Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

61
Kurikulum. 2013. №3
– Müasir dәrs axtarış, dәrketmә, fәaliyyәt
dәrsidir. Dәrsdә hәr bir şagirdin fәrdi xüsusiy -
yәtlәri, meyl vә maraqları, elәcә dә cәmiy yә -
tin sifarişi nәzәrә alınır. 
Müasir dәrsin әsas xüsusiyyәti forma vә
mәzmunca yeknәsәqlikdәn uzaq olması, tәt -
biq olunan üsulların rәngarәngliyi, maraqlı lı -
ğı, şagirdlәri daim fәaliyyәtә cәlb etmәsi, on -
larda yaradıcı tәşәbbüskarlıq, müstәqillik for -
malaşdırmasıdır. 
– Dәrs hәmişә olduğu kimi bu gün dә tәd -
ris prosesinin әsasını tәşkil edir. Müәllim vә
şagirdlәrin tәlim fәaliyyәti dәrsdә özünü
göstәrir. Müasir dәrsә verilәn tәlәblәrә uyğun
olaraq müәllimlәrin, elәcә dә şagirdlәrin
funk 
 
siyası dәyişir. Müәllim bәlәdçi, şagird
tәd qiqatçıdır. Müәllim şagirdә istiqamәt verir.
Şagird fәaliyyәtә müәllimin göstәrişi ilә yox,
şüurlu şәkildә qoşulur, dәrsdә motivasiyanın
yaradılması zamanı әldә edәcәyi bilik vә
bacarığın ona nә üçün lazım olduğunu dәrk
edir. 
–  Müasir dәrs müәllim vә şagird fәaliy -
yәtindә fәallıq tәlәb edir. Müәllimin fәallığı
şa gird lәrinin  psixoloji  vә  fәrdi  xüsusiyyәt lә ri -
ni yaxşı bilmәklә tәlim prosesini düzgün tәş -
kil etmәkdә, şagirdlәrin fәallığı isә bir-biri ilә
qarşılıqlı әlaqә zamanı müstәqilliyinin inkişaf
etmәsindә özünü göstәrir. Şagird o vaxt inki -
şaf edir ki, özü fәallıq göstәrir, dünya ilә qar -
şı lıqlı әlaqәdә olur. 
Tәhsildә aparılan islahatlar müәllimin ha -
zır lıq sәviyyәsinin yüksәldilmәsini, peşәkar -
lığının artırılmasını, şagirdlәrә biliklәri әldә
et mә yin yollarını öyrәtmәyi, müxtәlif vasitә -
lәr lә onlarda intellektual, kommunikativ, ya -
ra dıcı bacarıqları inkişaf etdirmәyi, elmi dün -
yagörüşü formalaşdırmağı tәlәb edir.
Müәllim-şagird münasibәtlәri tәrbiyәvi
nöqteyi-nәzәrdәn yüksәk mәdәni sәviyyәdә
qu  rul malıdır. Pedaqoji ünsiyyәt şagirdin daxi li
alәminin kәşf olunmasına imkan verir. Bu nun
üçün sağlam psixoloji mühit yaradıl malı dır.
Müasir dәrs, hәr şeydәn әvvәl, şagirdlәrin
imkanlarından, onların fәal zehni inkişafların -
dan müәllimin bacarıqla istifadә etmәsidir.
Müәl lim şagirdlәrin şәxsi tәcrübәsinә әsasla -
na 
raq tәlim fәaliyyәtinә maraq oyatmalı,
әmәk daşlıq şәraitindә onlarla dialoqa girmәli,
zәru ri hallarda sәhvlәri düzәltmәli, dәstәk ol -
ma lı, fәaliyyәtlәrini daim izlәmәli, istiqamәt -
lәn dirmәli, idraki, psixomotor vә kommuni -
ka tiv fәaliyyәtlәrini hәyati bacarıqlarla әlaqә -
lәn dir mәk dә  yardımçı  olmalıdır. 
Müasir dәrsin elmi ideyasını tәlim, tәrbi -
yә vә tәhsil haqqında vahid tәsәvvürün yara -
dıl ması tәşkil edir. Dәrsin ümumi funksiyası
idraki, inkişafetdirici vә tәrbiyәedici tәlim
әsa sında şagirdlәri hәrtәrәfli vә inkişafetmiş
şәxsiyyәt kimi hazırlamaqdır. Buna uyğun
ola raq dәrsin mәqsәdi dә üçlü xarakterә malik
olub hәr üçünün bir-biri ilә qarşılıqlı, tәsire di -
ci әlaqәsi kimi formalaşır. Dәrs prosesindә şa -
gird lәrin hansı bilik, bacarıq vә sәriştәlәrә na -
il olacağı mәqsәddә göstәrilir ki, bu da tәli -
min mәzmununa uyğun olaraq seçilmiş mәz -
mun standartlarına әsasәn müәyyәnlәşir. Dәr -
sin sonunda müәllim vә şagirdlәr hәmin nәti -
cә lәrә nail olmalıdır. 
BİBİXANIM İBADOVA 
Tәhsil Problemlәri İnstitutunun ibtidai tәhsilin 
kurikulumu şöbәsinin müdiri, dosent
aibadova@mail.ru
1
2
3


62
Kurikulum. 2013. №3
Bibixanım İbadova
Tәlimin idraki xarakter daşıması hәr bir
şa girdә müstәqil bilik әldә etmәk bacarıqları-
nı formalaşdırmaq, inkişafetdiriciliyi isә tә 
-
fәk kürün, nitqin inkişafı demәkdir. Mәzmun
standartlarında idraki vә inkişafetdiricilik ifa -
dә olunduğundan tәlim mәqsәdindә bu cә hәt -
lәr öz әksini tapır. 
Tәrbiyәedici tәlim isә dәrs prosesindә
müәl 
lim tәrәfindәn mәqsәdәuyğun şәkildә
hә 
ya 
ta keçirilir. Tәrbiyәedici tәlimin funk 
-
siyası tәlim materialları vasitәsilә şagirdlәri
hәyatda rastlaşa bilәcәklәri müxtәlif hadi sә -
lәrә hazır la maq, onlarda münasibәt bildirmәk
bacarığı, eyni zamanda humanist hisslәr
formalaşdır maq dır.  Mәqsәdin  tәrbiyәediciliyi
tәlim mate 
ria 
lının mәzmunundan, tәlim
metodlarından istifadә etmәklә şәxsiyyәtin
formalaşması üçün zәruri olan mәnәvi,
estetik, vәtәn pәrvәr lik vә s. kimi keyfiyyәtlәri
inkişaf etdirmәk dir. O, ümumbәşәri dәyәrlәrә
münasibәt, yük 
sәk vәtәndaşlıq borcu vә s.
kimi hisslәrin tәr bi yәsinә yönәldilmәlidir. 
–  Dәrsin tiplәri dәrsdә yerinә yetirilәn
әsas didaktik mәqsәdә görә müәyyәn olunur.
Pedaqoji әdәbiyyatlarda dәrsin 4, bәzәn isә 5
tipi göstәrilir:
1.
Yeni bilik verәn dәrs; 
2.
Biliklәrin möhkәmlәndirilmәsi;
3.
Biliklәrin kompleks şәkildә tәtbiqi;
4.
Ümumilәşdirici dәrs;
5.
Biliklәrin yoxlanması vә qiymәtlәndi -
ril mәsi.
Müasir dәrslә bağlı yazılarda dәrsin tip lә -
ri 2 formada verilir:
1.
İnduktiv
2.
Deduktiv 
Qeyd olunur ki, induktiv formadan yeni
mövzunun keçirilmәsi zamanı, deduktiv for -
ma dan isә mövzunun möhkәmlәndirilmәsi vә
dәrinlәşdirilmәsi mәqsәdi ilә istifadә olunur.
Müasir dәrsin «Tәdqiqatın aparılması» vә
«Yaradıcı tәtbiqetmә» mәrhәlәlәrinә nәzәr
ye 
 
tir 
sәk görәrik ki, mahiyyәtcә «Yeni bilik
ve 
 
rәn dәrs», «Biliklәrin möhkәmlәndirilmә 
-
si» tiplәri, tәlim prosesindә inteqrativliyin nә -
zә rә alınması isә «Biliklәrin kompleks şәkildә
tәt biqi» tipi ilә uyğundur. Hәr bölmәnin so -
nun   da KSQ-nın aparılması isә digәr iki tipi –
«Ümu  milәşdirici dәrs» vә «Biliklәrin yox lan -
 ma   sı vә qiymәtlәndirilmәsi» tiplәri ilә uyğun -
dur.
Dәrsin tiplәri kimi induktiv vә deduktiv
formaların olması mәqsәdәuyğundur.  
– Müasir dәrsin  mәrhәlәlәrinә daxildir:
1. 
Motivasiya (problemin qoyulması, fәr -
ziyyәlәrin irәli sürülmәsi);
2. 
Tәdqiqatın aparılması (fәrziyyәlәri
yox lamaq üçün tapşırıqları hәlletmә pro se sin -
dә mәlumatların, faktların axtarılması vә top -
lanılması);
3.
Mәlumat mübadilәsi (әldә edilmiş mә -
lu matların tәqdim olunması);
4.
Mәlumatın müzakirәsi vә tәşkili (mәlu -
ma tın  müzakirәsi, tәsnifi, әlaqәlәndirilmәsi);
5.
Nәticәlәrin çıxarılması (nәticәlәrin fәr -
ziyyәlәrlә müqayisәsi vә onların tәsdiq olu -
nub-olunmaması haqqında nәticәnin çıxarıl -
ma sı);
6. 
Yaradıcı tәtbiqetmә;
7. 
Refleksiya vә qiymәtlәndirmә.
Müasir dәrsin mәrhәlәlәri biri digәrinin
davamıdır. Göründüyü kimi, dәrsin mәrhәlә -
lә 
rindә ev tapşırıqlarının yoxlanması vә ev
tap şırıqlarının verilmәsi, elәcә dә müәllimin
şәr hi qeyd olunmamışdır. Lakin bu o demәk
deyildir ki, hәmin mәsәlәlәr tәlim prosesindә
nәzәrә alınmamalıdır. Zәrurәt yarandıqda hә -
min mәrhәlәlәrdәn istifadә mәqsәdә 
uyğun 
-
dur.
Dәrs tәkcә sinif daxilindә mәhdudlaşmır.
Dәrsin dәrs-diskussiya, dәrs-ekskursiya, dәrs-
muzey vә s. kimi tәşkili formaları vardır. Dәrs
forması seçilәrkәn şagirdlәrin marağı, elәcә
dә tәlim materialının xarakteri nәzәrә alınır.
Belә dәrslәr şagirdlәrin idraki fәallığına
geniş imkanlar açır. 
– Müәllimlәri әn çox maraqlandıran sual -
lardan biri dә gündәlik dәrs planının yazılma -
4
5
6


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə