KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

22

na əsasən 2005-ci ildə Küveytdə miqrant-



lar əhalinin 69 faizini, Qətərdə 81 faizini, 

Birləşmiş Ərəb Əmirliklərində 70 faizini, 

Bəhreyndə 38 faizini, Omanda 26 faizini 

və Səudiyyə Ərəbistanında 27 faizini təşkil 

etmişdir.

36

 Lakin hazırda KƏŞ ölkələrində 



baş verən hadisələrdə miqrant amili yox-

dur  və  yaxın  gələcəkdə  miqrantların  iri-

miqyaslı iğtişaşlara qoşulması gözlənilmir. 

Buna  səbəb  miqrantların  hüquqlarına 

müəyyən  məhdudiyyətlərin  qoyulması-

dır.  Gəlmə  işçilər    işverənlərdən  asılıdır-

lar.  Məsələn,  işverənin  icazəsi  olmadan, 

gəlmə işçi iş yerini dəyişə və ya ölkəni tərk 

edə bilməz. Həm də müqavilənin müddəti 

bitdikdən sonra gəlmə işçinin ölkədə qal-

ması  işverəndən  asılıdır.  Eyni  zamanda, 

KƏŞ  hökumətləri  gəlmə  işçilərin  yaşa-

yış və iş şəraitlərini yaxşılaşdırmaq üçün 

tədbirlər görmüşdürlər. Məsələn, Oman-

da  xarici  işçilərin  şikayətlərinə  baxmaq 

üçün  Əmək Şurası yaradılmış, həmkarlar 

ittifaqları  qanuniləşdirilmiş  və  tətillərə 

icazə verilmişdir; BƏƏ-nin rəsmi şəxsləri 

xarici işçilərin yaşayış şəraitini yaxşılaşdı-

racaqlarını və yeni əmək qanunu yarada-

caqlarını elan ediblər; Qətərdə yerli və xa-

rici işçilərin şikayətlərinə baxılması üçün 

əmək məhkəməsi yaradılmışdır; Bəhreyn 

hökuməti  bəzi  sektorlarda  tətillərə  icazə 

verib  və  əmək  qanunlarının  həyata 

keçirilməsini  təkmilləşdirmək  üçün 

tədbirlər  görmüşdür.  Görülən  tədbirlər 

miqrantlarla bağlı gərginliyi azaltmışdır.

37

  

36    İnsan  inkişafı  hesabatı.2009.  http://hdr.undp.org/en/re-



ports/global/hdr2009/

37  Qatar risk: alert-risk scenario watch list, www.eiu.com, 

(14.02.2011)    

UAE risk: alert-risk scenario watchlist,www.eiu.com, 

Bəhreynin,  Omanın  və  Səudiyyə 

Ərəbistanının  nümayişlərə  və  iğtişaşlara 



ilkin  reaksiyası  dövlət  xərclərinin  artı-

rılması olmuşdur. Səudiyyə Ərəbistanının 

Kralı  etirazlara  ilkin  cavab  olaraq  37  

milyard  ABŞ  doları  məbləğində  yardım 

paketi  təklif  etmişdir.  Daha  sonra  Kral 

vətəndaşlarına  əlavə  güzəşt  paketi  təklif 

etmiş,  bu  paketə  əsasən,  işsizlərə  aylıq 

məvacib  və  tələbələrə  əlavə  təqaüd  təklif 

olunurdu.  Təhlükəsizlik  sektorunda  60 

min  yeni  iş  yerinin  açılması  planlaşdırı-

lıbdır.  Minimal  əməkhaqqı  qaldırılmış, 

dövlət sektorunda çalışan işçilərə mükafat 

verilmiş, aşağı gəlirli təbəqə üçün 500 min 

mənzilin tikilməsi planlaşdırılmışdır. Tib-

bi xidmətlərin səviyyəsini yaxşılaşdırmaq 

üçün tibbi  sahəyə 4,3 milyard ABŞ dolla-

rı  ayrılmışdır.  Bunlardan  əlavə,  korrupsi-

yaya qarşı mübarizə aparmaq üçün xüsusi 

komissiya yaradılmışdır. Oman Sultanı 50 

min yeni iş yerinin açılmasına əmr vermiş 

və  iğtişaşçıların  korrupsiyada  günahlan-

dırılan  nazirləri  uzaqlaşdırmaq  tələbini 

ödəyərək,  Kabinetin  tərkibini  dəyişdi. 

Bundan  əlavə,  o,  tələbələrin  təqaüdlərini 

qaldırdı, dinc etiraz aksiyalarına icazə ver-

di. Bəhreynin reaksiyası isə hər ailəyə 1000 

Bəhreyn dinarı məbləğində maddi yardı-

mın verilməsindən ibarət olmuşdur.

38

         



(27.12.2010)

Bahrain risk: alert-risk scenario watchlist, www.eiu.com, 

(28.01.2011)

Oman risk: alert-risk scenario watchlist,www.eiu.com,( 

21.10.2010)

38   Saudi king warns against unrest while boosting benefits,  

www.bbc.com, 18.03.2011 

Gillespie, E. Arab revolt: could Oman turn into ‘next Egypt’?, 

www.bbc.com, 02.03.2011

Bahrain gifts 1,000 dinars to every family,  www.kuwaittimes.

net , 13.02.2011



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

23

DAXİLİ   SİYASƏTİN    PERSPEKTİV 



İNKİŞAF    SSENARİLƏRİ

 Yaxın Şərq kimi qarışıq, bir çox dövlətin 

mübarizəyə  cəlb  olunduğu  bölgədə  pers-

pektiv istiqamətli dəqiq proqnozlar vermək 

çətindir. Buna baxmayaraq, bəzi proqnoz-

lar vermək olar. Göstərilən amilləri nəzərə 

alsaq, fərz etmək olar ki,  KƏŞ ölkələrində 

baş verən hadisələr üç ssenari üzrə inkişaf 

edə bilər.

 

Mövcud rejimlərin devrilməsi 

mümkündürmü?

Bəhreyndə  rejimin  devrilməsi  ehti-

malı az olsa da, bu ssenari yalnız ona KƏŞ 

ölkələrinin (xüsusilə Səudiyyə Ərəbistanı) 

və  ABŞ-ın  hərbi  dəstəyinin  kəsilməsi  və 

paralel  olaraq  İranın  üsyançılara  yardım 

etməsi ilə baş verə bilər. Belə ki, Bəhreynin 

daxili qüvvələri çox kiçikdir (13.000 nəfər 

müdafiə qüvvələri, 1.200 nəfər milli qvar-

diya)  və  o,  əsasən  ABŞ-ın  yardımından 

asılıdır.

39

 Bəhreyndəki Səudiyyə qüvvələri 



isə  Əl-Xəlifə  hakimiyyətinin  təminatçısı 

kimi  çıxış  edir.  İranın  Bəhreyndə  birbaşa 

təsir vasitələri bilinməsə də, son günlərdə 

Küveytdə və Bəhreyndə İran İnqilab Qvar-

diyası keşikçiləri ilə əlaqəli casus dəstəsinin 

aşkarlanması bu iki ölkə də daxil olmaqla, 

KƏŞ ölkələrində rəsmi Tehranın mümkün 

təsir imkanlarından xəbər verir.  

Beləliklə,  ABŞ-ın  nümayişçilərə  güc 

39    Kenneth  Katzman  ,  Bahrain  :  reform,  security,  and  U.S 

policy, CRS Report for Congress,

 http://www.fas.org/sgp/crs/mideast/95-1013.pdf, 02.3.2011

tətbiq  olunduğunu  əsas  gətirərək  5-ci  do-

nanmanı Bəhreyndən geri çağırması və bu 

ölkəyə  olan  hərbi  yardımı  dayandırması 

nəticəsində    Əl-Xəlifə  ailəsi  zəifləyə  bilər. 

Eyni  zamanda,  şiə  üsyanının  Səudiyyə 

Ərəbistanının  Şərq  vilayətinə  yayılması, 

eləcə  də  Yəmənin  şimalında  zeydi  hutsi 

şiələri üsyanının baş qaldırması nəticəsində 

Səudiyyə Ərəbistanı qüvvələrinin üsyanları 

yatırmaq üçün bir neçə cəbhəyə bölünməsi 

Bəhreyndəki 

Səudiyyə 

qüvvələrinin 

səmərəliliyni  azalda, İranın isə əksinə təsir 

imkanlarını  çoxalda  bilər.  Beləliklə,  ABŞ-

ın  Bəhreynə  hərbi  yardımının  kəsilməsi, 

Səudiyyə  Ərəbistanının  qüvvələrinin  bir 

neçə cəbhəyə parçalanması və eləcə də İra-

nın  şiələrə  dəstəyi  ilə  Əl-Xəlifə  ailəsinin 

hakimiyyətinə  son  qoyula  bilər.  Lakin  bu 

ssenarinin ehtimalı azdır. Belə ki, ABŞ Hüs-

ni Mübarəkə münasibətindən  fərqli olaraq, 

Əl-Xəlifə  ailəsinin  devrilməsinə  çağırışlar 

etməyibdir.  Bu,  ABŞ-ın  Əl-Xəlifə  rejimi 

devriləcəyi təqdirdə şiələrin üstünlük təşkil 

etdiyi  rejimdə  İranın  təsirinin  artması  ilə 

5-ci donanmanın və digər hərbi bazaların bu 

ölkədən  çıxarılması  tələblərinin  gündəliyə 

gətirilməsi ilə bağlı narahatlığından irəli gəlir. 

Eyni zamanda, Obama administrasiyası fev-

ralın 14-də Bəhreyndə gərginliyin artdığı bir 

dövrdə təqdim etdiyi 2012-ci il büdcəsində 

hərbi və terrorizmə qarşı mübarizə yardımı-

na  və  ya  silah  satışına  hər  hansı  dəyişiklik 

etməyibdir.  Bu  amillər  ABŞ-ın  buradakı 

rejim  dəyişikliklərini  dəstəkləməyəcəyini 

göstərir.  Eyni  zamanda,  Bəhreynin  xarici 

işlər  naziri  Xalid  bin  Əhməd  Əl-Xəlifənin 

aprelin  18-də  İrandan  gələn  təhdidlər 

kəsilənə qədər KƏŞ qoşunlarının bu ölkədə 




Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə