KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ


Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

7

nəticəsində  baş  tutmamış,  ümumi 



əhalinin  10-15  faizini  təşkil  edən  şiələrin 

nəinki  siyasi,  hətta  ibadət  azadlığından 

da  məhrumiyyəti  davam  etmişdir.  Bu, 

müxtəlif islami məzhəblərin mövcud oldu-

ğu  Səudiyyə  Ərəbistanında  dini,  siyasi  və 

hüquqi sahədə digər məzhəblərdən  üstün 

mövqeyə  malik    Sələfilərin/Vəhabilərin 

şiəliyi  din  olaraq  görməməsi    ilə 

əlaqədardır.

2

  Eyni  zamanda,  Bəhreyndən 



daha  artıq  iqtisadi  və  siyasi  imkanlara  sa-

hib    Səudiyyə  Ərəbistanının  şiələrə  qarşı 

siyasəti  özünü  təkcə  ölkə  daxilində  deyil, 

regional  siyasətdə  də  göstərmişdir.  Bunu 

Krallığın İraqda  şiələrə qarşı sünni iqtida-

rını, Livanda Hizbullaha qarşı Səid Həriri 

blokunu  dəstəkləməsi,  Yəməndə  isə  şiə 

Hutsi üsyanının zorakılıqla yatırılmasında 

iştirakı  təsdiq  edir.  Şiələrlə  onlara  İranın 

2   The Shiite Question in Saudi Arabia, International Crisis 

Group, Middle East Report N:45, (19.09.2005)

“beşinci  kolonnası”  kimi  baxan  Səudiyyə 

Ərəbistanı  hakimiyyəti  arasında  2005-ci 

ildən  sonra  gərginlik  yenidən  artmış  və 

2009-cu ilin fevralında Mədinədə toqquş-

malara gətirib çıxarmışdır.

3

Şiələr


 Küveyt (ümumi əhalinin 30 fa-

izi), 


Birləşmiş  Ərəb  Əmirliyi  (6  faiz), 

Qətər  (16  faiz)    Omanda  (10  faiz)  

sünnilərlə yanaşı, dini ibadətlərində azad-

dırlar  və  bərabər  şəkildə  hökumətdə  və 

biznes  strukturlarında  təmsil  olunurlar. 

Şiə-sünni  münasibətləri  Sələfilərin  də 

hakimiyyət orqanlarında təmsil olunduğu 

və güclü mövqeyə malik olduğu Küveytdə 

daha  gərgindir.  Məsələn,  2008-ci  ildə 

Küveytdə  Hizbullahın  tanınmış  lideri 

İmad Muqniyənin qətlindən sonra yürüşə 

çıxan  şiələr  həbs  olunmuşdular.  Əksinə, 

3   Suudi Arabistanda şii muhalefet sorunu ve etkileri, ORS-

AM, Rapor No:32, http://www.orsam.org.tr/tr/trUploads/Yazi-

lar/Dosyalar/2011322_orsam.rapor.no.32.pdf.pdf, 02.2011



Bəhreyn, Mirvari meydanında etiraz aksiyası


Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

8

sünni    küveytlilər  İmad  Muqniyəni  Kü-



veyt  vətəndaşlarının  öldürülməsində  gü-

nahkar  görürdülər.

4

  BƏƏ  -də  isə  nəinki 



şiə-sünni  qarşıdurması,  hətta  tanınmış 

islamçı  hərəkat  belə  yoxdur.  Digər  ərəb 

dövlətlərindən  fərqli  olaraq  nə  2003-

cü  ildə  ABŞ-ın  İraqı  işğalının,  nə  də  ki, 

2006-cı  ildə  İsrailin  Livanda  Hizbullaha  

qarşı  hərbi  əməliyyatlarının  bu  ölkədə 

etiraz  aksiyalarına  gətirib  çıxarmaması 

bunu  göstərir.  ABŞ  Dövlət  Departamen-

tinin  “Qətər  2009-cu  il,  İnsan  hüquqla-

rı”  adlı  məruzəsində  bu  ölkədə  şiələrin 

ibadət azadlıqları ilə  yanaşı, hökumətdə  

və  biznes  strukturlarında  təmsil  olundu-

ğu  bildirilir.

5

  Əhalisi  əsasən  İbaditlərdən 



(islamın  şiəlikdən  və  sünnilikdən  fərqli 

qolu) və sünnilərdən ibarət olan, sultanın 

isə  İbadit  cəmiyyətinə  mənsub  olduğu 

Omanda  hökumət  hər  hansı  dini  qrupa 

üstünlük vermir. 

YAXIN   ŞƏRQDƏ     ŞİƏLİYİN     

SİYASİ   OYANIŞI   VƏ   İRANIN  

REGİONA   TƏSİRİNİN   ARTMASI 

Məzhəb  qarşıdurmasının  dini  (şiəliyin 

sünni  islamın  fundamental  qanadı  olan 

Sələfilik/Vəhabilik  tərəfindən  bidət  kimi 

qəbulu) səbəbləri ilə yanaşı, siyasi (İraqda 

və Livanda şiələrin hakimiyyətdə üstünlük 

qazanması ilə İranın regiona təsirinin art-

4   Kuwait  risk: scenario watchlist economist Intellegence Unit, 

http://www.eiu.com/index.asp?layout=RKArticleVW3&article_

id=27920787&country_id=290000029&refm=rkCtry&page_

title=Latest alerts, (13.12.2010)

5    2009  Human  Rights  Report:  Qatar,  US  Department  of 

State,  http://www.state.gov/g/drl/rls/hrrpt/2009/nea/136078.

htm, (11.03. 2010)

ması)  səbəbləri  də  mövcuddur.  Bu,  KƏŞ 

ölkələrinin  daxilindəki  şiə-sünni  qüvvə 

tarazlığının  regionda ümumi qüvvənin ta-

razlığına mümkün təsirlərindən irəli gəlir.

İran  və  KƏŞ  ölkələri  arasında  tarixi 

rəqabət ərəb ölkələrinin yerli şiə əhalisinə 

İranın  “beşinci  kolonnası”  kimi  baxma-

sı  ilə  nəticələnmişdir.  Bunu  da  üç  amillə 

əsaslandırmaq olar:



Birincisi,  bu  KƏŞ  ölkələrinin  şiə 

əhalisinin  İranda,  İraqda  və  Livanda 

şiəliyin  siyasi  oyanışına  reaksiya  verərək, 

öz  hökumətlərinə  qarşı  qalxmaları  ilə 

bağlıdır.  Belə  ki,  İranda  inqilabın  qalib 

gəlməsi,  daha  sonra  isə    İraqda  Muqtəda 

Əl-Sadr  tərəfdarlarının,  Livanda  isə  Hiz-

bullahın  hakimiyyətə  gəlməsi  ilə  eyni 

vaxtda  KƏŞ  ölkələrində  də  şiə  üsyanları 

baş  vermişdir.  Bu  paralellər  əsasən  özü-

nü Səudiyyə Ərəbistanında və Bəhreyndə 

göstərmişdir. Məsələn, İran inqilabı ilə bir 

vaxtda  Səudiyyə  Ərəbistanında  şiələrin 

yığcam  şəkildə  yaşadığı  Qatif  bölgəsində 

şiə  üsyanı  baş  vermişdir.  İraqda  2005-ci 

il  seçkilərindən  sonra  şiələrin  siyasi  ro-

lunun  artması  ilə  eyni  vaxtda  Bəhreyndə 

də  şiələrlə  təhlükəsizlik  qüvvələri  arasın-

da  toqquşmalar  yenidən  baş  qaldırmış 

və  2011-ci  ilin  fevralında  kulminasiya  

nöqtəsinə çatmışdır. 

İkincisi,  KƏŞ-in  sünni  elitaları  yerli 

şiə  əhalisinin  transsərhəd  dini  və  mədəni 

əlaqələrini  əsas  gətirərək  onların  dövlətə 

sadiqliyinə şübhə ilə yanaşir. Qeyd edək ki, 

KƏŞ  ölkələrində  şiələrin  yerli  ayətullaları 

olmadığı üçün onlar İraqda, İranda və Li-

vanda  fəaliyyət  göstərən 

mərciyə  (şiələrin 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə