KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

11

etmək  hüquqlarını  təsdiqləyib.  Sistaninin  



siyasi  cəhətdən  fəal  olmayanlar  da  daxil 

olmaqla şiələr arasındakı nüfuzunu nəzərə 

alsaq,  bu    mövqenin  Səudiyyə  Ərəbistanı 

və Küveytdəki şiələrə də təsir göstərəcəyini 

gözləmək  olar.

11

  Beləliklə,  nüfuzlu  şiə/



sünni  din  və  siyasi  xadimlərinin  xalq 

kütlələrinə mümkün təsirləri region boyu 

məzhəb gərginliyini artıra bilər. 

KƏŞ    ÖLKƏLƏRİNİN    SİYASİ  

SİSTEMLƏRİNİN   PROBLEMLƏRİ

Misir,  Tunis,  Liviya  və  digər  ərəb 

dövlətlərində  baş  verən  üsyanların  

kökündə  iqtisadi  amillərlə  yanaşı,  si-

yasi  azadlıqların  olmaması,  islahatların 

aparılmaması,  parlamentlərin  məhdud 

səlahiyyətləri,  hakimiyyətin  bir  qrupun 

əlində cəmləşməsi, xarici siyasətdən nara-

zılıq və bir sıra siyasi amillər də dayanır. Bu 

zaman  yuxarıda  sadalanan  amillərin  KƏŞ 

ölkələrində də kütləvi nümayişlərə gətirib 

çıxa  bilmə  ehtimalı  ortaya  çıxır.  Artıq 

Bəhreyn,  Səudiyyə  Ərəbistanı,  Oman  və 

Küveytdə keçirilən nümayişlərdə, Qətərdə, 

BƏƏ-də müxtəlif sosial şəbəkələrdə və ve-

rilmiş bəyanatlarda siyasi sistemdən nara-

zılıq ifadə edilmiş, islahatlar tələb olunmuş-

dur.  Buna  baxmayaraq,  KƏŞ  ölkələrinin 

özünəməxsus  xüsusiyyətləri  hər  bir  ölkə 

üçün nəticələri də fərqli edəcəkdir. 

Məlum olduğu kimi, KƏŞ ölkələrində 

icraedici hakimiyyət irsidir. Bu ölkələrdə 

hakim  ailələrin  üzvləri  ən  mühüm  na-

11   Popular protests in North Africa and the Middle East (III): 

the Bahrain revolt, International Crisis Group

Middle East/North Africa Report N°105,( 06.04.2011) 

zir  vəzifələrini  tutur,  vilayətlərə  və  şə-

hərlərə  rəhbərlik  edirlər.  Həmçinin,  əsas 

şahzadələrdən başqa yüzlərlə ikinci nəsil 

və kiçik kral ailəsi üzvləri sistemdə təmsil 

olunmaqda  iddialıdırlar  və    həm  də  bir 

çox  hallarda  dövlət  mexanizmlərindən 

şəxsi maraqları naminə istifadə edirlər. Bu 

səbəbdən  sistemlər inzibati səmərəsizlik 

və sui-istifadə halları ilə doludur. Bundan 

başqa,  bu  ölkələrdə  dövlət  orqanlarının 

səlahiyyətləri çox məhduddur.  

Siyasi  islahatların  həyata  keçirilməsi 

baxımından  KƏŞ  ölkələri  bir-birindən 

fərqlənir.  Bəhreyn  və  Küveyt  siyasi  isla-

hatlar  baxımından  daha  qabaqcıl  ölkələr 

olduğu  halda,  Oman,  Qətər  və  BƏƏ-də 

demokratik  islahatlar  çox  zəif,  Səudiyyə 

Ərəbistanında  isə  siyasi  islahatlar  yox 

dərəcəsindədir. 

BƏƏ,  Oman,  Qətər,  Səudiyyə 

Ərəbistanında  parlament  rolunu  oynayan 

məşvərətçi  şuralar  mövcud  olsa  da,  bu  şu-

raların  qanunverici  səlahiyyətləri  yoxdur  və 

fəaliyyətləri    sosial  və    iqtisadi  məsələlərin 

müzakirəsi  ilə  məhdudlaşıbdır.  Oman  is-

tisna  olmaqla,  parlamentlərə    seçkilər  keçi-

rilmir  (BƏƏ-də  Milli  Federal  Şura  dolayısı 

yolla seçilir). BƏƏ-də, Qətərdə və  Səudiyyə 

Ərəbistanında  dövlət  rəsmiləri  şuraların 

bir  hissəsinin  seçkilər  vasitəsilə  seçilməsini  

gündəmə  gətirsələr  də,  lakin  gözlənilən 

seçkilər hələ ki, baş tutmayıbdır. Bu ölkələrdə 

siyasi partiyaların fəaliyyətinə icazə verilmir 

və müxalifət hərəkatları qadağan edilmişdir. 

Bunlar güclü müxalifət olmadığına görə bir 

sıra  KƏŞ  ölkələrindən  siyasi  islahatlar  baxı-

mından da geridə qalıbdır.



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

12

Səudiyyə  Ərəbistanı  KƏŞ  ölkələri 

içərisində  islahatlara  ən  çox  müqavimət 

göstərən  ölkədir.  Krallığın  siyasi  sistemi 

kral  ailəsi  və  rəsmi  dini  institutlar  ara-

sında  razılaşdırılmış  şəkildə  idarə  edi-

lir.  Rəsmi  dini  institutlar  Əl-Səud  ailəsi 

hakimiyyətinin  legitimliyinin  mənbəyidir. 

Bugünkü  siyasi  kontekstdə  heç  bir 

Səudiyyə  başçısı  ölkənin  rəsmi  dini  qu-

rumlarının  reaksiyasını  nəzərə  almadan 

mühüm  siyasi  dəyişiklik  həyata  keçirə 

bilməz.

12

 Kral Abdullanın islahatlar səyləri 



Səud  ailəsinin  mühafizəkar  üzvlərinin 

müqaviməti ilə qarşılaşır. Bu səbəbdən bu 

islahatların  institutsional  əsası  yoxdur  və 

onlar sistemləşdirilməmişdir.

13

 Bu, zəif is-



lahatların  hakimiyyətə  digər  şəxs  gələcəyi 

təqdirdə ləğv edilə biləcəyi deməkdir. Eyni 

zamanda,  on  minlərlə  gənc  səudiyyəlinin 

qərb  ölkələrində  təhsil  almalarına  və  de-

mokratik  dəyərlərə  əvvəlkindən  daha 

açıq  olmalarına  baxmayaraq,  Səudiyyə 

Ərəbistanı  yüksək  dərəcədə  mühafizəkar 

cəmiyyət olaraq qalır. Keçirilən sosial sor-

ğuya  əsasən  20  faiz  səudiyyəli  siyasi  və 

sosial dəyişiklikləri, 20 faiz status-kvonun 

davam etməsini dəstəkləyir, 60 faiz isə Kral 

Abdullanın  həyata  keçirdiyi  islahatların 

səviyyəsindən razıdır.

14

Oman  Sultanı  Qabus  bin  Səid  əl-

Səid  40  il  bundan  əvvəl  atasını  devirərək 

hakimiyyətə  gəldiyi  zaman  bir  çox 

12   Can Saudi Arabia reform itself,  International Crisis Group, 

Middle East Report N°28,( 14.07.2004)

13   Neil Partrick, What does “reform” mean in Sau-

di Arabia?, http://www.carnegieendowment.org/

arb/?fa=show&article=41286, 27.07.2010

14   Robert Lacey, Christopher Boucek , Will Tahrir 

come to Saudi Arabia?, http://carnegieendowment.org/

events/?fa=eventDetail&id=3178, 03.03. 2011

sahələrdə dəyişikliklər edərək, ölkəni unu-

dulmuş  səhra  dövlətindən  inkişaf  edən 

dövlətə  çevirə  bilmişdir.  Eləcə  də  Qabus  

siyasi  azadlıqlara  başlayan  ilk  KƏŞ    mo-

narxlarından  biridir  və  o,  bütün  bunları 

1980-ci  illərdən    başlayaraq    daxildən  və 

xaricdən  heç bir siyasi təzyiq olmadan et-

mişdir.  Omanda  siyasi  azadlıqlar  prosesi 

KƏŞ ölkələrindən erkən başlasa da, inkişaf 

ləng getmişdir. Bir çox müşahidəçilər Sul-

tan  Qabusun  omanlılar  arasında  məşhur 

olmasını  və  siyasi  azadlıqlara  qoyulan 

məhdudiyyətlərdən narazılığın heç də çox 

olmadığını desələr də, 2011-ci ilin fevralın-

dan başlayaraq  ölkəni bürüyən və hazırda 

davam  etməkdə  olan  etiraz  aksiyaları  bir 

çox vətəndaşın ölkədəki siyasi vəziyyətdən 

məmnun olmadığını göstərir.

15

Qətər  və  BƏƏ  siyasi  islahatların  ha-

kim  ailənin  ənənəvi  hakimiyyətinin 

zəiflətməsinə,  qəbilə  və  klanlar  arasında 

ayrılmaya,  Küveyt  və  Bəhreyndə  olduğu 

kimi islamçı fraksiyaların radikallaşmasına 

gətirib çıxaracağını  əsas göstərərək təxirə 

salıblar.

  Lakin  bu  iki  ölkədə  əhali  arasın-

da  ümumi  marağın  olmaması  və  hakim 

ailədaxili fikir ayrılıqları siyasi islahatların 

keçirilməsinin vaxtını daha da uzada bilər. 



Küveytin və Bəhreynin siyasi həyatı 

digər  KƏŞ  ölkələrindən  daha  canlı-

dır.  Bu  ölkələrin  parlamentləri  qanun-

verici  və  nəzarətedici  səlahiyyətlərə 

malikdirlər.  Lakin  Bəhreyndə  seçilən 

alt  palatada  təmsil  olunan  müxalifət, 

hökumət  tərəfindən    təyin  edilən  yu-

15    Kenneth  Katzman,  Oman:  Reform,  Security,  and  U.S. 

Policy, CRS Report for Congress, http://www.fas.org/sgp/crs/

mideast/RS21534.pdf, 01.3.2011




Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə