KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

9

dini  orqanı)  tabedirlər.  Belə  ki,  Nəcəfdə 



Əli  Əl-Sistani,  Qumda  Məhəmməd  Sa-

diq  Şirazi,  Kərbəlada  Məhəmməd  Tağı 

Əl-Mudarrisi  KƏŞ-dəki  şiələr  üçün  dini 

rəhbər  rolunu  oynayırlar.  Həmçinin,  şiə 

hərəkatları arasında  (məsələn, Səudiyyədə 

İman  Xəttinin  Davamçıları-Ənsər  Xat  Əl-

İmam)  Xomeyninin  Vilayet-feqih  prinsi-

pini müdafiə edən və İranın hazırkı ali dini 

lideri ayətullah Xamenei xəttinin ardıcılları 

da vardır.

6

 Bəhreynin ən böyük müxalifət 



hərəkatı “Haqq”ın lideri Hassan Muşeymə 

isə İran tərəfdarı kimi tanınır.



Üçüncüsü,  İraqda,  Livanda  şiə  qrup-

larının hakimiyyətə gəlməsi ilə İranın regi-

onda təsirinin artması reallığa çevrilmiş və 

bu  da  KƏŞ  ölkələrində  yerli  şiə  əhalisinə 

qarşı  şübhəli  münasibət  yaratmışdır.  KƏŞ 

6   The Shiite Question in Saudi Arabia, İnternational Crisis 

Group, Middle East Report N:45, (19.09.2005)

Bahrain’s Sectarian Challenge, İnternational Crisis Group, Mid-

dle East Report N:40, ( 06.05.2005)

ölkələrində  İranın  şiələrə  təsir  imkanları 

tam məlum olmasa da, Bəhreyndə şiələrin 

çoxluğu  İrana  regional  ambisiyalarını  bu 

ölkə  vasitəsi  ilə  həyata  keçirməyə  əlverişli 

şərait  yaradır.  Əvvəlki  illərdə  Səudiyyə 

Ərəbistanının  İraqda  və  Livanda  sünniləri, 

İranın isə şiə qruplarını dəstəkləməsi İran-

Səudiyyə  qarşıdurmasına  gətirib  çıxarmış-

dır. Eləcə də Bəhreyndə şiə üsyanı  İraqdan 

ABŞ qoşunlarının çıxması ərəfəsində İrana  

manevr etmək üçün yeni bir məkan yaradır.  

KƏŞ  ölkələrində  sabitliyin  pozulması  həm 

ABŞ-ın  regiondakı  mövqelərini  təhlükə 

altına  qoyur  həm  də  ərəb  dövlətlərinin 

zəifləməsi  İranın  tarixən  Fars  Körfəzində  

iddia etdiyi dominantlığa gətirib çıxara bilər. 

KƏŞ  Yarımada  Müdafiə  Qüvvələrinin  

etirazları  yatırmaq  üçün  Bəhreynə  da-

xil  olması  yerli  iğtişaşın  regional  böh-

rana  sürüklənməsinə  səbəb  ola  bilər. 

İranın  Yəməndə  və  Bəhreyndə  şiələri 

İran prezidenti Mahmud Əhmidinecat və Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbdül-Əziz Əl-Səud 



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

10

dəstəkləməkdə israr etməsi, son həftələrdə 



onun  qonşuları  ilə  münasibətlərini  daha 

da  gərginləşdirmişdir.    Belə  ki,  Tehran 

Manamanın və Ər-Riyadın ünvanına hədə 

dolu bəyanatlarla çıxış edərək, qoşunların 

Bəhreyndən  çıxarılmasını  tələb  etmişdir. 

Gərginlik  Tehran  və  Manama  arasında 

diplomatların  məsləhətləşmə  üçün  geri 

çağırılması ilə nəticələnibdir. Küveytdə və 

Bəhreyndə  İrana  casusluq  edən  dəstənin 

aşkarlanması  isə  diplomatik  qalmaqala 

çevrilmişdir.  Belə  ki,    Küveytdə  İran  İn-

qilab  Qvardiyasına  məlumat  ötürməkdə 

təqsirli  bilinən  casus  dəstəsinin  üç  üzvü 

(ikisi İran vətəndaşı) edam edilib  və İran 

diplomatları  bu  dəstə  ilə  əlaqədə  ittiham 

edilərək ölkədən çıxarılmışdır.

7

 Bunun ar-



dınca iki Bəhreyn vətəndaşı Küveytdə aş-

kar edilən casus dəstəsi ilə əlaqədə və İrana 

məlumat ötürməkdə ittiham edilərək polis 

tərəfindən  saxlanılmışdır.  Eyni  zamanda, 

Manama  İran  səfirliyinin  ikinci  katibini 

casusluqda  ittiham  edərək  arzu  olunmaz 

şəxs  elan  etmiş  və  onun  72  saat  ərzində 

ölkədən  çıxmasını  istəmişdir.

8

  Ər-Riyad 



da  öz  növbəsində  Tehranı  İrandan  diplo-

matlarını  geri  çağırmaqla  hədələmişdir. 

Bu  bəyanat  Tehranda  Krallığın  səfirliyi 

qarşısında  iranlı  tələbələrin  nümayiş 

keçirməsindən  sonra  səslənmişdir.

9

  Bü-

7    GCC  states  condemn  Iran’s  blatant  interference  in 

Kuwait’s 

affairs, 

http://www.kuwaittimes.net/read_news.

php?newsid=MTI3NDY1Njg5MQ= ,( 05.05.2011)

8    Bahrain  ousts  Iranian  diplomat,  http://gulfnews.com/

news/gulf/bahrain/bahrain-ousts-iranian-diplomat-1.799652, 

(27.04.2011)

9    Saudi  Arabia  threatens  to  withdraw  envoys  from  Iran, 

http://gulfnews.com/news/gulf/saudi-arabia/saudi-arabia-

threatens-to-withdraw-envoys-from-iran-1.795314, 

17.04. 


2011

tün  bunlar  İran  və  KƏŞ  ölkələri  arasında 

münasibətlərin  bundan  sonra  asan  ol-

mayacağını  göstərir.  Eyni  zamanda,  KƏŞ 

ölkələri İranın region dövlətlərinin işlərinə 

qarışması məsələsini müzakirə etmək üçün 

Ər-Riyadda keçirdiyi fövqəladə iclasda İra-

nı  KƏŞ  ölkələrinin  işlərinə  qarışmaqdan 

çəkinməyə çağırmışdır.

10

 Bu addım KƏŞ-in 



İrana qarşı birgə addımları əlaqələndirmək 

istəyindən irəli gəlir.

Bəhreyndə  xarici  qoşunların  möv-

cudluğu    həm  Bəhreynin  daxilində,  həm 

də  İraqda,  Livanda  və  KƏŞ  ölkələrindən 

olan Səudiyyə Ərəbistanında və Küveytdə 

sünni-şiə 

gərginliyinin 

artırılması 

deməkdir.  Belə  ki,  nüfuzlu  sünni  din  xa-

dimi  Yusif  Əl-Qaradavi,  Bəhreyn  üs-

yanını    xalq  üsyanı  kimi  deyil,  məzhəb 

üsyanı  kimi  qiymətləndirməklə  faktiki 

olaraq,  KƏŞ  ölkələrinin  bu  üsyanı  yatır-

masını  dəstəkləmişdir.  Onun  çıxışı  regi-

onun  sünnilərini  razı  salsa  da,  şiələrini 

hiddətləndiribdir.  Əksinə,    Livanda  Hiz-

bullahın  baş  katibi  Həsən  Nəsrullah 

və  İranın  ali  dini  lideri  Xamenei  KƏŞ 

qüvvələrinin  Bəhreynə  yeridilməsini 

pisləmişdir. Muqtəda Əl-Sadr isə İraqdakı 

tərəfdarlarını  Bəhreyndə  olan  din  qardaş-

larına  dəstək  nümayişi  keçirməyə  çağır-

mışdır.    İraqın  Baş  naziri  Nur  Əl-Maliki 

isə  xarici  müdaxilə  ilə  regionun  məzhəb 

müharibəsinə  cəlb  oluna  biləcəyi  barədə 

xəbərdarlıq etmişdir. Bəhreynlilər arasında 

ən məşhur mərciyə-təqlid olan ali ayətullah 

Əli  Əl-Sistani  bəhreynlilərin  dinc  etiraz 

10    GCC  rejects  Iran  meddling,  ,  http://gulfnews.com/news/

gulf/saudi-arabia/gcc-rejects-iran-meddling-1.787220,( 

4.05.2011)




Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə