Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

30 

 

yığışmışıq.  Mikayıl  Müşfiq  həyatın  bütün  səslərinə,  bütün 



çağırışlarına cavab verən əsl şairdir. O, ahəngini Azərbaycanın 

dahi  şairlərinin  ahəngindən  götürmüş  bir  şairdir.  O,                     

həyata,  həyat  həqiqətlərinə  inanar,  vətəni,  insanları,  təbiəti 

sevərdi.  Şeirə,  sənətə  dərya  böyüklüyündə  məhəbbəti  vardı. 

Hərəkətlərində,  oturuşunda,  duruşunda,  şair  narahatlığı,  şair 

çılğınlığı  yaşayırdı.  Ürəkdən  yanmadığı,  duymadığı  heç  nəyi 

qələmə  almazdı.  Özünün  dediyi  kimi,  yaratdığı  şeiri  sevərək 

yaradırdı. Müşfiq deyəndə gözümüzün önündə  çoşqun təbiətli, 

cavan və əzəmətli bir şair canlanır. O, Azərbaycan poeziyasının 

əbədi gənc şairidir.  



II  aparıcı:  Müşfiqin  səmimi,  dərin  orijinal  poeziyası  mövzuca 

rəngarəng, məzmunca dolğundur. Zəmanəsi üçün səciyyəvi olan 

problemlər  bu poeziyada öz bədii inikasını tapmışdır. M.Müşfiq 

özünə  qarşı  tələbkar  olan  sənətkarlarımızdan  olmuşdur. 

“Neynəyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim”. Bu sual 

həmişə onu düşündürmüş, poetik formalar sahəsində  yeni-yeni 

kəşflər etməyə sövq vermişdir.  

     Müşfiqin  şeirləri  musiqili,  ahəngdar,  rəngarəng,  ölçülü, 

tutarlı,  oynaq  qafiyəlidir.  Hələ  axıcılıq.  Müşfiqanə  axıcılıq. 

Müşfiq  şairlərimiz  içərisində  dil  zənginliyi  etibarilə  ən  irəlidə 

gedənlərdəndir.  Bəli,  sözə  hakim,  sözü  məharətlə  yerində 

işlətməyi  bacaran  obrazlı  dilə  malik  şairin  poeziyası  həmişə 

müasirdir.  Oxucuların  bədii  zövqlərinin  inkişafında  fəal  rol 

oynayır, qəlbləri oxşayır. Ruhlara bir sərinlik gətirir.  



I  aparıcı:  M.Müşfiq  poeziyası  sözün  həqiqi  mənasında  xəlqi 

poeziyadır.  Xalq  ruhunun,  xalq  mənəviyyatının  poetik 

misralarda  həmişə  inikasına  çalışan  Müşfiq  “Tərtərhes 

nəğmələri” ndə xalqa, torpağa bağlılıq  haqqında heç də təsadüfi 

yazmamışdı: 

                         Həqiqəti görməyənin, 

                         Elə könül verməyənin 

                         Batsın adı-sanı, şair! 




31 

 

     Elə  könül  verən  şair  oğlunu  xalq  öz  könlündə  yaşadır, 



əbədiyyətə aparır. Mikayıl Müşfiq həm də bir şəxsiyyət kimi iz 

qoyub.  O,  ilk  növbədə  vətənini,  xalqını,  millətini,  el-obasını, 

soykökünü  sevən,  ona  bağlı  olan  bir  vətəndaş-şair  olub.  O, 

təpədən dırnağa türkçü idi. Çünki onun damarlarında türk qanı 

axırdı. O, İslam dininə könüldən bağlı idi, dərin etiqadı, sevgisi 

vardı. Allah sevdalısı idi. Müşfiq həm də bir qəhrəmanlıq, kişilik 

mücəssiməsi  idi.  Bütün  amansız,  misli  görünməmiş                      

əzab-əziyyət,  işgəncələrə, psixoloji təsirlərə rəğmən öz ustadı, 

müəllimi olan Hüseyn Cavidə, Əhməd Cavada dönük çıxmadı, 

onları  satmadı.  Bu  da  Müşfiqin  böyüklüyünün  bariz 

nümunəsidir deyilmi? 

II  aparıcı:  Mikayıl  Müşfiq  elə  əsərlərə  imza  atıb  ki,  onlardan 

həmişə  müdrik  ifadə  kimi  istifadə  edirik.  Gəlin  oxucuların 

ifasında həmin müdrik ifadələrdən bir neçəsini dinləyək.  

Oxucular səhnəyə yaxınlaşır. 



     Sevgim mübarizə, sevgilim həyat. 

*** 

     Bəxtiyardır o şair ki, rübabında mühitinin mahnısını çağırır, 

sonra bütün gur səsilə gələcəyə hayqırır.  

*** 

     Ah nə böyük şərəfdir sənətkar olmaq! Nə xoşdur bir his kimi 

qəlblərə  girmək  səssiz,  sorğusuz,  Bütün  fənalıqları  yıxıb 

devirmək qara-qorxusuz.  

*** 

     Ey  şeir  yazmaqla  keçən  günlərim,  Siz  ki,  ən  vəfalı 

günlərimsiniz! 

I  aparıcı:  Bu  gün  Müşfiqin  şeirlərinə  musiqi  yozumu  verilir. 

Sənətkarlar  onun  yaradıcılığına  dönə-dönə  müraciət  edirlər. 

Korifey  ifaçılardan  tutmuş  gənc  istedadlara  qədər

 

Mikayıl 




32 

 

Müşfiqdən oxumağı özlərinə şərəf sayırlar. Unudulmaz Şövkət 



Ələkbərovanın həzin səslə ifa etdiyi “Oxu tar, oxu tar”, Zeynəb 

Xanlarovanın  məlahətlə  oxuduğu  “Qal  sənə  qurban”,  “Sənin 

gülüşlərin”,  Nəzakət  Məmmədovanın  can  verdiyi  “Maralım”, 

Eyyub  Yaqubovun  təqdim  etdiyi  “Ana”  mahnıları  dinləyici 

alqışını, rəgbətini qazanmış sənət inciləridir.   

II  aparıcı:    Düşünəndə  ki,  Mikayıl  Müşfiq  cəmi  29  il  yaşayıb 

heyrətlənməyə, dəhşətə gəlməyə bilmirsən. Belə qısa ömürdə bu 

qədər  mükəmməl  yaradıcılığa  nail  olmaq  ancaq  istedadın 

sayəsində  mümkün  idi.  Bir  də  təqdiqatçılar  haqlı  olaraq 

söyləyirlər  ki,  Mikayıl  Müşfiqin  qəlbində  həmişə  səksəkə 

varmış. Əgər belə olmasaydı, o, 1935-ci ildə “Necə əl çəkim” 

şeirini nədən yazırdı. Müşfiq sanki  sövqi-təbii duyurmuş ki, onu  

açılan yelkənini bağlayacaq qara yellər tezliklə əsəcək.  

     Məlum 37-ci  il... Şəxsiyyətə pərəstişin  qurbanları:    Hüseyn 

Cavid, Əhməd Cavad,

 

Mikayıl Müşfiq, Seyid Hüseyn... Tufana 



düşdülər,  ürəyimizdə  hər  an  sızıldayan  yara  açdılar.  Onların 

içində Müşfiq ən cavanı idi.  

     Şairin faciəli ölümünü səs-küysüz qarşılamağa məcbur olan 

qələm dostlarından şairə Nigar Rəfibəyli təəssüf hissi ilə deyirdi: 

Dostumuz,  qardaşımız  Müşfiqin  faciəli  ölümü  qəlblərimizdə 

faciəli iz açdı. Bu yaranın ağrısını səssiz keçirmək lazım idi. Ona 

bərkdən belə ağlamaq olmazdı”. 

     Müşfiqi  tez  susdurdular.  Fəqət  o  unudulası  biri  deyil.  O 

həmişə  yaşıl rəngdə ümidlər verən sevgi ümmanıdır. Sevgi isə 

unudulmur,  lal  olsa  belə...  O,  doğma  Azərbaycanımızı  hürr, 

müstəqil, azad görmək arzusundaydı. Bu arzu, istəklər çin oldu,  

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 



II  aparıcı:

 

29  il  qısa,  lakin  son  dərəcə  şərəfli,  mənali,  parlaq 



ömür  sürən  özü  demişkən  xalqı  ilə  titrəyən,  xalq  ilə  gülən,     

vətən  üçün  yaşayan,  vətən  üçün  ölən  Mikayıl  Müşfiq  XX                  

əsr  Azərbaycan  ədəbiyyatının  klassikinə  çevrilib,  müasir 

Azərbaycan  poeziyasının  banilərindən  oldu.  Adətən,  Nizami, 

Füzuli, Nəsimi dedikdə gözlərimiz önündə yaşlı bir nuranı kişi 



33 

 

obrazı  canlanır.  Lakin  bu  gün  110  yaşlı  Mikayıl  Müşfiq 



gözlərimiz önündə elə 29 yaşlı  yaraşıqlı, gözəl simada canlanır, 

xatirələrə köçür. 

     Mikayıl  Müşfiqə  daima  xalq  məhəbbəti,  dövlət  qayğısı 

vardır. Xalq onu hər zaman ehtiramla yad edir, hər il Bakıda və 

Xızıda  büstü  önündə  tədbirlər  keçirdilir.  Azərbaycan 

Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 

şairin  100  illik  yubileyi  respublikada  təntənəli  şəkildə  qeyd 

olunub. Hazırda şairin 110 illiyinə hazırlıq işləri gedir.  



I aparıcı:

 

Bir zaman dahi dramaturq Cəfər Cabbarlının ölümünə 



həsr etdiyi şeirində söylədiyi fikriləri bu gün Müşfiqin özünə aid 

etmək olar. 

              ... Fəqət ölən deyil onun sənəti

              Bağlamış adına əbədiyyəti. 

     Fikirlərimizi  Mikayıl  Müşfiqin  1931-ci  il  yanvarın  27-də 

qələmə aldığı bu sətirlərlə bitirmək istərdik: “İnsanın ömrü bir 

çiçəyin ömründən daha qısadı. Çiçək solur və tökülürsə, bu gün 

gülən, sevilən və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah 

bütün  istək  və  arzularına  əlvida  edərək  həmişəlik  gözlərini 

yummağa  məhkumdur.  Kim  bilir,  bəlkə  də  qəbrinin  üstündə 

yaşıl  otların  belə  göyərmək  ehtimalı  yox!  Lakin  bu  heç  də 

qorxulacaq bir şey deyildir. Həyatda əbədi və daimi yaşamaq hər 

kəsin  öz  əlindədir.  Cəmiyyət  həyatı  əbədi  və  ölməzdir.  O, 

dalğalanan,  daşan  və  inkişaf  edən  bir  seldir  ki,  getdikcə  yeni 

dalğalar  əskilərini  basaraq  köpüklənir.  Bu  sel  ölümsüz  və 

sonsuzdur.  Bu  selin  ağuşuna  atılanlar  və  öz  xüsusi  həyatlarını 

cəmiyyət həyatına fəda edənlər üçün həyat əbədi və daimidir”. 

Böyük  məna  və  fəlsəfi  fikir  var  bu  sətirlərdə  deyilmi?  Sanki 

qulağıma Müşfiqin öz səsində bir səs gəldi: 

                  Gəlmiş hüzuruna bir qara dağlı, 

                  Bir qara qulundur, qolları bağlı, 

                  Gəl, çəkmə könlümə sən hicran dağı, 

                  Gümüş topuğunda xal, sənə qurban. 



34 

 

Ədəbiyyat siyahısı 



Əsərləri 

Seçilmiş əsərləri : 3 cilddə. I cild : şeirlər (1925-1937). - Bakı : 

Avrasiya Press, 2008. - 242 s. 

Seçilmiş əsərləri : 3 cilddə. II cild : müxtəlif illərin şeirləri və 

poemalar. - Bakı : Avrasiya Press. - 246 s.  

Seçilmiş  əsərləri  :  3  cilddə.  III  cild  :  uşaqlar  üçün  mənzum 

nağıllar və tərcümələr. - Bakı : Avrasiya Press. - 256 s.  

Seçilmiş əsərləri : poeziya. - Bakı : Çaşıoğlu, 2005. - 240 s. - 

(Azərbaycan Ədəbiyyatı). 

Seçilmiş əsərləri : şeirlər, poemalar. - Bakı : Şərq-qərb, 2004. - 

352 s. - (Müasir Azərbaycan ədəbiyyatı).  

Könlümü al, oxu! : şeirlər, poemalar. - Bakı : Maarif, 2002. - 96 

s. - (Məktəb kitabxanası).  

Mən  şirin  ləhcəli  bir  bülbüləm...  :  [şeirlər,  poemalar,  mənzum 

oçerk]. - Bakı : Kitab klubu, 2014. - 400 s.  

Şəngül,  Şüngül,  Məngül  :  kiçik  yaşlı  uşaqlar  və  ibtidai  sinif 

şagirdləri üçün. - Bakı : CBS Polygraphic production, 2001. - 19 

s.  


Şəngül, Şüngül, Məngül : nağıl. - Bakı : Altun kitab, 2013. - 24 

s. : rəngli il. - (Altun klassika : 6-9 yaş). 



Elektron resurs 

 

Seçilmiş  əsərləri  [Elektron  resurs].  -  Elektron  mətn.  -  Bakı  : 

İnnovativ Tədris Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk 

(CD-ROM) : ağ-qara : il. ; 12 sm. - (Nizami layihəsi). - (qutuda) 

 

Kitablarda 

Bayram  axşamı  ;  Zəhra  üçün  :  şeirlər  //  Yusifbəyli  R.  Uşaq 

ədəbiyyatı. – Bakı : Şirvannəşr, 2006. – S. 91-92. 



35 

 

Ölkəm ; Ana ; Xalı və b. : şeirlər // XX əsr Azərbaycan poeziyası 



antologiyası.  I  kitab  :  1920-ci  illərin  poeziyası.  -  Bakı  :  Elm, 

2009. - S. 362-395.   

Şəngül,  Şüngül,  Məngül  :  mənzum  nağıl  //  Azərbaycan  uşaq 

ədəbiyyatı antologiyası. 3 cilddə. - Bakı : Öndər, 2004. - C. 2. - 

S. 96-105.  

Şəngül,  Şüngül,  Məngül  ;  Kəndli  və  ilan  //  Azərbaycan  uşaq 

ədəbiyyatı  antologiyası  :  2  cilddə  :  Klassik  və  müasir  uşaq 

poeziyası. - Bakı : Renessans, 2016. – C.2. – S. 98-119.    



Əsərləri dövri mətbuatda 

Ana ; Oxu, tar.! ; Xalı ; Ölkəm : Müşfiqdən Müşfiqanə şeirlər // 

Yeni Azərbaycan. - 2016. - 9 yanvar. - № 4. - S. 7.  

Ey gənc yolçu : şeir // Füyuzat. - 2016. - № 4. - S. 62-63.  

Qızım üçün : şeir // İşıq. - 2016. - № 2. - S. 43.  

Vətəndaş : şeir  // Füyuzat. - 2016. - № 3. - S. 25.  

Yalqız ağac : şeir // Füyuzat. - 2013. - № 4. - S. 62.  

Yenə o bağ olaydı : şeir // Yeni Azərbaycan. - 2016. - 9 yanvar. 

- № 4. - S. 7.  

Haqqında 

Kitablarda 

Əhmədov B. Mikayıl Müşfiq // XX əsr Azərbaycan ədəbiyyatı 

tarixi. 3 cilddə : dərslik. - Bakı : Apostrof, 2010. - C. 2. - S. 185-

192.  

Ələkbərli N. Üç budaq: Mikayıl Müşfiq  // Üç budaq. - Bakı : 

Şirvannəşr, 2007. - S. 90-142.  



Kənan A. Öz-özünü yandıran şair : Mikayıl Müşfiq // XX əsrdə 

repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. - S. 31-

47.  



36 

 

Məmmədli  F.  Allah  tərəfindən  sevilənlər  tez  ölür  :  Mikayıl 

Müşfiq haqqında // Seçilmiş  əsərləri. - Bakı : Nurlan, 2009. – 

C.3.  -  S.  527-530.  -  Məqalə  ilk  dəfə  "Azərbaycan"  jurnalının 

1998-ci il 2-ci sayında dərc edilmişdir. 

Mikayıl Müşfiq (1908-1939) // Müasir Azərbaycan ədəbiyyatı 

: dərslik. - Bakı : Bakı Universiteti nəşriyyatı, 2007. C. 1. - S. 

192-210.  

Mikayıl Müşfiq (1908-1939) // Azərbaycan uşaq ədəbiyyatı 

antologiyası : 2 cilddə : Klassik və müasir uşaq poeziyası. - Bakı 

: Renessans, 2016. – C.2. – S. 97.    

Mustafayeva X. Mikayıl Müşfiq // Azərbaycan uşaq ədəbiyyatı. 

– Bakı : Elm, 2011. – S. -235-237. 



Rüstəm S. Mikayıl Müşfiq  // Seçilmiş əsərləri 3 cilddə. - Bakı 

: Şərq-Qərb, 2005. – C.2. - S. 244-247.  



Sadıq F.  Müşfiq şeirinin şəfəqində  yol  getmək  olar :  Mikayıl 

Müşfiq - 80 // Taleyin acığına. – Bakı : Çinar-Çap, 2003. - S. 

245-247.  

Yusifoğlu  R.  Mikayıl  Müşfiq  //  Uşaq  ədəbiyyatı.  –  Bakı  : 

Şirvannəşr, 2006. – S. 89-90. 



Dövri mətbuatda 

Abbaslı T. Çağlar Müşfiq... : Ömrü yarımçıq, sözü bütöv, irsi 

əbədi Mikayıl Müşfiq  // Mədəniyyət. - 2016. - 6 yanvar. - № 1. 

- S. 11.  

Abbaslı  T.  Əbədiyanar  qalmışımız  :  bütün  Azərbaycan 

könüllərinin  "həri"sini  almışımız,  hər  cür  duyar-duyğuları  da 

"Oxu, Tar" sayağı çalmışımız... // Mədəniyyət. - 2017. - 7 iyun. 

- № 43. - S. 13.  



Ağayeva K. Dağların sinəsində bir tar oxuyur :  Azərbaycanın 

xalq şairi, Mikayıl Müşfiqin yaradıcılığı haqqında // Ədəbiyyat 

qəzeti. - 2015. - 23 may. - № 32/33. - S. 14.  



37 

 

Cahangirova  N.  "Sevgi  vardır  ki..."  :  bir  daha  M.Müşfiq 

haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 23 yanvar. - № 4/5. - S. 

21.  


Cahangirova  N.  Azaddır  hər  günəş  nur  saçmasında  :  Mikayıl 

Müşfiq yaradıcılığında poema janrının özəllikləri // Ədəbiyyat 

qəzeti. - 2015. - 6 iyun. - № 36/37. - S. 25.  

Cahangirova N. Müşfiqin Hamid sevgisi // Ədəbiyyat qəzeti. - 

2016. - 12 mart. - № 10. - S. 30-31.  



Cəbrayıl  Q.  Yenə  o  bağ  olaydı  :  [şair  Mikayıl  Müşfiqin 

yaradıcılığı haqqında] // Mədəniyyət.az. - 2017. - № 1. - S. 14-

17.  

Cəfərov  N.  Mikayıl  Müşfiq  yaxud  talesiz  şairin  tale 

kompleksləri // Ədəbiyyat qəzeti. - 2015. - 31 oktyabr. - № 56. - 

S. 4-5.  

Dünən bir şairin keçdim yanından : Mikayıl Müşfiqin xatirəsi 

yad edilib // Mədəniyyət. - 2014. - 8 yanvar. - № 1. - S. 13.  



Əhmədalılar  T.  Oxu,  yar...  :  Mikayıl  Müşfiq  haqqında  // 

Mədəniyyət. - 2014. - 6 iyun. - № 43. - S. 12.  



Əhmədgil  A.  Mikayıl  Müşfiq:  vəhy  və  ya  uzaqgörənlik  // 

Ədəbiyyat qəzeti. - 2014. - 3 oktyabr. - № 38. - S. 13.  



Əhmədov N. Səni kim unudar? : Mikayıl Müşfiq-105 // Palitra. 

- 2014. - 16 aprel. - № 64. - S. 13.  



Əliyeva  A.  Səni  kim  unudar...  :  Mikayıl  Müşfiq  -  110  /  A. 

Əliyeva // Mədəniyyət. - 2018. - 25 may. - №  41. - S. 13.  



Xəlilzadə F. Əbədiyyət nəğməsi : Mikayıl Müşfiq - 105 // Kaspi. 

- 2013. - 5 iyun. - № 100. - S. 11.  



Xəlilzadə F.  Müşfiqli  günlərimin  əbədiliyi  və  ya  yuxalmış  bir 

ürəklə ayrıldığım xanım // Kaspi. - 2017. - 13 sentyabr. - № 148. 

- S. 11.  



38 

 

Kamal  R.  "Oxu,  gözəl"  :  S.Vurğunun  "Oxu,  gözəl"  və 

M.Müşfiqin "Oxu" şeirlərinin təhlili // Ədəbiyyat qəzeti. - 2015. 

- 26 dekabr. - № 64. - S. 29.  



Kamal R. O dalğın çoçuq : [şair Mikayıl Müşfiqin yaradıcılığı 

haqqında] // Ədəbiyyat qəzeti. - 2016. - 4 iyun. - № 21. - S. 5.  



Kamal R. Polisemiya qurbanı şairlər // Ədəbiyyat qəzeti. - 2017. 

- 11 noyabr. - № 40. - S. 27.  



Mikayıl Müşfiq // Yada düşdü. - 2013. - № 3. - S. 72-73.  

Mikayıl  Müşfiqin  110  illiyinin  qeyd  edilməsi  haqqında 

Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı  (17  may 

2018-ci il) // Azərbaycan. - 2018. - 18 may. - № 111. - S. 1.  

Muxtar R. Mənim oyaq yuxularım : Mikayıl Müşfiq : XIII yuxu 

// Səs. - 2017. - 3 mart. - № 40. - S. 12.  



Müşfiq Ş. Müşfiq poeziyasının notlardakı sədası // 525-ci qəzet. 

- 2018. - 7 aprel. - № 61. - S. 12.  



Novruz S. Ruhuma toxunmayın : [Mikayıl Müşfiqin qətlindən 

75 il keçir] // Ədəbiyyat qəzeti. - 2013. - 11 yanvar. - № 1. - S. 

4.  

Osmanoğlu M. Qu quşunun nəğməsi və ya şeirimizin faciəsi : 

şair Mikayıl Müşfiq haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 13 

iyun. - № 38/40. - S. 5.  

Salmanlı  R.  Müşfiq  ucalığı  :  Mikayıl  Müşfiq  haqqında  // 

Azərbaycan. - 2014. - 6 sentyabr. - № 193. - S. 6.  



Sözümüzün, şeirimizin ömrünə ömür calamış, nakam ömürlü 

şair... : Mikayıl Müşfiq // Yeni Azərbaycan. - 2016. - 9 yanvar



- № 4. - S. 7.  

Yusifli C. Müşfiq - yuxuda yazılan şeirlər : bir şeirin dedikləri 

// Ədəbiyyat qəzeti. - 2014. - № 27.  



 


39 

 

Müşfiqə həsr olunmuş əsərlər 



 

Axundzadə D. Müşfiqli günlər. - Bakı : XAN nəşriyyatı, 2015. 

- 175 s. - ("XAN" Xatirə Ədəbiyyatı ; VI kitab). 



Bayram T. Müşfiqin adı : şeir // Seçilmiş əsərləri. – Bakı : Lider, 

2005. – S. 159.  



Dalğın  N.  Ən  şirin  layla  :  Mikayıl  Müşfiqin  60  illiyinə  // 

Ürəklərdə bəslənən sevdaya şükür. - Bakı : MBM, 2008. - S. 83.  



Dəmirçi  Z.  Müşfiq  :  Mikayıl  Müşfiqə  həsr  olunmuş  poema  // 

Qayalı. - Bakı : UniPrint, 2008. - S. 321-331.  



Dilbazi M. Müşfiqi öldürdülər : şeir : ithaf // Seçilmiş əsərləri. - 

Bakı : Lider, 2004. - S. 115-116.  



İsgəndərzadə  M.  Səni  kim  unudar  :  Mikayıl  Müşfiqə  həsr 

olunur  //  Azərbaycan  dramaturgiyası  antologiyası.  4  cilddə.  - 

Bakı : Şərq-Qərb, 2007. - C. 4. - S. 30-111. 

Kərim Ə. Müşfiqə : şeir. – Bakı : Lider, 2004. – S. 131-132.  

Qurbansoy  F.  Göylərin  lacivərd  ətəklərində  :  sənədli  povest-

kollaj. - Bakı : Qərənfil MMC, 2008. - 240 s.  



Mahcamal. Müşfiqə rekviyem // Azərbaycan. - 2013. - № 11. - 

S. 129-132.  



Rza  R.  Qızıl  gül  olmayaydı  :  Mikayıl  Müşfiqə  həsr  olunmuş 

poema // Seçilmiş əsərləri. 5cilddə. - Bakı : Öndər, 2005. – C. 4. 

- S. 216-262.  

Səfərli İ. Həsrət nəğməsi : Müşfiq üçün : şeir // Seçilmiş əsərləri. 

– Bakı  : Lider, 2005. - S. 173-174.  



Xəndan  R.  (Zəka).  Mikayıl  Müşfiqə  :  şeir  //  Azərbaycan 

cahandır. - Bakı : Mütərcim, 2009. - S. 212-213.  

 

 



40 

 

Şeirimizin sübh çağı Mikayıl Müşfiq



 

(metodik vəsait) 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 36 

Çapa imzalanmışdır: 30.04.2018 

Tirajı:100 

Pulsuz 


 

 

 

 

           



 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə