Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

15 

 

mədəniyyətə  bütün  varlığı  ilə  bağlı  idi.  Onun  “Sındırılan  saz” 



poeması və  “Oxu tar” şeiri məhz milli musiqi alətlərini böyük 

cəsarətlə  müdafiəyə qalxışan gözəl sənət incilərindəndir. 



II iştirakçı: Gəncliyə bütün sahələrdə örnək ola biləcək Mikayıl 

Müşfiqin  həyat  yoluna  qısaca  bir  nəzər  salmaq  yetər  ki,  bu 

əvəzsiz şəxsiyyətin vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə 

necə bağlı olduğu təsdiqini tapsın.  

     M.Müşfiq  vətənimizdən  bəhs  etdiyi  “Ölkəm”  şeirində  o, 

sanki  Azərbaycanı  görmək  istədiyi,  arzuladığı  kimi  tərənnüm 

etmişdir. Müşfiq öz şeirlərində arzularını dilə gətirirdi. Elə bu da 

sonralar Müşfiqi ortadan götürmək üçün “qırmızı imperiyanın”  

əlinə  bəhanə  vermişdi.  Müşfiqi  “məhşər  ayağına”  çəkənlər 

ondan  bu  şeirlərin  əvəzini  çıxırdılar,  hesab  sorurdular.  Onun 

yazdığı  şeirlər  isə  yaz  səhərində  parlayan  və  heç  vaxt 

sönməyəcək parlaq ulduz idi.  

                  Dünyamızı seyr etdim min dürlü həvəslərlə,  

                  Gördüm coşuyor dillər pək nəşəli səslərlə, 

                  Baxdım doludur yarlar şən qəlbli  kəslərlə, 

                  Pək şad olaraq güldüm abad olan ölkəmdə. 

                  Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.  

                  Baxdım ki, duman görməz yüksəkləri  billuri, 

                  İnsanları matəmsiz, istəkləri billuri

                  Dağlar, ovalar, gülşən, hər bir yeri billuri, 

                  Hər şey gülüyor gördüm, pək şad olan ölkəmdə. 

                  Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə... 

                  Vicdanları pək şəffaf, insanları nurani, 

                  Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?! 

                  Qaplar yarın artıq sağ dünyaları ürfanı. 

                  Hər yer güləcək, nura mötad olan ölkəmdə. 

                  Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 

III  iştirakçı:  Azərbaycan  şeir  tarixinə  adını  qızıl  hərflərlə 

yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, 




16 

 

gənclərin  də  dillər  əzbəridir.  Maraqlısı  isə  odur  ki, 



ziyalılarımızın,  böyüklərimizin,  gənclərin  kitaba,  şeirə 

marağının  azlığından  şikayətləndiyi  bir  dövrdə  M.Müşfiqin 

şeirləri  ən  passiv  gənclərin  belə  yaddaşına  həkk  olunmağı 

bacarır. Yəqin ki, çox az adam tapılar ki, M.Müşfiqin “Yenə o 

bağ olaydı” şeirini ömründə bircə dəfə də olsa eşitməmiş olsun. 

M.Müşfiqin şeirlərini oxuyarkən adama elə  gəlir ki,  o  yazdığı 

şeirlərdə  gənclərin  tərbiyəsi  üçün  bir  konsepsiya  tərtib  edib. 

Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə bəhrələnən, 

o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan 

kimi formalaşa bilər. Sanki M.Müşfiqin bütün şeirləri insanın, 

gəncliyin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına 

yönəlmiş  xüsusi  diqqət,  qadının  bəşəriyyət  üçün  nə  qədər  uca 

varlıq  olduğunun  göstərilməsi  hər  bir  gənc  üçün  örnəkdir.  Bu 

şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə 

yanaşı, qadına hörməti də öyrənmiş olur. M.Müşfiqin şeirlərini 

dərk  edən,  onun  vətənə,  anaya,  qadına,  sevgiliyə  həsr  etdiyi 

şeirləri  anlayan  insan  heç  zaman  cəmiyyətdə  pis  ad  çıxara 

bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən 

müqqədəs hissləri duymağı öyrədir. Elə M.Müşfiqin şeirlərinin 

bütün  nəsillər,  xüsusən  də  gənclər  tərəfindən  sevilməsinin  ən 

böyük səbəblərindən biri də yəqin ki, onun gəncliyin nəbzini tuta 

bilməsi olub. 

    Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər 

zaman  abad,  müstəqil,  azad  görmək  istəyirdi.  Mikayıl  Müşfiq 

Azərbaycanın 

istiqlalını  arzulayan,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  yaranmasını  alqışlayan  və  bu  münasibətlə 

gözəl  şeirlərini  yazıb,  cümhuriyyəti  təbliğ  edirdi.  Müşfiq  “Ey 

Dan ulduzu” deyib ölkəsinin yeni baharını alqışlayırdı.  

                    Dönmə bir şəbnəmə yaz səhərində

                    Könül, günəş kimi parla yerində. 

                    Göylərin lacivərd ətəklərində 

                    Gedən bu qovğadan necə əl çəkim? 

                    Baxınız, dan yeri sökülmüş kimi, 




17 

 

                    Dostlar bir cəbhəyə tökülmüş kimi



                    Uzaqdan-uzağa xam gümüş kimi 

                    Ağaran səhradan necə əl çəkim? 



IV  iştirakçı:    M.Müşfiqin  yəqin  ki,  ən  təsirli  şeirlərindən  biri 

onun “Ana” şeiridir. Bu şeirin hər bir misrasını oxuyarkən insan 

təəccübünü gizlədə bilmir. İki aylığında anasını itirən M.Müşfiq 

“Ana” şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan 

və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə “ana” 

nı belə tərənnüm edə bilməz.  

               Ana dedim, yanar odlar saçıldı,  

               Ana dedim, bir ürpəriş hasil oldu canımda,  

               Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, 

               Ana dedim, fəqət onu görməz oldum yanımda.  

               Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən, 

               Onu gözəl anlatamaz düşündüyüm satırlar.  

               Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, 

               Çünki onun xilqətində ayrıca bir füsun var... 



V  iştirakçı:  Şairin  əsərlərində  bir  məqam  da  diqqət  çəkir.  Bu 

onun öncüllüyü, uzaq görənliyidir. Müşfiq 90 il  öncə “Telefon” 

şeirində  bu  gün  məişətimizə,  həyatımıza  daxil  olan  video 

telefonu, skaypı vəsf edib: 

                Əvət, böylə qalmaz yarın bu ölkə, 

                Telefonda fikrimi açarkən sənə 

                Həsrətlə baxdığım üzün də bəlkə 

                Uzaqdan-uzağa görünər mənə. 



     Cəmi 29 il ömür yaşayan, özündən sonrakı nəsillərə bəlkə də 

yaşlı  bir  qocanın  belə  ömrünə  sığışmayacaq  qədər  romantik 

şeirlər  irsi  qoyan  M.Müşfiqin  daha  bir  şeiri  isə  gənclər  üçün 

sevginin bütün formalarını ümumiləşdirdiyi “Sevgilər” şeiridir. 

                 Sevgi vardır ki, dodaqlarda açar güllərini, 

                 Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə