«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   29   30   31   32   33   34   35   36   37

ayğır çәkib oğlanı oyatdı. Oğlan gördü ki, bir alay atlı gәlir, yerindәn 
sıçradı. Adı gözәl Mәһәmmәdә salavat çәkdi. Atına mindi, Qaradonlu 
kafirlәri qılınclayıb, qalaya saldı. Yenә yuxusundan әl çәkә bilmәyib 
yerinә getdi, yatdı. Yenә atının yüyәnini bilәyinә keçirtdi.
Kafirlәrin sağ qalanları qaçaraq tәkürün yanına gәldilәr. Tәkür dedi: 
«Tfu, üzünüzә! Altmış adam bir oğlanı tuta bilmədiniz!» Bu dәfә 
oğlanın üzәrinә yüz kafir gәldi. Ayğır yenә oğlanı oyatdı. Sәyrәk gördü 
ki, bir alay atlı gәlir. Durdu, atına mindi. Adı gözәl Mәһәmmәdә salavat 
çәkdi. Kafirlәri qılıncdan keçirib qalaya basdı; atını döndərib, yenә öz 
yerinә gәldi. Yuxusu gәldi, yenә yatdı. Atının yuyәnini yenә bilәyinә 
keçirdi. Bu dәfә at oğlanın qolundan açılıb qaçdı...
Kafirlәr yenә tәkürün yanına gәldilәr. Tәkür dedi: «Bu dәfә üç yüz 
adamla gedin!»
Kafirlәr dedi: «Getmirik, kökumüzü kәsib, һamımızı qı-rar!» Tәkür 
dedi: «Bәs necә elәyәk? Gedin, o dustaq igidi çıxarıb gәtirin. 
«Tәpәyәnin köpünü süsәyәn yatırar*». At verin; ge-yindirin!».
Gәldilәr, Әyrәyә dedilər: «İgid, tәkür sәnin gücünә-qeyrә-tinә sığındı. 
Burada bir dәli igid yolçunun-dilәnçinin, çoban-çoluğun çörəyini 
əlindәn alır. Tut o igidi öldür, sәni azad elәyәk, çıx get!» Әyrәk: «Yaxşı, 
olsun!»—dedi. 
 
Әyrәyi zindandan çıxardılar. Saç-saqqalını ülgüclәdilәr. Bir at, bir qılınc 
verdilәr, Üç yüz kafiri dә ona yoldaş kimi qoşdular. Sәyrәyin üzәrinә 
gәldilәr. Üç yüz kafir kәnarda durdu.
Әyrәk dedi: «һanı o dәli igid?» Uzaqdan göstәrdilәr. Әyrәk dedi: «Gәlin 
gedәk, tutaq!» Kafirlәr dedi: «Tәkür sənә әmr eləyib, sәn get!» 
  
Әyrәk dedi: «һanı o dәli igid?» Uzaqdan göstәrdilәr. Әyrәk dedi: «Gәlin 
gedәk, tutaq!» Kafirlәr dedi: «Tәkür sənә әmr eləyib, sәn get!» Әyrәk 
dedi: «Odur, yatır, gәlin gedәk!» Kafir-lər dedi: «һay-һay, nә yatmaq, 
qoltuğunun altından baxır. Qalxar, gen dunyanı başımıza dar edәr». 
Әyrәk dedi: «İndi mәn gedim, əl-ayağını bağlayım, ondan sonra siz 
gәlәrsiz». Sıçrayıb kafirlәrin arasından çıxdı, Atını sürüb, Sәyrәyin 
üzərinә gәldi. Atından düşüb, yüyәni bir budağa ilişdirdi. Baxdı gördü 
128


ki, bu cavan on dörd gecәlik aya bәnzәyir. Bu gözәl, ala gözlü gәnc igid 
puçur-puçur tәrlәyib yatır. Gәlәndәn-gedәndәn xәbәri yoxdur. Әyrәk 
dolanıb, cavanın başı ucuna gәldi. Gördü ki, belindә qopuzu var. 
Çıxarıb әlinә aldı. Söylәmiş, görәk, xanım, nә söylәmiş, demişdir: 
Qalxaraq yerindәn duran igid, Qarayallı gözәl Qazlıq atı minәn, 
Arqubeli, Ala Dağı gecә aşan,
Coşqun axan gözәl suyu üzüb keçәn, Qәribliyә gәlәn belә yatarmı? 
Mәnim kimi qollarını, әllәrini
         bağladaraq donuz damında yatarmı? 
Ağ saqqallı atasını, ağ birçәkli anasını 
inlәdәrmi, ağladarmı? 
Niyә yatırsan, igid? 
Qafil olma, gözәl başını qaldır, igid!
Ala gözlәrini aç, igid! 
Allaһ verәn şirin canını yuxu almış, 
İgid, әllәrini qollarından bağlatma! 
Ağ saqqallı atanı, qarı ananı ağlatma!
Qalın Oğuzdan gәlәn igid, necә igidsən 
Sәni yaradan һaqqı üçün durub gәl!
Dörd yanını kafir tutubdur bil!
 Oğlan gәrnәşib ayağa durdu. Qılıncının dәstәyindәn ya-. pışdı ki, onu 
vura, gördü ki, әlindә qopuz vardır. Dedi: '«Ay kafir, dәdәm Qorqudun 
qopuzuna һörmәt edib vurmadım. Әgər әlindә qopuz olmasaydı, 
qardaşımın başına and olsun, sәni iki para elәrdim. Sәyrәk burada çәkib 
qolunu onun әlindәn aldı, söylәdi, görәk, xanım, nә söylәdi: 
 
Sübһ tezdәn yerimdәn.durmağım qardaş üçündür, 
Ağ-boz atları yormağım qardaş üçündür. 
Qalanızda dustaq varmı, kafir, de mәnә?! 
Dәrdli başım qurban olsun, kafir, sәnә! 
 
 
  Böyük qardaşı Әyrәk burada söylәmiş, görәk, xanın, nә söylәmişdir: 
  Ağzın üçün ölüm, qardaş! 
Dilin üçün ölüm, qardaş!
129


Yerini-yurdunu soruşsam, nә yerdir? 
Qara dövranda azıb, yol arasan,
                                         ümidin nәyәdir?
               Böyük bayraq götürәn xanınız kimdir?
Döyüş günü öndә duran igidiniz kimdir?
İgid, sәnin atan kimdir?
İgid adamın igiddәn ad gizlәtmәsi eyibdir,
                                 igid, söylә, adın nәdir?
 
 
Bir daһa söylәyib demişdir: 
Qaytabanımı güdәn sarvanımsanmı? 
Qaracıq atımı güdәn ilxıçımsanmı? . Yaylağımı güdәn çobanımsanmı? 
Qulluğumda dayanan naibimsәnmi? 
Beşikdә qoyub getdiyim qardaşımsanmı?
İgid, söylә mәnә! 
Dәrdli başım qurban olsun bu gün sәnә!. 
 
 
Sәyrәk burada böyük qardaşına söylәyib dedi:
 
Qara dövranda yol azsam, ümidim allaһdır.
Böyük bayraq götürәn xanımız Bayındır xandır!
Döyüş günü öndә duran igidimiz Salur Qazandır! 
Atamın adını soruşursan, Uşun qocadır! 
Mәnim adımı bilmәk istәsәn, Sәyrәkdir! 
Qardaşım varmış, deyirlәr, adı Әyrәkdir!
 
 
Bir daһa söylәyib demişdir; 
Qaytabanını güdәn sarvanınam,
Qaracıq atını güdәn ilxıçınam. 
130


Beşikdә qoyub gәldiyin qardaşınam.
 
Böyük qardaş Әyrәk burada söylәmiş, görәk, xanım, necә söylәyib 
demişdir: 
Ağzın üçün ölüm, qardaş!
Dilin üçün ölüm, qardaş!
Әrmi, igidmi oldun, qardaş!
Qәribliyә qardaşın üçün sәnmi gәldin, qardaş?
  
İki qardaş qalxıb qucaqlaşıb görüşdülәr. Әyrək kiçik qardaşının 
boynunu öpdü. Sәyrәk isә böyük qardaşının әlini öpdü.
Qabaq tәrәfdәn kafirlәr baxışıb dedilәr: «Deyəsən, gü-lәşdilәr? Kaş ki, 
bizimki bassın!» Gördülәr ki, qucaqlaşıb görüşdülәr, Qazlıq atlarını 
mindilәr.
İki qardaş qara donlu kafirlәrin üstünә at sürüb qılınç çaldı; onları qırıb-
çatdılar, qovub qalaya saldılar. Sonra gәlib һәmin qoruğa girdilәr. Atları 
bayıra çıxardılar. һәrlәdib fırladıb atları qabaqlarına qatdılar. Dәrәşam 
suyunu üzüb keçdilәr. Gecәni gündüzә qatıb, Oğuz yurdunun sәrһәdinә 
yetişdilәr.
Sәyrәk qanlı kafirlәrin әlindәn qardaşıiı xilas etdi. Ağ saqqallı atasına 
muştuluqçu göndәrdi. «Atam qabağıma gәl-sin!»—dedi.
Uşun qocanın qapısına çapar gәldi: «Muştuluq! Gözün ay-dın! 
Oğullarının ikisi dә birlikdә sağ-salamat gәldi»,—dedilәr.  
  Qoca eşidib şad oldu. Kumbur-kumbur tәbillәr çalındı. Qızıl-tunç 
borular göyә ucaldıldı. O gün böyük, geniş otaqlar tikildi. Atdan ayğır, 
dәvәdәn buğra, qoyundan qoç kәsdirildi.
Qoca bәy oğullarının qarşısına gәldi. Atından endi, oğ-lanları ilә 
qucaqlaşıb görüşdü: «Sağ-salamatsızmı, yaxşısızmı, oğullar?»—dedi. 
Günlüyü qızıl tağlı evlәrinә gәldilәr. Şadlıq, yemәk-içmәk oldu.
Uşun qoca böyük oğlu üçün dә gözәl gәlin gətirdi. İki qar-daş bir-birinә 
sağdış oldu; atlarını çapıb gәlin otaqlarına getdilәr. Öz muradlarına 
yetişdilәr.
Dәdәm Qorqud gәlib boy boyladı, soy soyladı:  
  Әvvәl-axır uzun ömrün sonu ölümdür! 
131


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə