Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

85
Kurikulum. 2013. №3
Kiçik yaşlı mәktәblilәrdә şifahi nitq bacarığının inkişaf etdirilmәsi
larını görür vә tәlim prosesindә bu xüsusiy -
yәt lәri nәzәrә alır. Elә bu ba xımdan da dәrs -
lәrdә şagirdlәrin hәyat tәc 
rübә 
sindәn geniş
istifadә edirәm  vә daha sәmәrәli  nәticә  әldә
edirәm. 
Müәllimin pedaqoji fәaliyyәti müasir dәrs
vә onun tәşkili ilә bağlıdır. Müasir dәrs daim
axtarış, dәrketmә, fәaliyyәt demәkdir. Dәrsdә
hәr bir şagirdin fәrdi xüsusiyyәtlәrini, maraq -
larını nәzәrә alıram. Şagirdlәrin yaradı 
cı 
 
lıq
marağını artırmaq üçün kollektiv, qrup vә
cütlәrlә iş aparıram. Tapşırıqların hәllindә
çalışıram ki, tәkrara yol verilmәsin. Tapşırıq la -
rı seçәrkәn araşdırma, müqayisәetmә, nәti cә -
 çıxarmaya üstünlük verirәm. Mәqsәdim bü tün
şagirdlәri tәlimә fәal şәkildә cәlb etmәk dir. 
II sinifdә Azәrbaycan dili fәnnindәn «Ça -
hargah әfsanәsi», «Qәdim xalça» vә s. möv -
zu 
ların tәdrisi zamanı qeyd olunanların hә 
-
yata keçirilmәsinә nail olmağa çalışıram.
Dәr sin motivasiya mәrhәlәsindәn başlayaraq
şagirdlәr problemin hәlli üçün müxtәlif fi 
-
kirlәr yürüdürlәr. Motivasiyanı elә qururam
ki, şagirdlәrdә yeni mövzuya hәvәs, maraq
oyansın. Vacib deyil ki,  lövhәdә  söz yazıb
onun әsasında motivasiya yaradaq. Tәbii vә
ya model şәklindә olan әşyalar üzәrindә quru -
lan motivasiya şagirdlәrdә daha çox maraq
oya dır. Tәbiәt haqqında, әşyalar üzә rin dә dә -
qiq tәsәvvürlәr yaradır, müşahidә aparmağı
öy rәdir, düşünmәk, fikirlәşmәk bacarığını  in -
ki şaf  etdirirәm. Deyәrdim ki, dәrsin motiva si -
ya mәrhәlәsi şagirdlәrin nitqinin inkişaf etdi ri -
lmәsinә xidmәt edir. Onlar fikirlәrini ifadә et -
mәk üçün yeni sözlәrdәn istifadә edir, әşya adı,
әşyanın hissәlәrini öyrәnmәyә hazırla nır lar. 
«Çahargah әfsanәsi» mövzusunun tәdrisi
za manı qәdim musiqi alәtlәrini  şagirdlәrә nü -
ma yiş  etdirirәm. 
Bundan sonra onların müxtәlif fikirlәri
din lәnilir. Şagirdlәr tarda Rast, Şur, Segah vә s.
muğamlarımızın ifa olunduğunu, ifaçıların ad -
larını söylәyirlәr. 
«Qәdim xalça» mövzusunu tәdris edәr 
-
kәn mәqsәdim Azәrbaycanın milli-mәnәvi
dә yәr  lә  ri,  tarixi  haqqında  şagirdlәri  mәlumat -
lan dır  maqdır. Şagirdlәrә qәdim әşyaların şә-
kil lәri  nü mayiş  etdirilir. 
Bu, sinifdә böyük marağa sәbәb olur. Şa -
girdlәrin hәr biri xalça haqqında, onun
qәdim 
liyi, üzәrindәki naxışların, rәnglәrin
uy 
ğun 
luğu haqqında düşündüklәri tәrzdә
mülahi zәlәr söylәyirlәr vә әtraflı mәlumatlar
әldә edirlәr. 
Şagirdlәrin şifahi nitq bacarığını inkişaf
etdirmәk mәqsәdilә bәzi mәtnlәrin sәhnәlәş -
diril mәsi üzrә iş aparıram. Şagirdlәr hәr hansı
obrazı canlandıranda onun xarakterinә  uyğun
hәrәkәtlәr edirlәr. Çalışıram  ki, şagirdlәrә rol
tapşıranda canlandırılan obrazla şagirdin  xa -


86
Kurikulum. 2013. №3
rakteri, sәsi uyğunluq yaratsın. Onların hәrә -
kәt lәrinә, intonasiyalarına, mimikalarına, sәs
tonlarına diqqәt yetirirәm. 
Kiçik yaşlı mәktәblilәrin şifahi nitq baca -
rığının inkişaf etdirilmәsindә ümumilәş di ri ci
dәrs 
lә 
rin dә әhәmiyyәti böyükdür. Ümumi 
-
lәş dirici dәrslәrdә  tәkrar mövzular olsa da,
onu tәkrarla eynilәşdirmәk olmaz. Bu dәrs -
lәrdә şagird әsas ideyanı ikinci dәrәcәli
ideyalardan fәrqlәndirmәyi, yeni fikirlәr irәli
sürmәyi, bi 
lik 
lәrini ümumilәşdirmәyi öyrә 
-
nir lәr.  Şagird lә rin tәsәvvürlәrini genişlәndir -
mәk mәqsәdi ilә onlara әlavә materiallar
tәqdim edirәm.
«Nağıllar alәmindә»  bölmәsi üzrә ümu -
mi lәş  diri ci  dәrs  apararkәn  şagirdlәrә  şәkillәr
üz rә danışmağı  tapşırıram. 
Payız haqqında ümumilәşdirici dәrs apa -
rar kәn şagirdlәrin diqqәtini lövhәdә yazılmış
şeirә cәlb edirәm: 
Yaraşıqlı yarpaqlar,                                                 
Atlaz geyimli dağlar                                                
Gündәn-günә saralır,                                               
Göylәr tez-tez qaralır,                                             
Solur güllәr, çiçәklәr,                                              
Tez-tez çaxır şimşәklәr.
Şagirdlәr mәktәbin hәyәtyanı sahәsindә,
parklarda apardıqları müşahidәlәri yada salır-
lar. Yarpaqların töküldüyünü, cücülәrin öz
yu 
va 
la 
rına çәkildiyini, quşların uçub isti
ölkәlә rә getdiyini, ot vә çiçәklәrin quruduğu -
nu şifa hi şәkildә yoldaşları ilә bölüşürlәr. 
Şifahi nitq bacarığının inkişaf etdirilmә -
sin dә mәntiqi çalışmalar üzrә aparılan iş xü -
su si әhәmiyyәt kәsb edir. Belә ki, mәntiqi ça -
lışmalar mücәrrәd tәfәkkürün inkişafına sә -
bәb olur. Əşya vә hadisәlәrlә tanışlıq zamanı
şagirdlәr başlıca olaraq ümumi cәhәt lә ri dә -
qiq müәyyәnlәşdirmәyi, sözlәrlә ifadә etmәyi
öyrәnirlәr. Mәntiqi çalışmaların hәlli zamanı
әyaniliyin  üstünlük tәşkil etmәsinә çalışıram.
Şagirdlәr әşyaları әyani şәkildә gö rür vә onlar
üzәrindә çәtinlik çәkmәdәn iş aparırlar, yeni
sözlәr öyrәnirlәr. Öyrәndiklәri yeni sözlәri
cüm lәdә işlәdirlәr. Nәticәdә  şagirdlәrin nitq
bacarıqları inkişaf  edir. 
Evә tapşırıq verәrkәn çalışıram ki, şa 
-
gird 
 
lәrin yaradıcılıq marağına, müstәqil
düşünmә lәrinә imkan yaratsın.
Bütün pedaqoji fәaliyyәtim müddәtindә,
xüsusilә, son beş ildә müasir müәllim kimi
«bә lәdçilik» metodikasına yiyәlәnmәyә ça lış -
 mı şam, şagirdlәrin tәdqiqat aparması, sәr bәst
nәticә әldә etmәlәri üçün daha sәmәrәli  şәrait
yaratmağa sәy göstәrmişәm vә bunun  şagird -
lәrin keyfiyyәt göstәricilәrinin bir qayda  ola -
raq yüksәlәn xәtlә inkişafına tәsi ri ni  müşahi -
dә etmişәm.
* * *
Maya İsmayılova


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə