5
gənc nəslə və oxuculara tanıtmaq məqsədilə kitabxanada kitab
sərgisi təşkil oluna bilər. Sərgidə şairin müxtəlif illərdə çəkilmiş
fotostendi, kitabları, ədəbiyyatşünas və digər müəlliflərin onun
haqqında yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən şeirlər,
kəlamlar və dövri mətbuatda yer alan məqalələr öz yerini
almaqdadır. Sərgiyə müxtəlif başlıqlar verilə bilər: “Faciəli
rolların baş qəhrəmanı Mikayıl Müşfiq”, “Qara taleyin dastanı”,
“Ya rəbb, bu cinayət, bu xəyanət, bu səfalət, Bulmazmı
nəhayət?”, “Xalqın sevimlisi Müşfiq”, “Xəyal poçtuna əmanət
məktub”, “Müşfiq yanğısı, Müşfiq fəryadı”, “Şeirimizin sübh
çağı”, “Səni kim unudar”, “Yelkənim açılır, qara yel əsmə”,
“Bu dünyada Müşfiq vardı”, “Müşfiq ənənəsi bu gün”, “Uç
romantikam”, “Müşfiq ürəklərdədir”, “Müşfiqin həyat və sənət
eşqi”, “Gözəllik şairi”,
“Elə könül verən şair”, “Müşfiq yaşayır,
yaşayacaq”, “Həyat aşiqi Müşfiq”, “Gözəlliklə təmasda”,
“Şimşək ömrü”, “Nəğməli misralar ustadı Müşfiq”, “Yenə
bizimlədir Müşfiq”, “Sənət yeni-yeni adlar bulacaq, Kainat
olduqca, Müşfiq qalacaq”, “Əbədiyyət nəğməsi”, “Sözümüzün,
şeirimizin ömrünə ömür calamış, nakam ömürlü şair”,
“Müşfiqanə şeirlər”, “Sevgim mübarizə, sevgilim həyat”,
“Azərbaycan
poeziyasının
Mikayıl
Müşfiq
zirvəsi”,
“Azərbaycan gəncliyinin milli ruhu onun şeiriyyətindən doğur”,
“Ey şanlı ölkəmin şanlı ustadı” və s.
7
Görkəmli şəxslərin Mikayıl Müşfiq haqqında söylədikləri
fikirlər:
Xalqa və vətənə məhəbbətlə yaşayıb-yaradan, həyat aşiqi
olan Müşfiqin poeziyasında qızğın ilham, incə lirika, epik vüsət
var. Bizi həyata, çağıran, xoşbəxtliyin mənasını açıb göstərən
şeiriyyət var.
***
Müşfiq amalı böyük amaldır. Bu öz xalqını, vətənini ürəkdən
sevən şairin amalıdır. Müşfiq poeziyasına qida verən, onu
təravətləndirən və yaşadan da bu amaldır.
Əkbər Ağayev,
professor
Müşfiqin poemaları, nəğmələri, şairin həssas lirik nəfəsi,
odlu-atəşli ürəyi öz doğma xalqı üçün hər yerdə, harada
olursa-olsun dayanmaq bilmədən çırpınırdı.
Süleyman Rəhimov,
Xalq yazıçısı
Müşfiq böyük istedad idi. On bir ildə o nə qədər gözəl şeir
nümunələri yaratmışdır. Onda rahatlıq bilməyən həyat eşqi ilə,
sənət eşqi ilə daim çırpınan bir ürək var idi.
Mirzə İbrahimov,
Xalq yazıçısı
Müşfiq doğrudan da gözəl insan, gözəl dost, gözəl şair idi.
Süleyman Rüstəm,
Xalq şairi
Müşfiq bir oddur ki, axırda öz-özünü yandıracaq.
Hüseyn Cavid,
şair
8
Sən vətən oğlu, xalq şairisən, xalq, vətən, səni unutmaz.
Rəsul Rza,
Xalq şairi
Mikayıl Müşfiq poeziyasını yaşadan başlıca xüsusiyyətlərdən
biri də cürətdir, vətəndaş cürəti, sənətkar cürətidir. Bunu onun
ötkəm fikirlərində də, əsərlərinin forma xüsusiyyətlərində də
görürük.
Qasım Qasımzadə,
Şair
Mikayıl Müşfiq haqqında unudulmaz xatirələr
M. Seyidzadə Mikayıl Müşfiqlə bağlı xatirələrində deyir:
“Sevimli şairimiz Mikayıl Müşfiqlə mən ilk dəfə 1930-cu ildə
yaxından tanış oldum. O zamanlar Maarif işçiləri evinin
kitabxanasında işləyirdim. Müşfiq tez-tez kitabxanaya gəlirdi.
Biz ədəbiyyatdan söhbət edib, yazdığımız şeirləri bir-birimizə
oxuyurduq. Beləliklə, səmimi dost olduq. Müşfiq uşaqlar üçün
bir neçə poema yazmışdır. Onun “Bir may”, “Vuruşmalar” adlı
kitabları çap olunmuşdur. 1934-cü ildə Müşfiq “Şəngül, Şüngül,
Məngül” nağılını yaratdı. Yüksək şeiriyyəti, gözəl təbiət
təsvirləri ilə nəzər-diqqəti cəlb edən bu mənzum nağıl
balalarımız üçün dəyərli hədiyyə idi. Mikayıl Müşfiq istedadlı
şair olmaqla bərabər, gözəl bir insan idi. O, həmişə şən və
üzügülər idi. Müşfiqin ilhamı coşqun çaylar kimi idi. Onun
əsərləri tez-tez mətbuat səhifələrində dərc olunurdu. Müşfiqin
lirik şeirləri yurdumuzun çiçəkləri kimi rəngarəng və
təravətlidir.
Müşfiq çox çalışmağı, yazıb, yaratmağı sevirdi. O deyirdi ki,
mən hər gün şeir yazmalıyam. Elə buna görə də, gənc yaşlarında
Müşfiq bir çox şeirlər, poemalar yazmışdır. Müşfiqin şeir