KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

18

olan  növbəti  siyasi  böhranla  birgə  hakim 



ailədaxili  anlaşılmazlıqlar  haqqında  da 

xəbərlər yayılmaqdadır. Əl-Sabah ailəsinin 

Cabir  (hazırkı  əmirin  məxsus  olduğu)  və 

Səlim  qolları  arasındakı  gərginlik  2006-cı 

ildə  Şeyx  Sabah  Əl-Əhməd  Əl-Cabir  Əl-

Sabahın hakimiyyətə gəlməsi ilə Cabirlərin 

hakimiyyət  üzərindəki  monopoliyası-

nı  artırması    və  Səlimləri  sıxışdırması  ilə 

bağlıdır.

25

    Hər  zaman  parlamentə  qar-



şı  vahid  mövqedən  çıxış  edən    Əl-Sabah 

ailəsinin  hökumətin  buraxılması  təhdidi 

altında  yenidən  daxili  problemlərini  necə 

həll edəcəyi  bəlli deyildir. 



Qətərdəki  saray  çevrilişləri  hakim 

ailədaxili mübarizənin digər KƏŞ ölkələri 

ilə müqayisədə daha  sərt olduğunu göstərir. 

Belə ki, Əmir Şeyx Həməd bin Xəlifə Əl-

Sani və onun sələfi olan atası hakimiyyətə 

bu yolla gəlmişlər.

26

  İndiki əmirə qarşı ən 



son dövlət çevrilişi cəhdi 30 yüksək rütbəli 

zabit tərəfindən bu ilin fevralında baş ve-

ribdir.  Maraqlı  məqam  isə  çevriliş  cəhdi 

xəbərinin    hazırkı  rejimə  müxalif  olan 

hakim  ailənin    üzvləri  tərəfindən  verilən 

bəyanatla eyni vaxta təsadüf etməsidir. Bu 

bəyanatda Həməd hakimiyyətinin legitim-

liyinin  tanınmadığı,  əvəzində  onun  Fran-

sada  siyasi  sığınacaq  alan    qardaşı  Əbdül 

Əziz  bin  Xəlifə  bin  Həməd  Əl-Saninin 

dəstəkləndiyi  bildirilir.

27

  Buna  baxmaya-



raq,  Qətərda  rejimin  təminatı  kimi  çıxış 

25   Kenneth Katzman, Kuwait: Security, Reform, and U.S. Poli-

cy, CRS Report for Congress,

http://www.fas.org/sgp/crs/mideast/RS21513.pdf, ( 8.2.2011)

26   Qatar risk: Alert -  risk scenario watchtlist economist intel-

legence unit,  The Economist,( 14.02.2011)

27   Report: Qatar emir foils coup attempt amid growing ten-

sions,  http://www1.albawaba.com/main-headlines/report-qatar-

emir-foils-coup-attempt-amid-growing-tensions, (28.02. 2011)

edən ABŞ hərbi bazasının mövcudluğu bu 

cür  çevrilişləri  gələcəkdə  də  uğursuz  edə 

bilər. 


İQTİSADİ    PROBLEMLƏR     ÜSYANA 

SƏBƏB   OLA    BİLƏRMİ?



  Dövlət  xərcləri.  KƏŞ  ölkələrində, 

əhalinin 

artım 

sürəti 


dünya 

göstəricilərindən  yüksəkdir.  Əhalinin  ar-

tımı  dövlətlərin  büdcələrinə  əlavə  təzyiq 

göstərir, bu səbəbdən də əhaliyə göstərilən 

xidmətlərin keyfiyyət səviyyəsi aşağı düşür. 

Xidmətlərin  keyfiyyət  problemi  Səudiyyə 

Ərəbistanı  üçün  çox  önəmlidir.  BMT-nin  

İnsan İnkişafı hesabatına əsasən, Səudiyyə 

Ərəbistanının əhalisinin 35 faizi göstərilən 

tibbi və təhsil xidmətlərinin səviyyəsindən 

narazıdır.  Küveytdə  bu,  əhalinin  28  faizi-

ni təşkil edir və digər KƏŞ ölkələrində bu 

rəqəm 20 faizdən aşağıdır.  

KƏŞ  ölkələri  əsasən  pulsuz  tibbi  və 

təhsil xidmətlərindən əlavə, infrastruktur 

layihələrinə  də  böyük  sərmayələr  qoyur-

lar  və  geniş  dövlət  sektorunu  saxlayırlar. 

Eyni zamanda, yerli və xarici vətəndaşların 

şəxsi  gəlirlərinə  heç  bir  vergi  qoyulmur. 

Dövlət xərclərini maliyyələşdirmək üçün, 

onlar  neft  gəlirlərindən  istifadə  edirlər. 

Dövlət  xərclərinin  çox  olması  və  onların 

neft gəlirlərindən maliyyələşdirilməsi inf-

lyasiyaya gətirib çıxarır. Beynəlxalq Əmək 

Təşkilatının  statistikasına  əsasən  KƏŞ 

ölkələrinin arasında, ən yüksək inflyasiya 

Omanda və Səudiyyə Ərəbistanındadır.

28

 



Qiymətlərin  qalxması  insanların  alıcı-

28  Beynəlxalq  Əmək  Təşkilatı.  http://laborsta.ilo.org/STP/

guest, 28.02.2011



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

19

lıq  qabiliyyətini  aşağı  salır  və  nəticədə 



etirazlara  səbəb  olur.  Məsələn,  Oman-

da  iğtişaşçıların  tələblərindən  biri 

ərzağın  qiymətlərinin  dövlət  tərəfindən 

tənzimlənməsi olmuşdur. 



Əmək  bazarı.  KƏŞ  ölkələrinin  əhalisi 

cavandır.  Orta  yaş  həddi  32-dən  aşa-

ğıdır.  KƏŞ  ölkələrində  ümumi 

işsizlik 

səviyyəsi  aşağıdır.  Misal  üçün,  ümumi  iş-

sizlik  səviyyəsi  axırıncı  rəqəmlərə  əsasən 

Bəhreyndə  5,5  faiz,  Küveytdə  2  faiz, 

Qətərdə 0,5 faiz, Səudiyyə Ərəbistanında 5 

faiz və Birləşmiş Ərəb Əmirliklərində 4 faiz 

təşkil etmişdir. Lakin gənclər arasında işsiz-

lik səviyyəsi ümumi işsizlik səviyyəsindən 

yüksəkdir.  Məsələn,  Beynəlxalq  Əmək 

Təşkilatının  axırıncı  statistikasına  əsasən, 

gənclərin  işsizlik  səviyyəsi  Bəhreyndə 

20  faiz,  Küveytdə    11  faiz,  Qətərdə  1,6 

faiz,  Səudiyyə  Ərəbistanında  28  faiz  və 

Birləşmiş  Ərəb  Əmirliklərində  12  faiz 

təşkil  etmişdir.

29

  Gənclərin  arasında 



yüksək  işsizlik  sosial,  iqtisadi  və  demoq-

rafik  problemlərlə  yanaşı,  siyasi  risklərə 

də  səbəb  olur.  Məsələn,  bu  yaxınlarda, 

Tunisdə,  Əlcəzairdə,  Misirdə  və  Yəməndə 

baş verən hadisələr göstərir ki, gənclər ara-

sında uzunmüddətli işsizlik ictimai iğtişaş-

lara və hətta inqilablara gətirib çıxara bilər.

KƏŞ  ölkələrində,  gənclər  arasında 

ən  yüksək  işsizlik  səviyyəsi  Bəhreyndə 

və  Səudiyyə  Ərəbistanındadır.  Hazırda 

həmin  ölkələrdə  etiraz  aksiyaları  və  iğ-

tişaşlar  müşahidə  olunur.  Lakin  bu  hal 

29  Əmək bazarının əsas göstəriciləri. Beynəlxalq Əmək 

Təşkilatı. http://kilm.ilo.org/KILMnetBeta/default2.asp, 

28.02.2011

Mənbə: Əmək bazarının əsas göstəriciləri. Beynəlxalq Əmək Təşkilatı.  

http://kilm.ilo.org/KILMnetBeta/default2.asp



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə