KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

20

etiraz  aksiyalarının  və  iğtişaşların  yeganə 



səbəbi  deyildir.  Məsələn,  Bəhreyndə  işsiz 

gənclərin  əksəriyyəti  şiələrdir.  Səudiyyə 

Ərəbistanında  da  gənclər  arasında  işsiz-

lik  probleminin  miqyası  böyükdür.  Bu 

isə,  ölkənin  əhalisinin  sayının  digər  KƏŞ 

ölkələri  ilə  müqayisədə  daha  artıq  olması 

və gənclərin əhalinin 60 faizini təşkil etməsi 

ilə bağlıdır. Bundan əlavə, İnsan İnkişaf he-

sabatına  əsasən,  Səudiyyə  Ərəbistanında 

digər  KƏŞ  ölkələrinə  nisbətən  korrupsi-

yanın  miqyası  daha  böyükdür,  mətbuat 

azadlığı  isə  daha  azdır.

30

  Gənclər  öz 



növbəsində əmək bazarında olan uğursuz-

luğun  səbəblərini  bu  amillərdə    görürlər. 

Omanda  işsizlik  səviyyəsinə  dair  heç  bir 

30    İnsan  inkişafı  hesabatı.2009.  http://hdr.undp.org/en/re-

ports/global/hdr2009/

statistik  məlumat  yoxdur.  Eyni  zamanda, 

yerli xəbərlərə əsasən belə nəticə çıxarmaq 

olar  ki,  Omanda  olan  vəziyyət  Səudiyyə 

Ərəbistanındakı  vəziyyətə  oxşardır,  lakin 

korrupsiya və mətbuat azadlığı problemləri 

o qədər ciddi deyil.

KƏŞ  ölkələrinin  əmək  bazarlarında 



xarici  işçilərin  sayı  yerli  işçilərin  sayını 

ötür.  Məsələn,  Ərəb  Əmək  Təşkilatının 

statistikasına  əsasən,  2005-ci  ildə  əmək 

bazarında  xarici  işçilərin  payı  Bəhreyndə 

59  faiz,  Küveytdə  81  faiz,  Birləşmiş  Ərəb 

Əmirliklərində  82  faiz,  Omanda  66  faiz 

və  Səudiyyə  Ərəbistanında  65  faiz  təşkil 

etmişdir.

31

  İmmiqrantların  əksəriyyəti 



Asiyadandır  və  onlar  əsasən  özəl  sektor-

31   Saif, İ. 2009. “The Oil Boom in the GCC Countries, 2002-

2008,” Carnegie Papers, No. 15 

Mənbə: İnsan inkişafı hesabatı.2009. http://hdr.undp.org/en/reports/global/hdr2009/

Saif, İ. 2009. “The Oil Boom in the GCC Countries, 2002-2008,” Carnegie Papers, No. 15 



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

21

da çalışırlar. Özəl sektorda gəlmə işçilərin 



dominantlığı  həmin  sektorda  maaşların 

aşağı düşməsinə səbəb olur. Nəticədə, aşa-

ğı  maaşlar  yerli  işçiləri  özəl  sektora  cəlb 

etmir və onlar dövlət sektorunda işləməyi 

üstün  tuturlar.  Aşağı  məvacibə  razı  olun-

maması  mövcud  geniş  subsidiya  sistemi 

ilə  izah  oluna  bilər.  Yüksək  işsizliyə  görə 

müavinət vətəndaşları aşağı məvacib verən 

işlərdən imtina etməyə zəmin yaradır.  La-

kin  dövlət  sektorlarının  işvermə  imkan-

ları  məhduddur.  Beləliklə,  gəlmə  işçilərin 

əmək bazarında dominantlığı gənclər ara-

sında işsizliyə səbəb olur.

Şirkətlərin 

miqrantlara 

üstünlük 

verməsində  gəlmə  işçilərin  aşağı  məvacib 

tələbləri yeganə səbəb deyildir. Xarici işçilər 

yerli  işçilərə  nisbətən  daha  təlimlidirlər. 

Yerli  işçilərin  təlim  səviyyəsinin  aşağı  ol-

ması səbəbi həmin ölkələrin təhsil ocaqla-

rının proqramlarının strukturundadır. Belə 

ki, təhsil proqramlarının əksəriyyəti əmək 

bazarlarında uğurlu rəqabət aparmaq üçün 

lazım  olan  bacarıqları  vermir.  Məsələn, 

Səudiyyə  Ərəbistanında  tədris  planın-

da  dini  hissə  üstünlük  təşkil  edir.  Müasir 

tələblərə  cavab  verməyən  təhsil  sistemi 

gənclər arasında işsizliyin artmasına səbəb 

olur  və  beləliklə,  ictimai  iğtişaşların  baş 

verməsinə zəmin yaradır. Dubayda (BƏƏ) 

ali təhsilli iş axtaranların sayı artır və orta 

təhsilli iş axtaranların sayını ötür, halbuki 

BƏƏ-nin ali təhsilli mütəxəssislərə tələbatı 

böyükdür.

32

  Bu  isə,  təhsilin  keyfiyyətcə 



aşağı  olması  deməkdir.  Qətərdə  də  yer-

li  işçilərin  aşağı  təlim  səviyyəsi  işsizliyə 

32  Dubai sees 19 percent decrease in unemployment rate

http://news.gulfjobsmarket.com, ( 19.07.2010)

səbəb  olur.

33

  Digər  KƏŞ  ölkələri  də  eyni 



problemlə üzləşirlər.

34

    



Xarici  işçilərin  yaşayış  və  iş  şəraitləri 

yaxşı deyildir. Məsələn, 2006-cı ildə  Hyu-

man  Rayts  Voç  (  Human  Rights  Watch) 

təşkilatının  hesabatında  göstərilmişdir  ki, 

bəzi hallarda Birləşmiş Ərəb Əmirliklərində 

xarici  işçilərə  maaş  ödənilmir  və  onla-

rı  iş  vaxtından  artıq  işləməyə  məcbur 

edirlər.  Bəhreyndə  də  xarici  işçilər  eyni 

problemlərlə  üzləşirlər.  Bəhreyndə  və 

Birləşmiş  Ərəb  Əmiriliklərində  tikinti 

işçiləri  tətil  etsələr  də,  bu  tətillərin  miq-

yası  böyük  olmamışdır.  Bundan  başqa, 

Bəhreyndə  yerli  gənclər  tərəfindən  xarici 

işçilərə  hücum  faktları  da  qeyd  olunmuş-

dur.    Həmçinin,  Omanda  xarici  işçilərə 

qarşı ayrı-seçkilik müşahidə olunur.

35

 

Miqrantların  yaşayış  və  iş  şəraitinin 



pis  olması,  habelə  yerli  sakinlərin  onlara 

qarşı  ayrı-seçkiliyi  onları  tətil  etməyə  və 

ya iğtişaşlara məcbur edə bilər. Məsələn, 

2005-ci  ildə  Fransada  baş  vermiş  geniş-

miqyaslı  iğtişaşlar  göstərir  ki,  miqrantla-

rın problemlərinə laqeydlik hökumətlərə 

baha  başa  gəlir.  Miqrantlardan  gələn 

təhlükə  KƏŞ  ölkələri  üçün  daha  aktual-

dır. Ona görə ki, miqrantlar əhalinin xeyli 

hissəsini  təşkil  edir.  Birləşmiş  Millətlər 

Təşkilatı İnkişaf Proqramının statistikası-

33   Unemployment rate in Qatar is the lowest in the region, 

http://www.onlineqatar.com,  ( 02.02.2008)

34   GCC nations called to address the imbalance in local la-

bour markets, http://www.onlineqatar.com, (21.03.2011) 

UAE risk: alert-risk scenario watchlist, www.eiu.com, 

(27.12.2010)  

Bahrain risk: alert-risk scenario watchlist, www.eiu.com, 

(28.01. 2011)

Oman risk: alert-risk scenario watchlist, www.eiu.com,

(21.10.2010)



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə