Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix19.11.2017
ölçüsü0,77 Mb.
#11166
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

bilik səviyyəsi və gündəlik yaşayış şəraitinin fərdi qaydada dəqiqliklə

öyrənilməsi  xüsusi  əhəmiyyət  daşıyır.  Fərdi  məsləhətlər  davranışın 

dəyişdirilməsinə motivasiyanın  və sadiqliyin  gücləndirilməsinə və

qorunub  saxlanılmasına  yönəlir.  Optimal  nəticələrin  əldə edilməsi

məqsədi  ilə bütün  qərarlar  yalnız  həkimlə xəstə tərəfindən (həyat 

yoldaşının  və ailə üzvlərinin  iştirakı  ilə) birgə qəbul  edilməlidir. 

Xəstənin  həyat  tərzinin  dəyişdirilməsi  və tibbi  tövsiyələrin  yerinə

yetirilməsi  prosesinə ailə üzvlərinin  cəlb  olunması uğurun  əldə

edilməsi  üçün  zəruridir.  Bu  prinsiplərə riayət  edilməsi  ÜDX-nin 

müalicəsini və profilaktikasını gücləndirməyə imkan verir (Əlavə5).

Əvvəlki mənfi təcrübə, uğursuz cəhdlər gələcəkdə dəyişikliklərin 

əldə edilməsinin  mümkün  olmasına  mane  olur  və mənfi  nəticələrə

gətirib  çıxarır.  Xəstənin  mənfi  yönümlülüyünün  müsbətə

çevrilməsində əsas  məqam  onun  qarşısında  real  məqsədin 

qoyulmasından  ibarətdir.  Seçilmiş  davranış  tərzinə xəstənin  özünün

daim  nəzarət  etməsi  müsbət  nəticənin  əldə edilməsində başlıca

tələbdir.  Yalnız  bundan  sonra  yeni  məqsədlər  müəyyən  edilə bilər. 

Kiçik, dəqiq ardıcıllığı olan addımlarla hərəkət etmək lazımdır ki, bu 

da uzunmüddətli  dəyişikliklərin  əldə edilməsi  üçün  əsas  amillərdən 

biridir.  Xəstəyə məlumat  onun  əhval-ruhiyyəsindən  və hislərindən 

asılı olaraq çatdırılmalıdır.

Əlavə 4-də həyat  tərzinin  dəyişdirilməsi  məsləhətlərini  daha 

effektiv edən “10 strateji addım” verilmişdir.

Davranışla bağlı risk amillərinin dəyişdirilməsi prosesində həkim, 

tibb  bacısı,  psixoloq,  diyetoloq,  kardio-reabilitasiya  və idman 

təbabəti üzrə ayrı-ayrı mütəxəssislərin bilik və bacarıqlarından birgə

və hərtərəfli  istifadə edilməsi  yüksək  ÜDX  riskli  və ya ÜDX olan

xəstələr  üçün  xüsusilə vacibdir.  Sağlam  həyat  tərzinə nail  olmaq 

məqsədi  ilə ənənəvi  qidalanmanın  dəyişdirilməsi,  fiziki  və

relaksasiyaedici  məşğələlər,  bədən  çəkisinə nəzarət,  tütünçəkənlər 

üçün  siqaretdən  imtina  proqramının  tərtib  edilməsi  kimi  davranışın 

dəyişdirilməsinə

yönəldilmiş  təsirlər  göstərilməlidir

17

.  Bunlar 



xəstəliklərlə mübarizəni gücləndirir, xəstənin təyin edilmiş müalicəyə

sadiqliyini  artırır,  həyat  tərzinin  dəyişdirilməsinə və xəstəliyin 

nəticələrinə töhfə vermiş  olur

32,53


.  Davranışla  bağlı  risk amillərinə

qarşı  daha uzunmüddətli  və intensiv  müdaxilələrinin  xəstəliyin 

sonrakı  nəticələrinin  yaxşılaşdırılmasına  olan  təsiri  sübut 

olunmuşdur

53



 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




56

Əlavə 1

Fiziki aktivliyin intensivliyinin monitorinqi

Fiziki aktivliyin intensivliyinin monitorinqi fiziki aktivlik zamanı 

şəxsin  nəbzinin  və ya  ürək  döyüntülərinin  sayının  hədəf  zonasında 

olduğunun müəyyən edilməsi ilə aparıla bilər.

Orta  intensivli  fiziki  fəaliyyət  üçün  ürək  döyüntülərinin  hədəf 

sayı həmin insanın ürək döyüntülərinin maksimal sayının 50-70%-ni 

təşkil  edir.  Maksimal  say isə insanın  yaşından  asılıdır.  İnsanın  ürək 

döyüntülərinin  yaşına  görə maksimal  sayını  220-dən  onun  yaşını 

çıxmaqla təxmini müəyyən etmək olar. Məsələn, 50 yaşında olan bir 

nəfər  üçün  yaşına  görə ürək  döyüntülərinin  hesablanmış  maksimal 

sayı dəqiqədə 220 - 50 yaş = 170 döyüntü təşkil edəcəkdir. 50% və

70% səviyyələri isə müvafiq olaraq aşağıdakı kimi olacaqdır:

50% səviyyəsi: 170 x 0,50 = 85 

70% səviyyəsi: 170 x 0,70 = 119

Beləliklə, 50  yaşında  olan  insanda orta intensivli fiziki  fəaliyyət 

zamanı  ürək  döyüntülərinin  sayı  dəqiqədə 85  ilə 119  arasında 

qalmalıdır.

Bir qədər  yüksək  intensivli  fiziki  fəaliyyət üçün  isə ürək 

döyüntülərinin hədəf  sayı  həmin  insanın  ürək  döyüntülərinin 

maksimal  sayının  70-85%-ni təşkil  edir.  Bu səviyyəni  hesablamaq 

üçün yuxarıda olan düsturdan istifadə etməklə, “50% və 70%” “70%

və 85%” ilə əvəz olunur. Məsələn, 35 yaşlı bir insan üçün yaşına görə

ürək  döyüntülərinin

hesablanmış  maksimal  sayı

dəqiqədə                        

220 - 35 yaş = 185 döyüntü kimi hesablanır. 70% və 85% səviyyələri 

isə müvafiq olaraq aşağıdakı kimi olacaqdır:

70% səviyyəsi: 185 x 0,70 = 130

85% səviyyəsi: 185 x 0,85 = 157 

Beləliklə,  35  yaşında  olan  insanda  bir  qədər  yüksək  intensivli 

fiziki fəaliyyət zamanı ürək döyüntülərinin sayı dəqiqədə 130 ilə 157 

arasında olmalıdır.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




57

Əlavə 2

Pəhrizlə bağlı Avropa Kardioloji Cəmiyyəti və Avropa 

Ateroskleroz Cəmiyyətinin tövsiyələri

Ümumi prinsiplər: 

Qidanın ümumi enerjisi dəyərində bütün piylərin həcmi 30%-dən 



çox olmamalıdır 

Doymuş piylərin həcmi istifadə edilən piylərin ümumi  həcminin 



1/3-dən çox olmamalıdır

İstifadə edilən  xolesterinin  gündəlik  həcmi  300  mq-dan  az 



olmalıdır

Tərəvəz  və dəniz  balıqlarında  olan  mono- və poli-doymamış 



piylərdən daha çox istifadə edilməlidir

Təzə meyvə, dənli bitkilər və tərəvəzdə olan karbohidratlar daha 



çox istifadə edilməlidir

Hipertoniya və artıq çəkisi olan insanlara duzdan 5 q/gün-dən az 

istifadə edilməlidir.  Artıq  çəkisi  olan  insanlara  qida  kalorisini 

azaltmaq vacibdir.



Ərzaq məhsullarını şərti olaraq tövsiyə edilən, məhdudlaşdırılan 

və tövsiyə edilməyən qruplara bölmək olar.



Tövsiyə edilən ərzaq məhsullarında, adətən, piylər az və/və ya 

liflər  çox  olur,  eləcə də bitki  yağları  mövcuddur.  Bu  məhsullar 

pəhrizin özəyi kimi müntəzəm qaydada istifadə edilməlidir.

Məhdudlaşdırılan  ərzaq  məhsullarında  doymamış  və ya  az 

miqdarda  doymuş  yağlar olur  və bunlardan  az  miqdarda  istifadə

edilməlidir.

Tövsiyə edilməyən ərzaq məhsullarında çox miqdarda doymuş 

və hidrogenizə edilmiş yağ və/və ya şəkər mövcuddur. 



Cədvəl  10-da  tövsiyə edilən,  məhdudlaşdırılan  və tövsiyə

edilməyən ərzaq məhsulları göstərilmişdir.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə