Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

 

inciləri  ədəbiyyatımızın  xəzinəsini  zənginləşdirmişdir.  Onun 



odlu  nəğmələrini  xanəndələrimiz  tez-tez  oxuyur,  şeirləri 

xalqımızın dillər əzbəri olmuşdur.  

     M. Dilbazi xatirələrində deyirdi: Müşfiq deyərkən yadımıza 

təzə  cücərən  ot,  təzə  açılan  qönçə  gəlir.  O,  həmişə  xatirələrdə 

belə  də  qalacaqdır.  Şairin  nə  özü,  nə  də  əsərləri  qocalacaq. 

Müşfiqdən bizə yadigar qalan əsərlər daim ətir saçacaq; həm də 

təzə qızılgüllər, qərənfillər, bənövşələr kimi...  

   Müşfiq gənc yaşlarından müəllim olmuşdur. Odur ki, uşaqlar 

onu, o da uşaqları çox sevərdi. O, harada bir uşaq görsə, dərhal 

dayanar, onu dindirərdi.  

     Günəş  ona  işıq,  torpaq  qüvvə,  yaraşıq,  vətən  məhəbbəti 

coşqun nəğmələr bəxş etmişdi. Unudulmaz şairimizin yubileyi 

münasibətilə ona üz tutub deyirik:  

                         Ürəkdə saxlayıb sənin yerini,  

                         O coşqun, alovlu nəğmələrini 

                         Günəşin altında oxuyuruq biz,  

                         Əziz Müşfiqimiz, gənc Müşfiqimiz! 

      Şeir  müsabiqəsi  –  Nəğməkar  şairin  yubileyi  ilə  əlaqədar 

kitabxanalarda  keçiriləcək  tədbirlərdən  biri  də  “Sənət             



yeni-yeni  adlar  bulacaq,  kainat  olduqca,  Müşfiq  qalacaq” 

adlı  şeir  müsabiqəsidir.  Kitabxanaçı  ilk  olaraq  şairin  bir  neçə 

şeir  kitabını  məktəblilərə  təqdim  edir.  Məktəblilər  müəyyən 

etdikləri  şeiri  əzbərləyərək  təyin  edilmiş  tarixdə  kitabxanaya 

gəlirlər.  Qonaqlar  və  münsiflər  öz  yerini  aldıqdan  sonra 

kitabxanaçı hər kəsi salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq 

şairin  həyat  və  yaradıcılığından,  onun  ömür  yolundan, 

əsərlərindən  və  kitablarından  söhbət  açır.  Nəfis  şəkildə  nəşr 

olunmuş  kitablar  hər  kəs  tərəfindən  rəğbətlə  qarşılanır. 

Kitabxanaçı səhnəyə  yaxınlaşaraq qonaqları salamlayır və şair 

haqqında qısa məlumat verir. 



10 

 

Kitabxanaçı:  Aylı  gecələrdə  incilər  xəzinəsi  asimana 

baxarsınız...  Ulduzlar...Yaxın  görünən  uzaq  ulduzlar...  Ulduz 

var ki, onu yerə düşürsələr asiman yaraşıqdan düşməz, ulduz da  

var ki,  göylərin əlindən alınsa, göylər seyrəkləşər, çılpaqlaşar, 

göylər əliuzalı qalar.   

     Azərbaycan şeiri  fəzasının nadir ulduzlarından biri Mikayıl 

Müşfiqdir.  Onu  üfüqlərdən  yerə  endirmək  olmaz.  O  qədər 

yüksəkdir  ki!  Onun  şəfəqlərini  duman  tuta  bilməz.  O  qədər 

parlaqdır  ki!  Bu  parlaqlığa  könül  verməmək  mümkünmü?  O 

qədər  sevimlidir  ki!  Bu  sevimliliyə  ülvilik  deyərlər.  O  qədər 

şairanədir  ki!..  Bunlar  Müşfiq  mənəviyyatını  yaşadan  Müşfiq 

incəlikləridir. Bu incəliklər rənglərlə  örtülən şəfəqlər, şüalarda 

saxlanan  ahənglərdir.  Bu  incəliklər  getdikcə  daha  da 

təravətlənəcək,  qiymətlənəcəkdir.  Çünki  bunlar  ən  gözəl,  ən 

doğru sənət nümunələridir. Bir şeir təşnəsi Müşfiq çeşməsindən 

daddıqca, susuzluğu yatar, susuzluğu yatdıqca susayar. Müşfiq 

incəliklərini görmək üçün onun şeirlərini dindirmək lazımdır. 

            Mən şeir yazmadım sevgiyə dair,  

            Neyləyim, ürəyim dinc oturmayır! 

     Mikayıl  Müşfiq  yazmaya  bilməzdi!  Yazmalıydı...  Səhəri 

axşama,  axşamı  səhərə  qatmalıydı,  zehninin,  qəlbinin 

təmasından  nadir  incilər  partlamalıydı.  Yaratmalıydı,  fəqət 

yaşamalıydı. Yaşatdığını yaratdı, yaratdığını yaşatdı. Ömrünün 

29 baharını yaşadı. 29 il... Bu bir şair ömrü deyil. Vəfa etməyən 

ömrünü  saatbasaat,  günbəgün,  aybaay,  ilbəil  şeirinə  fəda  etdi. 

Getdi!..  Həyatına  sığmayan  bir  aləm  qoydu  getdi.  Qələmdən, 

şeirdən, dünyadan doymadan getdi. Şimşək kimi çaxdı, çaxması 

ilə  yaxılması  bir  oldu  və  cavan  getdi.  Qocalmağa  ömür  vəfa 

etmədi,  vaxtı  olmadı.  Vaxta  sığmadı.  Bahar  kimi  keçdi.  Fəqət 

ona keçdi deyilməz. Çünki keçməyəcək!.. Ona keçmiş demək, 

gələcəyə göz yummaq deməkdir. Müşfiq şeirimizin gələcəyidir. 




11 

 

Onun yaradıcılığı  üfüqlər qədər geniş, şəfəqlər qədər parlaqdır.  



Cocuq təbəssümlü, ixtiyar təfəkkürlü Müşfiq... 

Kitabxanaçının  dəyərli  məlumatından  sonra  I  iştirakçı 

M.Müşfiqin “Küsmərəm!” adlı şeirini söyləməyə başlayır. 

             Mən şirin ləhçəli bir bülbüləm ki,  

             Güllərdən küsərəm, səndən küsmərəm! 

             Məni öz canından artıq istəyən. 

             Ellərdən küsərəm, səndən küsmərəm! 

             El içində bizə derlər Sayadlı,  

             Tərlan ovçusuyam, ruhum qanadlı. 

             İlham pərisinin açdığı dadlı 

             Dillərdən küsərəm səndən küsmərəm...  

II  iştirakçı Mikayıl Müşfiqin “Dilənçi” adlı şeirini söyləyir. 

              Sərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz, 

              Uğuldayan küləklərlə sarsılmada soqaqlar. 

              Hər kimin ki, qanadı var çovğun olsa darılmaz, 

              Fəqət yenə bu soyuqdan qısılmada soqaqlar. 

              Gələn də var, gedən də var, mən də varam bu gecə

              Təbiətin dəhşətləri titrədiyor ətrafı. 

              Bir bucaqda yorğun titrək əlləri ilə kəmənçə 

              Çalan zəif bir ixtiyar inlədiyor ətrafı. 

              Yanında bir yavrusu var, yorulmadan çalıyor.  

              Kamançanın simlərindən qopan yanıq havalar 

              İnlədikcə, hər kəs ondan acı bir həzz alıyor.  

              Yellər dəxi vəlvələli ötüyorkən bu yoldan,  

              Yavaş-yavaş səslərini dəyişdirib bir qadar, 

              Onlar dəxi uzaqlarda, ağlıyorlar könüldən,  

              Ey ixtiyar, sən ey zalım, məzlum dolu illərin  

              Ürəklərə kədər saçan, ələm verən töhfəsi! 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə