Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

63
Kurikulum. 2013. №3
Müasir dәrs: o necә olmalıdır?
sı ilә bağlıdır. Dәrs planı müәllimin dәrsә ha -
zırlı 
ğının ölçü meyarı, onun fәrdi fәa 
-
liyyәtinin güzgüsüdür. Bu fәrdilik hәm müәl -
limin özünәmәxsus iş tәcrübәsindәn, hәm dә
dәrs dediyi sinfin sәviyyәsindәn irәli gәlir.
Dәrs planı tәkcә müәllimin deyil, hәm dә
şagirdlәrin fәaliyyәtini özündә ehtiva edir.
Dәrs planı hazırlanarkәn müәllim tәrәfindәn
mәzmun standartları seçilir vә standartlara
әsa  sәn tәlim mәqsәdi, mәqsәdә uyğun olaraq
iş forması, iş üsulu, inteqrasiya imkanları, re -
surslar, dәrsin hәr mәrhәlәsinә sәrf olunacaq
vaxt,  motivasiya vә tәdqiqat sualı, şagirdlәrә
verilәcәk tapşırıqlar, müzakirә üçün suallar,
qiymәtlәndirmә meyarları müәyyәn edilir.
FƏXRƏDDİN YUSİFOV
ADPU-nun Ədәbiyyat vә onun tәdrisi metodikası kafedrasının dosenti, 
pedaqogika üzrә fәlsәfә doktoru 
yusifov56@bk.ru
* * *
– Müasir dәrs anlayışı bir problem kimi
cәmiyyәtin daim diqqәt mәrkәzindә olmuş 
-
dur. Tәhsil işi ilә yaxından mәşğul olan mә -
mur lardan tutmuş, mütәxәssislәrә, müәl lim lә -
rә vә cәmiyyәtin digәr maraqlı tәrәf 
lә 
ri 

qәdәr hәr kәs çalışmışdır ki, tәhsil siste min dә
şagirdlәr günün tәlәblәrinә cavab verәn dәrs -
lәrdә otursunlar. Əlbәttә, bu «günün tәlәb lәri»
anlayışı ictimai mühitdәn asılı olaraq  fәrq li
mәzmuna malik olmuşdur. Bu yaxınlara qәdәr
dәrslәrdә әnәnәvi metodlardan istifadә yә, şa -
girdlәrә bir obyekt kimi yanaşılmasına daha
çox diqqәt yetirilirdisә, indi tәlәblәr dә dә 
-
yişmişdir, dәrsin mәzmunu da, strategiyalar
da. Vaxt var idi ki, «müasir dәrs» yanaşma sın -
 da keyfiyyәtin, dәrsin hәr bir dәqiqәsindәn sә -
mәrәli istifadәnin (intensivliyin), şagirdlәrin
tәfәkkürünün inki 
şaf etdirilmәsinin vә daha
nәlәrin dәrs prose si nә cәlb olunması üstünlük
kәsb edirdi. Am ma indi bu yanaşmalar müәy -
yәn qәdәr geridә qalmışdır. 
Mәlumdur ki, zaman yerindә saymır. Cә -
miy yәt inkişaf etdikcә, iqtisadi sahәdә nailiy -
yәtlәr çoxaldıqca, o, öz tәsirini digәr sahәlәrә
dә göstәrmәyә başlayır. Yeni iqtisadi münasi -
bәtlәr, texniki tәrәqqi mәcbur edir ki, tәhsilin
mәzmunu vә quruluşunda, fәnlәrin tәdrisi
üsul 
larında bu dәyişmәlәr özünü göstәrsin.
Ta ba şirlә  keçilәn  dәrslәr  hara,  smart-löv hә lәr -
dәn istifadә yolu ilә qurulan dәrslәr hara? De -
mә li, texniki tәrәqqi insan әmәyinin yün gül -
lәşdirilmәsinә xidmәt göstәrdiyi kimi, tәlim
pro se sindә dә öz sözünü demiş olur. 20-30 il
әvvәl müәllimlәr  texniki avadanlıqların – İKT
vә digәr mobil informasiya daşıyıcılarının
möv cudluğunu, onlardan istifadә yolu ilә dәrs -
lәrin qurulmasını bir xәyal kimi tә sәv vür edir -
dilәrsә, amma indi bu, reallığa çevril 
mişdir.
Mü şahidәlәr göstәrir ki, üstün tәlim im kan la -
rına malik olan bu cür avadanlıq lar dan istifadә
ilә keçilәn dәrslәr şagirdlәrimizi da ha çox ma -
raq landırır.   
Pedaqoji sahә biliklәrin qazanılması, baca-
rıqların formalaşdırılması yönümündә son onil -
liklәrdә xeyli zәnginlәşmişdir. Müasir tәlim
tex  nologiyaları  mәktәb  tәcrübәsindә  özünә  vә -
tәn 
daşlıq hüququ qazanmışdır. Yeni pedaqoji
tә 
fәk 
kür formalaşmış, innovasiyalar, pedaqoji
tex  nologiyalar,  strategiya  vә  texni ka lar  mәktәb
şәraitindә çox sürәtlә yayılmağa baş 
lamışdır.
İnformasiya mәnbәlәrinin çox luğu bizi mәcbur
edir ki, onlarla davranma qaydalarını şagirdlә ri -
mizә öyrәdәk, onlardan dәrslәrimizdә intensiv
surәtdә istifadә edә bi lәk. 
1


64
Kurikulum. 2013. №3
Fәxrәddin Yusifov
Demәli, müasir dәrs mövcud nailiyyәtlәr -
dәn tәlim-tәrbiyә prosesindә mәqsәdәuyğun
şәkildә istifadә etmәyi tәlәb edir. Bugünkü
dәrsi kompyutersiz, internetsiz, mobil vasitә -
lәr siz tәsәvvür etmәk mümkün deyildir. Eyni
zamanda, yeni tәlim texnologiyalarının istifa -
dә sindәn yan keçәn dәrslәri dә müasir dәrs
hesab etmәk olmaz.   
– Zaman dәyişsә dә, illәr keçsә dә, dәrs
hәmişә tәlimin әsas tәşkilat forması kimi
qalacaqdır.  Texniki nailiyyәtlәr dә, informa -
si ya daşıyıcıları da istәnilәn sayda arta bilәr.
Amma tәlimin әsas tәşkilat forması kimi dәrs
daima öz nüfuzunu qoruyub saxlayacaqdır.
Söh bәt yalnız onun mәzmununun yenilәnmә -
sin  dәn, istifadә etdiyi modellәrin çevikliyin -
dәn, hәyati tәlәbatlara necә cavab vermәsin -
dәn,  dәrsin necә idarә olunmasından gedә bi -
lәr. 
Dәrslәrә texniki avadanlıqların cәlb olun -
ması, zahiri cәhәtlәrә vurğunluq vә ya belә
avadanlıqlar dәstinin dәrslәri «bәzәmә 
si»
mәsәlәnin hәlli yolu deyildir. Yәni ayrı-ayrı
formal elementlәrin iştirakı ilә, texniki «bә -
zәk-düzәk»lә, yalnız bu elementlәrin möv 
-
 cud luğu ilә müşayiәt olunan dәrslәri mü a sir
hesab etmәk olmaz. Əsas mәsәlә dәr sin fәlsә -
fә sinin, ona yanaşma tәrzinin, istifadә et diyi
üsul vә vasitәlәrinin, onun idarә olunma 

işinin dәyişmәsidir. Avropa vә dünya tәcrü -
bәsi göstәrdi  ki, avtoritar  idarәetmә sistemi
ilә işlәyәn dәrslәr şagirdlәrin dünyagörüşünә,
onların hәyati bacarıqlara yiyәlәnmәsinә
sәmәrәli tәsir göstәrә bilmir. Tәlim prosesin -
dә demokratik dәyәrlәrә söykәnmәk, huma -
nist prinsiplәri әldә rәhbәr tutmaq bugünün
әn başlıca tәlәblәrindәn biridir. Bunun üçün
müәllim әn azından demokratiklik vә huma -
nizm anlayışları altında nәlәrin nәzәrdә tutul -
duğunu aydın tәsәvvür etmәlidir. 
Bu gün dәrslәrdә texniki avadanlıqların
bolluğu ilә şagirdlәri heyrәtә salmaq olduqca
çәtindir. Amma onlar bir mәsәlәdә heyrәt 
-
lәrini gizlәdә bilmirlәr; dәrsin gedişindә
müәllim onlara müraciәt edәrәk mәsәlәnin
hәl li yollarını, bu barәdәki fikirlәrini öyrәn -
mә yә çalışır,  hәmin mülahizәlәrә istinad edir,
düzgün qәrarlar qәbul etmәk üçün hansı
addımların atılmasını soruşur, onların söylә -
dik lәri hәr bir fikrә – istәr doğru, istәrsә dә
yanlış, dünyanın sәkkizinci möcüzәsi kimi
yanaşır vә elә şәrait yaradır ki, dәrsdә hamı
sәrbәst surәtdә düşündüklәrini dilә gәtirmәyә
çalışsın, bir-birinin fikrinә hörmәt etsin, fәal
dinlәsin vә ünsiyyәt bacarığı nümayiş etdir -
sin. Demәli, müәllim sinfә humanizmi gәtirir,
balaca şagirdlәrin böyük dünyasına sәmimi
hörmәt bәslәdiyini, onların hәr bir fikrinin
hamı üçün nә dәrәcәdә dәyәrli olduğunu
nümayiş etdirir. 
Dәrsdә problemlәrin hәllini şagirdlәrin
ixtiyarına buraxanda vә ya bu hәll yollarına
dair onların ehtimallarını alanda, sonra dәrsin
gedişindә bu tәkliflәrin hansının daha ağla -
batan, daha sәmәrәli olduğunu yoxlatdı ran da,
alınan yekun qәnaәtlә düzgün variant 
ları
tutuşduranda onlar dәrs vaxtının necә keç di -
yini hiss etmirlәr, tәlim prosesi onlar üçün bir
qәlәbә bayramına, zövq mәnbәyinә çevrilir.
Ha 
mı sevinir ki, mәsәlәnin birgә hәl 
lin 

onun da xidmәti, әmәyi vardır. Bununla biz,
yәqin ki, Sizin qoyduğunuz sualın ikinci his -
sәsinә müәyyәn qәdәr aydınlıq gәtirә bildik. 
Gәlәk sualın sonuncu hissәsinә. Etiraf
edәk ki, tәlimin әsas tәşkilat forması kimi
dәr sin xarakterindә son dövrdә ciddi dәyişik -
liklәr baş vermәkdәdir. Bunun üçün әlimizdә
bir çox әsaslar vardır. Respublikamızda  bu
işin baş vermәsi üçün müvafiq hüquqi-
normativ sәnәdlәr qәbul olunmuşdur, biz Bo -
lo 
niya proseslәrinә qoşulmuşuq, ölkәmizdә
tәhsil islahatı hәyata keçirilir, ümumtәhsil
mәktәblәrinin dövlәt standartları vә proqram -
ları, fәnn kurikulumları tәsdiq olunmuşdur.
Ar tıq  beş ildir ki, biz bu islahat yolu ilә ge -
dirik. Tәbiidir ki, hәr şeyin rahat getdiyini,
heç bir  әyәr-әskiklәrin olmadığını söylәmәk
düzgün olmazdı. Etiraf olunmalıdır ki, hәlә
dә bir çox müәllimlәrimiz yeni tәlәblәrә
uyğun laşmaqda  müәyyәn çәtinliklәr çәkirlәr,
bәzәn lәngimәlәr müşahidә olunur, bir çox
hallarda isә onlara metodik dәstәk günün
2


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə