Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə38/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

79
Kurikulum. 2013. №3
Sinifdәnxaric tәdbirlәr şagird şәxsiyyәtinin formalaşmasında mühüm vasitәdir 
lәri tәşkil elәmәk üçün çox geniş imkanlar var
vә müәllim bu imkanları praktik olaraq
pedaqoji әsaslarla tәtbiq etsә, tәlim-tәrbiyә
işindә uğur әldә edә bilәr. 
Bu gün Azәrbaycan tәhsilindә hәyata
keçirilmәkdә olan islahat proqramının әsas
tәlәblәrindәn biri dә gәnclәrin milli-mәnәvi
dәyәrlәrimizә, adәt-әnәnәlәrimizә, tariximi 
-
zә, maddi-mәdәniyyәt abidәlәrimizә, dilimi -
zә hörmәt ruhunda tәrbiyә olunmasıdır. Bu
ruhun tәrbiyә olunması üçün isә, şübhәsiz ki,
qeyd olunanların öyrәdilmәsi mühüm vәzifә
kimi qarşıda dayanır. Doğrudur, müasir dәrs -
lik lәr mәnәvi dәyәrlәrimizin öyrәdilmәsi ba -
xımından zәngin materiallarla tәmin olunub.
Amma öz işini, şagirdlәrini sevәn, Vәtәninin
xoş bәxt gәlәcәyini arzulayan müәllim bunlar -
la kifayәtlәnmir. Tәlim prosesini sinifdәn xa -
ric tәdbirlәrlә әlaqәlәn 
dir 
mәklә mövzunun
da ha mükәmmәl mәnim sәdilmәsinә, şәxsiy -
yәt hazırlığı prosesinә daha böyük töhfәlәr
ver mәsinә çalışır. Sinifdәnxaric tәdbirlәrin bu
mәnada imkanları çox genişdir. Akademik
Ab dul  la  Mehrabov  Tәhsil  Problemlәri  İnsti -
tu tu ilә İlyas Əfәndiyev adına Elitar Gimnazi -
yanın birgә hazırladığı «Ümumtәhsil mәktәb -
lәrindә tәrbiyә işinin planlaşdırılması» adlı
ori 
jinal metodik vәsaitin ön sözündә yazır:
«Sinifdәnxaric vә mәktәbdәnkәnar tәrbiyә işi
dәrs prosesindә aparılan işlә üzvi şәkildә bir -
lәşdirilәndә daha sәmәrәli nәticәlәr әldә olu -
nur... Şagirdlәrin meyl vә maraqları, arzu vә
istәklәri nәzәrә alınmaqla sinifdәnxaric vә
mәk tәbdәnkәnar tәrbiyә işinin tәşkil edilmәsi
lazım bilinir. Bu zaman hәm dә yerli şәrait
göz lәnilmәlidir».
Göründüyü kimi sinifdәnxaric tәdbirlәrin
әhәmiyyәti tәlimin keyfiyyәtinin yüksәldil 
-
mә sindә, şәxsiyyәt hazırlığı prosesindә mü -
hüm dür vә onun daha da geniş olaraq tәtbiq
edil mәsindә, müәllimlәrin bu işә daha ciddi
maraq göstәrmәlәri vacibdir. Buna nail olmaq
üçün isә bu işin mәktәblәrdә sistemini
yaratmaq lazımdır. Mәn tәklif edәrdim ki, si -
nifdәnxaric tәdbirlәrin sistemini yaratmaq
üçün hәr bir müәllimin bu barәdә tәdbirlәr
pla nı olsun. Doğrudur, mәktәblәrdә bu, var.
Am ma yaxşı olardı ki, müәllimlәrin özlәrinin
bu barәdә ori 
jinal planlaşdırmaları olsun.
Mәktәblәrdә keçirilәn әn yaxşı sinifdәnxaric
tәdbirlәr rәğbәtlәndirilsin. Nümunәvi sinfin
işi mәk 
tәbin kollektivi qarşısında nümayiş
olunsun. İldә heç olmasa bir dәfә sinifdәn -
xaric işlәrin tәşkili vә planlaşdırılmasına hәsr
olunmuş mü 
zakirә keçirilsin. Sinifdәnxaric
tәdbirlәrin elmi-pedaqoji әsasları müәllimlәrә
daha dol ğunluğu ilә izah olunsun. Mәtbuatda
sinif dәn xaric tәdbirlәrin tәşkili ilә bağlı dәrc
olu nan yazılar müzakirә olunsun. Mәktәbdә
bu sa 
hә 
dә nümunәvi işi olan müәllimlәrin
fәa liyyәti mәtbuata çıxarılsın.
Mәn bir müәllim kimi öz tәcrübәmdәn
bi lirәm ki, şagirdin hәrtәrәfli inkişafı onun bi -
lik lәrә yiyәlәnmәsi ilә yanaşı, cәmiyyәtdә ge -
dәn proseslәrә zamanında adaptasiyası, öz
sözü, mövqeyi olan bir insan kimi yetiş 
-
mәsindәn asılıdır. Bunu isә formalaş dıran әn
böyük qüvvә müәllimdir. 
Sinifdәnxaric tәdbirin ssenarisi
Mövzu: «Mәnim Qorqud dilim, Əlәsgәr
di lim».
Tәdbir Azәrbaycan Respublikasının döv -
lәt himni ilә başlanır.
I aparıcı: Ulu şahım, qılıncına söykәnim
şeiri (Şagirdlәr tәrәfindәn növbә ilә söylәnir).
Hamı bir yerdә: 
Ulu şahım, 
Ruhun bizdәn ayrılmasın,
Ulu şahım, bizә yar ol
Ulu şahım qılıncına söykәnim.
I aparıcı: Düz 500 il bundan әvvәl bir
ucu Ərdәbildәn başlayıb, bir ucu Dәrbәndә
qә 
dәr uzanan әrazidә möhtәşәm bir dövlәt
quruluşu – Azәrbaycan Sәfәvilәr dövlәti ya -
randı.
II aparıcı: Bir әlindә qılınc, bir әlindә
qәlәm tutan Şah İsmayıl Xәtai Azәrbaycanın
adı nı dünyaya tanıtdı. Dövlәtçiliyimizin әsa -
sını qoydu, doğma dilimizi dövlәt dili elan et -
di.
I aparıcı: Biz dә istәyirik ki, dövlәt dili -
mizi qoruyub saxlayaq, nәsillәrdәn nәsillәrә
çat dıraq.


II aparıcı: İstәyirik ki, böyük Xәtainin
ru hunu yad edәk. O uzaq illәrlә bu günümü-
zün arasında körpü salaq.
I aparıcı: İstәyirik ki, tarixini bilmәyәn
bir millәtin övladları demәsinlәr bizә.
Tarixlә bağlıdır insan yurduna,
Yox isә bir xalqın tarix yaddaşı,
Vәtәn dә quruca torpaqdır ona.
II aparıcı: İndi sözü verәk nәğmәli şa -
gird lәrimizә:
Musiqi: «Can Azәrbaycan» sәslәnir.
I aparıcı: Biz vәtәnimizi, torpağımızı
sevdiyimiz kimi öz ana dilimizi dә sevmә liyik.
Zәlimxan Yaqubun «Dilim» şeirini din lәyәk. 
Şagird: 
Füzuli zirvәli, Vaqif arxalı,
Mәnim Qorqud dilim, Əlәsgәr dilim!
Ömrümün naxışı, bәxtimin xalı
Dadda, şirinlikdә bal, şәkәr dilim!
II aparıcı: Əziz uşaqlar, әsrlәrin yadiga-
rı, ulularımızın tarix yaddaşından bizlәrә gә -
lib çatmış dövlәt dilimizi sevdiyimiz kimi,
doğ ma vәtәnimizi dә sevmәli vә göz bәbә yi -
miz kimi qorumalıyıq.
I aparıcı: Qoruduğumuz vәtәn, sevdiyi -
miz vәtәn haradan başlanır? Biz onu necә
qorumalıyıq?
I şagird: Vәtәn bizim yaşadığımız evdәn
başlanır.
II şagird: Vәtәn bizim oxuduğumuz
mәk tәbdәn  başlanır.
III şagird: Vәtәn bizim doğma ocağı 
-
mız dan  başlanır.
IV şagird: Vәtәn bizim anamızın doğul-
duğu torpaqdan başlanır.
V şagird: Biz onu necә qorumalıyıq
sualına mәn belә bir şeirlә cavab vermәk istә -
yi rәm.
Oğul gәrәk qurban getsin,
Öz vәtәni yolunda.
Vәtәn bilir nәlәr çәkdik,
Biz vәtәnin yolunda.
Gözümüzә işıq verәn, 
Günәşini qoruduq.
Sinәsini isindirәn, 
Atәşini qoruduq.
Vәtәn bizim özümüzdük
Özümüzü qoruduq.
Biz vәtәnimizi göz bәbәyimiz kimi qoru -
ma lıyıq.
Musiqi: «Əsgәr marşı» sәslәnir.
II aparıcı: Bizlәrin müdriklәrimizin sö -
zü nә  ehtiyacımız  çoxdur.  (Şagirdlәr Mәhәm -
mәd Peyğәmbәrin kәlamlarını söylәyirlәr).
Şagird: (Dәdә Qorquda üzünü tutub de -
yir)
Dәdәm Qorqud
Aşıq babam, Ozan babam.
Mәnim ölmәz dastanımı
Yazan babam!
Deyilәni yozan babam.
Ad verib, ad yaraşdıran
Küsәnlәri barışdıran
Yazılanı pozan babam.
Sәhnәcik: «Dәdә Qorqud» dastanından
Dә 
dә Qorqudla Qaraca çobanın sәhnәsi şa 
-
gird  lәr tәrәfindәn tamaşaya qoyulur.  
Şagird: Vәtәn, doğma dil! Bu sözlәr bizә
tarixlәri aşıb gәlәn әmanәtlәrdir. Bunları qo -
rumaq üçün tәr tökәsәn ki, torpağın hәr qarı-
şını qorumağı bacarasan. Ana dilimizi vәtәni -
miz, torpağımız qәdәr sevmәliyik.
Musiqi: «Şirin dil» sәslәnir.
II aparıcı: XV әsrdә Şah İsmayıl Xә 
-
tainin dövlәt dili elan etdiyi ana dilinә XX
әsrdә ümummilli liderimiz H.Əliyev daha da
hörmәtlә yanaşmış, onu daha da tәkmillәş dir -
mәk haqqında fәrman imzalamışdır (Fәr man -
 lar şagirdlәr tәrәfindәn söylәnilir).
I aparıcı: Bizlәr dә Azәrbaycan adını,
Azәrbaycan dövlәtini daha da yüksәklәrә qal -
dıracağıq.
Şagird:   Biz Babәkin nәvәsiyik,
Koroğlunun nәvәsiyik.
Qorxu bilmәz Nәsiminin
Yer üzündә zәrrәsiyik.
Şәn yaşayıb ucalırıq
Zirvәlәrdә iz salırıq.      
Şagird:  Diz çökürük, baş әyirik önündә
biz, müqәddәs Vәtәn! Sә nin bir ovuc torpağın
qollarımıza qüvvәt, ürә yi mizә cәsarәt verәr.
Şagird: Ey doğma Vәtәn! Uğrunda şәhid
olan qәhrәmanlar! Bu müqәddәs torpaqda diz
çöküb and içirik. Siz әbәdi olaraq qәlbimizdә
yaşayacaqsınız.
80
Kurikulum. 2013. №3
Sәbahәt Ağayeva


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə