımda igidlәrim döyüş istәyir. 
İgid adama һәdә-qorxu gәlmәk eyibdir. 
119


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə