Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

12 

 

              Acı dolu, əzab



 

dolu,  zülm dolu illərin 

              Mərhəmətsiz fırçalarla qaralanmış lövhəsi! 

              Sənin artıq vaxtın ötmüş,  

              Səni dövran səfil etmiş. 

              Fəqət onu, o sevimli qızcığazı,  

              Olma razı,  

              Qış dondursun, günəş yaxsın. 

              Burax onun əllərini, 

              Burax onun tellərini.  

              Qoy buraxsın 

              Oxuduğu yanıq, xəstə havaları. 

              Burax, barı 

              Çağlıyorkən yurdumuzda yaşayışın sellərini, 

              Bəlkə öpsün  gözlərini səadətin yelləri. 

  III  iştirakçı şairin “Ulduzlar” adlı şeirini deməyə başlayır. 



              Bəzən titrəşərək parlayırsınız,  

              Göylər bağçasında lalələr kimi, 

              Bəzən yaş tökərək ağlayırsınız  

              Lalələr üstündə jalələr kimi.  

              Baxarkən süzülən gözlərinizə

              Deyirlər: nə qədər siz yovuqsunuz. 

              Həqiqətdə isə bir-birinizə  

              Siz çox iraqsınız çox soyuqsunuz... 

     Sonda  münsiflər  heyəti  qiraəti  ilə  fərqlənən  iştirakçıları 

mükafatlandırır. 

     Böyük  şair  Mikayıl  Müşfiqin  poeziyasını  oxuculara 

çatdırmaq  məqsədilə  kitabxanada  “Mən  şirin  nəğməli  bir 

bülbüləm ki...” adlı seçilmiş əsərlərinin təhlili ilə bağlı tədbir 

keçirilə  bilər.  Bunun  üçün  kitabxanaçı  oxucuları  kitabxanaya 

cəlb  edərək  onları  şairin  yaradıcılığı  və  kitabları  ilə  tanış  edir. 



13 

 

Oxucular  onun  ayrı  adda  kitablarını,  xüsusilə  də  “Seçilmiş 



əsərləri” adlı kitabını oxuyub, şeirlərini dərindən mənimsəyirlər. 

Təyin  olunmuş  vaxtda  oxucular  kitabxanaya  gələrək  tədbirdə 

iştirak  edirlər.  Tədbiri  açıq  elan  edən  kitabxanaçı  hər  kəsi 

salamladıqdan  sonra  Mikayıl  Müşfiqin  keşməkeşli  ömür 

yolundan və coşqun yaradıcılığından danışır. 

Kitabxanaçı:  Bu  dünyada  şair  çoxdur,  dahi  şairlər,  istedadlı 

şairlər, nakam şairlər, Məcnun şairlər. Müşfiqi onların hər birinə 

aid  etmək  olar.  Müşfiq  şeirin  özü  idi.  Başdan  ayağa,  ilk 

misrasından son misrasınacan poeziya mücəssəməsi idi.  

                        O, ləbaləb dolu idi şeir ilə, sənət ilə,  

                        Ölümdən də qorxmaz olan qüdrət ilə. 

     Bu  misraları  Müşfiq  taleli  Əli  Kərim  yazıb.  Azərbaycan 

poeziyasında Əli Kərim qədər Müşfiqi xatırladan ikinci bir şair 

yoxdur... 

                        Keçən günlərimi vərəqləyərkən  

                        Sevdalı dillərin yadıma düşdü.  

                        Xəyalın qarşımda canlandı birdən  

                        Göyərçin əllərin yadıma düşdü.  

     Bu gözəl misralar Mikayıl Müşfiqə aiddir. Dünyanın heç bir 

şairi  sevgilisinin  əllərini  göyərçinə  –  quşa  bənzətməyib.  Əgər 

bənzədilibsə, bu Müşfiqdən sonra olub. 

     Böyük  şair,  həyatı  və  yaradıcılığı  bir  vəhdətdə  olan  bütöv 

şəxsiyyət Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə 

sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının 

xalq  ruhu  ilə  bağlılığı,  Azərbaycanımızı  böyük  məhəbbətlə 

tərənnüm  edib  sevdirməsi,  vətəndaşlığı,  cazibə  qüvvəsilə 

oxucuların  qəlbini  ehtizaza  gətirməsidir...  Səmimiyyətlə  dolu 

poeziyası barədə şair özü müasirlərinə müraciətlə yazıb:  

                          Yazmaram ürəyim sizi anmasa,  

                          Sizin  eşqinizlə alovlanmasa,                        

                          El kəsib qarşımı burdaca sordu

                          Gözdən yaş çıxarmı ürək yanmasa? 



14 

 

     Söz  yox,  ürəkdən  yazdığındandır  ki,  ürəklərdə  yaşayır 



Müşfiq. Axı bu onun bir şair kimi ən böyük arzusu idi. 

             Hər kəs bilir həyatın sonu ölümdür, 

             Ah bu qəmli dəyişmə yaman zülümdür.  

             Şeirim! Bu gülünc oyun bəllidir yarın, bizi də bəklər,  

             Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər!   

         



I iştirakçı: Müşfiq vətəndaş şair idi, cəsarətli idi, uzaqgörən idi. 

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl 

Müşfiqin  ömrü  və  yaradıcılığı  Azərbaycan  gəncliyinə  bütün 

zamanlarda  örnək  olaraq  qalmaqdadır.  Mikayıl  Müşfiq 

şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə 

gənc  nəslin  milli  mənlik  şüurunun  inkişaf  etdirilməsi  və 

gənclərimizdə  vətənpərvərlik  hisslərinin  tərbiyəsində  əvəzsiz 

xəzinədir.  Hər  bir  gənc  istənilən  mövzuda  M.Müşfiqin 

şeirlərindən istifadə edə bilər. Xüsusən də  milli mənlik şüuru, 

vətənpərvərlik, vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq 

şeirləri ölçüyə gəlməzdir. Hansı şeir nümunəsi Mikayıl Müşfiqin 

“Oxu,  tar!”  harayına  çata  bilər?!.

 

Mikayıl  Müşfiqin  “Oxu  tar” 



harayı  qəlbində  vətən  sevgisi  olan  hər  bir  insanı  riqqətə 

gətirməyə  qadirdir.  Bu  haray  hər  bir  Azərbaycan  gəncini 

mərdliyə,  qəhrəmanlığa,  döyüşə  ruhlandırmağa,  hətta  Vətən 

sevgisinin nə olduğunu bilməyənlərə də anlatmağa qadirdir.  

                           Oxu, tar, oxu, tar! 

                           Səsindən ən lətif şeirlər dinləyim, 

                           Oxu, tar, bir qadar, 

                           Nəğməni su kimi alışan ruhuma çiləyim. 

                           Oxu, tar!.. 

     O  dövrdə  bu  ruhda  şeir  yazmaq  şairdən  böyük  cəsarət 

istəyirdi. Bu elə bir dövr idi ki, yenilik şüarı altında milli musiqi 

alətlərimiz  gözdən  salınırdı.  Bu  elə  bir  dövr  idi  ki,  sazın 

sındırılması, tarın ortadan götürülməsi təklifləri irəli sürülürdü. 

Böyük  istedada  və  ürəyə  malik  Mikayıl  Müşfiq  isə  milli 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə