Kurikulum 2013- №3 Kur qxd



Yüklə 5,91 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix07.01.2018
ölçüsü5,91 Kb.
#19874
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

83
Kurikulum. 2013. №3
Texnologiya dәrslәrindә layihә üsulundan istifadә
5.
Abidәnin modelini düzәltmәk;
6.
Dәrsdә layihәnin tәqdimatını keçir 
-
mәk;
7.
Layihәnin mәhsulunu tәqdim etmәk
(abidәnin modelini);
8.
Gördüklәri işdәn nәticә çıxarmaq.
Bu layihәnin hazırlanmasında mәqsәd
Azәrbaycanda olan tarixi abidәlәri, onlarla
bağ 
lı fakt vә әfsanәlәri öyrәnmәk idi. Biz
qәra ra gәldik ki, mәktәb şәraitindә «Qız qa -
lası»nın modelini düzәltmәk daha әlverişli
olar. Bunun üçün biz duzlu xәmirdәn istifadә
edәcәyimiz haqda razılığa gәldik.
«Qız qalası» modelini düzәltmәyә başla -
ma mışdan әvvәl nәzәri biliklәri, qalanın foto-
şәkillәrini toplamağa başladıq. Bunun üçün
internetә müraciәt edib aşağıdakı materialları
topladıq.
Qız qalası Bakının, elәcә dә Abşeronun
әn möhtәşәm vә sirli abidәsidir. Hündürlüyü
28 m, diametri birinci mәrtәbәdә 16,5 m-dir.
Qalanın daxili hissәsi 8 mәrtәbәyә bölünür.
Hәr mәrtәbә yonma daşlarla tikilmiş, günbәz
formalı tavanla örtülmüşdür. Qala 1964-cü il -
dәn muzey kimi fәaliyyәt göstәrmәyә baş 
-
lamış, 2000-ci ildә UNESCO-nun Ümum-
dünya irsi siyahısına salınmışdır.
Azәrbaycanın emblemlәrindәn biri olan
Qız qalası Azәrbaycanın pul әskinaslarının
üs tün dә dә dәfәlәrlә tәsvir edilmişdir.  Hәm -
çi nin poçt markaları üzәrindә dә tәsvir edilib.
Qalanın adının etimologiyası ilә bağlı
müxtәlif fikirlәr olsa da, onlardan әn çox üs -
tün dә dayanılanı qalanın qızla bağlı әfsanәyә
әsasәn Qız qalası adlandırılmasıdır. Qalanın
adının digәr yozumuna görә isә heç vaxt
düşmәnlәr tәrәfindәn fәth edilmәdiyin 
dәn
Qız qalası adlandırılmışdır. Digәr versiyaya
görә isә qala әvvәllәr «Göz qalası» adlan dı rıl -
 mış, zaman keçdikcә isә bu ad xalq deyi min -
 dә dәyişәrәk «Qız qalası» şәklini almış dır.
Tikilmә vaxtı әtrafında mübahisәlәrin
hey rәtlәndirici böyük zaman intervalı çәr çi -
vәsindә aparılması baxımından memarlıq ta -
rixindә Qız qalası ilә müqayisә edilәcәk abidә
yoxdur. Belә ki, abidәnin yaşının Şumer döv -
ründәn başladığını iddia edәn mütәxәssislәr
dә var, XII yüzildә tikildiyini sübut etmәyә
çalışanlar da. Burada zaman fәrqi tikilmә ta -
ri xi bilinmәyәn başqa abidәlәrdә olduğu kimi
bir neçә il deyil, hәtta bir neçә әsr dә deyil,
3000 ildәn artıqdır.
Qız qalasının tikilmә tarixi kimi funk 
-
siyası barәdә dә irәli sürülәn mülahizәlәrin
bir çoxu inandırıcı arqumentlәrә arxalandığı
hal da, fәrziyyә vә uydurmadan irәli getmәyә -
ni dә var. Funksiyaca Qız qalasının zikkuratın
Ab şeron variantı, atәşpәrәstlik mәbәdi, sükut
qüllәsi, göz qüllәsi, rәsәdxana, passiv müda -
fiә tikilisi vә s. olması haqqında ziddiyyәtli
fikirlәr irәli sürülmüşdür.
Abidәdә müxtәlif dövrlәrdә vә müxtәlif
sәviyyәlәrdә bәrpa işlәri aparılmışdır. İlk
bәrpa işlәrinin Şirvanşahlar dövlәti zamanın-
da aparıldığı güman olunur. Daha sonra Bakı
xanlığı dövründә qalanın möhkәmlәndirilmә -
si mәqsәdilә bәrpa işlәrinin aparılması
müәyyәn  edilmişdir. 1963-1965-ci illәrdә qa -
la әtraflı tәdqiq edilmiş, professor Əhmә dov
tәrәfindәn birinci mәrtәbәdә vә qalanın әtra -
fında arxeoloji qazıntılar aparılmış, qala diva -
rının içindә yerlәşәn su quyusu aşkar edil miş -
dir.
Qız qalasıyla bağlı әfsanә Azәrbaycanda
bir çox poema vә teatr tamaşalarının mövzusu
olmuşdur. 1940-cı ildә böyük bәstәkar Əfra -
si yab Bәdәlbәyli hәmin әfsanәnin motivlәri
әsasında ilk Azәrbaycan baleti olan Qız qala-
sı baletini yazmışdır. Balet ilk dәfә Azәrbay -
can Dövlәt Opera vә Balet teatrında sәhnәlәş -
dirilmişdir.
2010-cu ildәn etibarәn, hәr il Qız qalası -
nın yaxınlığında Heydәr Əliyev Fondunun,
«Qız Qalası» Bәdii Qalereyasının, Bakı Müa -


84
Kurikulum. 2013. №3
Fәridә Şәrifova
sir İncәsәnәt Muzeyinin vә «İçәri şәhәr»
Döv  lәt  Tarix-Memarlıq Qoruğunun tәşkilat -
çı lı ğı ilә beynәlxalq «Qız Qalası» incә sә nәt
festivalı keçirilir.
Sonra uşaqlar slaydların kömәyi ilә Qız
qalasının әvvәlki vә hal-hazırda olan görünü -
şü nü nümayiş etdirirlәr.
Daha sonra şәkillәr әsasında, duzlu xә -
mir 
 
dәn düzәldilmiş «Qız qalası»nın modeli
tәq dim  edildi.
Çıxışlarının sonunda uşaqlar qeyd etdi lәr
ki, istәdiklәri mәqsәdә nail oldular. «Qız qa -
la sı»nın tarixini öyrәndilәr vә onun mode lini
düzәldә bildilәr. Modellәşdirmә üçün seç dik -
lәri materialdan (duzlu xәmirdәn) razı qal dı -
lar vә gәlәcәkdә Azәrbaycanın ayrı bir tari xi
abidәsinin modelini düzәltmәk istәklәrini
qeyd etdilәr.
* * *
Kiçik yaşlı mәktәblilәrin bir şәxsiyyәt
kimi formalaşmasında nitq mәdәniyyәti mü -
hüm rol oynayır. Tәfәkkürlә bağlı dil hәm şa -
gird lәrdә onları әhatә edәn varlığı dәrk etmә -
yә, hәm dә insan fәaliyyәtinin müvәf fәqiy yәt -
lәrini söz, söz birlәşmәlәri vә onlardan әmәlә
gәlmiş cümlәlәr şәklindә ifadә etmәyә imkan
yaradır. Şifahi nitqdәn danışarkәn, adәtәn,
düz gün, aydın, ifadәli danışmaq bacarığı nә -
zәr dә tutulur. O adamın nitqi hәvәslә dinlә -
nilir ki, danışarkәn cümlә lәri düzgün qurmağı
bacarsın. Mәktәbә yenicә gәlmiş şagirdlәrin
nitqindә nöqsanlara rast gәlmәk mümkündür. 
Şagirdlәrin tәlәffüzündәki nöqsanları elә
ilk günlәrdәn aradan qaldırmaq lazımdır.
Müәl lim belә uşaqlarla işlәdikdә onlar üçün
ki çik hekayәlәr, tapmaca vә yanıltmaclar ha -
zır 
lamalı, sәslәrin düzgün tәlәffüzü üzrә iş
apar malıdır. 
Ana dili tәdrisindә şüurluluq mühüm
әhәmiyyәt kәsb edir. Bilik, bacarıq vә vәrdiş -
lәrin möhkәm olması tәlim materialının fәal
mәnimsәnilmәsindәn aslıdır. Ana dili dәrslәri
hәyatla әlaqә tәlәb edir. Müәllim kiçik yaşlı
mәk tәblilәrin psixologiyasını bildikdә, onla -
rın davamlı olmayan diqqәtini, tez yorulma -
KİÇİK YAŞLI MƏKTƏBLİLƏRDƏ ŞİFAHİ NİTQ
BACARIĞININ İNKİŞAF ETDİRİLMƏSİ
MAYA İSMAYILOVA
Siyәzәn şәhәri 3 №-li tam orta mәktәbin ibtidai sinif müәllimi                                        


Yüklə 5,91 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə