Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə41/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   37   38   39   40   41   42   43   44   ...   306

valyutanın məzənnəsinin saxlanması üçün də istifadə olunur. 

Qeyd  olunmalıdır  ki,  tədiyyə  balansının  hər  üç  tərkib  hissəsinin  (cari 

əməliyyatlar hesabı, kapitalın hərəkəti hesabı, rəsmi ehtiyatlar hesabı) cəminin 

yekunu  sıfra  bərabər  olmalıdır.  Beynəlxalq  əməliyyatlarda  istifadə  olunmuş 

xarici valyutanın hər vahidinin (

əməliyyatları) özünün mənbəyi («müsbət», yəni daxilolmalar, o cümlədən kredit 

əməliyyatları hesabına) olmalıdır. 

İndi  qızıldan  tədiyyə  balansının  tənzimlənməsi  üçün  demək  olar  ki, 

istifadə  olunmur.  Rəsmi  ehtiyatların  əsas  hissəsi  (monetar  qızıl  nəzərə 

alınmadan) sənayeləşmiş aparıcı ölkələrin valyutalannm payına düşür. 2010-cu 

ildə onların xüsusi çəkisi 96,3% (avro və dollar) olmuş, BVF-də ehtiyat mövqeyi 

isə 3,5%-i aşmamışdır. 

Beləliklə,  «Rəsmi  valyuta  ehtiyatlarının  hesabı»  maddəsində  rəsmi 

hesablaşmalar üzrə tədiyyə balansının tənzimlənməsinin metodları və mənbələri 

əks olunur. Tədiyyə balansının kəsiri Mərkəzi Bank tərəfindən xarici valyutanın 

xalis  satışlarına,  bunun  əksinə,  tədiyyə  balansının  müsbət  saldosu  Mərkəzi 

Bankın aldığı xarici valyutanın xalis alışına bərabər olacaqdır.-- 

Əvvəl dediyimiz kimi, ölkə uzun müddət ərzində tədiyyə balansını kəsirlə 

yekunlaşdıra  bilməz,  çünki  belə  hal  onun  rəsmi  valyuta  ehtiyatlarının 

tükənməsinə,  tədiyyə  balansının  qaçılmaz  böhranına  gətirib  çıxaracaqdır.  Bu, 

ölkənin xarici borcları ödəmək iqtidarında olmaması, yeni borcların alınmasının 

qeyri-mümkünlüyü  deməkdir.  Belə  vəziyyətlərdə  yeganə  çıxış  yolu  kimi 

mübadilə  məzənnəsində  düzəlişlər  aparılmasına  əl  atılır  (valyutanın 

devalvasiyası).  Amma  mübadilə  məzənnəsində  düzəlişlərin  aparılması 

iqtisadiyyat üçün neqativ nəticələr verə bilər. 

Beynəlxalq hesablaşmalar üçün əsas vasitə kimi istifadə olunan valyutaya, 

məsələn, ABŞ dollarına malik ölkələrdə isə hadisələr başqa məcrada inkişaf edir. 

Dünya  puluna  tələbatın  artması  nəticəsində  əsas  valyutaya  malik  olan  ölkə 

öhdəlikləri aktivlərindən çox olan adi bank kimi fəaliyyət göstərir, bu isə, onun 

rəsmi hesablaşmalar üzrə tədiyyə balansını, o cümlədən cari əməliyyatlar üzrə 

balansını  uzun  müddət  ərzində  heç  bir  ciddi  problem  yaratmadan  kəsirlə 

yekunlaşdırmağa imkan verir (1970-ci illərin ortasından ABŞ cari əməliyyatlar 

üzrə balansı kəsirlə başa vurur). 

Beynəlxalq  təşkilatların  fəaliyyətində  və  beynəlxalq  hesablaşmalar 

praktikasında xalis rəsmi valyuta ehtiyatları göstəricisindən də istifadə olunur. 

117 



Bu  göstərici  ölkənin  xarici  kreditorlar  qarşısında  olan  borcunu  ödəmək 

qabiliyyətini  qiymətləndinnəyə  imkan  verir.  Xalis  rəsmi  valyuta  ehtiyatlarının 

məbləğindən, həmçinin  valyuta ehtiyatlarının ölkənin idxalını ödəmək üçün nə 

dərəcədə  kifayət  etməsi  göstəricisinin  aşağıdakı  kimi  hesablanması  üçün  də 

istifadə olunur; 

Xarici valyutanın xalis ehtiyatları  

İdxalın ümumi həcmi 

12 


ay

 

Bu  göstərici  ölkənin  mövcud  valyuta  ehtiyatları  hesabına  idxalı  ödəyə 



biləcəyi  müddəti  məhdudlaşdırır.  Beynəlxalq  kreditləri  almaq  imkanı  (inkişaf 

etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələr)  bu  göstəricinin  kəmij^ətindən 

asılıdır. Belə ki, bu göstərici idxalın 3 aydan az müddətdə təmin olunmasından 

aşağı səviyyədədirsə, vəziyyət qeyri-qənaətbəxş hesab olunur və yeni kreditləri 

almaq imkanı cüzidir. 

Ehtiyat fondları. Dünyanın neft və qaz bazarlarında satışdan əlavə gəlirlər 

əldə  edən  bəzi  ölkələr  ehtiyat  fondları  -  Gələcək  nəsillərin  Fondu  (Norveç), 

Sabitləşdirmə fondu (Rusiya) və s. yaradır. Əksər hallarda ölkələr belə fondların 

vəsaitlərini  ABŞ-da,  aşağı  gəlirli  dövlət  istiqrazlarında  yerləşdirməyə  üstünlük 

verir. Səmərəli iqtisadi siyasət yeridilərkən heç zaman və heç bir vəziyyətdə artıq 

olmayan malij^ə resurslarının bir hissəsinin ölkədən çixarılması ilə eyniləşdirilə 

bildiyinə  görə,  bu,  milli  ehtiyatların  yerləşdiril-  məsinin  ən  israfçı  formasıdır. 

Rusiya  iqtisadçılarının  ən  sadə  hesablamalarına  görə,  ölkənin  illik  investisiya 

tutumu ən azı 120-150 milyard dollardır. Özü də istehsal, və sosial infrastruktur 

yaradıldıqca  və  ərazi  üzrə  «artım  nöqtələri»  formalaşdıqca,  bu  göstərici 

yüksələcəkdir.  Milli  iqtisadiyyatın  inkişafı  üçün  onun  sabitliyini  təmin  etmək 

vəzifəsi qarşıya qoyulmalıdır, bunun başqa zəmanəti yoxdur. 



5.2.

 

Tədiyyə balansının standart 

modeli və onun strukturu 

Standart  model  anlayışı  və  onun  strukturu.  Dünya  iqtisadiyyatında  və 

beynəlxalq iqtisadi münasibətlərdə fəal iştirak edən, get-gedə genişlənən ticarət 

münasibətlərinə cəlb  olunmuş ölkələr labüd olaraq beynəlxalq  hesablaşmaların 

əsas göstəricilərindən (standartlarından) istifadəyə keçir. Ölkənin beynəlxalq 

təsərrüfat əlaqələri sisteminə «çıxmasının» ən əsas tərəflərindən biri keçid 

118 



həlqəsidir.  Universal  istifadə  üçün  təyin  olunmuş  «tədiyyə  balansının  standart 

modeli» milli bazarlardan dünya bazarına çıxış həlqəsi rolunu oynayır. 

Struktur  etibarilə,  tədiyyə  balansının  standart  modeli  yuxarıda  nəzərdən 

keçirdiyimiz üç tərkib hissəsinin vahid sənəd şəklində birləşdirilməsidir (cədvəl 

5.1). 

Tədiyyə balansının əsasını malların ixracını və idxalını xarakterizə edən, 



sərhədi həqiqətən keçən malların həcminin uçotunu aparan gömrük statistikasının 

məlumatlarına əsaslanan ticarət (xarici ticarət) balansı təşkil edir. Xarici ticarət 

müqavilələrinin  vaxt  baxımından  üst-üstə  düşməməsinə  baxmayaraq,  tədiyyə 

balansı xarici ticarət dövriyyəsi prosesində pul ödənişlərini və daxilolmalarını əks 

etdirir. 

Cədvəl 5.1 

Tədiyyə balansının standart strukturu 

Birinci variant

 

Kredit



 

Debet


 

1. Cari əməliyyatlar üzrə hesablar

 

1. Malların ixracı



 

2. Malların idxalı

 

Xarici ticarət balansının saldosu



 

3. Xidmətlərin ixracı

 

4. Xidmətlərin idxalı



 

5. İnvestisiyalardan xalis gəlirlər

 

6. Xaricə xalis cari transferlər



 

Cari əməliyyatlar üzrə balansın saldosu

 

II. Kapital və maliyyə əməliyyatları hesabı



 

7. Xaricdən xalis kapital transferləri 9. 

Uzunmüddətli və qısamüddətli

 

8. Uzunmüddətli və qısamüddətli



 

kreditlərin alınması 10. Səhvlər və 

buraxılmalar

 

kreditlərin verilməsi



 

Rəsmi hesablaşmalar balansının saldosu

 

III. Rəsmi valyuta ehtiyatları hesabı



 

ikinci variant

 

A. Cari əməliyyatlar



 

 

Mallar



 

Xidmətlər

 

İnvestisiyalardan  gəlirlər  Sair  xidmətlər  və 



gəlirlər Fərdi birtərəfli köçürmələr

 

 



Yekun: A - cari əməliyyatların balansı B. Birbaşa 

investisiyalar və digər uzunmüddətli kapital Birbaşa 

investisiyalar _______________________________________  

119 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə