KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

16

də  onun  daxilində  gözləmək  olar.  Üçün-



cüsü, regionda baş verən hadisələr və bəzi 

KƏŞ ölkələrinin daxilində baş verən etiraz-

lar fonunda bu ölkələrdə aktual olan varis-

lik  məsələsi  və  hakim  ailədaxili  gərginlik 

daha kəskin xarakter alarsa, bu, hadisələrin 

gedişinə  mühüm  təsir  göstərəcəkdir. 

Beləliklə, KƏŞ-də siyasi elitalarla bağlı əsas 

problemləri  ümumiləşdirsək,  aşağıdakı  

məsələlər  sabitliyi  pozabilmə  ehtimalı  ilə 

maraq doğurur. 

Ölkənin  başçısı  (kral,  əmir  və  ya  sul-

tan)  öldüyü  zaman 



varislik  məsələsinin 

rəqib  namizədlər  arasında  gərginliyə 

səbəb  olması  KƏŞ  ölkələrinin  ənənəvi 

xüsusiyyətlərindəndir.  Hazırda  bu  ölkə-

lərdə  varislik  məsələsi  ətrafında  qeyri-

müəyyənlik  davam  edir.  Bu,  ilk  növbədə, 

ölkələrin hakim ailə və dövlət başçılarının 

(Qətər istisna olmaqla) yaşlarının 70-dən 

yuxarı olması ilə bağlıdır. Bundan əlavə, bü-

tün dövlət başçıları (Oman istisna olmaq-

la) öz vəliəhdlərini əvvəlcədən  təyin etsələr 

də,  Küveyt  və  Səudiyyə  Ərəbistanında 

vəliəhdlərin  də  yaşlı  olması,  ya  növbəti 

hakimiyyətin çox qısa sürməsindən, ya da 

hakimiyyət boşluğu yaranacağından xəbər 

verir.  Xüsusilə,    üsyan  dalğasının  ərəb 

dünyasını  bürüdüyü  və  Küveyt,  Səudiyyə 

Ərəbistanı, Oman kimi ölkələrdə siyasi sa-

bitliyin çox kövrək olduğu dövrdə  varislik 

məsələsi  və    hakimiyyət  boşluğu  xalq  na-

razılıqları ilə bərabər davam edərsə, qeyri-

sabitlik qaçılmaz ola bilər. 



Səudiyyə  Ərəbistanında  yüksək 

rütbəli  şahzadələrin  hamısı  70-80  yaşın-

dadırlar.  Kral  Abdulla  üç  ay  ABŞ-da  və 

daha  sonra  Mərakeşdə  müalicə  aldıqdan 

sonra ölkəyə qayıdıbdır. Kralın birbaşa va-

risi  vəliəhd  şahzadə  Sultan  isə  alzheimer 

xəstəliyindən  əziyyət  çəkməkdədir.  Bun-

dan  əlavə, Kralın qardaşları - Baş nazirin 

ikinci  müavini  Şahzadə  Nayif  və  Riyadın 

başçısı Salman da taxta əsas iddialı olanlar-

dandır. Kral Abdulla oğlu şahzadə Mitebin 

(Milli  Qvardiyanın  komandiri),  şahzadə 

Nayif  oğlu  Məhəmməd  bin  Nayifin  (da-

xili  işlər  naziri  müavininin  köməkçisi), 

şahzadə Sultan isə oğlu Xalid bin Sultanın 

(müdafiə  naziri  müavininin  köməkçisi) 

mövqelərini  möhkəmləndirməyə  çalışır-

lar.    Beləliklə,  taxt  üçün  iddialı  olanların 

sayı  və  liderlik  boşluğu  kəskin  mübarizə 

təhlükəsini artırır.

20

Küveytdə  həm  Əmir-Şeyx  Sabah  Əl-

Əhməd Əl-Cabir Əl-Sabah, həm də onun  

vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Sabahın 

yaşlarının  70-dən  yuxarı  olması  növbəti 

varisliyi  qeyri-müəyyən  edir.  Hələ  2006-

cı ildə əmirin ölümü ilə Əl-Sabah ailəsinin 

Cabir (hazırkı əmirin məxsus olduğu qol) 

və Səlim qolları arasında yaranan gərginlik 

Cabirlərin  hakimiyyət  üzərindəki  mono-

poliyasını  gücləndirməsi    ilə  daha  da  art-

mışdır. Bu da növbəti varislik  məsələsinin 

qollar arasında daha kəskin ola biləcəyi eh-

timalını artırır.

 21


Omanda  Sultan  Qabusun  övladı  yox-

dur  və  hakimiyyətin  ondan  sonra  əmisi 

oğlanlarından  birinə  keçəcəyi  gözlənilir. 

Omanda  sultan  digər  KƏŞ  ölkələrindən 

20    Saudi  Arbia  risk  :  scenario  watchlist,  Economist  Intelle-

gence Unit, The Economist, (14. 12. 2010)

21    Kuwait    risk:  scenario  watchlist,  Economist  Intellegence 

Unit, , The Economist,( 13.12.2010)




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

17

fərqli  olaraq,  özünə  vəliəhd  təyin  etmir. 



Əvəzində  kral  ailəsi  onun  ölümündən 

sonra  yığışıb  xələfi  seçəcəklər.  Əgər  onlar 

razılaşa  bilməsələr,  sultan  tərəfindən    bu-

raxılan məktubda  adı yazılan şəxs növbəti  

sultan olacaqdır. Omanda bu qayda birin-

ci  dəfə  tətbiq  olunacağı  üçün  narahatlıq 

doğurur.

22

BƏƏ-nin  liderliyinə  2004-cü  ilin  no-

yabrında  Şeyx  Zeyidin  ölümündən  sonra 

oğlu  Şeyx  Xəlifə  bin  Zeyid  Əl-Nəhyanın 

varis olmasının asanlıqla həyata keçirilməsi  

prezident vərəsəliyi məsələsində narahatlı-

ğı azaltmışdır. Həmçinin, 2006-cı ildə Du-

bayda vərəsəlik asanlıqla həyat keçirilibdir.  

Buna baxmayaraq, vərəsəlik məsələlərində, 

xüsusilə də kiçik şimal əmirliklərinin hakim 

ailələri  içərisində  kövrək  münasibətləri 

nəzərə alsaq, varislik məsələsində narahat-

lıq qalmaqda davam edir.

23

KƏŞ  ölkələrində 



hakim  ailələrin  da-

xili  mübarizəsi  həyəcan  doğuran  digər 

məsələdir.  Bu  mübarizə  də  ailələrin 

ənənəvi  xüsusiyyətlərindəndir.  Lakin 

Qətər,  Bəhreyn,  Səudiyyə  Ərəbistanı  və 

Küveytdə    ailə  daxilində    fikir  ayrılığı 

bu  ölkələrdə  baş  verən  son  hadisələr  ilə 

yenidən  gündəmə  gəlmişdir.    Ailədaxili 

fikir  ayrılığı  Bəhreyndə  və  Səudiyyə 

Ərəbistanında  xüsusi  əhəmiyyət  kəsb  edə 

bilər.  Bu,  iki  ölkənin  indiki  rəhbərliyinin 

islahatçı  kimi  tanınması  və  onların 

rəqiblərinin isə əksinə mühafizəkar olma-

larından  irəli  gəlir.  Məzhəb  məsələlərinin 

22   Oman  risk: Alert – risk scenario watchlist Economist Intel-

legence Unit,  The Economist,( 21.10.2010)

23   UAE risk Alert -  risk scenario watchlist Economist Intel-

legence Unit, The Economist, ( 27.12.2010)

bu  ölkələrin  siyasi  sistemlərinə  təzyiqlər 

etdiyi  bir  dövrdə  Bəhreyndə  və  Səudiyyə 

Ərəbistanında  xalq etirazlarının nəticələri 

hakimiyyətdə kimlərin üstünlük qazanma-

sından çox asılıdır. 



Bəhreyn  Kralı  Həməd  bin  İsa  Əl-

Xəlifənin oğlu və



  vəliəhdi Şeyx Salman bin 

Həmədin islahatlar və şiələr ilə uyğunlaşma 

siyasətinə  Baş nazir Xəlifə bin Salman Əl-

Xəlifə (Kralın əmisi) şübhə ilə yanaşır. Belə 

ki, Xəlifə hesab edir ki, Kral Həmədin isla-

hatları  şiələri  razı  salmaq  əvəzinə,  onların 

siyasi tələblərini daha da artırmışdır. Qeyd 

etmək  lazımdır  ki,  şiələrin  tələblərindən 

biri  Xəlifənin  istefası  idi.  Bəhreyndə  baş 

verən hadisələr bu qüvvələr arasında fikir 

ayrılığını kəskinləşdirmişdir. Belə ki, BBC-

nin  verdiyi  məlumata  görə  şahzadə  Şeyx 

Salmanın “demokratiya meylli ” qüvvələrlə 

dialoqa  başlamaq  təşəbbüsü  Əl-Xəlifə 

ailəsinin parçalandığını göstərir.

24

Şimali  Afrikada,  Yaxın  Şərqdə  və



 

Səudiyyə  Ərəbistanının  şiələrin  yığ-

cam  yaşadığı



  Şərq  vilayətində  baş 

verən  hadisələrin  islahatçı  kimi  çıxış 

edən  Kral  Abdulla  və  Baş  nazirin  ikin-

ci  müavini  Şahzadə  Nayif  başda  olmaqla 

mühafizəkarlar arasında yeni olmayan fikir 

ayrılıqlarını artıracağını gözləmək olar. Çox 

ehtimal ki, Abdullanın etirazların qarşısını 

almaq  üçün  irəli  sürmək  istəyəcəyi  siyasi 

güzəştlər mühafizəkarların müqaviməti ilə 

qarşılaşacaqdır. 



Küveytdə, 

hazırda 


parlamentlə 

hökumət  arasında  mübarizənin  nəticəsi 

24    Splits  inside  Bahrain’s  ruling  al-Khalifah  family,  http://

www.bbc.co.uk/news/mobile/world-middle-east-12760883, 

(16.03.2011)



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə