Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə42/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   38   39   40   41   42   43   44   45   ...   306

Portfel investisiyaları Digər uzunmüddətli kapital 

C.

 



Digər qısamüddətli kapital 

D.

 



Səhvlər və buraxılmalar 

Yekun: A+B + C + D- kapitalın hərəkəti balansı 

E.

 

Kompensasiyaedici maddələr 



F.

 

Saldonun örtülməsinin fövqəladə mənbələri 



G.

 

Xarici rəsmi orqanların valyuta ehtiyatlarını təşkil edən öhdəliklər Yekun: A 



+ B + C + D + E + F + G 

Fl. Ehtiyatların yekun dəyişməsi 

Qızıl XİH 

BVF-də ehtiyat mövqeyi Yekun: A + B + C+ D + E + F 

+ G + H 

Ölkələrin bir çox hallarda standart tədiyyə balansının tövsiyələrinə dəqiq 

əməl  etməməsi,  inkişaf  yekunlarının  beynəlxalq  təşkilatlar  tərəfindən 

qiymətləndirilməsində  çətinliklər  yaradır.  Lakin  bəzi  hallarda,  məsələn,  əlavə 

məlumatlar  barəsində  bu  kənarlaşmalar  özünü  doğruldur.  Belə  ki,  cari 

əməliyyatlar maddəsinə uzunmüddətli və qısamüddətli kreditlərin verilməsini və 

alınmasını, habelə xalis transferləri əks etdirən kapital və maliyyə əməliyyatları 

hesabının maddələrinin əlavə olunması rəsmi hesablaşmalar balansını əldə etmək 

imkanı verir. 

Rəsmi  hesablaşmalar  balansına,  həmçinin  «Səhvlər  və  buraxılmalar» 

maddəsi daxil olunur. Nəzəri baxımdan hər bir müqavilə tədiyyə balansında iki 

dəfə: debet və kredit üzrə əks edilməli olsa da, praktikada bu tələb bəzən yerinə 

yetirilmir. Bir çox hallarda bağlanılan müqavilələr müxtəlif xidmətlər tərəfindən 

qeydiyyata  alınır,  onlar  barədə  infonnasiya  həm  vaxt,  həm  də  kəmiyyətcə 

fərqlənə bilər. Bəzi müqavilələr, xüsusilə də qanuna zidd olanlar ümumiyyətlə 

statistika  uçotundan  kənarda  qalır.  Nəzərə  alınmayan  bu  cür  axınların  ümumi 

məbləğini  yalnız  kredit  və  debet  üzrə  ümumi  yekunlar  hesablandıqdan  sonra 

müəyyənləşdirmək mümkündür. 



İkili  qeydiyyat  prinsipi  əsasında  tərtib  olunan  tədiyyə  balansı  sıfra 

bərabərdir, bu isə, ölkənin borclar üzrə bütün hesablarının ödənilməli olmasını 

ifadə  edir.  Buna  görə  də  cari  əməliyyatlar  hesabları  üzrə  kəsir  tam  dəqiqliklə 

kapital  və  maliyyə  əməliyyatları  hesabının  müsbət  saldosuna  uyğun  olmalıdır. 

Ölkənin rezidentləri xarici malların, xidmətlərin və aktivlərin alınmasına öz 

120 



mallarının, xidmətlərinin və aktivlərinin əcnəbilərə satılmasından əldə etdikləri 

məbləğdən daha çox pul xərcləyirlərsə, yəni rəsmi hesablaşmalar balansı kəsirlə 

yekunlaşırsa, borclar Mərkəzi bank tərəfindən rəsmi xarici valyuta ehtiyatlarının 

azaldılması  hesabına  ödənilir.  Amma  bu  hal  bankın  mübadilə  valyutalarının 

məzənnəsində təshih apardığı vəziyyətdə baş verir. 

Xarici ticarətin inkişafının tədiyyə balansı əsasında proqnozlaşdırılması. 

Tədiyyə balansı əsasında əsas göstəriciləri, o cümlədən xarici iqtisadi əlaqələr və 

onların uzunmüddətli perspektivlərini proqnozlaşdınnaq mümkündür. Bu zaman 

gələcəkdə  mübadilə  məzənnələrinin  mümkün  olan  inkişafının  öyrənilməsi 

zəruridir. Bunun üçün adətən iki metoddan istifadə olunur. Birinci metod tədiyyə 

balansının  hər  bir  tərkib  hissəsinin  qiymətləndirilməsindən  sonra 

proqnozlaşdırılan  balansın  bütövlüklə  tərtib  olunmasını,  gəlirlər  və  xərclər 

baxımından fərqlərin müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin fərq əsasında 

valyutanın  dəyərinin  (mübadilə  məzənnələrinin  dəyişmə  səviyyəsinin) 

yüksəlməsi yaxud aşağı düşməsi barədə proqnoz nəticə əldə etmək mümkündür. 

Digər  metod  çoxsaylı  qarşılıqlı  əlaqələri  tənliklər  şəklində  ifadə  edən  (ticarət 

müqavilələri, gəlirlərin və qiymətlərin dəyişməsi, bu göstəricilərin qarşılıqlı təsiri 

təhlil  olunur)  mürəkkəb  ekonometrika  modelinin  qurulmasını  tələb  edir. 

Müqavilələrin istiqamətinin və mübadilə məzənnələrinin dəyişməsi meyillərinin 

aşkarlanması tədiyyə balansının cari tərkib hissələrinin və kapitalların hərəkətinin 

hesablarını  tarazlaşdırır.  Bu  proqnozlar  bir  çox  üstünlüklərə  malik  olsalar  da, 

mütəxəssislərdən  yüksək  ixtisas,  elmi  tədqiqatlara  yaxın  ciddi  təhlil  işlərinin 

aparılmasını tələb edir. 

Cədvəl  5.2-də  regionlar  və  inkişaf  səviyyəsi  üzrə  qruplaşdırılmış  dünya 

ölkələrinin cari əməliyyatlar hesabları balanslarının vəziyyəti göstərilmişdir. 

Cədvəl  5.3-də  həmin  ölkə  qruplarının  2000-2008-ci  illərdə  olan  dövrdə 

tədiyyə balanslarının müqayisəli təhlili verilmişdir. 

2000-2009-cu illərdə ölkələrin müxtəlif qruplarının tədiyyə balanslarının 

müqayisəli təhlili dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətinin xarici ticarət 

əməliyyatlarında  böyük  kəsir  olduğunu  əyani  göstərir,  özü  də  burada  ABŞ 

liderlik edir; bundan başqa, daimi kəsir Fransa, Böyük Britaniya, İtaliya, İspaniya 

və bir sıra başqa ölkələr üçün səciyyəvi  haldır.  Üç qrup:  inkişaf  etmiş,  inkişaf 

etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrin  cari  əməliyyatlar  hesabları  üzrə 

tədiyyə balanslarının vəziyyətinin müqayisəli göstəriciləri 

121 



ümumiləşdimıələr  üçün  daha  böyük  maraq  doğurur.  5.2  və  5.3  cədvəllərinin 

məlumatlarından aşağıdakı nəticələrə gəlmək olar: 

Birincisi,  2000-2008-ci  illəri  əhatə  edən  uzun  dövr  ərzində,  yəni 

ümumdünya  böhranının  baş  verməsindən  əvvəl  inkişaf  etmiş  ölkələrin  tədiyyə 

balansı təqribən 707,9 milyard dollar məbləğində mənfi saldo olmuşdujr. 

İkincisi, həmin illərdə inkişaf etməkdə olan ölkələrin tədiyyə balansı daha 

çox  sabitlik  və  dayanıqlıqla  xarakterizə  olunur,  2008-ci  ildə  onların  məcmu 

müsbət saldosu 778,5 milyard dollar təşkil etmişdir. 

Üçüncüsü, keçid iqtisadiyyatlı ölkələrdə kiçik məbləğdə, məsələn, 2008- 

ci ildə (qlobal böhran başlayanadək) 86,4 müsbət saldo səciyyəvi idi. 



5.3.

 

Xarici ticarətin muitipiikatoru 

Xarici  ticarətin  multiplikatoru  -  milli  gəlirin  dəyişməsinin  buna  səbəb 

olmuş ixraca olan nisbətidir. Məsələn, ölkənin ixracı 100 milyon dollar artırsa, 

onun  milli  gəliri  iqtisadiyyatdan  pul  vəsaitlərinin  axını  (çıxarılması),  yəni 

əmanətlər,  idxal  və  vergilər  100  milyon  dollara  çatanadək,  həmin  məbləğə 

bölünən kəmiyyət qədər artacaqdır. 

122 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə