KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

13

xarı  palata  ilə  razılaşa  bilmədiyindən,  



səlahiyyətlərindən  praktikada    istifadə 

edə  bilmir.  Küveytdə  isə  əksinə 

antihökumət  mövqeyinə  görə  tanınan 

parlament səlahiyyətlərindən sui-istifadə 

etməklə siyasi gərginliyə səbəb olur. 

Bu iki ölkədə digər KƏŞ ölkələrindən 

fərqli olaraq, siyasi arenada bir sıra qrup-

lar  fəaliyyət  göstərir.  Eyni  zamanda,  bu 

ölkələrdə  islamçıların  vəziyyəti  Misirdən 

fərqlidir. Belə ki, Misirin Müsəlman Qar-

daşları  liderləri  hərbi  məhkəmələrə  cəlb 

olunarkən Küveytdə HADAS (Müsəlman 

Qardaşlarının  Küveyt  qanadı)  və 

Bəhreyndə  Minbər  (Müsəlman  Qardaş-

larının  Bəhreyn  qanadı),  Sələfilərin  Əl-

Asalə cəmiyyəti, şiə cəmiyyətinin aparıcı 

siyasi partiyası olan Əl-Vifaq normal siya-

si həyata inteqrasiya ola biliblər. 

Lakin son günlərdə Bəhreyndə baş verən 

etiraz aksiyaları və hökumətin tutduğu möv-

qe  bu  ölkəni  demokratiya  yolunda  geriyə 

aparmaqdadır. Belə ki, Bəhreyndə fövqəladə 

vəziyyətin elan edilməsi və bu ölkəyə KƏŞ 

qüvvələrinin yeridilməsi daha əvvəl Şahzadə 

Salmanın irəli sürdüyü siyasi dialoqu yarım-

çıq  qoymuşdur.  Hazırda,  müxalifətə  qarşı 

olan  təqiblər  davam  etməkdədir.  Belə  ki, 

həkimlər və fəallar daxil olmaqla 400 nəfər 

polis  nəzarətində  saxlanılmaqdadır.  Fevral 

ayından  bəri  4-ü  polis  nəzarətində  olmaq-

la  ən  azı  30  fəal  öldürülübdür.  Həmçinin 

müxalifətdən  olanların  dövlət  işlərindən 

çıxarılması  haqqında  xəbərlər  də  yayıl-

maqdadır.  Aprelin  28-də  Bəhreyn  hərbi 

məhkəməsi iki polisin öldürülməsində gü-

nahkar bilinən dörd fəal iştirakçı haqqında 

ölüm hökmü çıxarmışdır.

16

 Hökumət şiələri 



16  Four  sentenced  to  death  in  Bahrain,  http://gulfnews.

com/news/gulf/bahrain/four-sentenced-to-death-in-bah-

rain-1.800304, 28.04. 2011 

Omanda etiraz aksiyası  




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

14

təmsil  edən  Əl-Vifaq  və  İslam  Fəaliyyəti 



Cəmiyyətlərini    qadağan  etmək  planlarını 

isə  ancaq  rəsmi  Vaşinqtonun  tənqidindən  

sonra təxirə salmışdır.

17

Küveyt  KƏŞ-in  ən  demokratik  siya-



si  sistemə  malik  ölkəsi,  onun  parlamenti 

isə ərəb dünyasının demokratik meyarları 

ilə  seçilən  institutudur.  Lakin    Milli  As-

sambleya (parlament) və hakim Əl-Sabah 

ailəsi arasında beş ildir ki, siyasi dominant-

lıq  uğrunda  gedən    mübarizə,  deputatlar 

tərəfindən  Əl-Sabah  ailəsinə  qarşı  kor-

rupsiya  ittihamları,  nazirləri  parlamentdə 

sorğuya  çəkmək  tələbləri  (xüsusilə  Baş 

nazir  Şeyx  Nasir  Əl-Məhəmməd  Əl-

Sabaha  qarşı)  Küveyt  siyasi  sistemini 

faktiki  olaraq  iflic  vəziyyətinə  salıbdır. 

17   Bahrain backs off on closure of opposition group, http://

gulfnews.com/news/gulf/bahrain/bahrain-backs-off-on-clo-

sure-of-opposition-group-1.792901, 15.04. 2011

2006-cı ildən bəri üç dəfə növbədənkənar 

parlament seçkilərindən heç biri icraedici 

və qanunverici hakimiyyət arasındakı fikir 

ayrılıqlarını  yoluna  qoya  bilməyibdir.

18

 



2011-ci ilin aprel ayının əvvəllərində depu-

tatların  parlamentdə bir neçə naziri sorğuya 

çəkmək tələbi hökumətin yenidən buraxıl-

ması ilə nəticələnmişdir. Lakin deputatla-

rın  bildirdiklərinə  görə  kabinetə  yeni  Baş 

nazir və nazirlər təyin olunmayanadək on-

lar  sorğu  tələblərini  davam  etdirəcəklər.

19

 



Bu da o deməkdir ki, Küveytdə hökumət 

böhranı  davam  edəcəkdir.  Həm  də  par-

lamentin  buraxılması  və  yenidən  erkən 

seçkilərin  keçirilməsi  haqqında  xəbərlər 

yayılıbdır. Hökumət böhranı 2010-cu ilin 

18   Kenneth Katzman, Kuwait: Security, Reform, and U.S. Poli-

cy, CRS Report for Congress

 http://www.fas.org/sgp/crs/mideast/RS21513.pdf,0 8.02.2011

19   MPs warn of reviving grilling against reappointed 

ministers, http://www.kuwaittimes.net/read_news.

php?newsid=MTA0NjMwNjg1Nw==, 03.04. 2011

Bəhreyndə etiraz aksiyası 




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

15

dekabrında  və  bu  ilin  martında  olduğu 



kimi,  Əl-Sabah  ailəsinin  səlahiyyətlərinin 

məhdudlaşdırılması  tələbi  ilə    etiraz  aksi-

yalarını yenidən canlandıra bilər.

Beləliklə,  yuxarıda  deyilənlərdən  gö-

ründüyü  kimi,  KƏŞ  ölkələrinin  siyasi 

sistemləri demokratik azadlıqlar və habelə 

demokratiya tələbləri baxımından fərqlənir. 

Səudiyyə  Ərəbistanında  dini  institutların 

güclü  olması,  cəmiyyətin  mühafizəkarlığı 

demokratik dəyərlərin bu ölkəyə hələ uzun 

müddət  gəlməyəcəyindən  xəbər  verir. 

BƏƏ-də və Qətərdə isə ölkənin varidatın-

dan irəli gələn yüksək həyat səviyyəsi siyasi 

laqeydliklə  müşahidə  olunmaqda  davam 

edə  bilər.  “Demokratiya  dalğası”  ən  çox 

Küveyt, Bəhreyn və son hadisələrdən son-

ra bəlli olduğu kimi Oman üçün də daha 

təsirli ola bilər. 

SİYASİ    ELİTALAR:   “YUXARIDAN 

İNQİLAB”   MÜMKÜNDÜRMÜ? 

Regionda, xüsusilə Tunisdə və Misirdə 

olan qarışıqlıq Yaxın Şərqdə siyasi elitala-

rın buna davam gətirməsi barədə  sualları 

ortaya  çıxarıbdır.  Lakin  KƏŞ  ölkələrinin 

siyasi  elitalarının  inqilabın  baş  verdiyi 

ölkələrin siyasi elitalarından bir neçə fərqi 

vardır.  Birincisi,  bu  ölkələrin  siyasi  elita-

ları  əsasən ailə üzvlərindən ibarədir. Belə 

ki, Bəhreyndə Əl-Xəlifə, Omanda Əl-Səid, 

Küveytdə  Əl-Sabah,  Qətərdə  Əl-Səni, 

Səudiyyə  Ərəbistanında  Əl-Səud,  BƏƏ-

də Əl-Nəhyan ailələri bu ölkələri bir neçə 

əsrdir ki, idarə edirlər. İkincisi, bu ölkələrdə 

Misirdən  və  Tunisdən  fərqli  olaraq, 

hakimiyyətə  əsas  təhlükəni  və  müxalifəti  

təkcə  siyasi  elitanın  xaricində  deyil,  həm 

Soldan: Küveyt Əmiri Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah, Qətər  Əmiri Həməd bin Xəlifə 

Əl-Sani, Oman Sultanı Qabus bin Səid Əl Səid, Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbdül-

Əziz Əl-Səud , Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə, BƏƏ Əmiri Xəlifə bin Zeyid Əl-Nəhyan



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə