Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

21 

 

Kitabxanaçı:  Mikayıl  Müşfiq  uşaqları  çox  sevirdi.  Onların 

xoşbəxt yaşamalarını ürəkdən arzu edirdi. Elə buna görə də onlar 

üçün  maraqlı  əsərlər  yazıb-yaradırdı.

 

Müşfiq  zamanəmizin  ən 



dəyərli,  sevilən  uşaq  şairi  kimi  də  ədəbiyyat  tariximizdə  iz 

qoyub.  Şairin  “Şəngül,  Şüngül,  Məngül”  mənzum  nağılı, 

“Kəndli  və  ilan”  mənzum  nağılı,  “Qaya”  poeması  uşaq 

ədəbiyyatımızın nadir incilərindəndir. M.Müşfiqin uşaqlar üçün 

yazdığı  “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra  üçün”  şeirləri 

də  maraqlıdır.  Şairin  zəngin  ədəbi  irsinə  şeirdən  tutmuş 

poemayadək  (“Çoban”,  “Mənim  dostum”,  “Qaya”,  “Sındırılan 

saz”,  “Səhər”,  “Azadlıq  dastanı”)  lirik  növün  əksər  janrları 

daxildir. Şair bu əsərlərdə həyati lövhələrini, insanların mənəvi 

aləmini  inandırıcı  şəkildə  açıb.  Uşaq  oxucularını  adətən  dörd 

qrupa  bölürlər:  bağça  yaşlı  uşaqlar,  azyaşlı  məktəblilər,  orta 

yaşlı və böyük yaşlı  məktəblilər. Aydındır ki, bu bölgünün hər 

birinə  aid  yazılan  əsərlər  öz  məzmunu,  səviyyəsi  və  bədii  dili 

etibarilə  fərqlənir.  Bu  isə  sənətkardan  həssaslıq,  uşaq 

psixologiyasına yaxından bələd olmaq, onu incəliklərinə qədər 

duymaq və s.  kimi keyfiyyətlər tələb edir. Azyaşlı uşaqlar üçün 

yazılmış  “Şəngül,  Şüngül,  Məngül”  mənzum  nağılı  şairin  ən 

qiymətli,  ən maraqlı uşaq əsərlərindən biridir. Ona görə də bu 

əsər  uşaqların  dərin  məhəbbətini  qazanmış,  əldən-ələ  gəzən 

kitablar  sırasındadır.  Həm  də  xalqımız  içərisində  uzun 

zamandan bəri yaşayan bu nağılı yazılı ədəbiyyatımıza poeziya 

dili  ilə  gətirən  Mikayıl  Müşfiq  olmuşdur.  Ümumiyyətlə, 

düşünmədən  demək  olar  ki,  M.Müşfiqin  uşaqlara  həsr  etdiyi 

əsərlər uşaq ədəbiyyatımızın ən yaxşı əsərləri sırasındadır.   

      Mikayıl  Müşfiq  klassik  ədəbiyyatımıza  qırılmaz  tellərlə 

bağlı  olan  şifahi  xalq  ədəbiyyatı  qaynaqlarından  qidalanan, 

öyrənən bir sənətkardır. Hələ uşaqlıqda

 

şifahi xalq ədəbiyyatı ilə  



tanış olmasında şairə nənəsi Qızqayıt böyük təsir göstərmişdir. 

Həmin  qadının  sinəsi  Azərbaycan  xalq  nağılları,  atalar  sözü, 

bayatılar,  zərb  məsəlləri,  laylalar  ilə  dolu  idi.  O,  bildiklərini 

istəkli nəvəsinə danışmağı  sevərdi. Olsun  ki,  “Şəngül,  Şüngül, 




22 

 

Məngül”  nağılını  da  şair  ilk  dəfə  nənəsindən  dinləmiş,  uzun 



zaman onu hafizəsində saxlamış, vaxtı çatanda şairi öz uşaqlıq 

həyəcanlarını,  ana  keçinin  acgöz  qurda  qələbəsi  ilə  doğan 

sevincini  balaca  dostları  ilə  bölüşdürmək  fikrinə  gətirib 

çıxarmışdır.  

                 Hər sabah, gün doğar-doğmaz

                 Qaranlığı boğar-boğmaz, 

                 Кеçi yatağından durub, 

                 Şəngülün halını sorub, 

                 Şüngülə nəzər salardı, 

                 Məngüldən öpüş alardı. 

                 Qapıları gülə-gülə 

                 Bağlayıb çıхardı çölə.  

     Mənzum  nağılda  qayğıkeş  keçidən,  onun  balaları  Şəngül, 

Şüngül,  Məngüldən,  yırtıcı  qurddan,  rüşvətxor  qazıdan  və 

zəhmətkeşlərin tərəfində dayanan dəmirçidən danışılır. Keçi və 

dəmirçi  ədalətin,  qurd  və  qazı  isə  zülmün  timsalı  kimi 

səciyyələndirilmişdir. Əsərin sonunda həqiqət zülmə qalib gəlir. 

Qurddan intiqam alan keçi qürurla ona deyir:  

                    Balalarımı yeməyəydin,  

                    Vay qursağım deməyəydin.  

     Keçinin balaları

 

Şəngül, Şüngül, Məngülün özlərinə məxsus 



xüsusiyyətlərlə  verilməsi  müəllifin  böyük  müvəffəqiyyəti 

sayılmalıdır. Şair Şəngülü balaca dostlarına belə təqdim edir: Bir 

yaşındadır, gözləri qara və tükü buruq-buruq, buynuzları yenicə 

çıxmışdır, buxağında qotazları var.  

     Şüngül isə oxucunun gözləri qarşısında belə canlandırılır:   

                   Şüngülün gözləri nərgiz,  

                   Sanki dünyadan xəbərsiz.  

                   Gecə-gündüz oynaqlardı, 

                   Anasını qucaqlardı. 

                   Yuxa tükü bəyaz, yumşaq, 




23 

 

                   Qulaqları sanki zambaq. 



                   Alnındakı qaşqa gözəl, 

                   Yoxdu bundan başqa gözəl.  

     Məngülün isə səciyyəvi cəhətləri müəllifin təsvirində belədir: 

     Təpəldir,  ayağında  cəkili  var,  nazlıdır,  yumşaq  tükü                 

ala-buladır, özü də başqa bəladır – yaman nadincdir.  

     Çəpişlərin  bu  şəkildə  bir-birindən  fərqlənməsi  balaca 

oxucuların  yadında  möhkəm  qalır.  Və  əsərin  təsir  gücünü            

qat-qat artırır.  

     Əsərdə yerinə düşən təbiət təsvirləri, ustalıqla çəkilən gözəl 

lövhələr diqqəti cəlb edir. Müəllif kənd axşamını böyük ustalıqla 

təsvir edir: 

                        Qaş yenicə qaralırdı,  

                        Günəş solur, saralırdı. 

                        Şövqü düşürdü dağlara,  

                        Çəkilirdi uzaqlara. 

                        Ağ buludlar dəstə-dəstə

                        Göy üzündən dağlar üstə 

                        Yüngül kölgə salırdılar,  

                        Parçalanıb qalırdılar. 

     Şairin  sevilən  əsərlərindən  biri  olan  “Şəngül,  Şüngül, 

Məngül”  əsasında  hazırlanmış  səhnəciyi  sizlərə  təqdim  edirik.  

Öncə  səhnə  əsərə  uyğun  olaraq  hazırlanır.  İştirakçılar 

canlandırdıqları  obrazlara  uyğun  paltarlar  geyinirlər.  Onlar 

növbə  ilə  səhnəyə  yaxınlaşaraq  poemadan  hissələr  deməyə 

başlayırlar.  

Tədbirin sonunda iştirakçılar mükafatlandırılır. 

     Konfrans – Kitabxanada keçiriləcək ənənəvi tədbir forması 

kimi “Müşfiq yanğısı, Müşfiq fəryadı” adlı konfrans da keçirilə 

bilər.  Konfransa  tarixçi  və  tədqiqatçılar,  ədəbiyyatşünaslar  və 

ümumilikdə müşfiqsevərlər dəvət edilə bilər. Səhnəyə yön alan 

kitabxanaçı  hər  kəsi  salamladıqdan  və  şair  haqqında  məlumat 

verdikdən sonra sözü iştirakçılara verir.   



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə